Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   2   3   4   5   6   7   8   9   ...   49

18 
 
bu əsərini «переложение» («çevirmə»; «uyğunlaşdırma») 
adlandırması faktını qeyd edir, lakin bunula belə ədibin kitaba 
bir sıra əlavələr etdiyini, ixtisara yol verdiyini vurğulayır (77,     
76). «Riyazül-qüds»ün fəsilləri və əlyazması haqqında da 
qısaca məlumat verən Ə.Əhmədov əsərin A.Bakıxanovun 
həyatının Quba dövrünə aid olduğunu və onun yerli şiə 
təəssübkeşləri üçün yazıldığını da qeyd edir (77,76-77). 
A.Bakıxanovun fars dilində yazdığı əsərlərini dilimizə 
çevirən və şair-yazıçının «Seçilmiş əsərləri» kitabını nəşr 
etdirən görkəmli ədəbiyyatşünas Məmmədağa Sultanov da 
həmin kitaba yazdığı ön sözdə sənətkarın digər əsərləri ilə 
yanaşı, «Riyazül-qüds» haqqında da qısa məlumat vermişdir. 
Əsərin «əsasən  mərsiyə xarakteri daşıdığını» qeyd edən 
M.Sultanov kitabdakı lirik şeirlərin dinlə əlaqəsi olmadığını 
da vurğulayaraq yazır: «Bu əsərdə («Riyazül-qüds»də - M.N.) 
sənətkarlıqla qələmə alınmış şeir parçalarından aydın olur 
ki, A.Bakıxanov lap gənc yaşlarından ana dilində şeir 
yazmağa başlamış və bu şeirlərin bir qismini sonralar 
«Riyazül-qüds»ə daxil etmişdir» (15, 6). Ədəbiyyatşünas alim 
həmçinin A.Bakıxanovun bu əsərində Vaiz Kaşifinin 
«Rövzətüş-şühəda», Məhəmməd Füzulinin «Hədiqətüs-
süəda» və Məhəmməd Bağır Məclisinin «Cəlaül-üyun» 
əsərlərinin təsiri oluğunu da göstərir. 
Göründüyü kimi, «Riyazül-qüds»də yuxarıda adları 
çəkilən üç əsərin təsiri olması məsələsində M.Sultanovla 
prof. F.Qasımzadənin fikirləri tam üst-üstə düşür. Bununla 
belə, M.Sultanov prof. F.Qasımzadədən fərqli olaraq, 
«Riyazül-qüds»də onun tərcümə olması ilə bağlı müəllif 
qeydinə ümumiyyətlə toxunmur.  M.Sultanov təcrübəli 
əlyazmaşünas alimdir və təbii ki, «Riyazül-qüds»ün əlyazması 
ilə tanış olmamış deyilmiş. A.Bakıxanovun «Seçilnıiş 
əsərləri»nin sonuna M.Sultanovun bu kitabdan da bəzi şeir 
nümunələrini daxil etməsi bunu əyani şəkildə sübut edir. Bu 
baxımdan M.Sultanovun «Riyazül-qüds»də A.Bakıxanovun 


19 
 
onu tərcümə adlarıdırması ilə bağlı qeydlərini görməməsi və ya 
ona diqqət yetirməməsi, bizcə, inandırıcı və ağlabatan deyil. 
Belə olduqda bəs təcrübəli ədəbiyyatşünas, həm də 
görkəmli mütərcim bu məsələyə nə üçün öz münasibətini 
bildirməmişdir? Fikrimizcə, bu məsələnin iki səbəbi ola bilər. 
Birincisi, M.Sultanovun klassik Azərbaycan tərcümə 
nümunələri ilə bağlı məqalələri göstərir ki, 
ədəbiy-
yatşünas alim
 orta yüzilliklərdə dilimizə çevrilmiş əsərlərə 
sırf müasir tərcümə nəzəriyyəsinin tələbləri baxımından 
yanaşmış
, klassik tərcümələrlə onların
 orijinalları arasında tam 
uyğunluq axtarmışdır (68, 182-190; 69, 68-89). Məsələn, 
M.Sultanov Füzulinin «Hədiqətüs-süəda» əsərinə həsr etdiyi 
bir məqaləsində sözügedən əsəri tərcümə deyil, orijinal sayır 
və bu fikrinə başlıca dəlil-sübut kimi kitabdakı şeirlərin 
Füzuli qələminin məhsulu olduğunu göstərir (68, 182-190). 
Ədəbiyyatşünas alim həmçinin bu məsələdə «Hədiqətüs-süəda» 
ilə onun farsca orijinalı sayılan Kaşifinin «Rövzətüş-şühəda» 
əsərlərinin ad baxımından fərqli olmasını birincinin orijinallığına 
dəlil-sübutları sırasında qeyd edir (68, 182-190). Bu baxımdan 
«Riyazül-qüds» və «Cəlaül-üyun» da eyni vəziyyətdədir, yəni 
birinci əsərdə olan şeir parçalarının çoxu A.Bakıxanovun öz 
qələminin məhsuludur («Cəlaül-üyun»da, ümumiyyətlə, şeir 
nümunələri yoxdur) və bu iki əsərin adları arasında da heç bir 
uyğunluq görmək mümkün deyil. Bu mənada M.Sultanov, 
görünür, A.Bakıxanovun sözügedən məsələ ilə bağlı qeydini 
ciddi və əhəmiyyətli bir arqument kimi qəbul etməmişdir. 
İkincisi və ən başlıcası isə, M.Sultanov da prof.  F.Qasımzadə 
kimi «Riyazül-qüds» haqqında sırf ümumi məlumat səciyyəsi 
daşıyan bilgilər verməklə kifayətlənmiş və əsəri təhlil etməyi 
qarşısına bir məqsəd olaraq  qoymamışdır. 
Ədəbiyyatşünas alim Hidayət Əfəndiyev də «Azərbaycan 
bədii nəsrinin tarixindən» kitabında «Riyazül-qüds»dən qısaca 
bəhs etmişdir (23, 83-85). H.Əfəndiyevin də bu əsər 
haqqındakı fikirləri ümumi səciyyə daşıyır və əsasən onun 


20 
 
mövzu və məzmununa, eləcə də dil-üslub xüsusiyyətlərinə 
aiddir. Tədqiqatçı alim «Riyazül-qüds»də Füzuli üslubu və 
dilinin dərin təsiri olduğunu qeyd edərək yazır ki, 
A.Bakıxanovun bu əsərini «hətta  Füzulinin «Hədiqətüs-
süəda»sına nəzirə adlandırmaq olar».  (23, 84) Bununla belə, 
H.Əfəndiyev bu iki əsər arasındakı bağlılıq və yaxınlıqdan bəhs 
edərkən məzmunla yanaşı, onların nəsrlə nəzmin növ-
bələşməsi şəklində qələmə alındığını qeyd etməklə kifayətlənir 
və bu məsələnin konkret cizgiləri üzərində dayanmır. 
H.Əfəndiyevin «Riyazül-qüds» haqqındakı fıkirlərində dövrün 
tələbinə, ideoloji qəliblərə uyğun məqamlar, notlar da açıq-aşkar 
özünü göstərir. Məsələn, onun fıkrincə, A.Bakıxanov «Riyazül-
qüds»də  «öz qarşısına yüksək ictimai ideya qoymamış, ancaq 
dini təbliğat qayəsini izləmişdir» (23, 84). 
Doktor Cavad Heyət də «Azərbaycan ədəbiyyatına bir 
baxış» kitabında Abbasqulu ağa Bakıxanov haqqındakı 
oçerkində müəllifın əsərləri sırasında «Riyazül-qüds»ün də adını 
çəkərək onu «Füzulinin «Hədiqətüs-süəda»sına türkcə nəzirə» 
adlandırır (34, 129). 
Və nəhayət, bu yaxınlarda nəşr olunmuş 
«Azərbaycan 
ədəbiyyatı tarixi» kitabının IV cildindəki Abbasqulu ağa 
Bakıxanov haqqındakı oçerkdə müəllifin «Riyazül-qüds»
 əsərinə 
də müəyyən yer ayrılmışdır (12,109-111). Burada 
«Riyazül-
qüds»
ün yuxarıda adları 
çəkilən üç əsərin («Rövzətüş-şühəda», 
«Cəlaül-üyun», «Hədiqətüs-süəda») təsiri altında qələmə 
alındığı
 göstərilir (12,10) və kitabın məzmunu, quruluşu və dili 
ilə bağlı qısa bilgilər 
verilir
, lakin onun tərcümə və ya iqtibas 
olması haqqında heç nə deyilmir. 
Təqdirəlayiq
 haldır ki, Nadir 
Məmmədovun müəllifi olduğu bu oçerkdə A.Bakıxanovun 
bütün həyatı boyu dinə möhkəm inam bəsləməsi, ömrünü bir 
dindar kimi başa vurması və bütün əsərlərində islamın yüksək 
mənəvi-əxlaqi ideyalarını ardıcıl surətdə təbliğ etməsi 
vurğulanır (12,114) 
Türkiyədə nəşr olunan bəzi kitablarda da A.Bakıxanovun 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə