Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə8/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

24 
 
əlyazmalarında, məsələn, «Şühədanamə» və «Şeyx Səfı 
təzkirəsi»ndə də «sağır nun» səsi 
كن diqrafı ilə ifadə 
olunmuşdur (bax: 2, 161; 27, 19-21; 55, 64). Bu məsələ 
ilə bağlı prof. Samət Əlizadə yazır ki, 
 
كن
  diqrafi Azərbaycan 
və Orta Asiya yazılarına nəstəliq xəttilə gəlmişdir  (27, 21). 
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan ərazisində köçürülən 
türkcə mətnləri indiki Türkiyə məkanında  yazıya alınan türkcə 
əlyazmalardan fərqləndirən başlıca qrafik əlamətlər 
sırasında iki məsələ mühüm yer tutur. Birincisi, Azərbaycan 
türkcəsində olan mətnlər əsasən nəstəliq xəttilə, osmanlıca 
mətnlər isə daha çox nəsx və təliq xətləri ilə yazılmışdır. 
İkinci  fərq isə  «sağır nun»un Azərbaycan mətnlərində 
كن  
diqrafı ilə (daha çox XVI əsrin başlanğıcında), osmanlıca 
yazılarda isə əsasən adi «kaf»  hərfi ilə və ya üzərində üç nöqtə 
qoyulan «kaf»la ifadə olunmasıdır (bax: 3, 57-60; 55, 64-65; 57, 
38-41). 
2. Əlyazmada orta yüzilliklərə aid türk, xüsusilə də 
Azərbaycan-türk mətnlərinə aid bir sıra yazı  xüsusiyyətlərinin  
təsiri qabarıq şəkildə özünü göstərir. Bu baxımdan birinci 
növbədə əski türkcə mətnlərin çoxu üçün səciyyəvi olan 
imla sabitsizliyini, daha doğrusu, eyni sözlərin müxtəlif qrafik  
variantlarda yazılışını (bax: 40, 21; 56, 77-82; 85, 36-39; 86, 50) 
qeyd etmək olar. Bu xüsusiyyət, sözsüz ki, yalnız türk 
mənşəli sözlərin yazılışında özünü göstərir. Məsələn, XVI 
əsr Azərbaycan 
tərcümə abidəsi 
«Şühədanamə»nin 
yeganə 
avtoqraf nüsxəsində 
«çox» sözü dörd qrafik variantda, «
kimi
» 
sözü isə beş qrafık şəkildə yazılmışdır (bax: 56, 78). Bu 
sözlərdən birincisinin müxtəlif qrafik variantları arasındakı fərq 
sonuncu samitin ifadəsindədir. Katib onu üç müxtəlif hərflə: [x] 
səsini bildirən 
خ xe; [q] və [k'] səslərini bildirən ق qaf (bax: 
2, 157-160) və [ğ] səsini bildirən غ  ğəyn  hərfi ilə yazmışdır. 
İkinci sözdəki (“kimi”) qrafik variantdakı fərq isə ortadakı 
samitdədir: o, həm [m] səsini bildirən 
م mim, həm də [b] və [p] 
səslərini bildirən 
ب  be  və  پ  pe  hərfləri ilə yazılmışdır. 


25 
 
Aydındır ki, yuxarıdakı sözlərin bu yazılışında həm 
müxtəlif türk dillərinə aid xüsusiyyətlər, həm də dialekt 
əlamətləri özünü göstərir. «
Riyazül
-qüds» əlyazmasında da bir 
sıra eyni sözlərin müxtəlif şəkildə yazılışı müşahidə olunur ki, 
fikrimizcə, bunun da başlıca səbəbini əski yazı ənənəsinin təsiri, 
qalığı
 kimi qəbul etmək olar. Məsələn, əlyazmada «dəxi» sözü 
eynilə «Şühədanamə»dəki kimi həm
 ىخد , həm də ىخاد 
şəklində yazılmışdır (38a, 70b). Başqa bir nümunə: çağdaş 
ədəbi dilimizdəki «hansı» sual əvəzliyi, məlum olduğu kimi, 
dilimizin əski qatlarında, eləcə də orta yüzilliklərdə, əsasən 
«qansı» şəklində işlənmişdir. «Riyazül-qüds»də isə katib bu sözü 
iki qrafik variantda yazmışdır: 
 ىسناق
 -
ىسناخ 
 
 
qansı/hansı  (73b, 
78a). Fikrimizcə, bu sözün birinci qrafik variantı əlyazmada əski 
yazı ənənəsinin «qalığı» kimi dəyərləndirilə bilər, çünki XIX 
yüzillikdə həmin sözün bu şəkildə tələffüz
  olunması inandırıcı 
görünmür.
 Sözün bu cür yazılışı, təbii ki, A.Bakıxanovun 
özünün yaradıcılığı, daha doğrusu, əsərdə Füzuli təsiri ilə də 
bağlı ola bilər. Qeyd edək ki, bu variantlardan birincisi 
(“qansı”) ikinci ilə müqayisədə əlyazmada az işlənmişdir. 
Ümumiyyətlə, əlyazmada eyni sözün müxtəlif şəkildə yazılması 
halları aşağıdakı hərf əvəzlənmələrinin nümunələrində özünü 
göstərir: 
A. 
 ق
 -
خ   Bu hərf əvəzlənməsi əlyazmada əsasən söz sonunda 
və ortasında müşahidə olunur: 
 قرق
 -
ق 
خر
 qırq/qırx (
11b, 50b), 
 بوقاب
 -
بوخاب 
  baqub/baxub  (9a, 65b), 
 هيوقوي
 -
هيوخوي 
  yuqu-
ya/yuxuya  (34b, 76a), 
 بويوقوا
 -
نسبويوخوا 
  oquyub/oxuyubsan 
(25a, 73b), 
 رودقوي -
 
رودخوي  yoqdur/yoxdur (11b, 61a) və s. Eyni 
sözlərin həm 
خ xe, həm də ق qaf hərfi ilə yazılması bir sıra yazılı 
abidələrimizdə, o sıradan «Şühədanamə»də qeydə alınmışdır 
(39, 16; 40,24; 56, 80; 92, II, 418-419). Bu məsələ ilə bağlı qeyd 
edək ki, çağdaş ədəbi dilimizdə tərkibində [x] səsi olan bəzi 
sözlər əlyazmada 
ق  qaf  hərfi  ilə ifadə olunmuşdur: قوا  oq 
(silah növü-37b), 
قوچ  çoq  (23b),  قوي yok (
8a
),
قمقيچ
 
 
çıqmaq  (36a), 
بوقاب  baqub  (9a),  هسقاروب buraqsa (63b) və s. 


26 
 
Professor S.Əlizadənin fikrincə, 
  ق  qaf   hərfi XVI əsrə aid 
Azərbaycan mətnlərində   həm [q], həm də [x] samitlərini ifadə 
etmişdir. Buna sübut olaraq alim eyni sözlərin bəzən 
خ xe hərfi 
ilə yazılmasını göstərir (27, 19). Bu məsələni bir qədər ətraflı 
şəkildə araşdıran filologiya üzrə elmlər doktoru Məmməd 
Adilovun fikrincə isə, bu qəbildən olan türkcə sözlərdəki «qaf» 
hərfi orta yüzilliklərdə və sonralar [q] səsi ilə yanaşı, həm də 
kipləşən kar, dilarxası yumşaq damaq [k'] samitini ifadə 
etmişdir (3, 55). Biz də bu fıkirdəyik və əvvəlki tədqi-
qatlarımızda tərkibində 
ق  qaf  hərfi olan bir sira sözlərin 
transfoneliterasiyasında buna əməl etmişik (bax: 56, 80; 57, 44). 
Bununla belə, fikrimizcə, bu məsələdə tədqiqat obyekti olan 
mətnin səciyyəvi cəhətləri, ayrı-ayrı nümunələri də nəzərə 
alınmalı, onlara fərdi yanaşılmalıdır. Aydınlıq üçün «Riyazül-
qüds»də tərkibində «qaf» hərfi olan bir sözü nümunə olaraq 
veririk: 
بوروقاچ (12a). Bu sözdəki «qaf» hərfini [q] və ya [k'] 
səsinin ifadəçisi kimi qəbul etdikdə onu «çaqurub»  və ya 
«çakurub»  kimi oxumalıyıq. Aydındır ki, verilən sözün XIX 
yüzillikdə
 bu cür şəkildə tələffüz edildiyinə inanmaq çətindir. 
Həmin sözdəki üçüncü hərfin əlyazmada başqa bir yerdə 
غ ğəyn 
hərfi ilə ifadə olunması da bu fikri təsdiqləyir: 
رلانوسروغاچ 
çağursunlar  (
11b). Eləcə də çağdaş ədəbi dilimizdəki «yuxu» 
sözü əlyazmada on dəfədən çox işlənmiş və 
خ xe hərfi ilə 
yazılmışdır: 
خوي
 و

 هيوخوي 

ندوخوي 
  yuxu, yuxuya, yuxudan və 
s. (12b, 31b, 35a, 81a). Bu söz əlyazmada yalnız bir dəfə, o da, 
çox güman ki, əski yazı ənənəsinin təsiri ilə 
ق qqf  hərfi ilə də 
yazılmışdır 
هيوقوي  yuquya  (76a). Bizcə, bu faktı nəzərə alaraq
müəyyən bir ortaq məxrəcə gəlmək mümkündür, yəni sonuncu 
sözü də «yuxuya» kimi qəbul etmək düzgündür. Eləcə də 
yuxarıdakı sözü «çağurub» şəklində oxumaq məqsədə-
uyğundur. Əlbəttə, bununla biz heç də klassik mətnləri 
«müasirləşdirməyi» təklif etmir, əksinə, hər bir əlyazmaya və 
ondakı konkret faktlara diqqətlə yanaşmağın zəruriliyini 
vurğulamaq istəyirik. 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə