Balalar-Az. Com Mirzə Aləkbər Sabir. Uşaqlara hədiyyə. Yalançı çoban



Yüklə 5,28 Kb.
tarix30.12.2017
ölçüsü5,28 Kb.
#18776

Balalar-Az.Com

Mirzə Aləkbər Sabir. Uşaqlara hədiyyə.
Yalançı çoban
Bir çoban bir gün etdi dağda haray:
“Canavar var, - dedi, - gəlin, ey vay!”

Əhli-qəryə yüyürdü dağ tərəfə,


Getməsin ta qoyun, quzu tələfə.

Bunları müztərib görüncə çoban


Gülməyə başlayıb dedi: “Yaran,

Siz bunu sanmayın həqiqətdir,


Damağım gəldi, bir zərafətdir!”

Binəvalər qayıtdı; leyk çoban


Yenə bir gün dağ üzrə qıldı fəğan:

“Canavar var!” – deyə bağırdı yenə,


Qəryə əhlin kömək çağırdı yenə.

Kəndçilər etdilər dübarə hücum,


Yenə oldu yalanlığı məlum.

Doğrudan bir zaman bəəzmi-şikar


Qoyuna gəldi bir neçə canavar.

Hərçi dad eylədi çoban, yahu!


Eşidənlər dedi: yalandır bu!

Bu səbəbdən hərayə getmədilər,


Ona heç etina da etmədilər.

Canavarlar yedi bütün qoyunu,


İştə, oğlum, yalançılıq oyunu!

Bax, yalançı tanındı çünki çoban,


Doğru derkən sözü göründü yalan.

Hərgiz, oğlum, yalan demə ki, xuda


Dust tutmaz yalançını əbəda!
Həm də xəlq içrə hörmətin olmaz,
İzzətin, qədrü qiymətin olmaz.

“Evi yandı yalançının, - derlər, -


Ona bir kimsə etmədi bavər”.



Balalar-Az.Com

Yüklə 5,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə