Baku Law Journal indd



Yüklə 5,19 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix01.09.2018
ölçüsü5,19 Mb.
#66697
1   2   3   4   5   6   7   8   9   ...   18

6

Bakы 


HUQUQ

 

Jurnalы



dada müdaxilə edir.  Misal üçün, dövlətin anti-inhisar 

siyasəti bazarda monopoliyanın (və ya oliqopoliyanın) 

yaranmasını  almaq  məqsədi  daşıyır.    Digər  bir  misal: 

dövlətin  istehlakçıların  hüquqları  ilə  bağlı  qəbul  et-

diyi  qanunların  məqsədlərindən  biri  informasiya 

asimmetriyasını aradan qaldırmaq məqsədi daşıyır

10

.

Planlı iqtisadiyyat olan Sovet iqtisadiyyatı ilə bazar 



iqtisadiyyatında dövlətin müdaxiləsi arasında fərq çox 

böyükdür.    Planlı  iqtisadiyyat  ümumiyyətlə  bazarı 

inkar  edirdi.    Əksinə,  bazar  iqtisadiyyatında  dövlətin 

müdaxiləsi  bazarı  dəstəkləmək  məqsədi  daşıyır  (ən 

azından  məqsəd  bundan  ibarətdir!...  nəticə  isə  daim 

müzakirə  obyektidir).    Dövlət  müdaxilə  etməklə 

ümid edir ki, bazarda olan boşluqları və ya işləməyən 

sahələri  düzəldəcəkdir.    Buna  baxmayaraq,  bazar 

iqtisadiyyatında  dövlətin  müdaxiləsinin  dərəcəsi  dai-

ma  müzakirə  olunan  məsələlərdən,  biridir.  Nəzəri 

cəhətdən  elə  ola  bilər  ki,  dövlət  o  qədər  hər  hansı 

sahəni tənzimləyə bilər ki, funksional baxımdan planlı 

iqtisadiy yatla bu cür tənzimlənən sahənin arasında fərq 

cüzi  olar.    Bazara  müdaxilə  özü-özlüyündə  müəyyən 

bazar  tendensiyalarına  təsir  etmək  deməkdir  və  heç 

şübhəsiz  ki,  çox  vaxt  bu  müdaxilələrin  “yan  təsirləri” 

əmələ gəlir. Bu nöqteyi-nəzərdən ümumi qəbul olunmuş 

yanaşmaya əsasən dövlət yalnız zəruri olan zaman və 

həcmdə bazara müdaxilə etməlidir.

Nяzяriyyя praktikada

Gəlin  indi  isə  bazar  və  tənzimləmə  haqqında 

nəzəriyyəni  Azərbaycanın  hüquqi  şəxslər  haqqında 

qanunvericiliyinə tətbiq edək.  Burada qısa qeyd etmək 

istərdim  ki,  hüquq  və  iqtisadiyyat  ədəbiyyatında 

şirkətlər (və ya hüquqi şəxslər) dövlət kimi bazara alter-

nativ mexanizm kimi çıxış edir

11

. Biz bu faktoru nəzərə 



almırıq (hər halda əsas götürmürük).

Qeydiyyat

Demək  olar  ki,  qeydiyyat  tənzimləmənin  bir 

formasıdır.    Dövlətin  qeydiyyat  aparması  qeydiyyat 

obyektinə  nəzarət  etmək  deməkdir.    Azərbaycanın 

qanunvericiliyində  ortaqlıqların  yaranması  üçün 

qeydiyyatın  məcburiliyi  diqqət  çəkən  məsələlərdən 

biridir.  Yəqin ki, ortaqlıqlara münasibətdə qeydiyyatın 

məcburi olmasına inkişaf etmiş dövlətlərdə nadir hal-

larda  rast  gəlmək  mümkündür  (əgər  ümumiyyətlə, 

mümkündürsə).  Rusiya  Federasiyasının  Mülki  Mə-

cəlləsində  tam  ortaqlıqlara  dair  müddəalar  Mülki 

Məcəllənin  xüsusi  hissəsində  alqı-satqı,  podrat  və  s. 

kimi müqavilələrin arasında yer almışdır

12

.  ABŞ-da bir 



çox ştatların qanunvericiliyinə əsasən ortaqlıq yaratmaq 

üçün qeydiyyat, formal müqavilənin bağlanması və heç 

bəyan olunması belə tələb olunmur.

Mahiyyət etibarı ilə iki və ya daha çox şəxs birlikdə 

sahibkarlıqla  məşğul  olduqda  (şərik  bizneslə),  hər 

hansı  qeydiyyatdan  keçib-keçməməkdən  asılı  olma-

yaraq, onlar artıq ortaqlıq yaratmış sayılırlar.  Çox vaxt 

qeyd edirlər ki, ortaqlıq hüquqi şəxs deyildir.  Bu fikir 

universal  qəbul  olunmasa  da

13

,  ortaqlıqların  hüquqi 



şəxs olmaması barədə fikir bizə çox şeyi deyir.  Bu, o 

deməkdir ki, iki şəxs birlikdə fəaliyyət göstərdikdə on-

lar  nəticədə  üçüncü  şəxs  –  hüquqi  şəxs  –  yaratmırlar.  

A və B-nin ortaqlığı elə A və B özləridir – AB ortaqlığı 

üçüncü şəxs (hüquqi şəxs) deyildir.   

Azərbaycanda  nadir  hallarda  qeydiyyata  alınmış 

ortaqlığa rast gəlmək olar.  Ancaq bu, o demək deyil-

dir  ki,  bazarda  tam  ortaqlıqlar  yoxdur.    Biz  bilirik  ki, 

Azərbaycanda heç bir şirkət yaratmadan şərik bizneslə 

məşğul olanlar çoxdur.  Demək olar ki, bu cür qeydiy-

yata alınmayan ortaqlıqların arasında olan münasibətlər 

bazarla və ya ümumi müqaviləyə aid olan müddəalarla 

tənzimlənir.  

ABŞ  və  dünyanın  bir  çox  dövlətində  mövcud  olan 

ortaqlıqlar  haqqında  qanunvericiliyin  məqsədi  daha 

çox ortaqlar (iştirakçılar) arasında müqavilə olmadıqda 

və  ya  olan  müqavilə  məsələni  tənzimləmədikdə, 

yaranan mübahisələri həll etməkdir. Ancaq ortaqlar öz 

münasibətlərini müqavilə ilə tənzimləməkdə azaddırlar.  

Bu  məqsədlə  də  ortaqlıqlara  aid  bir  çox  müddəalar 

dispozitiv  olmalıdır.    Misal  üçün,  dispozitiv  qaydaya 

əsasən  iştirakçılar  arasında  gəlirlər  onların  qoyduğu 

mayaya  proporsional  (mütənasib)  bölüşdürülür.  An-

caq  müqavilə  ilə  bunu  dəyişmək  mümkündür.  Bu, 

Azərbaycan qanunvericiliyində də belədir

14

.



MMC və SC-lərin qeydiyyatı: Mahiyyət etibarı ilə və 

funksional baxımdan məhdud məsuliyyətli cəmiyyətlər 

(MMC)  ortaqlığın  bir  formasıdır.  Yeganə  əsas  fərq 

məsuliyyətin  məhdud  olmasıdır.    Bir  çox  dövlətlərdə 

olduğu  kimi  Azərbaycanda  da  MMC-lər  qeydiyyata 

alınırlar.    Biz  burada  qeydiyyata  ehtiyacın  tarixi  və 

necə  yarandığı  barədə  fikir  söyləyə  bilmirik.    Ancaq 

zənnimizcə,  hazırda  səbəblərdən  biri  məhz  MMC-də 

məsuliyyətin  məhdud  olmasıdır.    Ortaqlıqdan  fərqli 

olaraq, MMC ayrıca və öz iştirakçısının şəxsiyyətindən 

asılı  olmayaraq  hüquqi  şəxsdir.    Ortaqlıq  müflis 

olan  zaman  kreditorlar  onun  iştirakçılarından  bor-

cun  ödənilməsini  tələb  edə  bilərlər  –  yəni  ortaqlığın 

borcları  onun  iştirakçılarının  borclarıdır  və  onlar 

bu  borcları  üzərlərindən  asanlıqla  götürə  və  ya  on-

10 


Daniel H. Cole and Peter Z. Grossman, Principles of Law and Economics (2005) səh. 13-19

11 


Bu nəzəriyyəni məşhur iqtisadçı alim Ronald Koza özünün Nature of the Firm, Economica Vol. 4 (1937) məqaləsində geniş müzakirə etmişdir.

12 


Гражданский Кодекс РФ, Глава 55 

13 


Baxın, misal üçün, H. Hansmann, R. Kraakman, Essential Role of Organizational Law, 110 Yale L.J. 387  (2000)

14 


Mülki Məcəllə, maddə 74


Yüklə 5,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə