Bakımızı tanıyaq


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə2/10
tarix19.07.2018
ölçüsü1,07 Mb.
#56631
1   2   3   4   5   6   7   8   9   10

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında 



"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 

yaradılması haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 

SƏRƏNCAMI 

  

Azərbaycan  xalqının  maddi  mədəniyyətinin  əvəzsiz  abidəsi 



olan  İçərişəhəri  qoruyub  saxlamaq  məqsədi  ilə  Azərbaycan 

Respublikası  Prezidentinin  “Bakı  şəhərində  İçərişəhər  tarix-

memarlıq qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər 

haqqında”  2003-cü  il  17  fevral  tarixli  Sərəncamı  imzalandıqdan 

sonra  orada  tikinti  işləri  dayandırılmış  və  şəhərin  tarixi  simasının 

qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilməyə 

başlanmışdır. 

 İçərişəhərin  uzunmüddətli  qorunması,  konservasiyası  və 

bərpasının davam etdirilməsi, daha da intensivləşdirilməsi, sistemli 

xarakter  alması  onun  idarə  olunmasının  təkmilləşdirilməsini  və 

mərkəzləşdirilməsini tələb edir. 

İçərişəhərin  Azərbaycan  tarixi  və  mədəniyyəti  üçün 

əhəmiyyətini,  qorunub  saxlanılması  və  gələcək  nəsillərə 

çatdırılmasının  vacibliyini  nəzərə  alaraq,  onun  idarə  edilməsini 

təkmilləşdirmək məqsədi ilə qərara alıram: 

1.Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılsın. 



2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu Bakı şəhəri İcra 

Hakimiyyətinin  və  Azərbaycan  Respublikası  Mədəniyyət 

Nazirliyinin tabeliyindən çıxarılsın. 

3.Azərbaycan  Respublikası  Prezidentinin  İcra  Aparatına 

tapşırılsın ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və onun 

idarə  edilməsi  haqqında  Əsasnamənin  layihəsini  10  gün 

müddətində  hazırlayıb  Azərbaycan  Respublikasının  Prezidentinə 

təsdiq edilmək üçün təqdim etsin. 



 

4.Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  tapşırılsın 



ki, bir ay müddətində: 

4.1.Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  yanında 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunu 

və işçilərin say həddini müəyyən etsin

4.2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

 

İlham Əliyev, 



 Azərbaycan Respublikasının Prezidenti 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Bakı haqqında müdrik kəlamlar 

 

 

Azərbaycan xalqının milli sərvəti olan İçərişəhər tarix-memarlıq 



qoruğunun qorunub saxlanılması, geniş təbliğ edilməsi və gələcək 

nəsillərə  çatdırılması  Azərbaycan  dövlətinin,  hər  bir  Azərbaycan 

vətəndaşının müqəddəs borcudur. 

 

 



“Bakı  gözəl  şəhərdir.  Bizim  əcdadlarımız,  Bakıda  əsrlər  boyu 

yaşamış  insanlar  gözəl  şəhər  yaradıblar,  qurublar  və  bu  günkü 

nəsillərə, gələcək nəsillərə bəxş ediblər. 

 

 



“Şirvanşahlar  sarayı  Azərbaycan  xalqının  iftixar  etdiyi  tarixi 

memarlıq  abidəsidir.    Bu  həm  bizim  memarlığımızın  ən  yüksək 

səviyyədə olduğunu  göstərir, həm  də dövlətçiliyimizin tarixini  əks 

etdirən  bir  abidədir,  kompleksdir  və  şübhəsiz  ki,  dünyada  da 

məşhurdur.” 

 

Heydər Əliyev, 



Ümummilli lider 

 

Şərq  dünyasının  özünəməxsus  və  möhtəşəm  abidələrindən  biri 

Bakıda yerləşən, Azərbaycanın simvolu olan Qız Qalasıdır. 

 

 



Bakı  bütün  dövrlərdə  mədəniyyətlər  və  sivilizasiyalar  arasında 

körpü olub. 

 



 

 



Möhtəşəm  tikililəri,  tarixi  abidələri,  dar  küçələri,  qeyri-adi 

dalanları  və  müxtəlif  daş  “mənzərə”ləri    ilə  yaddaşımıza  iz  salan, 

həmişə bizi düşündürən bu ünvan -İçərişəhərdir. 

 

Bəy,  xan,  qoçu,  xanım,  qulluqçu,  mirzə  görmək  istəyən 



İçərişəhərə gəlsin.... 

 

Zəngin  tarixə  və  mədəniyyətə  malik  Azərbaycan  xalqının 



İçərişəhər,  onun  ərazisindəki  Qız  qalası,  Qala  divarları, 

Şirvanşahlar  saray  kompleksi,  məscidlər,  karvansara,  bazar 

meydanı  və  s.  kimi  abidələr  öz  unikallığı  ilə  bəşər  mədəniyyəti 

inciləri  sırasında  xüsusi  yer  tutur.Təəssüflər  olsun  ki,  illər  uzunu 

İçərişəhəri daş-daş, pillə-pillə sökərək xalqımızı tariximizin ən gizli 

qatlarını  özündə  yaşadan  bu  qiymətli  abidədən  məhrum  etməyə 

çalışıblar. Lakin son dövrlər dövlət səviyyəsində görülən tədbirlər, 

belə demək mümkünsə, qədim abidəni xilas etdi. 

 

 

Azərbaycan  tarixinin  qədim  köklərə  bağlılığını,  onun  yüksək 



mədəniyyət  diyarı  olmasını  sübut  edən  xeyli  abidələrimiz  var  ki, 

onlar  qorunaraq  nəsillərdən-  nəsillərə  ötürülmüşdür.  Belə  tarixi 

abidələrdən biri də tarixi yaddaşımızın canlı şahidi İçərişəhərdir. 

 

 



Hər bir azərbaycanlının qürur mənbəyi, milli- mədəni sərvətimiz 

olan  İçərişəhər açıq  səma altında muzeydir.Yüzlərlə tarixi  abidəni 

özündə  cəmləşdirən  bu  qədim  məkan,  eyni  zamanda,  dünya 

sivilizasiyasının  mərkəzlərindən  biri,  Azərbaycan  xalqının  dərin 

ənənələrə  söykənən  dövlətçilik  quruluşunun  simvolu,  keçmişdə 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə