Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   ...   11   12   13   14   15   16   17   18   19

22

istisna hallarda yerli məhkəmələr arbitraj müqaviləsinin 

və ya qərarının tanınmasından imtina edə bilərlər.

8

 



3) Məxfilik – Əksər biznes insanları öz mübahisələrini 

“ictimai  gözdən”  kənarda  həll  etmək  istəyirlər.  Onlar 

üçün mübahisə predmetinin və son nəticənin konfiden-

sial  qalması  biznes  baxımından  böyük  əhəmiyyət  kəsb 

edir.  Burada  şirkətlər  fərqli  maraqlar  güdə  bilərlər:  1) 

digər rəqib şirkətlərin və ümumiyyətlə, biznes aləmində 

şirkətin  hər  hansı  bir  problem  yaşamasından  xəbərdar 

olmamaları,  2)  mübahisə  predmetinin  geniş  yayılması 

tərəflər arasında normal biznes münasibətlərinin yenidən 

bərpasını çətinləşdirə bilər və s. 

4) Arbitrlərin öz sahələri üzrə mütəxəssis olmaları – 

Arbitrlər bir qayda olaraq, öz sahələri üzrə mütəxəssis 

olurlar və tərəflər arbitrləri çox böyük diqqətlə seçirlər. 

Arbitrlər müəyyən bir sahə üzrə böyük iş təcrübəsinə ma-

lik olan mütəxəssislərdən seçilirlər. Hakimlər isə əksinə, 

bir  sahə  üzrə  deyil,  ümumi  məlumatlı  olurlar.  Əgər 

məhkəmə  sisteminə  nəzər  yetirsək,  hakimlərin  bəzən 

tamamilə fərqli hüquq sahələri üzrə işləri dinləyib qərar 

qəbul etdiklərini görə bilərik. Bir qayda olaraq, arbitraj 

müqavilələri  arbitrlərlə  bağlı  müəyyən  tələblər  qoyur. 

Məsələn,  arbitrlər  müəyyən  ölkənin  hüquq  sisteminə 

bələd olmalıdırlar və ya müəyyən texniki biliklərə ma-

lik  olmalıdırlar,  eyni  zamanda  bütün  müqavilələrin 

və  sənədlərin  olduğu  dili  bilməlidirlər,  müəyyən  sahə 

üzrə  iş  təcrübəsinə  malik  olmalıdırlar  və  s.  Əgər  bun-

dan öncəki misalı götürsək, görərik ki, mürəkkəb biznes 

münasibətlərində  fərqli  texniki,  dil  və  hüquq  sahələri 

üzrə praktiki biliklərə ehtiyac yaranır. 

Deyilənlərlə yanaşı, onu da qeyd etmək istərdim ki, 

arbitraj  prosesinin  mənfi  cəhətləri  də  var.  Bu  cəhətlərə 

aşağıdakılar aiddir:

1)  Üçüncü  tərəflərə  prosesə  qoşmaq  imkanın 

olmaması  –  Bəzi  kompleks  işlər  ikidən  daha  çox  tərəfi 

əhatə  edir.  Artıq  qeyd  etdiyim  kimi,  arbitraj  prosesi 

yazılı  arbitraj  müqaviləsinə  əsaslanmalıdır,  yəni  arbi-

traj məhkəmədən fərqli olaraq, tam könüllük prinsipinə 

əsaslanır və tərəflərin arbitraj müqaviləsi yoxdursa, heç 

bir tərəf arbitraj prosesində iştiraka məcbur edilə bilməz. 

Müvafiq  olaraq,  əgər  tərəflər  arasında  yazılı  arbitraj 

müqaviləsi yoxdursa, arbitraj tribunalı üçüncü tərəfləri 

prosesə  cəlb  edə  bilməz.  Buna  əsasən  bəzi  çox  tərəfli 

proseslər üçün məhkəmə daha düzgün seçim ola bilər. 

2) Məhkəmə müdaxiləsinə ehtiyac – “Bu Qanunun 11-

ci maddəsinin 3-cü və 4-cü bəndlərində, 13-cü maddəsinin 

3-cü  bəndində,  14-cü  maddəsinin  1-ci  bəndində,  16-

cı  maddəsinin  3-cü  bəndində,  27-ci  maddəsində  və 

34-cü  maddəsinin  2-ci  və  3-cü  bəndlərində  göstərilən 

məhkəmənin funksiyalarını Azərbaycan Respublikasının 

Ali  Məhkəməsi  yerinə  yetirir”.

9

  Arbitraj  prosesinin 



müxtəlif mərhələlərində məhkəmə müdaxiləsinə ehtiyac 

yarana bilər. Hətta ən yaxşı yazılmış arbitraj müqaviləsi 

də hər hansı bir tərəf tərəfindən mübahisələndirilə bilər, 

bu  isə  məhkəmə  müdaxiləsi  tələb  edir. Ancaq  ən  əsası 

məhkəmə müdaxiləsinə ehtiyac arbitraj qərarının həyata 

keçirilməsi mərhələsində yarana bilər. Belə ki, tərəflərdən 

biri arbitraj qərarını könüllü şəkildə icra etməkdən imti-

na edə bilər. Bu zaman digər tərəf arbitraj qərarının təmin 

edilməsi  üçün  həmin  ölkənin  məhkəməsinə  müraciət 

etməlidir.  Məlumat  üçün  onu  bildirim  ki,  məhkəmə 

işə  yenidən  baxmır,  sadəcə  öz  icra  mexanizmlərindən 

istifadə etməklə arbitraj qərarının icrasını təmin edir.

3) Apelyasiya hüququnun olmaması – Arbitraj pros-

esi mübahisələrin nisbətən tez həlli üsuludur. Buna görə 

də arbitraj qərarlarından apelyasiya qaydasında şikayət 

etmək hüququ yoxdur. Əgər arbitrlər işin faktları və ya 

hüquqi məsələ üzrə səhv etmişlərsə, tərəflərin apelyasiya 

qaydasında şikayət etmək hüququ yoxdur. Yeganə istisna 

hal arbitrlərin bilərəkdən qanunu yanlış tətbiqetmələridir 

və ya etməmələridir (manifesto disregard of law).

10

Bəzi  mütəxəssislər  arbitraj  prosesinin  daha  sürətli 



və daha ucuz mübahisələrin həlli üsulu olduğunu qeyd 

edirlər.  Ancaq  bununla  bağlı  dəqiq  fikir  yoxdur.  Belə 

ki,  arbitraj  prosesinin  18-36  aya  qədər  davam  etməsi 

halları  çox  olub,  eyni  zamanda  bəzən  arbitraj  xərcləri 

kifayət qədər çox olur. Xüsusilə də arbitraj institutlarının 

xidmətindən  istifadə  etdikdə  və  ya  birdən  artıq  arbitr 

təyin edildikdə. 

Qloballaşan dünyada beynəlxalq biznes münasibətləri 

sayı və mürəkkəbliyi baxımdan artır. Bu gün Azərbaycan 

çoxsaylı  fərqli  beynəlxalq  biznes  münasibətlərinin 

tərkib  hissəsidir,  bu  münasibətlərin  də  əsas  hissəsini 

beynəlxalq neft və qaz satışı və daşınması təşkil edir. Belə 

münasibətləri mürəkkəb hüquq sistem(lər)i tənzimləyir. 

Tərəflər  yerli  məhkəmələrə  müraciət  etməklə  qeyri-

müəyyənlik  ilə  qarşılaşa  bilərlər.  Yarana  biləcək 

problemlər  içərisinə  düzgün  məhkəmənin  seçilməsi 

(hansı ölkənin məhkəməsinin seçilməsi (finding appro-

priate  forum)),  yerli  məhkəmənin  bitərəfliyi  ilə  bağlı 

şübhələr,  ən  əsası  isə  məhkəmə  qərarının  beynəlxalq 

səviyyədə  tanınması  məsələsidir.  Bütün  bu  problemlər 

arbitraj  prosesi  vasitəsilə  həll  oluna  bilər.  1999-cu  il 

tarixli  Azərbaycan  Respublikasının  “Beynəlxalq  Arbi-

traj  haqqında”  Qanunu  arbitraj  prosesləri  ilə  bağlı  çox 

önəmli vasitədir (baxmayaraq ki, bəzi çatışmamazlıqlar 

var,  məsələn,  bu  qanunda  arbitraj  proseslərinin 

konfidensiallığı  məsələsi  öz  əksini  tapmayıb).  Eyni  za-

manda Azərbaycan Respublikasının çoxsaylı beynəlxalq 

konvensiyalara  qoşulması  (məsələn,  1958  Nyu-York 

Konvensiyası)  arbitraj  qərarlarının  icrasını  asanlaşdırır. 

Bütün  deyilənləri  nəzərə  alaraq,  təxmin  etmək  olar 

ki,  müəyyən  müddətdən  sonra  Azərbaycanda  arbitraj 

mübahisələrin aparıcı həlli üsuluna çevriləcəkdir.

Bakы 

HUQUQ


 

Jurnalы


8

 NyuYork Konvensiyası maddə V.

9

 Beynəlxalq Arbitraj haqqında Azərbaycan Respublikasının Qanunu maddə 6.



10

 AmerikaBirləşmişŞtatları Ali Məhkəməsininqərarı.Wilco v. Swan, 346 U.S. 427 (1953).




Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə