Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə2/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   2   3   4   5   6   7   8   9   ...   19

Hörmətli xanımlar və cənablar,

Diqqətinizə “Bakı Hüquq Jurnalı”nın növbəti, dördüncü, buraxılışını təqdim edi-

rik. Jurnalımız mülki və kommersiya hüquq yönümlü olduğundan jurnalda əsasən 

kommersiya  fəaliyyətinin  hüquqi  məsələlərinə  aid  mövzularda  məqalələr  yer  alır. 

Əlbəttə bu məsələlər yalnız müqavilə və korporativ hüququ ilə məhdudlaşmır. Əmək, 

mülki-prosesual, bank, sığorta və digər sahələr kommersiya fəaliyyətinin ayrılmaz 

hissəsidir.

Ölkədə kommersiya mühitinin inkişafında məhkəmələrin və məhkəmə təcrübəsinin 

rolu böyükdür. Son illər ərzində bir sıra korporativ və kommersiya fəaliyyətində olan 

suallara Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aydınlıq gətirdi. 16 

dekabr 2011-ci il tarixli qərarını müsbət nümunə kimi təqdim etmək olar. Çox se-

vindirici haldır ki, konstitusiya məhkəməsi ölkədə müsbətkommersiya təcrübəsinin 

qurulmasına dəstək verməyə çalışır.

Əlbəttə,  əlverişli  hüquqi  mühitin  formalaşmasında  məhkəmənin  hakimləri  ilə 

yanaşı məhkəmədə mütəxəssis və ekspert kimi iştirak edən şəxslərində rolu var. Bir 

çox aparıcı ölkələrin məhkəmələri bu təcrübədən istifadə edir və ölkəmizin Konsti-

tusiya Məhkəməsi də bu təcrübəni uğurla tətbiq edir.

Jurnalın fəaliyyətinə dəstək olan və onun inkişafı ilə maraqlanan şəxslərə dərin 

minnətdarlığımızı  bildiririk.  Dövlət  orqanları,  məhkəmələr,  müxtəlif  şirkətlər  və 

təşkilatlar tərəfindən “Bakı Hüquq Jurnalı”na verilən diqqət bizi sevindirir və daha 

böyük həvəslə çalışmağa ruhlandırır.

Hörmətlə,

Jurnalın redaktoru

Emin Kərimov

4

Bakы 



HUQUQ

 

Jurnalы



“Bakı Hüquq Jurnalı”-nın növbəti buraxılışında çap olunması üçün öz məqalələrinitəqdim etmək arzu-

sunda olan şəxslərdən məqalələrini - editor.journal@aaa.org.az - elektron poçt ünvanına göndərməyi xahiş 

edirik.

Məqalələrini elektron versiyada Word fayl formasında təqdim etməyi xahiş edirik. Jurnalımızda aşağıdakı 



mövzular ətrafında olan məqalələrin çapına üstünlük veririk:

- Azərbaycan mülki, mülki-prosesual,arbitraj, korporativ, vergi, müqavilə və əmək hüququ sahələrinə aid

  məsələlər və mövcud çətinliklər haqqında.

- Aktual məsələni işıqlandıran məhkəmə qərarlarını təhlili.

- Müxtəlif hüquqi konsepsiyaların və institutların tətbiqi.

- Xarici ölkələrin hüquq təcrübələrinin işıqlandırılması.

- Müxtəlif qanunvericilik normalarının yenilənməsi tələbatı haqqında.

Məqalələr  Azərbaycan  dilində  təqdim  edilməlidir  və  istifadə  olunan  ədəbiyyat  barədə  məlumat  və 

müvafiq istinadlar verilməlidir.

Məqalələri 31 yanvar 2014-cü ilədək təqdim etməyi xahiş edirik. 

Sual,  müraciət  və  təkliflərinizi  -  editor.journal@aaa.org.az  –  elektron  poçtuna  göndərə  bilərsiniz. 

Xatırlatmaq istəyirik ki, “Bakı Hüquq Jurnalı”nda məqalə çap etdirmək üçün heç bir müəllifdən ödəniş 

tələb edilmir. Jurnal pulsuz yayılaraq, müxtəlif dövlət orqanlarına və özəl şirkətlərə göndərilir.

Jurnalın  çap  versiyasını  əldə  etmək  istəyənlər  öz  ofis  və  idarə  ünvanlarını  aşağıdakı  e-poçta 

göndərməklərini xahiş edirik. Jurnalın elektron versiyası AAA-nin internet səhifəsində yerləşdirilir.

“Bakı Hüquq Jurnalı”nda şirkətləri haqqında məlumat yerləşdirmək arzusunda olan şəxslər öz suallarını 

aşağıda göstərilən elektron poçta göndərə bilərlər.




6

Bakы 


HUQUQ

 

Jurnalы



BЯz

İ Яsas anlayıШlar

Banklar  bazarda  iştirakçılardan  depozitlər  götürüb 

digərlərinə  kredit  verməklə,  ödəniş  sistemlərini 

hazırlamaqla,  qiymətli  kağızlarla  əməliyyatları  həyata 

keçirib  bazarı  yaratmaqla  və  əlavə  olaraq,  investisiya 

fəaliyyətini həyata keçirərək sahibkarların borc ya ka-

pital maliyyəşdirilməsini təmin edərək vasitəçi rolunu 

icra etmə mənasında iqtisadiyyat üçün əhəmiyyətli olan 

xidmətləri təmin edən maliyyə müəssisələridir. 

Buna  baxmayaraq,  bankların  fəaliyyəti  bazarda 

risklərin  yaradılması  ilə  nəticələnir.  Risk  bazarda 

iştirak edənlərin eyni dərəcədən daha az və ya çox olan 

rikslərindən asılı olaraq, demək olar ki, bankın hər bir 

fəaliyyət  növünə  məxsusdur.    Əlavə  olaraq,  əsas  iki 

amil vəziyyəti kəskinləşdirir:

•  Dövlət  zəmanətinə  ümid  edilməsi  –  hökumətin 

uğursuzluğa düçar olan banka kapital qoyması və sair 

tədbirlər görməsi – bu, bankın assimetrik risklərin qəbul 

edilməsi  və  resursların  qeyri-səmərəli  şəkildə  istifadə 

edilməsi ilə nəticələnir. 

•  Bazarın  qarşılıqlı  və  vahid  olması  –  hər  bazar 

iştirakçısının  təcrid  olunmayacağı  halda  qarşı  tərəfin 

defolt riski həmişə mövcud olacaq. 

Buna  sübut  olaraq,  2007-2008-ci  il  sub-standarti-

poteka  böhranı  sistematik  risk  üzərində  tənzimləyici 

diqqəti vurğulamış və bu da öz növbəsində “bazarın bir 

iştirakçısının nöqsanının maliyyə bazarlarının qarşılıqlı 

təbiəti  ilə  əlaqədar  olaraq,  digər  iştirakçılarda  əks 

olunacağı riski” kimi müəyyən edilə bilər.

1

Tənzimləyici orqanlar aşağıdakı tədbirlər vasitəsilə 



bankın risk qəbuletmə stimulunu (“riskə meyllilik) yox-

laya bilər:

i)  Bankın  ölçüsü  və  strukturunda  limitlər  kimi 

təşkilati struktur

ii)  Kapital  və  likvidliyə  dair  tələblərin  tətbiq 

olunması kimi bankların fəaliyyətinə aid olan tədbirlər.

2

  

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankının 



(bundan  sonra  “ARMB”  adlanacaq)  kovenantları, 

əsasən,  banklar  üzərinə  əsas  kapitalın  kifayət  etməsi, 

likvidlik  qabiliyyətinin  mövcud  olması  və  digər 

tənzimləyici  tələblər  qoyma  tədbirlərinə  meylli  olan 

bankların fəaliyyətinə dair tələblərdir. Bununla birlikdə 

məqalə çərçivəsində bəzi təşkilati struktur tədbirlərə də 

baxılacaq. 

Bankların r

İsklЯrЯ meyllİlİyİnİn 

İdarЯ olunması

Banklar  ümumilikdə  iki  halda  defolt  vəziyyətinə 

uğraya bilərlər:

i. Balans (həddən artıq borcluluq) müflisliyi, burada 

bankların öhdəlikləri aktivlərini ötüb keçir;

ii. Likvidlik müflisliyi – bu zaman bank icra edilməli 

olan öhdəliklərini təmin edə bilmir. 

Balans  və  likvidlik  müflisliyi  riskləri  ilə,  əsasən, 

aşağıdakılar vasitəsilə tənzimlənir: 

i. kapitala dair tələblər

ii. müvafiq olaraq likvidlik üzrə tələblər. 

Kapitala  dair  tələblər  ARMB-ın  “Bank  kapitalının 

və  onun  adekvatlığının  hesablanması”  Qaydalarında 

(“Kapitalın adekvatlığı Qaydaları”) öz əksini tapır. Bu 

Qaydalar  bank  balansının  müflisliyinə  gətirib  çıxarda 

biləcək bankın aktivlərinə dair zərərlərin azaldılmasını 

hədəfə alan məcmu kapitalı təyin edir. Məcmu kapital 

bankın  aktivləri  və  öhdəliklərinə  məruz  qalmasının 

nəticəsi olaraq, itkilərin azaldılmasında təyin olunmuş 

minimal kapitalı təyin edir. 

“Kapitalın  adekvatlığı  Qaydaları”  daxilində 

aşağıdakı göstəricilər mövcuddur:

•  Kapitalın  tərkib  hissələri  –  I  dərəcəli  kapital 

(“fəaliyyət  göstərən  müəssisə”)  və  II  dərəcəli  kapital 

(“fəaliyyət göstərməyən – müflisləşən müəssisə”);

• Aktivlərin risk dərəcələri üzrə ölçülməsi;

• Kapitalın adekvatlıq əmsalı – I dərəcəli kapitalın və 

məcmu kapitalın ayrılıqda risk dərəcəsi üzrə ölçülmüş 

aktivlərə nisbəti minimum 12% (on iki faiz); 

• Leverec əmsalı – bankın I dərəcəli kapitalının bal-

ans  aktivlərinə  və  balansdankənar  öhdəliklərə  nisbəti 

minimum 8%.

I  dərəcəli  kapital  ilə  II  dərəcəli  kapital  bankı 

müflisliyə  məruz  qoymadan  “fəaliyyət  göstərən 

müəssisə”  əsasında  zərərləri  ödəmək  üçün  kapitalın 

mövcud  olub-olmamasına  dair  mühasibat  uçotu 

qaydalarına müvafiq olaraq fərqlənir. II dərəcəli kapital 

əmanətçilər pul itirməzdən qabaq müflislikdə “fəaliyyət 



Bankın Q

İymЯTlİ kaЬıZlar 

İlЯ ЯmЯlİyyaTlarının 

TЯnZ

İmlЯnmЯsİ

U.S. Commodity Futures Trading Commission, CFTC Glossary, http://www.cftc.gov/educationcenter/glossary/glossary_s.html



 

David T Llewellyn, “The Global banking crisis and the post-crisis banking and regulatory scenario”.



Яminя Baxшiyeva

Hцquq  mяslяhяtчisi, 

Deloitte & Touche Azяrbaycan

LL.M, University of Lausanne




Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə