Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   2   3   4   5   6   7   8   9   ...   18

5

  

  №1  |  ИЙУН 



2012

düşülür.  Misal üçün, almanın bazarı dedikdə hər hansı 

bir  ərazidə  (məsələn,  Bakı  şəhərində)  olan  almaların 

satıcıları və alıcıları nəzərdə tutulur. 

Bazarı  məhz  tələb  və  təklif  formalaşdırır.    Bizim 

bazarı alıcıların və satıcıların görüşdüyü yer kimi verdi-

yimiz tərifi bir qədər başqa formada da ifadə etmək olar: 

bazar hər hansı bir mala və ya xidmətə dair tələblərin və 

təkliflərin görüşdüyü yerdir. Tələb dedikdə biz bazarda 

olan  alıcıların  almaq  istidikləri  və  almaq  iqtidarında 

olduqları  hər  hansı  növ  malların  və  ya  xidmətlərin 

sayını başa düşürük.  Təklif isə bazarda olan satıcıların 

sata  bildikləri  və  ya  satmaq  iqtidarında  olduqları  hər 

hansı növ malların və ya xidmətlərin sayıdır.  Tələb və 

təklifin  qarşılıqlı  əlaqəsi  nəticəsində  qiymət  meydana 

çıxır


7

.

Sovet  Birliyinin  iqtisadi  ideologiyasına  əsasən 



kimə, nə və nə qədər lazım olduğu barədə dövlət qərar 

verməli idi.  Misal üçün, dövlət qərar verirdi ki, bu il 

ölkə  üçün  1  ton  alma  lazımdır.  Digər  formada  desək, 

Sovet  iqtisadiyyatında  dövlət  tələb  və  təklifi  özü 

müəyyən  edərək  bazarı  əvəzləyirdi  və  bütün  iqtisadi 

əlaqələri  formalaşdırmalı  idi.    Bazar  iqtisadiyyatında 

isə  tələb  və  təklif  özləri  heç  bir  şəxsin  subyektiv 

iradəsindən asılı olmayaraq, insanların bir-biri ilə əlaqəsi 

nəticəsində formalaşır. Buradan göründüyü kimi, bazar 

iqtisadiyyatının  əsas  xüsusiyyəti  iqtisadi  əlaqələrin, 

ən  azından  nəzəriyyədə,  məhz  heç  bir  konkret  şəxsin 

müdaxiləsi olmadan azad şəkildə formalaşmasıdır.

Nəticə etibarı ilə bazar tənzimləyici rol oynayır – iqti-

sadi maraqlar, tələb, təklif və onların qarşılıqlı əlaqəsi 

əsasında  formalaşan  qiymət  mühüm  tənzimləyici 

funksiyanı  yerinə  yetirərək,  insanların  hərəkətlərini 

müəyyən  istiqamətə  yönəldir.    Misal  üçün,  əgər  mən 

alma  satmaqla  məşğulamsa,  digər  məsələlərlə  yanaşı, 

almanın harada (məsələn, Bakıda və ya Şəkidə) və hansı 

qiymətə (məsələn, 10 və ya 20 AZN) satılması barədə 

qərar  qəbul  etməliyəm.    Rəqabətli  bazar  iqtisadiyyatı 

şəraitində mən bu məsələlər barədə qərar verməkdə tam 

azad  deyiləm:  bazar  və  iqtisadi  faktorlar,  o  cümlədən 

bazarda almalara olan tələb məni ən azından müəyyən 

qərarlar qəbul etməyə yönləndirir.  Nəticədə bazar iqti-

sadi  əlaqələrin  və  ümumiyyətlə  cəmiyyətdə  insanlar 

arasında  münasibətlərin  müəyyən  strukturunu  və  ya 

daxili qaydasını yaradır – və bu halda deyirlər ki, bazar 

özü-özünü  tənzimləyir.    18-ci  əsrdə  yaşamış  görkəmli 

şotland  iqtisadçısı  Adam  Smit  özünün  Millətlərin 

Var-Dövləti  (Wealth  of  Nations,  1776)  adlı  əsərində 

“görünməyən əlin” (invisible hand) bütün iqtisadiyyatı 

idarə etdiyini söylədikdə məhz bazarın bu tənzimləyici 

funksiyasını nəzərdə tuturdu.

Ticarət məhz bazar şəraiti olduqda mümkündür və 

iqtisadçılar əzəldən qəbul etmişlər ki, ticarət hər kəsin 

vəziyyətinin  iqtisadi  cəhətdən  yaxşılaşdırılmasına 

şərait yaradır.  O cümlədən bazar ona imkan verir ki, in-

sanlar (1) dünyada olan məhdud resurslardan səmərəli 

istifadə  etsinlər,  və  (2)  bu  məhdud  resurslar  insanlar 

arasında  effektiv  paylansın.    Bazarın  tənzimləyici  və 

resursların effektiv paylayıcı əhəmiyyətinin illüstrasiya 

məqsdi ilə aşağıdakı misalı sizin diqqətinizə çatdırırıq:  

Misal: Əgər A və B - ikisi də həm dondurma, həm 

də şokolad düzəldə bilərlərlərsə, ancaq A dondurmanı 

B-yə  nisbətdə  daha  az  xərc  çəkməklə,  B  isə  şokoladı 

A-ya nisbətdə daha az xərc çəkməklə düzəldə bilərsə, o 

zaman bazar şəraitində A dondurma düzəldəcək, B isə 

şokolad və onlar bir-biri ilə ticarət əlaqələrinə girməklə 

bir-birini dondurma və şokoladla təmin edəcəklər.

Mükəmməl bazar şəraitində dövlətə heç bir ehtiyac 

yoxdur


8

, çünki yuxarıda qeyd etdiyimiz kimi, bazar özü 

hər  şeyi  tənzimləyir.    Mahiyyət  etibarı  ilə  mükəmməl 

bazar iqtisadiyyatı onu ehtiva edir ki, ictimai əlaqələrə 

dövlət  heç  bir  müdaxilə  etmir  və  insanlar  yalnız  iqti-

sadi  faktorları  rəhbər  tutaraq  hərəkət  edirlər.  Bu,  çox 

gözəldir, deyilmi? – hər halda, harada olmasından asılı 

olmayaraq,  heç  kəs  dövlətin  və  ya  digər  şəxsin  onun 

azadlığına  (o  cümlədən  iqtisadi  azadlığına)  müdaxilə 

etməsini  istəmir.    Ancaq  yeganə  problem  odur  ki.... 

reallıqda mükəmməl bazar mövcud deyildir!  

Mükəmməl bazar o bazardır ki, orada:

•  kifayət  qədər  alıcılar  və  satıcılar  var  və  bazarda 

rəqabət mövcuddur

• yan təsirlər (və ya xarici təsir, İngiliscə: “external-

ity”) yoxdur,

•  bütün  mallar  və  xidmətlər  haqqında  tam  infor-

masiya  var  (xüsusən,  informasiya  asimmetriyası  yox-

dur), 

•  əqdlə  bağlı  xərclər  (İng.:  “transaction  costs”)  ya 



yoxdur və ya çox azdır və s.

Ancaq  həqiqətdə  bu  belə  deyil:  bazar  mükəmməl 

deyil  və  İngilis  dilindən  birbaşa  tərcümə  etsək,  bazar 

da  hərdən  “işləmir”  (İngil:  “markets  fail”).Yuxarıdakı 

bazar  haqqında  ehtimalları  götürsək,  biz  bilirik  ki, 

müasir  dövrdə  bazarda  rəqabəti  məhdudlaşdıran  və 

monopoliya  şəraiti  yaradan  tendensiyalar  mövcud-

dur. Hər hansı iqtisadi fəaliyyətin adətən mənfi və ya 

müsbət yan təsirləri olur.  Mallar və xidmətlər haqqında 

tam məlumat olmaya da bilər: bir tərəfdə çox məlumat 

olduğu  üçün,  o,  üstünlüyündən  sui-istifadə  edə  bilər.  

Misal  üçün,  almanın  satıcısında  almanın  keyfiyyəti 

haqda daha çox məlumat var, nəinki alıcıda – bu halda 

deyirlər ki, bazarda “asimmetrik informasiya” mövcud-

dur

9

.  Digər  hallarda,  məlumat  probleminin  digər 



forması  qeyri-müəyyənlikdir.    Bu  boşluqları  aradan 

qaldırmaq  üçün  bazara  qanunla  nəzərdə  tutulan  qay-

Baxın, misal üçün, N. Gregory Mankiw, Principles of Macroeconomics (5th Ed)



Hüquqi və iqtisadi ədəbiyyatda bəzən dövlət müdaxiləsindən azad şəraiti Fransız sözü olan “laissez-fair” kimi ifadə olunur.

George A. Akerlof, The Market for “Lemons”: Quality Uncertainty and the Market Mechanism, The Quarterly Journal of Economics, Vol. 84, No. 3. (Aug., 1970), səh. 488-500




Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə