Bakımızı tanıyaq



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix19.07.2018
ölçüsü1,07 Mb.
#56631
  1   2   3   4   5   6   7   8   9   10


 

 



 

 

 

 

 

 

Bakımızı tanıyaq 

 

 



 


 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



 

 

 

 

 

 

 

 

Bakımızı tanıyaq 

 

Respublika Uşaq Kitabxanaları 



üçün tövsiyə biblioqrafiyası 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı-2018 

 

 



 


 

 



 

Tərtibçi:  

Nazilə Tahirova, 

Əməkdar mədəniyyət işçisi 

 

 

Redaktoru və 

Şəhla Qəmbərova

buraxılışa məsul: 

Əməkdar mədəniyyət işçisi 

 

 

 

 

 

Bakımızı  tanıyaq:

  tövsiyə  biblioqrafiyası  /tərt.  ed. 

N.Tahirova;  red.  və  bur.  məs.  Ş.Qəmbərova;  F.Köçərli  adına 

Respublika Uşaq Kitabxanası.- Bakı, 2018.-45 s. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018  

 

  




 

Tərtibçidən 

Bakı  -  müstəqil  Azərbaycan  Respublikasının  paytaxtı,  böyük 

elmi-mədəni  və  sənaye  mərkəzidir.  Bakı  qədimliyinə,  ərazisinin 

böyüklüyünə  və  əhalisinin  sayına  görə  Şərqin  qocaman  və  ən 

böyük şəhərlərindən biridir. 

Bakı  şəhərində  və  Abşeron  yarımadasında  insanlar  çox  qədim 

zamanlardan  məskunlaşmış  və  burada  yaşayış  məntəqələri 

yaratmışlar.  Buna  səbəb  Bakı  şəhərinin  fiziki-coğrafi  şəraiti 

şimaldan-cənuba,  qərbdən-şərqə  gedən  miqrasiya  və  ticarət 

yollarının  kəsişməsi  mərkəzində  yerləşməsi  (“İpək  Yolu”),  iqlim 

şəraiti  və  ən  qədim  zamanlardan  yer  üzünə  çıxan  nafta  adlanan 

yanacaq və enerji sərvəti olmuşdur. 

Bakı  haqqında  ilk  dəfə  eramızdan  3500  il  əvvəl  birinci  Misir 

Faraonu Menesanın dövründə “Ölülər Kitabı”nda qeyd edilmişdir. 

Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 

12  min  il  tarixi  olan  daş  üzərində  yazmalar,  arxeoloji  tapıntılar, 

eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin 

və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 

km  cənub  istiqamətində)  saldıqları  hərbi  düşərgələr  barəsində 

Avqust  Qay  Oktavi  tərəfindən  yazılmış  daş  yazısı  sübutdur.  Bu 

tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır. 

Bakı  XII  əsrdə  Şirvanşahlar  dövlətinin,  XVI  əsrdə  Səfəvilər 

dövlətinin,  XVII  əsrdə  Osmanlı  imperiyasının,  XVIII  əsrdə  isə 

Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur. 

Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin 

sahilində  yerləşir,  onun  ərazisi  2200  kv  km,  əhalisinin  sayı 

 

milyon  249  min  500

  nəfərə  yaxındır.  Bundan  başqa  hazırda  Bakı 

şəhərində  erməni  qəsbkarlarının  işğal  etdiyi  rayonlardan  və 

Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və 

məcburi köçkünlər yaşayır. 

Bakı  özündə  11  inzibati  rayonu,  5  şəhər  tipli  qəsəbəni  və  32 

kəndi birləşdirir. 




 

Firidun  bəy  Köçərli  adına  Respublika  Uşaq  kitabxanasının 



Ölkəşünaslıq  və  milli  ədəbiyyat  şöbəsi  “Bakımızı  tanıyaq”  adlı 

tövsiyə biblioqrafiyası hazırlamışdır. 

Geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulan    göstərici  tövsiyə 

olunan  ədəbiyyatdan  ibarətdir.  Girişdə  mövzu  haqqında  ətraflı 

məlumat verilmişdir. 

Tövsiyə  göstəricisində  kitablarda,  məcmuə  və  dövri  mətbuat 

səhifələrində dərc edilmiş materiallar öz əksini tapmışdır. Vəsaitdə 

ədəbiyyat  xronoloji  prinsip  əsasında,  daxildə  isə  əlifba  sırasına 

uyğun olaraq qruplaşdırılmışdır. 

 

 



Ünvan: Bakı şəh., S.Vurğun küç. 88; 

E-mail: info@clb.az. 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə