Balalar-Az. Com Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar. 1906. Qocalıqdan şikayət



Yüklə 5,16 Kb.
tarix19.11.2017
ölçüsü5,16 Kb.
#11145

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Hophopnamədən: Satiralar.

1906.
Qocalıqdan şikayət
Əfsus qocaldım, ağacım düşdü əlimdən,
Səd heyf cəvanlıq!
Zəf eylədi aciz məni, qaldım əməlimdən,
Çəkdim nə ziyanlıq!
Saldıqca cəvanlıqda keçən günləri yadə
Dərdim olur on qat!
Ya rəb, yetərəm birdəmi dünyadə muradə?
Heyhat və heyhat!
Saqqal ağarıb, bel bükülüb, dinmə, filani!
Övqatım olub təlx;
Övrət də yaxır saqqalıma gündə hənani,
"Rişi ki, bərəng əlx..."
Yad olsun o günlər ki, muradımca gəzərdim
Sazəndə Oruğnan;
Min acizü biçarələrin başın əzərdim
Sillə, yumuruğnan.
Bu sayədə hər ləhzə edib sə'yü təlaşi,
Sərvət qazanardım;
Təhsil eləyib qol gücünə əmri-məaşi,
Dövlət qazanardım.
Əzalər isə süst olub imdi qocalıqdan,
Bir dadrəsim yox!
Görməzmisən əhvalımı, düşdüm ucalıqdan,
Fəryadrəsim yox;
Heç yerdə səsim yox,
Kəskin nəfəsim yox,
Fikrimdi cəvanlıq,
Başqa həvəsim yox!..



Balalar-Az.Com

Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə