Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   2   3   4   5   6   7   8   9   ...   49

15 
 
«Kənzül-məsaib» adlanır. Qumri bu əsərində Kərbəla 
faciəsini nəzmlə qələmə almışdır.   
Əbülhəsən Racinin də Kərbəla vaqiəsi mövzusunda 
yazdığı əsərləri nəzmlədir. XIX yüzilliyin şairlərindən 
Məhəmməd Əmin Dilsuz Təbrizi və Hacı Rza Sərraf 
Təbrizinin yaradıcılığında da Kərbəla faciəsinin nəzmlə 
təsviri əsas yer tutur (34, 106-111). 
F.Köçərli XIX yüzillikdə Azərbaycan ədəbiyyatında 
imam 
Hüseyn (ə.)
 müsibətinə dair çoxlu növhə və mərsiyə 
yazılmasını yerli camaatın bu qəbildən olan əsərlərə daha çox 
rəğbət göstərməsi ilə izah edir (36, II, 326). Abbasqulu ağa 
Bakıxanovun gənclik illəri də belə bir mühitdə keçmişdir və heç 
şübhəsiz ki, «Riyazül-qüds»ün məhz həmin vaxtlar ortaya 
çıxmasında bu amilin mühüm rolu olmuşdur. 
 
 
 
1.2. «Riyazül-qüds» haqqındakı məlumatlara baxış 
 
A.Bakıxanovun «Riyazül-qüds» əsəri dini məzmun 
daşıdığına görə indiyədək, demək olar ki, öyrənilməmişdir. 
Bununla belə, şair-yazıçının bədii irsi araşdırılarkən, təbii ki
onun bu əsərinə də toxunulmuş, haqqında qısaca da olsa,  bilgilər 
verilmişdir. «Riyazül-qüds» haqqında ilk qısa məlumata 
Azərbaycanda elmi ədəbiyyatşünaslığın əsasını qoyan Firidun bəy 
Köçərlinin «Azərbaycan ədəbiyyatı» adlı məşhur kitabında rast 
gəlirik. F.Köçərli burada Abbasqulu ağa Bakıxanov Qüdsi 
haqqındakı dəyərli məlumatında sənətkarın əsərləri sırasında 
birinci olaraq «Riyazül-qüds»ün adını çəkir və onun türk dilində 
olduğunu göstərir. Görkəmli ədəbiyyatşünas alim həmçinin 
əsərin məzmunu ilə bağlı yazır: «
Bu kitabın mündəricatı əhli-
beyti-rəsulüllah səlləllahü təala əleyhi və səlləmin vəqayei 
xüsusundadır» (36,1, 293). 
Cənubi Azərbaycanın görkəmli ədəbiyyatşünaslarından 


16 
 
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» və 
Əziz Dövlətabadinin «Qafqazın farsca yazan şairləri» 
kitablarında da «Riyazül-qüds» haqqında verilən qısaca bilgilərdə 
əsərdə on dörd məsumun əhvalından bəhs edilməsi göstərilir (70, 
72; 22, 39). 
Tanınmış ingilis alimi Ç.Storinin «Fars ədəbiyyatı» adlı 
məşhur tədqiqatında da Abbasqulu ağa Bakıxanov haqqındakı 
məlumatda «Riyazül-qüds»ün adı çəkilərək onun 14 müqəddəs 
şəxsiyyət haqqında yazılmış bir kitab olması göstərilir. Qeyd 
edək ki, bu kitabda «Riyazül-qüds» yanlış olaraq fars dilində 
yazılmış bir əsər kimi təqdim edilir (88, II, 1279). 
«Riyazül-qüds» haqqında nisbətən daha geniş məlumatı 
isə ilk dəfə prof. Feyzulla Qasımzadə vermişdir. Görkəmli 
ədəbiyyatşünas 1956-cı ildə nəşr olunmuş «Abbasqulu ağa 
Bakıxanov Qüdsi» kitabında şair-yazıçının bədii yaradıcılığını 
təhlil edərkən «Riyazül-qüds»ün də adını çəkərək, kitabın 
yazılma tarixini (1820) göstərir və onun «məhərrəmlik 
təziyədarlığı ilə əlaqədar yazılmış dini bir əsər» olduğunu 
qeyd edir (37, 102). Burada həmçinin «Riyazül-qüds»ün 
«Qubada təziyə məclisi tərtib edən şiə təziyədarlarının 
tapşırığı üzrə» yazılması da göstərilir (37, 102). F.Qasım-
zadənin «Riyazül-qüds» haqqındakı ümumi səciyyə daşıyan 
qeydlərində bir ziddiyyətli məqam da diqqəti cəlb edir. Belə 
ki, o: «Əsərini yazarkən şair (A.Bakıxanov - M.N.) XV əsrdə 
yaşamış Hüseyn Kaşifinin «Rövzətüş-şühəda», Füzulinin 
«Hədiqətüs-süəda», Məhəmmədbağır Məclisinin «Cəlaül-
üyun» əsərlərindən istifadə etmişdir» cümləsinin ardınca 
yazır:   «Müəllifin (A.Bakıxanovun - M.N.) öz qeydinə 
görə bu əsər «Cəlaül-üyun»dan tərcümə və iqtibasdır» (37, 
102). Göründüyü kimi, F.Qasımzadə əvvəlcə A.Bakıxanovun 
«Riyazül-qüds»də müxtəlif əsərlərdən istifadə etdiyini 
göstərir və onun orijinal əsər olmasına əsla şübhə ilə 
yanaşmır. Daha sonra isə o, kitabın özündə əsərin 
«tərcümə və iqtibas» adlarıdırıldığını qeyd edir. Bununla 


17 
 
belə, tədqiqatçı alim nədənsə A.Bakıxanovun  bu qeydinə öz 
münasibətini bildirmir, daha doğrusu, onun üstündən yan keçir 
və əsər haqqındakı sonrakı qeydlərində bu kitabın «mühafizəkar 
ədəbiyyata xidmət etdiyini» vurğulamaqla kifayətlənir (37, 103-
104). 
F.Qasımzadənin «Riyazül-qüds» haqqındakı yuxarıdakı 
qeydlərinin çoxu eynilə Azərbaycan SSR Elmlər Akade-
miyasının 1960-cı ildə nəşr etdiyi «Azərbaycan ədəbiyyatı 
tarixi» kitabının II cildindəki «Abbasqulu ağa Bakıxanov» 
oçerkində də verilmişdir ki, onun da müəllifi elə görkəmli 
ədəbiyyatşünas alimin özüdür. Bununla belə, burada 
«Riyazül-qüds»ün A.Bakıxanovun özü tərəfindən «tərcümə və 
iqtibas» adlarıdırılması faktı qeyd olunmur (11, 75). Fikrimizcə, 
bu məsələni ilk növbədə «Riyazül-qüds» haqqında burada 
verilən məlumatın daha qısa həcmli olması ilə (cəmi bir 
abzasdır)   izah  etmək  olar.  Hər halda prof.  F.Qasımza-
də sözügedən kitabında «Riyazül-qüds»ün A.Bakıxanovun 
özü 
 
tərəfindən «tərcümə və iqtibas» adlandırılması faktını 
qeyd etsə də, ona qətiyyən əhəmiyyət verməmişdir ki, bunun 
da başlıca səbəbini tədqiqatçı alimin qarşısına belə bir 
məqsəd qoymamasında və əsər haqqındakı məlumatının 
ümumi və tanışlıq səciyyəsi daşımasında görmək 
mümkündür. Yeri gəlmişkən bu məsələ ilə bağlı bəri başdan 
onu da qeyd edək ki, aşağıda görəcəyimiz kimi, A.Bakıxanov 
«Riyazül-qüds»də öz əsərini «iqtibas» yox, «tərcümə» 
adlandırır. Təbii ki, «tərcümə» və «iqtibas» anlayışlarının bir-
biri ilə müəyyən bağlılığı olsa da, onları tam eyniləşdirmək 
olmaz (bax: 77; 82; 83). Hər halda fakt odur ki, F.Qasımzadə 
sözügedən kitabında ilk dəfə olaraq A.Bakıxanovun «Riyazül-
qüds»dəki yuxarıdakı qeydinə diqqət yetirmiş, lakin nədənsə 
onu əhəmiyyətli və vacib saymayaraq, ümumiyyətlə  və bu 
məsələ üzərində dayanmağı lazım bilməmişdir. 
A.Bakıxanovun həyat və yaradıcılığını ətraflı araşdırmış 
Ənvər Əhmədov da «Riyazül-qüds»ün  əlyazmasında müəllifin 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə