Balıqçılıq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix30.12.2017
ölçüsü207,22 Kb.
#18669
  1   2   3   4   5   6   7   8


Balıqçılıq haqqında 

 AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

  

Bu Qanun Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən akvakulturanın 



təşkilinin,  idarə  edilməsinin  balıq  və  digər  su  bioresurslarının  artırılmasının, 

istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir.  

   

I   f ə s i l  



 

Ümumi müddəalar 

 

Maddə 1. Əsas terminlər və anlayışlar 

Bu Qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir: 

balıqçılıq -  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su  bioresurslarının 

artırılması,  yetişdirilməsi,  bərpası,  istifadəsi,  mühafizəsi  və  faydalı  əlamətlərinin 

yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi

balıqçılıq  su  obyektləri -  balıq  və  digər  su  bioresurslarının  artırılması, 

yetişdirilməsi,  bərpası,  ovlanması,  toplanması  və  akvakultura  üçün  istifadə  edilən 

təbii və ya süni yaradılmış su hövzələri; 

balıq  və  digər  su  bioresursları -  balıqçılıq  su  obyektlərində  məskunlaşan, 

istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq, digər su 

heyvanları  və  bitkilərinin,  onların  məhsullarının,  o  cümlədən  kürülərinin  və 

sürfələrinin, toxumlarının mütləq kütləsi; 



balıqartırma -  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su  bioresurslarının 

süni yolla artırılması, yetişdirilməsi və bərpası üzrə fəaliyyət




balıqyetişdirmə - süni yaradılmış balıqçılıq su obyektlərində mayalanmış balıq 

kürüsünün inkubasiyası, körpə balıqların və  digər su bioresurslarının bəslənməsi  və 

yetişdirilməsi; 

balıq və digər su bioresurslarının bərpası - balıqçılıq su obyektlərində balıq 

və digər su bioresurslarının təbii ehtiyatlarının tükənməsinin qarşısını almağa yönələn 

tədbirlər; 

akvakultura -  balıq  və  digər  su  bioresurslarının,  o  cümlədən  nadir  və  nəsli 

kəsilməkdə  olan  növlərin  bərpası  və  əmtəə  məhsulu  əldə  edilməsi  məqsədilə 

balıqçılıq  su  obyektlərində  artırılması,  yetişdirilməsi,  saxlanması  və  rekreasiya  üzrə 

fəaliyyət; 



balıqmühafizə -  təbii  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su 

bioresurslarının  qorunmasına,  onların  ovunun  tənzimlənməsinə,  bərpasına  və 

balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə nəzarət; 

balıq məhsulu - balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş 

və istehlaka yönəldilən balıqçılıq obyektləri; 



balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti - 

balıq və digər su bioresurslarının bəslənməsi, yetişdirilməsi, saxlanması üçün xüsusi 

olaraq yaradılmış və tənzimlənən şəraitə malik nohurlar, hovuzlar, su təchizatı sistemi 

olan  sənaye  qurğuları,  göl  və  dəniz  qəfəsləri,  balıqyetişdirməyə  uyğunlaşdırılmış 

digər yerlər; 

balıqçılıq  təsərrüfatı  meliorasiyası -  balıq  və  digər  su  bioresurslarının 

məhsuldarlığının  artırılması  məqsədilə  balıqçılıq  su  obyektlərinin  çirklənməsinin, 

zibillənməsinin  və  lillənməsinin  qarşısının  alınmasına,  sərt  gövdəli  su  bitkilərindən 

təmizlənməsinə,  suların  aerasiyası,  habelə  balıq  və  digər  su  bioresurslarının 

məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə 

uyğunlaşdırılmasına yönələn tədbirlər; 




balıq  və  digər  su  bioresurslarının  iqlimləşdirilməsi -  balıq  və  digər  su 

bioresurslarının  bu  və  ya  digər  növünün  əvvəllər  mövcud  olmadığı  balıqçılıq  su 

obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılması. 

  

M a d d ə   2 .  Balıqçılıq haqqında Azərbaycan Respublikasının 



qanunvericiliyi 

  

Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan 



və ona uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. 

Balıqçılığın  təşkili,  balıq  və  digər  su  bioresurslarının artırılması,  istifadəsi 

və mühafizəsi  ilə əlaqədar  meydana çıxan  su,  torpaq, əmlak, ətraf  mühitin 

mühafizəsi, balıq məhsulunun keyfiyyətinin idarə olunması və digər münasibətlər bu 

Qanun  nəzərə alınmaqla  Azərbaycan  Respublikasının  müvafiq  qanunvericilik 

aktları ilə tənzimlənir.  

Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan 

bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi 

və mühafizəsi  qaydaları bu  Qanunla  yanaşı,  Azərbaycan  Respublikasının  su 

qanunvericiliyi, 

Azərbaycan 

Respublikası ilə Xəzəryanı dövlətlər 

arasında 

bağlanmış beynəlxalq  müqavilələr və digər  beynəlxalq  hüquq  normaları əsasında 

tənzimlənir.  

Sərhəd 


su 

obyektlərində balıqçılığın 

təşkili, 

balıq 


və 

digər 


su 

bioresurslarının artırılması,  istifadəsi  və mühafizəsi  qaydaları su  və dövlət  sərhəddi 

haqqında  Azərbaycan  Respublikasının  qanunvericilik  aktları,tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.  

  

Maddə 3. Balıq və digər su bioresursları üzərində mülkiyyət 



 Balıq  və  digər  su  bioresursları  dövlət,  bələdiyyə  və  xüsusi  mülkiyyətdə  ola 

bilər. 



Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə