Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   2   3   4   5   6   7   8   9   ...   19

10

Bakы 


HUQUQ

 

Jurnalы



baqcadan  müəyyən  edilmiş  şərtlər  daxilində  yenidən 

alına  və  ya  satıla  bildiyi  əməliyyatdır.  Qaydalarda 

yalnız fond birjası vasitəsilə icra edilməli olan və klir-

inq  təşkilatları  tərəfindən  müəyyənləşdirilmiş  repo 

əməliyyatları  nəzərdə  tutulur.  Klirinq  təşkilatları  repo 

əməliyyatları üçün zəmanətçi rolunu oynayır. 

Xüsusilə də repo maliyyələşdirilməsi seqmenti üçün 

ilk  aparıcı  qüvvə  nominalı  və  likvidlik  qabiliyyətini 

saxlamağın  əsas  məqsədlərini  dəstəkləmək,  eləcə  də 

normativ likvidlik buferinə malik kommersiya bankları 

üçün pula bənzər vasitələr üçün müəyyən riskə meylli 

olmayan müəssisələrin tələbidir. 

Repo  əməliyyatlarının  əsas  xüsusiyyəti  banklara, 

broker-dilerlərə  və  digər  vasitəçilərə  təminat  kimi 

istifadə olunan əsas qiymətli kağızlara çıxışı təmin edən 

təminat vermək, qısa müddətli öhdəliklər yaratmaqdır. 

Repo  və  qiymətli  kağızları  girov  qoymaqla  kredit 

bazalarına çıxış əldə etməklə banklar nağd pulla və ya 

digər  törəmələr  ilə  ticarət  etmə  kimi  fəaliyyətlərdən 

irəli  gələn  kredit  və  ya  bazarda  riskə  məruz  qalmaya 

qarşı sığortalana bilər. 

kred

İT derİvaTİvlЯrı 

(tюrяmя qiymяtli kaьыzlarы)

Kredit  derivativləri  maliyyə  alətləri  bazarının  bir 

hissəsidir.  Kredit  derivativlərin  ticarəti  adətən  birjalar 

və  ya  birjadankənar  bazarın  iştirakçısı  olan  klirinq 

şirkətlərin vasitəsilə edilmir.

Kredit törəmə qiymətli kağızları kredit məhsulunda 

və  ya  kredit  məhsulu  qrupunda  müəyyən  edilmiş 

kredit  risklərini  törəməyə  dair  müqavilənin  iştirakçısı 

olan  tərəfə  ötürməyə  çalışan  törəmə  müqavilələridir. 

Törəmələrə dair müqavilə tərəfi bazar iştirakçısı və ya 

likvid olmayan aktivlərin qiymətli kağızlara çevrilməsi 

(sekyuritizasiya) prosesi vasitəsilə fond bazarı ola bilər. 

Kredit məhsulu faizli borc kimi kredit aktivinə çevrilə 

və ya müəssisənin müflis olma riski kimi ümumi kredit 

riskinə  məruz  qala  bilər.  Risklər  və  risklərə  bərabər 

mükafatlar  qarşı  tərəfə  ötürüldüyü  üçün  əks  tərəfin 

kredit  aktivlərinin  virtual  və  sintetik  sahibi  rolunda 

çıxış edir. 

Kredit  törəmə  qiymətli  kağızları  kredit  və  ya 

istiqrazların ödəniş qabiliyyətinin olmaması riskindən 

(və  ya  törəmənin  təbiətindən  asılı  olaraq  daha  çox 

risklərdən) çıxarılmasına imkan verir və istiqraz və ya 

kreditlər  müəllif  və  ya  sahibi  tərəfindən  saxlanılmağa 

davam edə bilər, lakin risklər qarşı tərəfə ötürülür.  Qarşı 

tərəfin  defolt  riskləri  aydın  şəkildə  mükafat  şəklində 

alınır və mükafat qarşı tərəfin təltiflərini təmsil edir. 

Azərbaycan  Respublikası  qanunlarına  əsasən 

kredit  törəmə  qiymətli  kağızları  vasitəsilə  risklərə 

qarşı sığortalanma təxmini olaraq mümkündür. Kredit 

törəmə qiymətli kağızları kredit risklərinin sığortasına 

oxşar olan bir hissədir. 



TЯnZ

İmlЯyİcİ mЦHİT

Səlahiyyətli  orqanlar  balansdankənar  məruz  qal-

malara,  xüsusilə  də  “Kapitalın  adekvatlığ”  Qaydaları 

altında kreditdən istifadə əmsalına nəzarət etməlidir. 

Əlavə  olaraq,  nəzarət  orqanları  həmçinin  net-

tinq  və  hesablama  hüquqları  kimi  kredit  riskinin 

azalması texnikalarının müvafiqliyinə nəzarət etməli və 

qiymətləndirməlidir. 

Bazel III müddəaları altında məruz qalma ölçüsünə 

“Qiymətli  Kağızların  Maliyyələşdirilməsinə  dair 

Sövdələşmələr”  (QMS)  və  törəmələr  üçün  aşağıdakı 

tədbirlər daxil edilməlidir:

QMS təminat verilmiş maliyyələşdirmənin formasıdır 

və  bunun  üçün  də  kreditdən  istifadə  nisbətinə  daxil 

edilməli  olan  balansın  vacib  mənbəyidir.  “Kapitalın 

adekvatlığı” Qaydaları daxilində balansdankənar olan 

məruzqalmalar,  əsasən,  aşağıdakı  müqavilə  şərtlərinə 

uyğun olaraq ölçülən riskdir:

• Müqavilənin şərtlərinə əsasən banklar tərəfindən 

akvitlərin geri götürülməsi öhdəliyinin mövcud olması 

(bankların  aktivləri  üzrə  riskə  malik  olması).    Belə 

şərtlər  likvid  olmayan  aktivlərin  qiymətli  kağızlara 

çevrilməsi  və  ya  banklar  tərəfindən  kreditin  satılması 

daxilində mümkündür.

•  Bankın  gələcəkdə  aktivi  geri  almaq  öhdəliyinin 

mövcudluğu; və digərləri. 



nЯT

İcЯ

Kreditin qarşı tərəf üzrə və likvidlik risklərinin məruz 

qalmalarından  başqa  bankın  treydinq  fəaliyyətindən 

yaranan çoxlu sayda məsələlər var. i) qeyri-şəffaflığın və 

ya (ii) bazar vasitəsilə risklərin ötürülməsi kimi məsələlər 

sistemik  risklər  ilə  nəticələnir.  Bunlar  tənzimləyici 

müdaxilələrə ehtiyac duyulan məsələlərdir.

Şəffaflığın  artırılması,  qiymətli  kağızlar  bazarı 

daxilində  sui-istifadənin  qarşısının  alınması  və 

qiymətli  kağızlar  ilə  sövdələşmələrə  nəzarət  kimi 

məsələlər tənzimləyici göstərişlər ilə əhatə olunmalıdır. 

Həmçinin  birjadan  kənarda  icra  edilən  qiymətli 

kağızlar  ilə  sövdələşmələrə  dair  hesabat  hazırlanmalı 

və açıqlanmalıdır.




11

  

  №4  |  OKTYABR 



2013

Bildiyiniz  kimi,  banklar  kredit  verən  zaman 

onun icrasını təmin etmək məqsədi ilə girov (ip-

oteka)  və  zaminlik  mexanizmlərindən  geniş 

istifadə edirlər. Beləcə, sadə dildə desək, borcalan 

müqavilə  üzrə  öz  öhdəliklərini  icra  etmədikdə 

onun öhdəliyinin icra olunmamış hissəsinin icrası 

girov qoyandan (ipoteka qoyan və ya zamin) tələb 

olunur.

İndi belə bir halı təsəvvür edək:



Hər hansı bir kommersiya hüquqi şəxsi (borc-

alan) bankdan kredit alıb və onun öhdəliyi bank 

qarşısında  girov  qoyana  (ipoteka  qoyan)  məxsus 

əmlak və ya zaminliklə təmin olunub. Bir müddət 

sonra borcalanın maliyyə vəziyyəti pisləşir və bu 

səbəbdən nə bank qarşısında olan öhdəliyini icra 

edə  bilir,  nə  də  dövlət  büdcəsinə  olan  borclarını 

ödəyə  bilir.  Nəticədə  vergi  orqanları  borcalanın 

bütün hesablarına sərəncam qoyulması üçün ban-

ka göstəriş (vergi sərəncamı) verir. 

Bank  isə  öz  növbəsində,  borcalanın  bank 

qarşısında  olan  pul  öhdəliyinin  icra  edilməsi 

üçün  girov  qoyana  (ipoteka  qoyan  və  ya  zamin) 

bildiriş  göndərir.  Tutmanın  təminat  predmetinə 

yönəldilməməsi  üçün  (və  ya  məhkəmədə  zamin 

olaraq  cavabdeh  olmamaq  üçün)  girov  qoyan 

(ipoteka  qoyan  və  ya  zamin)  borcalanın  bank 

qarşısında olan pul öhdəliyini icra etmək qərarına 

gəlir.  Lakin  bu  zaman  qanunvericiliyə  əsasən 

ilk  baxışdan  borcalanın  hesablarında  olan  pul 

vəsaitlərinin silinməsi qaydası heç də girov qoyanın 

(ipoteka qoyan və ya zamin) bu öhdəlikdən azad 

olunması üçün əlverişli görünmür. Belə ki, girov 

qoyan  (ipoteka  qoyan  və  ya  zamin)  tərəfindən 

borcalanın bank qarşısında olan pul öhdəliyini icra 

etmək məqsədi ilə mədaxil edəcəyi pul vəsaitinin 

borcalanın hesabından hansı ardıcıllıqla silinəcəyi 

tam olaraq aydın deyil.

Yuxarıda  qeyd  edilən  misalla  bağlı  hüquqi 

məsələlərə nəzər salaq:

1.  AR  Mülki  Məcəlləsinin  460-cı  maddəsinə 

əsasən girov (ipoteka), zaminlik öhdəliklərin icrası 

üsuludur  və  Mülki  Məcəllənin  269.1.  maddəsinə 

görə, girov və ipoteka “borclunun girov saxlayan 

qarşısında  pul  və  ya  başqa  öhdəliyinin  icrasının 

təmin edilməsi üsuludur”.

2.  AR  Mülki  Məcəlləsinin  279  və  472.2.,  AR 

İpoteka  haqqında  Qanunun  4-cü  maddələrinə 

görə, müqavilədə başqa hal nəzərdə tutulmadığı 

müddətcə girovla (ipoteka və ya zaminlik) təmin 

edilmiş  tələbin  həcmi  əsas  borc,  faizlər,  dəbbə 

pulu və məhkəmə xərclərindən (bəzi hallarda gi-

rov/ipo teka predmetinin saxlanması xərclərindən) 

və ya təmin olunan öhdəliyin həcmindən çox ola 

bilməz.

3.  AR  Vergilər  Məcəlləsinin  65.6.  maddəsinə 



görə,  “Vergi  orqanlarının  vergilər  üzrə  borcların 

və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının 

dövlət büdcəsinə alınması haqqında sərəncamları 

bank və digər kredit təşkilatı tərəfindən Azərbaycan 

Respublikasının  Mülki  Məcəlləsində  nəzərdə 

tutulmuş  ödənişlərin  növbəliliyi  ardıcıllığına 

uyğun olaraq icra edilir.”

4.  Müvafiq  olaraq,  AR  Mülki  Məcəlləsinin 

965-ci  maddəsinə  nəzər  yetirsək,  hesabdan  pul 

vəsaitlərinin silinməsi ardıcıllığında: 

- “Üçüncü növbədə dövlət büdcəsinə, məcburi 

dövlət sosial sığorta haqları üzrə büdcədənkənar 

dövlət  fonduna  və  bələdiyyələrin  büdcələrinə 

ödənişləri  nəzərdə  tutan  ödəniş  sənədləri  üzrə 

hesab dan silmə (965.2.3.). 

-  Dördüncü  növbədə  verilmiş  kreditlər  üzrə 

bankın  tələblərinin  yerinə  yetirilməsini  nəzərdə 

tutan  ödəniş  sənədləri  üzrə  hesabdan  silmə 

(965.2.4.)” həyata keçirilir.

5. Lakin əgər AR Vergilər Məcəlləsinin 78.3. və 

78.4. maddələrinə nəzər yetirsək:

“78.3. Vergi öhdəliklərinin yerinə yetirilməsi bu 

Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, 

bilavasitə  vergi  ödəyicisi  tərəfindən  həyata 

keçirilir.

78.4.  Vergi  öhdəliklərinin  yerinə  yetirilməsi 

digər şəxsin üzərinə qoyula bilməz.”

Yuxarıda  qeyd  olunanlardan  aydın  görünür 



Borcalanыn dюvlяt bцdcяsinя 

olan borclarы girov qoyanыn

(иpoteka qoyan vя ya зamin) 

юhdяliyinin hяcminя daxildirmi?

ruqiyyя Hacыzadя

Hцquqшцnas, 

PAШA Bank ASC

LLM. University of Leicester




Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə