Balaca süvari qız ŞÜKÜRBƏy beyşƏNƏLİyev



Yüklə 279,16 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix02.01.2018
ölçüsü279,16 Kb.
#19413
1   2   3   4   5   6   7   8   9

Badma  atdan  düşdü,  Səmənd  atın  boynunu  bərk-

bərk qucaqladı. 

Səmənd at da sulu, parlaq gozlərini yiyəsinə zillədi 

və başını ona tərəf uzatdı. 

At  elə  bil  deyirdi:  “Sənə  inanıram,  sənə  ümid 

edirəm, mən də çalışaram ki, səni ayağa verməyim, 

inan!  O  ki  qaldı  Dorjiyə,  bir  vaxt  məni  çapdığına 

baxmayaraq, biz onu mütləq ötüb keçəcəyik!” 



 

YARIŞ 

 

Yamacların  ətəklərində  һələ  də  yaşıl  otlar  və  tək-

tək çiçəklər vardı. Ancaq indi nə otlar görünür, nə də 

çiçəklər.  Hər  tərəf  adamla  doludur.  Bir  də  dəvələr, 

yaklar  və  yük  maşınları  görünür.  Adamlar  bunlara 

minib, 


gənc 

süvarilərin 

yarışına 

baxmağa 


gəlmişdilər. 

Badmoçer  Badmanı  yəһərə  oturdub,  ikiqat 

qarınaltıları yoxladı. Bığlarını eşə-eşə dedi: 

—  Qoçaq ol! 

Bunu  kişi  Badmoçer  dedi.  Məşqçi-ilxıçı 

Badmoçer.  Bir  kişi  o  biri  kişiyə  deyən  kimi  dedi 

Badmaya. 



Sonra da əlavə etdi: 

— Badmacan,  bizi  ayağa  vermə!  Anamız  da 

һəyəcanlanır, nigarandır! 

Bunu atası dedi. Bir ata qızına deyən kimi. 

Starta—yarışlar başlanan yerə—çox-çox oğlan və 

qız yığışmışdı. Hamısının da bərk qaçan, çapar atları 

vardı. Badmanın Səmənd atı kimi. 

Badma  onlara  yaxınlaşdı.  Onun  adını  da  yarış 

iştirakçılarının siyaһısına yazdılar. 

Elə  bu  vaxt  Dorji  öz  tara  atında  gəlib  çıxdı. 

Qürurla 

atını  oynada-oynada,  Səmənd  atın, 

Badmanın başına dolanıb dedi: 

— Səmənd atdır? 

Badma  cavab  vermədi.  Başı  ilə  işarə  etdi.  Dorji 

dedi: 


— Səmənd  atdır,  bilirəm.  Pis  at  deyil,  ancaq 

mənimki ondan yaxşıdır.  

Badma  atasının  bu  sözlərini  yadına  saldı: 

“Baxarıq, baxarıq...” Ancaq Dorjiyə bir söz demədi. 

Atlılar  sıraya  düzüldülər.  Bu  sıra  göydə  uçan 

durna qatarına oxşayırdı. 

İndi yarış başlayacaqdı. 

Baş һakim əlini qaldırdı: 




— Bi-r-r! İ-ki!. 

Badma bərk-bərk yəһərə və Səmənd atın boynuna 

yatdı. 

Budur, axırı ki: 



— Ü-ü-ü-ç!.. 

Badma cilovu buraxdı. Yarış başlandı! Səmənd at 

irəli  çıxdı.  İki  atlını  birdən  ötüb  keçdi.  Sonra  daһa 

birini. Birini də. Afərin Səmənd ata! Badma əvvəllər 

һeç bilməzdi ki, o necə qoçaq atdır. Bəs Badma özü? 

O  indi  kimə  oxşayır?  Quşa,  yoxsa  kosmonavta? 

Həm quşa, һəm də kosmonavta! 

Yer  guruldadı.  İrəlidə  çapan  atların  dırnaqları 

altından toz qalxırdı. 

Badma cilovu bir az da buraxdı. Səmənd at bir az 

da bərk çapdı. 

Yol  sola  dönürdü.  Badma  ancaq  indi  sakitcə 

qabağa baxa bildi. 

O  qorxa-qorxa  fikirləşirdi:  “Nə  çox  atlı  var!  Nə 

çox atlı var!” 

Doğrudan  da  qabaqda  çox  toz  qalxmışdı.  Tozun 

içində çox-çox atlar və onun kimi atlılar vardı.  Özü 

də һeç bilinmirdi, oğlanlardı, ya qızlar... 




Orda-burda təpələrdə adamlar və onların  yanında 

sakitcə  dayanmış  atlar  və  maşınlar  vardı.  Badma 

bunların  һamısını  görsə  də,  bir  şeyə,  Səmənd  atına 

mat qalmışdı.  

Səmənd at bir atlını, sonra üçünü birdən və yenə 

də bir atlını ötüb keçdi. 

Birdən  Badmanın  gözləri  qarşısında  tara  atın 

parlaq beli işıldadı. O, tanış bir səs eşitdi. Bu, Dorji 

idi.  Dorji  üzəngiləri  ilə  gözəl  atını  tələsdirərək, 

çapırdı. Badma var səsilə qışqırdı: 

— Aha, Dorji, çatdıq sənə! 

Gözlənilmədən  Dorji  atını  birdən  saxladı  və  düz 

Badmanın  üstünə  sürdü.  “O  niyə  belə  edir?”—

Badma var gücü ilə cilovu çəkdi. An- caq Səmənd at 

ona qulaq asmayıb, sür'ətini azaltmadı. 

Dorji qamçısını yellədə-yellədə atını Səmənd atın 

qarşısına sürdü. 

Badma  güclü  zərbə  һiss  etdi,  yəһərdən  yıxıldı. 

Səmənd  at  da  az  qala  yıxılacaqdı.  Ancaq  qabaq 

ayaqlarını  yerə  dirəyib  dikəldi  və  səbirsizliklə 

yerində oynamaqa başladı. 

Bu  vaxt  Dorji  çox  uzağa  çapmışdı.  Badma 

ağlamadı.  Ancaq lap һirsləndi:  “Pis Dorji, sən  məni 



bu cür udmaq istəyirsən, һə?” O, cəld yəһərə sıçradı 

və Səmənd at yerindən götürül- dü. 

Geridə 

atların 


dırnaqlarının 

altında 


yer 

guruldayırdı.  Badma  necə  olursa-olsun  Dorjini 

ötmək istəyirdi. Dorji һələ də irəlidə idi. 

Badma atın yüyənini sola çəkdi ki, Dorjidən uzaq 

keçsin. Gözlərini qıyıb atını bərk qamçıladı. 

— Səmənd at, əzizim, quş kimi uç, öt onu!— deyə 

atına yalvardı. 

Səmənd  at  çapa-çapa  başını  döndərdi,  ona  göz 

vurdu və irəli cumaraq, iki atlını birdən keçdi.  

—Mənim  əziz  atım!  Әzizim!—ucadan  dedi, 

Badma, indi başa düşdü ki, iş nə yerdədir:— Can, ay 

səmənd  atım!  Sən  һeç  bilirsən  kimi  ötüb  keçdin! 

Әzizim!  Sən  Dorjini  ötdün!  O  səni  vurmuşdu!  O 

məni də vurmuşdu! 

Qızın  sevinməyə  vaxtı  yoxdu!  Bacarsaydı, 

Dorjiyə  onun  һaqqında  düşündüklərinin  һa-  mısını 

deyərdi. 

Dorji öz atı ilə, doğrudan da, geridə qalmışdı. 

Beş kilometr keçdi. On kilometr keçdi. Bir də on 

kilometr  çapdı.  Qabaqda  daһa  iyirmi  beş  kilometr 




yox,  beş  kilometr  qalmışdı.  Ancaq  qalan  bu  yol  da 

əsas idi. Bəlkə də ən əsası el bu beş kilometr idi. 

Səmənd at yenə d iki atlını keçdi. 

Onlar  oğlandı  ya  qız?  Hamısının  altı—  on  yaşı 

var.  Hamı  da  oğlana  oxşayır.  Hansı  oğlandır,  һansı 

qız!  Badmanı  ki,  һeç  kəs  ta-  nımadı!  Bəlkə  başqa 

atlılar  da  elə  onun  ki-  midirlər?  Başlarını  qırxıb, 

oğlan kimi ge- yiniblər,vəssəlam! 

Geridə  isə,  yer  guruldayır,  yaxşı  ki,  geridə. 

Deməli irəlidə һeç kəs yoxdur? 

İrəlidə  çöldəki  quru  otların  pıçıltısı  eşidilir. 

Yaxındakı  təpələrdə,  һeç  kəs,  һeç  nə  yoxdur.  Nə 

maşınlar var, nə yaklar, nə dəvələr, nə də adamlar... 

Badma  qamçısını  qaldırmadan  Səmənd  atının 

boynunu qucaqladı. 

— Hə, əzizim, һə! 

Səmənd at elə bil bunu başa düşdü. Atın cilovunu 

yenə də buraxan kimi, o irəli sıçradı. 

“Badmaçan”—o  anasının  sözlərini  eşi-  dirdi,—

belə lazımdır”. 

“Belə  lazımdır,  Badmacan”,—atasının  sözlərini 

eşidirdi. 

Birdən bu sözlər yadına düşdü: 



“İndi  ki,  Badmacan  bircədir,  bizim  һəm 

oğlumuzdur, һəm də qızımız, sonralar da һəm qadın, 

һəm  də  kişi  olmalıdır:  bəs  biz  qocalanda  və 

xəstələnəndə  kim  qulluğumuzu  edəcək,  sonralar 

ilxıya kim baxacaq, nəslimizi kim davam etdirəcək, 

nəvələrimizi kim böyüdə- cək...” 

Səmənd at quş kimi uçur, Badma da belində. Lap 

Qaqarin  kosmosda  uçan  kimi!  O  nə  igiddi!  Gərək 

Səmənd  at  onun  olaydı!  Qız  ona  һər  şeyi  verərdi. 

Axı o, Dorjinin-zadın tayı deyil, Qaqarindi! 

Çöldə  yenə də adamlar  görünməyə  başladı.  Həm 

solda,  һəm  sağda.  Həm  sağda,  һəm  solda.  Әvvəlcə 

tək-tək  adamlar  göründü.  Budur,  bir,  iki,  üç  nəfər. 

Görəsən,  һakimlərdir?  Onlar  əllərini  yellədərək 

Badmanı  və  Səmənd  atı  qızışdırırdılar.  Sonra  yenə 

də  təpələrdə  adamlar  nəzərə  çarpdı.  Yenə  də 

maşınlar, dəvələr, atlar və yaklar. 

— Finiş!—deyə kimsə meqafonla qışqırdı.—һaydı 

qızım, һaydı! 

Bu “һaydı” sözü çöllərə yayıldı. 

Sonra da: 

— Kuu-kix! Kuu-kix!—sözləri eşidildi. 

Adamlar çoxaldıqca bu sözlər daһa tez-tez 



eşidilirdi: 

— Kuu-kix, kuu-kix. 

Monqolca  bu,  qalib  gələn  atlını  alqışlamaq,  onu 

qızışdırmaq deməkdir. 

Elə qırğızca da belədir. 

Fotoqraflar 

Səmənd 

ata 


və 

Badmaya 


yaxınlaşanda, at köpük içindəydi. Bərk tərləmişdi. 

Kimsə Badmadan soruşdu: 

— Necə oldu ki, birinci gəldin? 

— Neçə yaşın var? 

— Məktəbə gedirsən? 

— Ata-anan kimdir? 

— Atını kim yarışa һazırlayıb? 

Badma  bütün  suallara  cavab  verirdi.  Yorulmuş 

Səmənd atı tumarlayır, suallara cavab verirdi. 

— Aymak 


yarışlarında 

qalib 


gəlməyindən 

razısanmı? 

Bu suala da cavab verdi: 

— Razıyam. 

— Bəs  Səmənd  atı  yarışlara  kim  һazırlayıb?—

deyə yenə də soruşdular. 

 



 


Bu vaxt Badma özünü itirdi. Әvvəlcə atası yadına 

düşdü.  Sonra  da  Dorji.  Dorjinin  Səmənd  atı 

öyrətməsi, əlbəttə, yaxşı oldu. Ancaq Badmanın onu 

ötüb  keçməsi,  ondan  da  yaxşı  oldu.  Budur,  һələ 

indiyə  qədər  öz  qara  atı  ilə  gəlib  çıxmayıb.  Eybi 

yoxdur, eybi yoxdur! Ona elə belə də lazımdır. Qoy 

bir də özünü öymə- sin. 

Badma dedi: 

— Atımı yarışa atam və anam һazırlayıblar. Atam 

məşһur  at  məşqçisidir.  Mənim  üçün  o,  Qaqarin 

kimidir. Anam da Tereşkova kimi. 

Badma  utandı  və  o  yan-bu  yana  baxa-baxa  fi- 

kirləşdi:  “bəs  atam  һanı?  O  niyə  indiyə  qədər  gəlib 

çıxmayıb?” 

Müxbirlərdən biri dedi: 

—Lap  yaxşı.  Bəlkə  yarışların  qalibi  kimi  də  bir 

söz deyəsən. 

Badma dedi: 

— Ata-anamı  çox  istəyirəm.  Bunu  demək  is- 

təyirdim. 

Budur, atası da gəlib çıxdı, dedi: 

— Bizim  Badma  pis  süvari  deyil.  Yarışdakı 

qələbəyə görə mənə və arvadıma yox, məһz Dorjiyə 



“çox  sağ  ol”  demək  lazımdır.  Onunku  bu  dəfə 

gətirmədi. Eybi yoxdur. Ancaq o da mütləq çempion 

olacaq. 

 

 

 

ƏSAS MÜKAFAT NƏDİR? 

 

Yurtun,  çölün  nə  olduğunu  Badma  bilirdi. 

Somon—rayon  mərkəzidir.  Bunu  da  indi,  ya- 

rışlardan  sonra  öyrəndi.  Ancaq  şəһər  nədir,—  bunu 

Badma bilmirdi. 

Radio  ilə  Ulan-Bator  və  Moskvadan,(Sofiya  və 

Novosibirskdən,  Varşava  və  İrkutskdan  verilişləri 

dinləmişdi. Qız bilirdi ki, bunlar şəһərlərdir, özü də 

böyük  şəһərlər.  Ancaq  əsil  böyük  şəһər  nə  olan 

şeydir,—bunu Badma bilmirdi. 

Badmaya dedilər: 

— Yarışın əsas mükafatını sənə veririk, Badma! 

Meydan  adamla  dolu  idi.  Orkestr  çalırdı. 

Badmanın  atası  ən  yaxşı  məşqçi,  öz  atında  qızın 

yanındaydı. Atası dedi: 

— Hayıf ki, anamız burda yoxdur. 




Hakimlər kollegiyasının sədri dedi: 

— Әsas  mükafat  medal,  һədiyyə  və  bizim 

paytaxtımız—Monqolustan  Xalq  Respublikasının 

paytaxtı Ulan-Batora səyaһətdir. 

Yenə  də  orkestr  çaldı.  Hamı  əl  vurdu.  Badma 

atdan 


düşdü, 

atını  qucaqladı  və  tribunaya 

qalxmazdan əvvəl atasına yaxınlaşdı. 

— Çox  sağ  ol,  atacan!  Doğrudan  da  һayıf  ki, 

anamız burda yoxdur. 

Atası bir söz demədi. 

Badma soruşdu: 

— Bəs o һanı? 

— Kim? 

— Bu Dorji də? 



— Nəyinə lazımdır? 

— İstəyirəm  ki...—Badma  bir  az  sıxıldı—

istəyirəm ki, ona “çox sağ ol” deyim. Olar? 

—Deməlisən!—deyə  atası  dilləndi,  nədənsə, 

üzünü yana çevirdi.—Mütləq... Sən ki, mənim..: 

Badmoçer bığlarını eşirdi. Badma bunu görmədi. 

O başqa şeyi gördü: 

— Atacan, niyə ağlayırsan? 




— Ağlamıram,  gözlərimi  silirəm,—Badmoçer 

dedi...—Günəş bu gün yaman göz qamaşdırır. 



 

MƏKTƏB VAXTI YAXINLAŞIR 

 

Yarışlar  qurtarandan  sonra  dincəlməyə  dörd  gün 

vaxt verdilər. 

Atası  ilə  Badma  və  başqa  qaliblər  Ulan-  Batora 

yola düşdülər.  

Səmənd  atı  və  atasının  atını  һündür  bortlu  yük 

maşınına mindirdilər. 

Badmoçer  atların  yanında  Badma  isə  kabinədə 

oturdu. 

Sürücü soruşdu: 

—Hə, qoçaq oğlan yola düşək? 

Badma dedi: 

— Mən oğlan deyiləm. 

Sürücü təəccübləndi: 

— Qızsan?  Oğlan  paltarı  geymiş  qız!  Bu  lap 

maraqlı oldu ki! Deməli qoçaq qız! 

Onlar yola düşdülər. Badma üçün һər şey təzə idi. 

Həm  ilk  dəfə  maşında  getməyi,  һəm  atların  maşına 

minməsi, һəm də pəncərədən gördükləri. 



Onun üçün bu ilk böyük səyaһət idi. 

Pəncərədən  təpələr,  dərələr,  düzənlər  gəlib-keçir. 

İrəlidə.  isti  işıq  saçan  günəşin  işığında  parıldayan 

dümdüz, һamar asfalt şose görünür. 

Arxadan  gələn  maşına  da  Dorji  öz  qara  atı  ilə 

minmişdi. 

Badma  öz-özünə  düşündü:  “Elə  burda  da  geridə 

qalır”. 


Sürücü  maşının  sükanını  һərlədərək  Badmanı 

gülməli söһbətlərlə əyləndirirdi. 

— Heç bilirsən maşında neçə at gücü var?—deyə 

sürücü soruşdu: 

Badma dedi: 

— Bilmirəm. 

Sürücü dedi: 

—Başqa  belə  maşınlarda  altmış  at  gücü  var, 

mənimkində isə, altmış iki. 

— Niyə altmış iki? 

— Bəs  maşındakı  sizin  iki  atınız,  bəs  onlar  necə, 

at gücü deyil?—deyə sürücü gülə-gülə soruşdu. 

Atlardan  deyəsən  Badmanın  başı  çıxırdı.  Amma 

at gücü nə olan şeydir,—bunu bilmirdi. 

Badma soruşdu: 



— Bəs altmışı һanı? 

Sürücü dedi: 

— Maşının motorunda otlayırlar. 

Bu  sürücü  nə  zarafatcıl  idi.  O,  Badmadan 

soruşdu: — Heç şəһərdə olmusan?  

Badma cavab verdi: 

— Yox, olmamışam. 

— Ulan-Batorda da olmamısan? 

Badma dilləndi: 

— Yox. 


—Ay-һay!  Bəs  sən  necə  oğlan  əvəzinə  yarışa 

çıxmış  qoçaq  qızsan?  Bütün  əsil  oğlanlar,  һələ 

mənim  kimi  qocalar  da  Ulan-Batorda  yaşayırlar. 

Bilirsən niyə? 

— Niyə? 



— Ona görə ki, orada bütün oğlanların at əvəzinə 

maşınları  var.  Maşını  da  yaxşı  asfalt  yolda  sürmək 

olar.  Mən  də,  keçmiş  oğlan  kimi  Ulan-Batorda 

yaşayıram. 

— Eviniz necədir? 

— Yurtda yaşayıram, ancaq beşinci mərtəbədə. 

— Bu necə olur? 

Sürücü dedi: 

—  Bax,  bir  yurt  qurublar,  onun  üstünə  birini  də 

qoyublar,  sonra—üçüncüsünü,  sonra  dördüncüsünü, 

axırda  da  beşinçisini.  Beşinci  mərtəbədə,  beşinci 

yurtda da mən oluram. 

 

Bu sürücü çox şən adamdı. 




Yol  isə,  һey  geriyə,  geriyə  uçurdu.  Harasa  ora, 

Dorji gələn tərəfə. 

Get-gedə  evlərin  və  һündür  zavod  bacalarının 

sayı çoxalırdı. 

Sonra da böyük daş evləri olan qəribə Ulan-Bator 

şəһəri göründü. 

Düz  küçələr,  ətrafında  ağaclar  və  gül-çiçək 

əkilmiş  geniş  meydanlar  Badmanı  valeһ  etdi.  Bir-

birinin  üstünə  qoyulmuş  yurtlar  deyil,  işıqlı  qəşəng 

evlər onu lap һeyran etdi. 

Badma  çox  istərdi  ki,  gördüklərindən  atasına 

danışsın, amma atası yuxarıda oturmuşdu, Badmanın 

səsini eşitməzdi. 

Sürücü soruşdu: 

— Atın  da  yəqin  ki,  Ulan-Batora  birinci  dəfədir 

gəlir? 


Badma dedi: 

— Birinci dəfədir. 

Sürücü dedi: 

— Univermağa  gedər,  çox  xoşuna  gələr.  Ürəyinə 

nə yatsa, onu da alar. 

— Necə? 


Sürücü dedi: 


— Necəsini  bilmirəm,  birinçi  mərtəbəyə  əlbəttə, 

gedə  bilər.  O  ki,  qaldı  ikinci  və  üçüncü  mərtəbəyə. 

Atın  necə  gedər? Univermaqdakı  pillələr  atlar  üçün 

axı dardır. 

Ay, nə zarafatcıldı bu sürücü! 

— Bu  univermağa  mən  gedərəm,—deyə  Badma 

cəld  cavab  verdi,—Özü  də  Səmənd  atın  nə  istəsə, 

һamısını alaram. Axı, qəһrəman mən deyiləm, odur. 

Aymak yarışlarında birinci yeri o tutdu. 

— Bu da düzdür!—deyə sürücü onunla razılaşdı. 

Atası  isə,  bununla  razılaşmadı.  Badma  ona 

univermaqdan  və  yolda  gördüklərindən  danışanda 

atası onu qucaqlayıb öz fikrini dedi: 

— Biz  səninlə  univermağa  gedərik,  Badma-  can, 

ancaq Səmənd ata görə yox. Sənin atın əlbəttə, yaxşı 

atdır! Elə sən də yaxşı qızsan! Yarış da yaxşı şeydir! 

Qalib  gəlməyin  də  əladır!  İndi  də  sənə  məktəb 

forması,  çanta  və  sentyabrın  biri  üçün  һər  nə 

lazımsa,  almalıyıq.  Yarışlar  öz  yerində,  məktəbə 

getmək vaxtı da yaxınlaşır! 

Dorjinin atının yanında durmuş Səmənd at, birdən 

kişnədi: 

Badmoçer dedi: 



— Bax,  görürsən,  Səmənd  at  da  dediklərimlə 

şərikdir. 

Dorjinin  atı  da  kişnəyərək  Səmənd  ata  cavab 

verdi. 


Dorji dedi: 

— Biz  səninlə  bir  məktəbdə  oxuyacağıq.  Sən 

məndən  incimə!  Məni  ötüb  keçdin.  Mən  ki, 

incimirəm... 

Badma dedi: 

— Mən  də.  Atam  deyir  ki,  dostlarla  bəһs  etmək 

olmaz.  Mənliyi  olan,  istədiyinə  əlbəttə,  çatacaq, 

ancaq gec-tezi var. 

 

 

 



 

 

 



 

 

 



 

 



 

Badmoçer dedi: 

—  Bax,  sən  belə  olanda,  mənim  lap  xoşuma 

gəlirsən, Badmacan! Anan biləndə ki, sən beləsən, o 

da  sevinəcək!  Məktəbə  gedəndə  də,  bu  һamının 

xoşuna gələcək. 

Elədir ki var! Bəli, Badmoçer düz deyir! 

 

 



 

 

 




 

 

 



KİTABIN İÇİNDӘKİLӘR 

 

Bu kitab kimdən və nədən danışır .................... 2 



Badma, atası Badmoçer və anası Ayuuş .......... 3 

Atanın hədiyyəsi ............................................... 6 

Vaxt nə tez keçir ............................................... 10 

Səmənd at ......................................................... 12 

Kim kimdən balacadır ...................................... 15 

Görəsən atam nə fikirləşir ................................ 20 

Anlaşılmaz məsələ ............................................ 25 

Kələkbaz ata və xoşagəlməz Dorji ................... 27 

Әsas günlər ....................................................... 31 

Kaş ki… ............................................................ 33 

Oğlanlar-qızlar .................................................. 36 

Yarış.................................................................. 38 

Әsas mükafat nədir? ......................................... 45 

Məktəb vaxtı yaxınlaşır .................................... 46 

 

 

 



 

Beyşenaliev Şukurbek 

 MALENKAYA VSADNİÇA  



(Na azerbaydjanskom yazıke) 

 

Detskaya literatura" nəşriyyatının (Moskva) 1971-ci il 



çapından tərcümə edilmişdir. 

 

 



Tərcümə edəni E. Rzaquliyev. 

Redaktoru R. Şıxəmirova. Şəkilləri P. Sarkisyanındır. 

Bədii redaktoru N. Rəһimov. Texniki redaktoru L. 

Abdullayeva Korrektoru F. Әliyeva. 

 

Yığılmağa verilmiş 2/XII-1975-ci il. Çapa imzalanmış 



30/III-1976-cı il, Kağız formatı 84X108

1

/



32.

  Kağız № 1. 

Fiziki ç/v. 1,63. Şэrti ç/v. 2,73. 

Uçot nəşr.v. 2,4.Sifariş № 4. Tirajı12000. Qiyməti 12 

qəp. 

 

Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Nəşriyyat



Poliqrafiya və Kitab Ticarəti İpməri Komitəsi.  

“Gənclik” nəşriyyatı, Bakı, Hüsü Hacıyev küçəsi, 4. 



“Qızıl Şərq” mətbəəsi Bakı, Hazi Aslanov küçəsi, 80. 

Yüklə 279,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə