Bakımızı tanıyaq



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix19.07.2018
ölçüsü1,07 Mb.
#56631
1   2   3   4   5   6   7   8   9   10

10 

 

qüdrətli  Şirvanşahlar  dövlətinin  paytaxtıdır.  İçərişəhər  müasir 



Bakının  mərkəzində  qala  divarları  ilə  əhatələnmiş  qədim  şəhər, 

yaşayış massivləri və özünəməxsus infrastrukturu ilə canlı tarixdir. 

 

 

Şirvanşahlar  saray  kompleksi  orta  əsrlərin  şəhərsalma 



tələblərinə  uyğun  olaraq  qədim  Bakı  –  indiki  İçərişəhər  relyefinin 

ən  hündür  yerində  -  içqalada  yerləşir.  Kompleksin  əsas  tikililəri 

olan  saray  binası  və  Divanxana  Bakı  təpəsinin  tam  zirvəsində 

ucaldılmışdır. Şirvanşahlar sarayından bəhs edən səyyahlar, yaxud 

da  onun  memarlıq  təhlilini  verən  mütəxəssislər,  bir  qayda  olaraq, 

kompleksin  tərkibindəki  Divanxana  binasına  üstünlük  vermişlər. 

Gerçəkdən  də  Şirvanşahlar  saray  kompleksi  yuxarıda  Bakı 

qalasının tacı kimi yüksəlirdisə, Divanxana bu tacın ən dəyərli daş-

qaşı idi. 

 

Bakı ətrafı kənd və qəsəbələr, ümumilikdə Abşeron yarımadası 



tarixin  müxtəlif  dövrlərinə  şahidlik  edən  abidələrlə  zəngindir.  Bu 

sırada  qalalar  xüsusilə  diqqəti  cəlb  edir.  Əzəmət,  vüqar, 

yenilməzlik  rəmzi  olan  qalalar  xalqımızın  öz  torpağına  necə  bağlı 

olduğunun  bir  göstəricisi  olmaqla  yanaşı,  həm  də  milli  memarlıq 

ənənələrimizi özündə yaşadır. 

 

 



 

 

 



 

 

 




11 

 

GİRİŞ 



 

Bakı-Azərbaycan 

Respublikasının 

paytaxtıdır. 

Abşeron 


yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir.  

Şəhərin mərkəzi  hissəsi  Bakı  buxtasına pilləli  enən amfiteatrda 

yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 

28  m  aşağıdır.  Bakı  rayonu  ərazisində  faydalı  qazıntılardan  neft, 

qaz,  tikinti  materialları  hasil  edilir,  müalicə  əhəmiyyətli  mineral 

sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi quru subtropikdir. Orta 

temperatur  yanvarda  3-4°C,  iyulda  isə  25-26°C-dır.  İllik  yağıntı 

300 mm-dir. Bakı üçün güclü şimal küləyi -xəzri və cənub küləyi -

gilavar səciyyəvidir. 

Abşeron ərazisində tapılmış arxeoloji materiallar Bakının qədim 

yaşayış  məskəni  olduğunu  sübut  edir.  Pirallahı,  Zığ  gölü  ətrafı, 

Şüvəlan,  Mərdəkan,  Əmircan  və  s.  yerlərdə  e.  ə.  III-I  minilliklərə 

aid  arxeoloji  materiallar  tapılmışdır.  Bakının  salındığı  tarix  dəqiq 

məlum deyildir.  

Bakı Qafqazda  ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 

2014-cü  ildə  Bakı  Forbes  jurnalının  rusiyalılar  üçün  biznes 

qurulması  sahəsində  ən  cəlbedici  keçmiş  SSRİ  şəhərlərinin 

reytinqində  top  onluğa  düşüb.  2015-ci  ildə  Bakı  Lonely  Planet 

nəşrinin  səyahət  edilməli  ən  maraqlı  məkanların  reytinqində  7-ci 

sırada,  New  York  Times  qəzetinin  “2015-ci  ildə  səfər  etmək  üçün 

dünyanın  ən  yaxşı  yerləri”  reytinqində  isə  51-ci  yerdə  qərarlaşıb. 

Bakı  adının  mənşəyi  haqqında  müxtəlif  fikirlər  vardır.  Bakı 

toponiminin  qədimliyi  haqqında  ilk  məlumata  İvan  Meşaninovun 

1927-ci  ildə  Bakıda  nəşr  olunmuş  "Eqipet  i  Kavkaz"  adlı 

məqaləsində  rast  gəlmək  olar.  Fərziyyəyə  görə,  e.ə.  III  minilliyin 

sonlarına aid  edilən “Ölülər kitabı” Misir mifologiyası  toplusunda 

əksini  tapmış  “Bakhav”  toponiminin  Qafqazda  formalaşmasıdır. 

Sözün kökü olan “Baka” – “Günəşin doğulduğu yer” və ya “Səhər 

şəfəqi”  kimi  iddia  edilir.  Bu  toponim  Böyük  Qafqazın  şərqində 

yerləşən Bakı ilə eyniləşdirilir. 

 



12 

 

Bəzi  mənbələrə  görə,  Bakı  adına  isə  ilk  dəfə  V-VIII  əsr 



mənbələrində  “Baqavan”  və  ya  “Baquan”,  “Atşi  Baqavan”  və  ya 

“Atşi  Baqvan”,  yəni  “Atəşi  Baquan”  kimi  rast  gəlinib.  “Baqa” 

sözün  kökü,  “an”  və  “van”  isə  məkan  bildirir.  Toponim  eramızın 

VII  yüzilliyində  bu  ərazidə  yaşamış  “bakan”  tayfası  ilə 

əlaqələndirilir,  bəzilərinin  fikrincə  isə  “Bakuyə”  sözündən 

götürülüb.  

Bakının  adlarından  biri  də  fars  dilindən  yaranan  “Badi  Kubə” 

sözünün  birləşməsindən  yaranması  ehtimal  olunur.  Fars  dilindən 

tərcümədə “Küləklər şəhəri” mənası verən bu sözün məhz Bakının 

əsl adının olmasını bir çox tarixçilər iddia edir.  

Professor  Sara  Aşurbəyli  Bakının  ən  qədim  adının  “Xunsar” 

olduğunu  yazır.  Bu  yazılışda  olan  toponimin  tərtibi  onun  3  min 

ildən artıq bir dövr ərzində mövcud olduğunu göstərir. “Xunsar”ın 

mənası “Günəşə doğru çevrilmiş” deməkdir.  

Qafqazşünas Kerop Patkanov iddia edir ki, şəhərin adı lak sözü 

“Baki”dən  (təpə  deməkdir)  əmələ  gəlir.  Bu  hipotezə  görə,  Bakı 

təpələr  üstündə  salındığından,  şəhərin  də  adı  bu  sözdən 

götürülmüşdür. Bu fikri coğrafiya elmləri doktoru Budaq Budaqov 

da iddia etmişdir

.

 



 

 

Mədəniyyəti 

 

Musiqi:  XIX  əsrin  sonlarında  Bakı  ziyalılarının  musiqi 

əyləncəsinin  əsas  forması  evlərdə  təşkil  olunan  musiqi  axşamları 

çərçivəsindən  kənara  çıxmış  həvəskar  musiqi  idi.  Musiqi 

həvəskarları  yerli  musiqiçilərin,  hərbi  kapelmeysterlərin,  musiqi 

müəllimlərinin iştirakı ilə kütləvi konsertlər (çox vaxt xeyriyyəçilik 

məqsədi ilə) təşkil edirdilər.  

Bakılıların eşitdiyi ilk opera Aleksey Verstovkinin 1889-cu ilin 

mayında  D.Aqryonov-Slavyanskinin  kapellasının  konsert  ifasında 

təqdim  etdiyi  “Askoldun  məzarı”  operası  olmuşdur.  Həmin  il 

dekabrın  5-də  qastrola  gəlmiş  Tiflis  opera  truppasının  ifasında 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə