Bakımızı tanıyaq



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix19.07.2018
ölçüsü1,07 Mb.
#56631
1   2   3   4   5   6   7   8   9   10

20 

 

genişləndirilməsi 



nəticəsində 

Dənizkənarı 

bulvarda 

da 


yenidənqurma  işləri  aparıldı.  Bulvar  şərq  və  qərb  istiqamətlərində 

genişləndirildi, onun uzunluğu 3,7 kilometrə çatır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



21 

 

Neft sənayesinin inkişaf tarixi 

 

Azərbaycan, Bakı öz nefti ilə dünyanın şirkətlərini, iş adamlarını 

XIX  əsrin ikinci  yarısından,  XX  əsrin  əvvəllərindən  cəlb  etmiş  və 

bir  çox  xarici  şirkətlər  burada  uğurlu  fəaliyyət  göstərmiş,  neft 

hasilatını təmin etmişlər.  

Heydər Əliyev 

Ümummilli lider 

 

Azərbaycan  neftinin  tarixi 

kökləri  çox  qədim  dövrlərə 

gedib  çıxır.  Ərəb  tarixçiləri, 

coğrafiyaşünasları  və  səyyah-

larından  Əhməd  Əl-Bəlaruri 

(IX  əsr)  Abşerondakı  iqtisadi 

həyatın  qədimdən  neftlə  bağlı 

olduğunu  göstərmiş,  Əbu-

İshaq  İstəxri  (XI-X  əsrlər), 

Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun 

"ağ"  və  "qara"  nefti  haqqında  məlumat  vermişdir.  İtalyan  səyyahı 

Marko  Polo  (XIII-XIV  əsrlər)  Bakı  neftinin  yaxın  Şərq  ölkələrinə 

aparılması,  alman  diplomatı  və  səyyahı  Adam  Oleari  (XVII  əsr) 

Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft 

mədənləri,  neftin  İrana,  Orta  Asiyaya,  Türkiyəyə  və  Hindistana 

aparılması  və  neftin  gətirdiyi  illik  gəlir  haqqında  məlumat 

vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş 

üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta 

Allahyar  Məmmədnur  oğlu  tərəfindən  qazılıb  istifadəyə  verildiyi 

göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI 

əsrin əvvəllərində Bakı  ətrafında 500-ə qədər belə neft çalaları  və 

quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft 

çıxarılırdı.  Alman  səyyahı,  həkim  və  təbiətşünası  Engelbert 

Kempfer  İsveç  səfirliyinin  katibi  kimi  1683-cü  ildə  Abşeron 

yarımadasında  Balaxanı,  Binəqədi,  Suraxanı  yataqlarında  olmuş, 




22 

 

neftin  Abşeron  yarımadasından  İrana,  Orta  Asiyaya  və  Şimali 



Qafqaza  aparılmasını  təsvir  etmişdir.  1803-cü  ildə  Bakı  sakini 

Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 

18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır. 

Azərbaycan  neft  sənayesinin  inkişaf  tarixində  bir  neçə 

mərhələlər  ayrılır  ki,  bunların  da  hər  birinin  özünəməxsus 

nailiyyətləri olmuşdur. 

I mərhələ 1847-ci ildən neftin 

mexaniki 

üsulla 

qazılmış 



quyulardan  hasil  edilməsi  ilə 

başlanır  və  1920-ci  ilə  kimi 

davam  edir.  1847-1848-ci  illərdə 

ilk  dəfə  Bibiheybət  və  sonra 

Balaxanı  yataqlarında  mexaniki 

üsulla 


qazılmış 

quyulardan 

sənaye  əhəmiyyətli  neft  alınmış 

və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır. 

XIX  əsrin  əvvəllərində  dünyada  ilk  dəfə  olaraq  Bibiheybətdə 

sahildən  30  m  aralı  dənizdə  qazılmış  əl  quyusundan  neft  hasil 

edilmişdir. 

1859-cu  ildə  Bakıda  ilk  neftayırma  zavodu  (qurğusu)  tikilir. 

1863-cü  ildə  Cavad  Məlikov  Bakıda  kerosin  zavodu  tikdirdi  və 

dünyada  ilk  dəfə  neftayırma  prosesində  soyuduculardan  istifadə 

etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. 

Mexaniki  üsulla  quyuların  qazılmasının  texnika-texnologiyası 

inkişaf  etdikcə  bir  sıra  yeni  neft  yataqları  aşkar  edilir  (Binəqədi, 

Pirallahı,  Suraxanı  və  s.),  neft  hasilatı  artır,  neft  sənayesinin 

infrastrukturu  və  neftin  emalı  inkişaf  etməyə  başlayır,  neftin 

hasilatı,  emalı  və  satışı  üzrə  yüzlərlə  firmalar  yaradılır. 

Azərbaycanda  milli  burjuaziya  formalaşır,  Bakı  şəhəri  dünyanın 

sənaye  mərkəzlərindən  birinə  çevrilir.  İlk  dəfə  Abşeron 

yarımadasında  1871-ci  ildə  Balaxanı-Sabunçu-Ramanı  yatağı 

sənaye  üsulu  ilə  işləməyə  başladı.  1872-ci  ildə  neft  sənayesində 

münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: “Neft 



23 

 

mədənləri  və  neft  məhsullarından  aksiz  vergisi  haqqında”  və 



"İcarədarların  əlində  olan  neftli  səhələrin  hərracla  fiziki  şəxslərə 

satılması".  31  dekabr  1872-ci  ildə  neftli  sahələrin  ilk  satışında 

Balaxanıda  15  sahə,  Bibiheybət-

də 2 sahə hərraca qoyulur. 

O dövrdə dövlətə mənsub olan 

istifadəsiz  torpaqlar  neft  axtarışı 

və  aşkar  edilmiş  neftli  sahələrin 

istismarı  üçün  24  il  müddətinə 

icarəyə  verilirdi.  İcarədar  hasil 

etdiyi  nefti  ixrac  etmək  və  onun 

satış  qiymətini  təyin  etmək 

hüququna  malik  idi.  İcarədarın 

satılan  neftdən  əldə  etdiyi  təmiz  gəlir  14-15%  təşkil  edirdi.  XIX 

əsrin  70-ci  illərində  neft  sənayesinə  təmiz  milli  kapital  qoyuluşu 

cəmi  4%  təşkil  edirdi.  Milli  kapitalın  iştirakı  ilə  qarışıq  kapitalın 

həcmi  isə  10%-ə  yaxın  idi.  XIX  əsrin  sonunda  neft  sənayesində 

fəaliyyət  göstərən  167  sahibkarın  49-u  (24,8%)  azərbaycanlı 

olmuşdur.  O  dövrdə  neft  sənayesinin  inkişafında  milli  “neft 

milyonçuları”nın  (Hacı  Zeynalabdin  Tağıyev,  İsa  bəy  Hacınski, 

Murtuza  Muxtarov,  Şəmsi  Əsədullayev,  Seyid  Mirbabayev  və  b.) 

böyük fəaliyyətləri olmuşdur. 1874-cü ildə Bakıda ilk səhmdar neft 

şirkəti  –  “Bakı  neft  cəmiyyəti”  yaradılır.  1873-cü  ildə  milliyətcə 

isveç  olan  Robert  Nobel  Bakıya  gəlir,  neftlə  əlaqədar  iqtisadi 

yüksəlişin  şahidi  olur.  1876-cı  ildə  Nobel  qardaşları  Bakıda  neft 

hasilatı  və  emalı  üzrə  neft  şirkəti  yaradırlar.  O  vaxtlar 

Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə 

Xəzər  dənizində  quraşdırılmış  neftdaşıyan  tanker,  barjlar,  dəmir 

yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-

cı  ildə  neft  məhsullarına  aksiz  verqisi  ləğv  edildikdən  sonra  yeni 

neftayırma zavodları tikilib istismara verildi. 

1878-ci  ildə  Balaxanı  yatağı  ilə  Bakı  neftayırma  zavodunu 

birləşdirən  12  km  uzunluğunda  Rusiyada  ilk  neft  kəməri  inşa 

edilir.1898-ci  ildə  neft  mədənləri  ilə  Bakı  neftayırma  zavodlarını 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə