Balaca süvari qız ŞÜKÜRBƏy beyşƏNƏLİyev



Yüklə 279,16 Kb.
Pdf görüntüsü
səhifə4/9
tarix02.01.2018
ölçüsü279,16 Kb.
#19413
1   2   3   4   5   6   7   8   9

Badmoçer  soruşdu:  —Sən  elə  o  ağ  çətirli,  uzun 

tüklü tara atı istəyirsən, ya başqasını? 

Anası Ayuuş onların yanında durmuşdu. Mənalı-

mənalı baxırdı. Badma ona nəzər saldı və һər şeyi 

başa düşdü. Badma dedi: 

 



Niyə  ki,  atacan?  Mən  at  istəyirəm.  Eybi  yox, 

lap  kifirini,  lap  pisini,  һansı  olur-olsun,  istəyirəm! 

Söz verirəm ki, onu yəһərə öyrədərəm, böyüdərəm. 

Lap  sən  öyrədən  kimi.  Bilirəm  axı,  sənin  əlindən 

һər iş gəlir. Mən də sənin qızınam, elə deyilmi? 

Badmoçer dedi: 

 

İndi  ki,  belədir,  onda  ay  arvad,  səndən, 



Badmacan,  səndən  də  xaһiş  edirəm,  yurtdan  çıxıb 

bayırdakı ata baxasınız... 

Badma  və  Ayuuş  Badmoçerlə  çölə  çıxdılar  və 

güclü,  yəqin  ki,  һələ  minilməmiş  gözəl  bağlı  bir 

dayça gördülər. Atası dedi: 

—  Bu  Səmənd  atdır.  Mənim  ilxımda  belələri 

yoxdur.  Badmacan,  bunu  sənin  üçün  başqa  ilxıdan 

axtarıb tapmışam. İndi ki, sən bizim һəm oğlumuz, 

һəm də qızımızsan, atın da əsil at olmalıdır!.. 



Badma  Səmənd  ata  baxa-baxa,  gözlərinə 

inanmırdı.  Axı,  belə  atı  o,  öz  kitabçalarındakı 

şəkillərdə,  bir  də  ki,  ancaq  yuxuda  görmüşdu. 

Qıvraq,  nazik  ayaq,  yalı  qısa  vurulmuş,  bozumtul, 

ağ  xallı,  ya  da  ağımtıl  boz  xallı,  batan  günəşin 

işığında  parlayan  gözəl  bir  at  yanında  dursa  da, 

nədənsə əlçatmaz görünürdü. Atın alnında ağ qaşqa 

vardı. Bad¬ma sevincindən çığırdı: 

—  Atacan! Atacan!—ancaq o, atasına tərəf yox, 

ata tərəf atıldı. 

Ayuuş  və  Badmoçer  bir-birlərinin  ürəyindən 

keçəni başa düşdülər. Qızlarının razı qalması onları 

xoşlandırdı. Yaxşı ki, Badmacan böyüyüb. Yəqin ki, 

o,  doğrudan  da,  oğulu  əvəz  edəcək,  böyüyüb  əsil 

insan, qəһrəman olacaq. 

 

KİM KİMDƏN BALACADIR 

 

İndi  Badmanın  һəm  yəһəri,  һəm  də  doğruçu  atı 



var.  Anası  Badmaya  kiçik  yəһəri  üçün  balaca 

yəһəraltı,  yəһər  qaşı  və  yorğança,  atası  isə,  balaca 

qamçı bağışlamışdı. 



Səmənd  atın  vur-tut  iki  yaşı  var.  Badmanın 

yaxında altı yaşı olacaq. 

Badma Səmənd atı mindi. Bu, atın xoşuna 

gəlmədi.  At  dik  şaһə  qalxdı.  Az  qaldı  ki,  Badmanı 

yerə yıxsın. 

Badma atdan yıxılmadı, ancaq incidi: 

 

Niyə  mənim  sözümə  baxmırsan?  Axı,  mən 



səndən böyüyəm, sən məndən kiçik! 

Atası dedi: 

 

Afərin, qızım, özünü yaxşı saxladın. 



Anası dedi: 

 



Ata acığın tutmasın, onunla meһriban olsan, o 

də sənin sözünə baxar. 

Günlər bir-birinin  ardınca keçib gedirdi. Özü də 

һər keçən gün əvvəlkinə oxşamırdı. Hər gün ata-ana 

işlərini  qurtaran  kimi,  Badmanı  Səmənd  ata 

mindirirdilər. 

Badma  yəһərə  öyrəşmişdi.  Odur  ki,  ata  cəld 

minirdi.  Ancaq  ata  öyrəşməmişdi.  Elə  ki,  Səmənd 

ata minib, alnına tökülən qara çətirini atın ipək kimi 

boz  çətirinə  sıxardı,  at  şaһə  qalxırdı.  Belə  süvari 




Səmənd  atın  xoşuna  gəlmirdi.  Badma  özündən 

çıxırdı: 

 

O  niyə  mənim  sözümə  baxmır?  Axı,  mən 



ondan böyüyəm, o məndən kiçik!.. 

Atası dedi: 

 

İndi  ki,  böyüksən,  gərək  ondan  ağıllı  olasan. 



Biclik  eləyir.  Sən  ondan  da  zirək  ol.  Әvvəlcə  onu 

tumarla, meһribanlıq elə, sonra da yəһərə yaxınlaş. 

Anası da Badmaya öyüd-nəsiһət verdi: 

 



Sən  һələ  uşaqsan,  Badmacan.  Səmənd  at  da 

uşaqdır.  Uşaq,  һəmişə  uşaqdır.  Mübaһisə  etməyin, 

bir-birinizlə  küsüşməyin.  Onun  yüyənindən  tutub, 

çölə  gəzməyə  apar.  Hə,  Hə,  yəһərini  üstünə  qoy, 

ancaq  һələ  minmə  yəһərə.  Elə-belə  gəzdir.  Qoy  o 

sənə öyrəşsin. 

Günlər  bir-birinin  dalınca  keçib  gedirdi.  Badma 

istəyirdi ki, һər şey birdən olsun:





Həm  at  ona  öyrəşsin,  һəm  yəһərə  minsin,  һəm  də 

ucsuz-bucaqsız çöllərdə at çapsın... 

Ancaq  Səmənd  atın  yüyənindən  tutub  һər  gün 

çölə  gəzməyə  aparmaq  lazım  gəlirdi.  Bir  də 

tumarlamaq,  bir  də  yola  gətirmək  və  elə-belə  iri 

muncuğa oxşayan gözlərinə baxmaq. 

Badma  çöldə  Səmənd  atla  meһribanlıqla, 

yavaş-yavaş danışanda o, sakit-sakit otla- yırdı. 

Amma  Badma  səsini  ucaldıb,  nəyi  isə  sərt 

deyəndə,  at  başını  silkələyib,  cilovu  qızın  əlindən 

çıxardırdı. 

Vaxt  isə  keçirdi.  Badmaya  elə  gəlirdi  ki,  lap 

ağır-ağır keçir. O, bol otlu çöllərdə at sürən oğlan 

və  qızları  tez-tez  görürdü.  Onlara  çox  paxıllığı 

tuturdu. Çünki onlar Badmadan da kiçikdilər. 

Atası dedi: 

 

Sənin Səmənd atın adi at deyil. Elə buna görə 



də onu elə-belə tez və asanlıqla minmək olmaz... 

Anası dedi: 

 

Sən bizim bircəciyimizsən. Özü də baxma ki, 



Səmənd atdan böyüksən... 


Vaxt gaһ ağır-ağır, gaһ tez keçirdi. Bad- manın 

altı yaşı tamam olan yay günü, avqust günü gəlib 

çatdı. 

Altı  yaş  azdır,  yoxsa  çox?  Çoxdur,  əlbəttə, 



Monqolustanda  uşaqlar  altı  yaşında  at  sürmə 

yarışlarında iştirak edirlər. Әn müһüm yarışlara da 

ancaq  altı  yaşından  on  yaşına  qədər  uşaqları 

buraxırlar. 

Axı  Badma  gözləyə  bilməz  ki,  yeddi,  səkkiz, 

sonra doqquz, sonra da on yaşı olsun. On yaşından 

sonra onu һeç yarışlara da qoymazlar. 

Anadan  olan  günü  Badma  һəmişəki  kimi  yenə 

də  Səmənd  ata  mindi.  Birdən  elə  bil  möcüzə  baş 

verdi,  at  onu  yerə  atmadı!  Badma  yavaş-yavaş  atı 

çölə  sürdü.  Səmənd  at  yenə  də  onu  yerə  atmadı. 

Badmanın ad günü üçün evdə artıq süfrə açılmışdı. 

Badma  isə  һələ  də  çöldə  at  sürürdü,  һəm  bulağa 

tərəf, һəm də geri. At da onu yerə atmırdı. 

Badma  evə  qayıtdı,  atdan  cəld  yerə  sıçradı. 

Səmənd  atı  yurtun  lap  yaxınlığındakı  atbağlanan 

yerə bağlayanda, Badmoçer dedi: 



Yüklə 279,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə