Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə7/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   2   3   4   5   6   7   8   9   10   ...   49

21 
 
«Riyazül-qüds» əsəri haqqında ümumi səciyyə daşıyan bioqrafik 
məlumatlar verilmişdir (99, 543-544). 
Beləliklə, A.Bakıxanovun «Riyazül-qüds» əsəri haqqında 
Azərbaycan ədəbiyyatşünaslığında mövcud olan 
bilgi və
 
fikirləri ümumiləşdirdikdə belə bir nəticəyə gəlmək olar ki, 
onlar sırf təqdimat və ümumi məlumat səciyyəsi daşımışdır. 
Təəccüblüdür ki, «Riyazül-qüds» haqqında məlumat verən 
tədqiqatçılardan heç biri (F.Qasımzadə istisnadır) indiyədək bu 
əsərin
 tərcümə səciyyəsi daşımasını qeyd etməmişdir. 
Fikrimizcə, bu məsələ, yuxarıda qeyd etdiyimiz kimi, ilk 
növbədə onunla bağlıdır ki, «Riyazül-qüds» dövrün 
ideologiyasından irəli gələn yasaq və qadağalara
 görə uzun 
müddət, ümumiyyətlə, müəyyən mənada «toxunulmaz» 
qalmış, konkret tədqiqat obyekti olmamışdır. Buna sübut 
olaraq təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, əsər 
haqqında yalnız son illərdə bu sətirlərin müəllifinin bir neçə 
məqaləsi nəşr olunmuşdur (59; 60; 61). 
 
 
 
1.3. «Riyazül-qüds»ün əlyazması haqqında 
 
Abbasqulu ağa Bakıxanovun «Riyazül-qüds» əsərinin 
hələlik elm aləminə yalnız  bir əlyazma nüsxəsi mə-
lumdur ki, bu da Azərbaycan Milli Elmlər Akade-
miyasının 
Məhəmməd
 Füzuli adına Əlyazmalar İnsti-
tutunda saxlanılır. D-140/7472 şifrli bu əlyazma 1258/1842-ci 
ildə, yəni əsər yazılandan 22 il sonra - A.Bakıxanovun  
sağlığında köçürülmüşdür. Əlyazmanm sonunda ənənəyə 
görə katibin adı qeyd olunmuşdur: Haqverdi bin Məşhədi 
Ocaqverdi Qarabaği (91a). Əlyazmanm harada köçürülməsi 
qeyd olunmasa da, katibin nisbəsinə (Qarabaği) əsasən onun 
Şimali Azərbaycanda, daha doğrusu, Qarabağ bölgəsində 
köçürülməsi qənaətinə gəlmək olar.  


22 
 
Əlyazmada əsas mətnin xətti incə kalliqrafik 
nəstəliqdir. Ərəbcə mətnlər nisbətən iri və gözəl nəsx xətti 
ilə köçürülmüşdür. Başlıqlar, eləcə də «nəzm», «şeir», «qitə» 
və s. bu kimi sözlər («binom»lar) qırmızı boya ilə yazılaraq 
seçdirilmişdir. Ərəb dilində olan söz, ifadə və cümlələrin isə 
yuxarısından qırmızı xətt çəkilmişdir. Mətn bütövlükdə 
haşiyəyə alınmışdır. Əlyazmanın həcmi 91 vərəq, ölçüsü 
32x20 sm, kağızı Avropa istehsallı, krem rənglidir. Hər 
səhifədəki sətirlərin sayı 21, haşiyənin ölçüsü 24x13 sm-dir. 
Əlyazma qəhvəyi rəngli dəri cildə tutulmuşdur.  
Prof. F.Qasımzadənin, eləcə də H.Əfəndiyev və 
Ə.Əhmədovun
 «Riyazül-qüds» haqqındakı qeydlərində də 
məhz bu əlyazmanın şifri göstərilir. M.Sultanov isə, təəssüf ki, 
«Riyazül-qüds»dən bəhs edərkən əsərin hansı əlyazma 
nüsxəsindən istifadə etdiyini göstərmir.  
Beləliklə, aydın olur ki, «Riyazül-qüds»ün sözügedən 
Bakı nüsxəsindən başqa, digər əlyazması əldə yoxdur. 
Bununla belə, əsərin Bakı nüsxəsinin özü sübut edir ki, onun 
digər nüsxələri də vaxtilə olubmuş, çünki katib Haqverdi 
Qarabaği hazırladığı əlyazmanı, təbii ki, 
kitabın
 digər bir 
nüsxəsindən köçürmüşdür. A.Bakıxanovun bəzi əsərlərinin 
əlyazmalarının Sankt-Peterburq şəhərindəki mövcud əlyazma 
mərkəzlərində saxlanıldığını nəzərə alaraq, biz həmin 
şəhərdəki   müvafiq   kitabxanaların   əlyazma   kataloqlarını 
nəzərdən keçirdik, lakin «Riyazül-qüds»ün orada olması 
haqqında heç bir qeydə rast gəlmədik. İran əlyazma 
mərkəzlərinin kataloqlarına müraciətimiz də nəticəsiz qaldı. Bu 
məsələ ilə bağlı qeyd edək ki, ümumiyyətlə, Kərbəla vaqiəsi 
mövzusunda qələmə alınan əsərlər içərisində əlyazmaları ən 
çox yayılan M.Füzulinin «Hədiqətüs-süəda» əsəridir. Bu 
əsərin dünya əlyazma xəzinələrində 200-dən çox əlyazması 
mövcuddur. Eyni məzmunlu və eyni əsrdə qələmə alınmış 
Nişatinin «Şühədanamə» tərcüməsi isə yeganə əlyazması şəklində 
günümüzə qədər gəlib çatmışdır (Azərbaycan MEA M.Füzuli 


23 
 
adına Əlyazmalar İnstitutu: M-259). Fikrimizcə, bu məsələdə 
dahi Füzulinin bir şair olaraq özünün məşhurluğu və  
qüdrətli qələminin ecazkarlığı, bənzərsiz sehri mühüm rol 
oynamışdır. Düzdür, A.Bakıxanovun «Riyazül-qüds» əsəri də 
yüksək sənətkarlıq xüsusiyyətləri ilə seçilir, ancaq bununla 
belə, təbii ki, «Hədiqətüs-süəda» səviyyəsinə yüksələ 
bilmir.  
«Riyazül-qüds»ün 
günümüzə qədər yalnız bir əlyazma 
nüsxəsi şəklində çatmasının 
bir neçə səbəbi ola bilər. Birincisi,  
«Riyazül-qüds»  A.Bakıxanovun  ilk  əsərlərindən sayılır, şair 
onu 26 yaşında olarkən qələmə almışdır və bu vaxt o, hələ bir 
şair kimi püxtələşməmişdi, məşhur deyildi, az tanınırdı. 
İkincisi, «Riyazül-qüds»ün əsasını təşkil edən nəsr 
hissəsinin
 
dili olduqca qəlizdir, adi Azərbaycan-türk oxucusu üçün çətin 
anlaşılan ərəb və fars sözləri, uzun silsiləli, “nəfəskəsici” 
(akad. 
T.Hacıyev) izafət
 tərkibləri ilə yüklənmişdir. Üçüncüsü isə, 
F.Köçərlinin yazdığı kimi, XIX əsrdə Azərbaycanda imam 
Hüseynin (ə.) Kərbəla müsibəti mövzusunda növhə və 
mərsiyələr daha geniş yayılmışdır (36, II, 326). «Riyazül-
qüds»ün əsas hissəsi isə, qeyd olunduğu kimi, nəsrlədir. Bütün 
bunları nəzərə aldıqda A.Bakıxanovun «Riyazül-qüds» əsərinin 
əlyazmasının bu qədər az  yayılmasını, daha doğrusu, hələlik 
yeganə əlyazma nüsxəsi şəklində olmasını təbii qəbul etmək 
lazım gəlir. 
Əlyazmanın səciyyəvi qrafik-orfoqrafik xüsusiy-
yətləri sırasında başlıca olaraq aşağıdakıları qeyd etmək olar: 
1. Yalnız türk dilləri üçün, o cümlədən Azərbaycan-türk 
dili üçün səciyyəvi olan və xüsusi fonetik-semantik funksiya 
daşıyan «sağır nun» (kar n) səsi əlyazmada yalnız 
كن nun+kaf 
diqrafı ilə ifadə olunmuşdur. Məlum olduğu kimi, bu səs yalnız 
söz ortasında və söz sonunda işlənir: 
ركنص  soŋra  (7b),  رزكنب 
bəŋzər  (l1b), 
ىلكنوك  köŋli (llb), اكنب  baŋa  (30b),كنب biŋ 
(63b), 
كنوزيق qızuŋ (68b) və s. 
Qeyd edək ki, orta yüzilliklərə aid Azərbaycan 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə