Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   ...   10   11   12   13   14   15   16   17   18

23

əsasında satın ala bilər. Sonuncu halda əmlakın dəyəri sim-

volik xarakter daşıyır. Azərbaycan Respublikasının Vergi 

Məcəlləsi məhz maliyyə lizinqini maliyyə xidmətlərinin bir 

növü kimi göstərərək, aşağıdakı hallarda əmlak icarəsini 

maliyyə lizinqi hesab edir:

a) lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan son-

ra  əmlakın  mülkiyyətə  verilməsi  nəzərdə  tutulur,  yaxud 

icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən 

edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq 

hüququna malikdir, yaxud;

b)  icarə  müddəti  icarəyə  götürülən  əmlakın  istismar 

müddətinin 75 faizindən artıqdır, yaxud;

c)  icarə  müddəti  qurtardıqdan  sonra  əmlakın  qalıq 

dəyəri  icarənin  əvvəlinə  onun  bazar  qiymətinin  20 

faizindən azdır, yaxud;

d) icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin 

əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir 

və ya ondan artıqdır, yaxud;

e)  icarəyə  götürülən  əmlak  icarəçi  üçün  sifarişlə 

hazırlanmışdır  və  icarə  müddəti  qurtardıqdan  sonra 

icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Adı  çəkilən  qanuna  əsasən  d)  bəndi  aktivin  istifadə 

olunması müddətinin 3/4-ü qurtardıqdan sonra başlanan 

icarəyə tətbiq edilmir.

Əqdin  obyektinə  görə  daşınar  və  daşınmaz  əmlakın 

lizinqi  fərqləndirilir.  Daşınmaz  əmlakın  lizinqində  liz-

inq  verən  lizinq  alanın  sifarişi  (tapşırığı)  ilə  daşınmaz 

əmlakı tikərək və ya alaraq, onu kommersiya və istehsalat 

məqsədlərində  istifadəsi  üçün  lizinqalana  verir.  Daşınar 

əmlakla  bağlı  əqdlərdə  olduğu  kimi,  müqavilə  obyektin 

amortizasiya  dövrünə  bərabər  və  ya  ondan  az  müddətə 

bağlanılır. Müqavilənin qüvvədə olduğu müddət ərzində 

bütün  risklər,  xərclər  və  vergilər  lizinq  alan  tərəfindən 

ödənilir.

Lizinqə  verilən  əmlaka  münasibətdə,  həmin  əmlaka 

əlavə xidmətlə bağlı xərclərin çəkilməsini lizinqalanın öz 

üzərinə  götürdüyü  təmiz  lizinq  və  müqavilə  obyektinin 

istifadəsindən irəli gələn texniki xidmət və digər xərcləri 

lizinqverənin öhdəsinə götürdüyü tam lizinq müqavilələri 

fərqləndirilir.

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi  lizinq 

müqaviləsinin subyektlərinə görə daxili və beynəlxalq liz-

inqi fərqləndirir. Məcəllənin 747-3-cü maddəsinə görə daxi-

li lizinq hər ikisi Azərbaycan Respublikasının rezidentləri 

olan  lizinq  verən  və  lizinq  alan  arasında  bağlanan 

müqavilədir.  Beynəlxalq  lizinq  həyata  keçirildikdə  lizinq 

verən, yaxud lizinq alan (və ya onların hər ikisi) Azərbaycan 

Respublikasının qeyri-rezidentləridir.

Lizinq alan və lizinq verən arasındakı münasibətlərin  

xüsusiyyətlərindən irəli gələrək birbaşa və bilavasitə lizinq 

fərqləndirilir.  Birbaşa  lizinqdə  lizinq  verən  lizinq  obyek-

tinin  istehsalçısı  və  ya  mülkiyyətçisi  özü  olur.  Bilavasitə 

lizinqdə isə əmlak icarəyə üçüncü tərəf vasitəsilə verilir.

Maliyyələşdirmə  metoduna  görə  lizinq  müddətli  və 

bərpa  olunan  (revolver)  lizinqə  bölünür.  Birinci  halda 

əmlakın  birdəfəlik  icarəsi  nəzərdə  tutulur.  Bərpa  olunan 

(revolver) lizinqdə isə müqavilənin ilk müddəti bitdikdən 

sonra o yenidən davam etdirilir.

Təcrübədə lizinqin digər növləri də tətbiq olunur.

Geri  qaytarılan  lizinq  (lease-back  və  ya  back  to  back 

lease).  Bu  növ  lizinq  maliyyə  resurslarına  ehtiyacı  olan 

müəssisələrin  maliyyələşdirilməsinin  ən  sərfəli  üsu-

lu  sayıla  bilər.  Fikrimcə,  geri  qaytarılan  növü  lizinqin 

maliyyə aləti kimi əsas mahiyyətini əks etdirən ən optimal 

növüdür.  Bu,  ikitərəfli  müqavilə  olmaqla,  əmlak  sahibi 

olan müəssisəyə həmin əmlakı lizinq şirkətinə sataraq, onu 

yenidən  icarəyə  götürmək  imkanı  verir.  Bu  halda  lizinq 

alanın lizinq obyektindən istifadəsində fasilə yaranmır və 

o öz fəaliyyətini həmin əmlakın lizinq verənə satışından 

əldə  edilən  maliyyə  vəsaiti  hesabına  davam  və  inkişaf 

etdirmiş olur. Bütün proses – həm alqı-satqı, həm də icarə 

münasibətləri eyni müqavilə ilə tənzimlənir. Geri qaytarılan 

lizinq əməliyyatı müəssisənin balansının azalmasına təsir 

edir, belə ki, əmlakın mülkiyyətçisi dəyişir.

Lizinqin digər bir növü də “dabl din”-dir. Beynəlxalq 

sferada tətbiq olunan bu növ iki və daha artıq ölkədə vergi 

güzəştlərindən  daha  səmərəli  istifadəni  nəzərdə  tutur.

Misal  üçün,  keçən  əsrin  80-ci  illərinin  əvvəlində ABŞ  və 

Böyük  Britaniya  arasında  bir  sıra  təyyarələrin  alınması 

“dabl din” vasitəsilə aparıldı. Belə ki, Böyük Britaniyada 

icarəyə verənin əmlaka mülkiyyət, ABŞ-da isə yalnız sahib-

lik hüququ olduqda, o, vergi güzəştlərindən daha səmərəli 

istifadə  edə  bilər.  Bu  səbəbdən  də  Böyük  Britaniyadakı 

lizinq  şirkəti  təyyarələri ABŞ-dan  alaraq  yenidən ABŞ-ın 

lizinq şirkətlərinə, onlar da öz növbəsində təyyarələri yerli 

aviakompaniyalara icarəyə verirdilər.

Son  dövrlər  istehsalçı  və  lizinq  şirkətləri  arasında 

“satışa yardım” (“sales aid”) adlanan razılaşmalar bağlanır. 

Bu  razılaşmalara  əsasən  istehsalçı  müəssisə  lizinq  şirkəti 

vasitəsilə  müştərilərə  öz  məhsullarının  tədarükünün  li-

zinq  vasitəsilə  maliyyələşdirilməsini  (müvafiq  olaraq  da 

lizinq şirkəti lizinqini)təklif edir. Bununla da lizinq şirkəti 

tədarükçülərin  ticarət  şəbəkəsindən  istifadə  edərək  öz 

bizneslərini genişləndirirlər.

Müəssisələrin  lizinq  şirkətləri  ilə  uzunmüddətli  və 

sıx  əməkdaşlığı  nəticəsində  tərəflər  arasında  “lizinq 

xətti”-nin (lease-line) açılmasına dair razılaşma imzalana 

bilər.  Bu  razılaşma  bank  sferasında  tətbiq  olunan  kredit 

xəttinin analoqudur və lizinq alana hər dəfə yeni müqavilə 

bağlamadan əlavə avadanlıqları lizinqə götürmək imkanı 

verir.


Sublizinq  –  lizinq  əməliyyatlarının  xüsusi  növüdür. 

Bu zaman əvvəllər lizinq verəndən lizinq müqaviləsi üzrə 

alınmış  lizinq  müqaviləsinin  obyektini  lizinq  müqaviləsi 

üzrə lizinq alan üçüncü şəxslərə (sublizinq müqaviləsi üzrə 

lizinq alana) haqq ödənilməklə və sublizinq müqaviləsinin 

şərtlərinə uyğun müddətə sahibliyə və istifadəyə verir (AR 

MM,  maddə  747-4).  Sublizinq  sublizinq  müqaviləsi  ilə 

rəsmiləşdirilir və bu zaman hökmən lizinq verənin yazılı 

razılığı tələb olunur. Bu növ müqavilələrdə, adətən, sub-

lizinq verənin müflisləşməsi halında lizinq haqqının sub-

lizinq  alan  tərəfindən  birbaşa  lizinq  verənə  ödənilməsi 

nəzərdə tutulur.

Bəzən  lizinq  verənin  lizinq  əməliyyatlarını  həyata 

  

  №1  |  ИЙУН 



2012


Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə