Bakımızı tanıyaq



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix19.07.2018
ölçüsü1,07 Mb.
#56631
1   2   3   4   5   6   7   8   9   10

24 

 

birləşdirən  neft  kəmərlərinin  ümumi  uzunluğu  230  km  idi.  Bu 



kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi. 

1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin 

dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batum neft 

kəmərinin  çəkilməsini  təklif  edir.  1883-cü  ildə  Bakı-Batum  dəmir 

yolu  tikilib  istifadəyə  verilir  ki,  bu  da  neft  və  neft  məhsullarının 

Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. 

1883-cü  ildən  Rotşild  Bakıda  maliyyə-kredit  əməliyyatlarına  və 

neftin  satışı  ilə  məşğul  olmağa  başlayır.  1886-cı  ildə  Rotşildin 

Xəzər-Qara dəniz neft şirkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı 

Bakı  neftinin  ixracının  42%-nə  nəzarət  edirdi.  1901-ci  ildə 

Azərbaycanda 11 mln. t  neft hasil edilmişdir ki, bu da dünya neft 

hasilatının 50%-dən çoxunu təşkil edirdi. Bu kəmərin uzunluğu 833 

km, d.-200 mm olub. 

Azərbaycanda  neft  sənayesi 

milliləşdirilənədək  109  səhmdar 

cəmiyyəti  fəaliyyət  göstərirdi. 

Onlardan  72-si  rus  kapitalına 

(240  mln.  rubl)  və  37-si  isə 

ingilis kapitalına (100 mln. funt-

sterlinq)  məxsus  idi.  Nobel 

qardaşlarının  neft  sənayesinə 

qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft 

sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacinskinin “Hacı-

Çeleken” neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. 

funt-sterlinq  təşkil  edirdi.  Neft  sənayesinin  milliləşdirilməsi 

ərəfəsində  Azərbaycanda  270  neft  istehsal  edən  müəssisə,  neft 

quyularının  qazılması  ilə  məşğul  olan  49  orta  və  kiçik  firmalar, 

neftin  emalı  ilə  məşğul  olan  25  firma,  100-dən  artıq  mexaniki 

sexlər,  təmir  emalatxanaları  və  s.  fəaliyyət  göstərirdilər.  Bu 

mərhələnin  sonuncu  illərində  neft  sənayesində  ağır  vəziyyət 

yaranmışdı  (müharibə,  inqilabi  hərəkat  və  s.  nəticəsində)  və  neft 

hasilatı kəskin surətdə azalmışdır. 




25 

 

II mərhələ 1920-ci ildə Azərbaycanda 



neft  sənayesinin  milliləşdirilməsindən 

sonra  başlayır  və  1949-cu  ildə  açıq 

dənizdə  “Neft  Daşları”  yatağının  kəşfi 

dövrünü  əhatə  edir.  1921-ci  ildə  neft 

hasilatı  azalaraq  2,4  mln.  tona  enir.  II 

mərhələdə  axtarış-kəşfiyyat  işlərinin 

genişləndirilməsi  ilə  əlaqədar  Azər-

baycanda  bir  sıra  yeni  neft  yataqları 

(xüsusilə  Qala,  Buzovna-Maştağa  və  s.) 

aşkar  edilib  istismara  verilir  və  neft 

hasilatı  1941-ci  ildə  23,6  mln.  tona 

çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil 

edir.  Bununla  əlaqədar  S.A.Vəzirov  “Azneftkombinatın”  rəisi, 

R.H.İsmayılov  (“Azneftzavodlar”  birliyinin  rəisi),  B.Q.Babazadə 

(“Əzizbəyovneftin”  baş  geoloqu),  R.Rəhimov  (qazma  ustası), 

Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq  görülən  ilk  neftçilər 

olmuşlar.  1941-1945-ci  illərdə  müharibə  dövründə  neft 

avadanlıqlarının  və  neftçi  mütəxəssislərin  SSRİ-nin  şərq 

rayonlarına  (Tatarıstan,  Türkmənistan,  Başqırdıstan  və  s.) 

köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona 

düşür. 

7  noyabr  1949-cu  ildə  Neft  Daşlarında  942  m  dərinlikli  1№-li 



quyu  (Qala  lay  dəstəsindən)  gündə  100  t  hasilatla  istismara  daxil 

oldu  və  dənizdə  neftçıxarmanın  əsasını  qoydu.  Yataq  üzrə  ilk 

geoloq Ağa Qurban Əliyev olmuşdur. 

III  mərhələ 1950-ci  ildə  “Neft  Daşları”  yatağının  istismara 

verilməsi, Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır 

və  bu  1969-cu  ilə  kimi  davam  edir.  Bu  mərhələdə  dəniz  geoloji-

kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib 

istismara  verilir  (Qum-dəniz,  Səngəçal-Duvannı-dəniz-Xərə-Zirə 

a.-sı,  Bahar,  Bulla-dəniz,  Darvin  küpəsi,  Palçıq  pilpiləsi  və  s.), 

dəniz qazma işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), 

hidrotexniki 

neft 


qurğularının 

tikilməsinin 

texnika 

və 



26 

 

texnologiyası,  dənizdə  neftçıxarmanın  infrastrukturu  inkişaf 



etdirilir. 

Bu  mərhələdə  quru  sahələr-

ində də bir sıra yeni neft və qaz-

kondensat  yataqları  aşkar  edilib 

istismara  verilmişdir  (Kirovdağ, 

Mişovdağ, Kürsəngə, Qarabağlı, 

Qalmaz,  Qaradağ  və  s.).  Bu 

dövrdə əsasən “Neft Daşları”nın 

və  digər  yataqların  intensiv 

surətdə  işlənilməsi  və  istismarı 

həyata  keçirilmişdir.  Dünya  təcrübəsində  ilk  dəfə  açıq  dənizdə 

estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks 

mühəndis  və  elmi-texniki  tədbirlərin  tətbiqi  nəticəsində  külli 

miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək 

məhsuldarlığına,  neftin  hər  bir  tonunun  maya  dəyərinin  aşağı 

düşməsinə nail olunmuşdur. 

IV  mərhələ  1969-cu  ildən  başlayaraq  Azərbaycanın  xalq 

təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək 

dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu 

da  ümummilli  liderimiz  Heydər  Əliyevin  Azərbaycana 

rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın 

neft  və  qaz  sənayesinin  xüsusilə  dəniz 

neftinin hasilatının inkişaf tarixində yeni 

mərhələ  başlayır.  1970-ci  ildə  “Xəzər-

dənizneft”  İstehsalat  Birliyi  (İB)  yarandı 

və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə 

Azərbaycan neftçilərinin dəniz şəraitində 

iş  aparmaq  təcrübəsini  nəzərə  alaraq 

Xəzərin bütün sektorlarında (həmin ildən 

Xəzər  sektorlara  bölündü)  geoloji-

kəşfiyyat,  qazma,  işlənmə,  istismar  və 

digər  işlərin  aparılmasını  Azərbaycan 

neftçilərinə həvalə etdi.  



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə