Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından 

keçmiş,  xüsusi  yaradılmış  elə  bir  qurumdur  ki, 

mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri 

üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və 

şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata 

keçirmək,  vəzifələr  daşımaq,  məhkəmədə  iddiaçı 

və ya cavabdeh olmaq hüququna malikdir.”

Bu  iki  maddədən  aydın  olur  ki,  nümayəndəlik 

hüquqi  şəxs  olmadığından  (nümayəndəliyin 

rəhbərinə  B  şirkətinin  iddiası  üzrə  A  şirkətini 

təmsil  etmək  üçün  xüsusi  və  ya  Azərbaycan 

Respublikasında  A  şirkətinə  qarşı  qaldırılmış 

istənilən iddia üzrə A şirkətinin maraqlarını təmsil 

etmək üçün ümumi etibarnamənin verildiyi hallar 

sözügedən məqalədə araşdırılmır) B şirkətinin ilkin 

iddiası  üzrə  məhkəmədə  iddiaçı  və  ya  cavabdeh 

qismində çıxış edə bilməz. Yəni birinci misal üzrə 

məhkəmənin qərarı doğrudur.



İkinci  misal:  Birinci  misaldakı  faktları  bir  az 

dəyişdirək: A şirkətinin idarəetmə orqanı və hüquq depar-

tamenti Niderlandda  yerləşir. B şirkəti ilə müqavilənin 

bir çox şərtlərinin razılaşdırılmasında (elektron poçt və 

skayp  vasitəsilə)  onlar  da  iştirak  etmişlər.  B  şirkəti  də 

iddianı  Nümayəndəliyə  qarşı  deyil,  A  şirkətinin  direk-

torlar şurasına qarşı irəli sürüb. 

Sual:  Bu  iddia  mümkündürmü?  Ümumiyyətlə, 

fiziki şəxslər, hüquqi şəxslər və hüquqi şəxs olma-

yan  təşkilatlardan  başqa,  daha  hansı  subyektlər 

mülki prosesdə tərəf ola bilər? 

Yuxarıda qeyd etdiyimiz kimi, MPM-nin 50.1 və 

50.4-cü maddələrində tərəf ola biləcək subyektləri 

fiziki  və  hüquqi  şəxslərdən  başqa,  daha  dörd 

kateqoriya  aid  edilmişdir  (vəzifəli  şəxslər,  dövlət 

orqanları,  digər  orqanlar  və  hüquqi  şəxs  olmayan 

digər şəxslər). 

“Dövlət  orqanları”  ifadəsinin  açıqlaması 

“Dövlət 

qulluğu 


haqqında” 

Azərbaycan 

Respublikasının  Qanununun  7-ci  maddəsində 

verilmişdir:  “Azərbaycan  Respublikasının  qa-

nunvericilik  aktları  ilə  müəyyən  edilmiş  hüdud-

larda  Azərbaycan  Respublikasının  məqsəd  və 

funksiyalarını  həyata  keçirən,  qanunvericiliyə 

uyğun  olaraq  yaradılmış  və  dövlət  büdcəsindən 

maliyyələşdirilən  dövlət  qulluqçularının  qu-

rumu  dövlət  orqanıdır.”  Mülki  Məcəllənin  43.3-

cü  maddəsində  isə  qeyd  edilir  ki,  Azərbaycan 

Respublikası mülki hüquq münasibətlərində eynilə 

digər hüquqi şəxslər kimi iştirak edir və bu hallarda 

Azərbaycan Respublikasının səlahiyyətlərini onun 

hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. 

Göstərilən  maddələrdən  aydın  olur  ki,  dövlət 

orqanları  hüquqi  şəxs  deyil,  lakin  buna  baxma-

yaraq, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış 

edə bilərlər.   

“Vəzifəli  şəxslər”in  açıqlaması  isə  bir  qanunda 

deyil,  məzmuna  uyğun  olaraq,  müxtəlif  qanun-

larda  (Cinayət  Məcəlləsi,  “Korrupsiyaya  qarşı 

mübarizə  haqqında”  Qanun,  dövlət  vəzifəli  şəxsə 

münasibətdə  -  “Dövlət  qulluğu  haqqında”  Qa-

nun və s.) verilir. Bununla belə, nə Mülki Məcəllə, 

nə  də  MPM  “vəzifəli  şəxs”in  konkret  olaraq  kim 

olduğunu  açıqlamır.  Belə  olan  halda  mübahisəyə 

baxan  məhkəmənin  hər  hansı  bir  vəzifəli  şəxsin 

MPM-nin  50.1-ci  maddəsinə  əsasən  iddiaçı  və 

ya  cavabdeh  qismində  tanınmasını  qanunun 

analogiyası  prinsipinə  əsaslanaraq  müəyyən 

etməsi  məntiqli  görünür.  Qeyd  etdiyimiz  kimi, 

“vəzifəli  şəxs”  bir  neçə  qanunda  açıqlandığı  və 

qanunlar  iyerarxiyasında  onlardan  daha  üstün 

hüquqi  qüvvəyə  malik  Mülki  Məcəllədə  təsbit 

edilmədiyindən, demək olar ki, məsələnin həlli tam 

olaraq,  aidiyyəti  məhkəmənin  öhdəsinə  buraxılıb. 

Bu  hal  isə  təcrübədə  anlaşılmazlıqlara  gətirib 

çıxara  bilər,  çünki  analogiya  üzrə  tətbiq  ediləcək 

qanunlardan birində - Cinayət Məcəlləsinin 308-ci 

maddəsinin qeyd hissəsində “vəzifəli şəxs” anlayışı 

həddindən artıq geniş cızılaraq nəinki dövlət vəzifəli 

şəxsləri  və  hüquqi  şəxslərin  rəhbərlərini,  hətta 

“kommersiya  və  qeyri-kommersiya  təşkilatlarının 

işçilərini” də əhatə edir. Yəni yuxarıdakı misalımızı 

bu analogiyaya uyğun təhlil etsək, belə çıxır ki, A 

şirkətinin nəinki rəhbəri, hətta hüquq departamen-

tinin  işçisi  də  cavabdeh  qismində  göstərilə  bilər. 

Birinci misalda qeyd edildiyi kimi, Nümayəndəliyin 

cavabdeh  ola  bilmədiyi  bir  halda  şirkətin  adi 

işçisinin mahiyyət etibarilə şirkətə qarşı yönələn id-

dia üzrə cavabdeh ola bilməsi ən azından hüquqi 

məntiqə zidd olsa da, qanunla mümkün görünür. 

Yerdə  qalan  iki  kateqoriyadan  birinin  -  “hüqu-

qi  şəxs  olmayan  digər  təşkilatlar”ın  nə  demək 

olduğunu  aşağıdakı  üçüncü  misalla  bağlı 

araşdırmağa çalışacağıq.

Sonuncu  kateqoriya,  yəni  MPM-nin  50.1-ci 

maddəsində  işlənmiş  “başqa  orqanlar”  ifadəsinə 

gəldikdə  isə,  onun  nə  məna  kəsb  etdiyi  aydın 

deyil.  Dövlət  orqanları  ayrıca  bir  kateqoriya  kimi 

göstərildiyindən, fərz edə bilərik ki, burada söhbət 

hüquqi  şəxslərin  orqanlarından  (bir  hüquqi  şəxs 

daxilində  yaradılmış  bölmələr,  yaxud  hüquqi 

şəxslərin  istənilən  birliyi  də  nəzərdə  tutula  bilər) 

gedir.  “Orqan”  sözünün  hüquqi  şəxsin  yalnız 

idarəetmə  funksiyalarını  həyata  keçirdiyi,  yoxsa 

14

Bakы 



HUQUQ

 

Jurnalы




Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə