Balalar-Az. Com Nağıllar Dovşanın qulaqları niyə uzundur?



Yüklə 8,59 Kb.
tarix01.01.2018
ölçüsü8,59 Kb.
#18902

Balalar-Az.Com

Nağıllar
Dovşanın qulaqları niyə uzundur?
Bir dəfə Dovşanla Qoyun rast olurlar. Qərara aldılar ki, ömürləri boyu bir-birindən ayrılmasınlar. Qoyun Dovşana dedi:

- Gəl, özümüzə koma tikək.

- Tikək də. Nə deyirəm?

Ertəsi günü Dovşanla Qoyun meşəyə taxta-şalban dalınca getdilər. Enli, gövdeli bir ağaca yaxınlaşdılar. Qoyun dedi:

- Mən bu ağacı kökündən qırıb, yerə yıxaram.

- Qıra bilməzsən?

- İndicə qıraram, görərsən.

Qoyun dal-dalı qaçıb ağaca bir kəllə vurdu. Ağac tappıltı ilə yerə yıxıldı.

Dovşan fikirləşdi, ağac qırmaq nə asanmış? Bunu mən də bacararam.

Onlar başqa ağaca yaxınlaşdılar. Dovşan dedi:

- Bu ağacı mən də qıracağam.

Qoyun gülü-gülə dedi:

- Bacarmazsan.

- Mən qırım, sən də tamaşa elə.

Dovşan dal-dalı qaçıb alnını zərblə ağaca vurdu. Ağac tərpənmədi. Dovşanın başı isə çiyinləri arasına keçdi. Qoyun dostuna kömək etmək üçün yaxına gəldi.

- Möhkəm dur, qulaqlarından tutub başını çiyinlərindən çəkib çıxardacağam.



Qoyun Dovşanın qulaqlarını buraxmadı. Dovşanın başını çiyinlərindən dartıb çıxartdı. Qulaqlarını isə az qala yerindən qoparacaqdı. O, vaxtdan bəri Dovşanın qulaqları uzundur.



Balalar-Az.Com

Yüklə 8,59 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə