Balıqçılıq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix30.12.2017
ölçüsü207,22 Kb.
#18669
1   2   3   4   5   6   7   8

Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su 

bioresursları Azərbaycan Respublikasına mənsubdur. 

Bələdiyyə mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər 

su bioresursları bələdiyyə mülkiyyətindədir. 

Akvakultura  təsərrüfatının  yerləşdiyi  balıqçılıq  su  obyektlərində  əldə  olunan 

balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur. 

   

M a d d ə   4 .  Balıqçılıq fəaliyyətinin obyektləri və subyektləri 

 Ərzaq və xammal kimi istifadə edilə bilən və mühafizə olunan balıq və digər su 

bioresursları, onların məhsulları balıqçılıq obyektləridir.  

Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 

balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, mühafizəsi, habelə balıq 

məhsullarının  istehsalı  və  saxlanması  ilə  məşğul  olan  hüquqi  və  fiziki  şəxslər 

balıqçılıq fəaliyyətinin subyektləridir.  

   

Maddə 5. Balıqçılıq subyektlərinin uçotu



[11]

 

 Balıqçılıq  subyektlərinin  uçotu  müvafiq  icra  hakimiyyəti  orqanları  tərəfindən 

həyata keçirilir. 

Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydaları müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

M a d d ə   6 .  Balıqçılıq əhəmiyyətli su obyektləri 



  

Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün istifadə 

edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir:  

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi; 

çaylar,  göllər,  su  anbarları,  su  təchizatı kanalları və digər  yerüstü su  axınları, 

sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti;  




dövlətlərarası  sərhədi  müəyyən  edən  və ya  sərhədi  kəsib  keçən  yerüstü su 

obyektləri. 

Su  obyektlərinin  balıqçılıq  ehtiyatları  üçün  istifadəyə  verilməsi  Azərbaycan 

Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 

   

I I   f ə s i l  



Balıqçılıq sahəsində dövlətin vəzifələri 

 

 Maddə 7. Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri 

Balıqçılıq sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır: 

balıq  və digər  su  bioresurslarının  istifadəsi  və  mühafizəsinə dövlət  nəzarətinin 

həyata keçirilməsi; 

balıq  və  digər  su  bioresurslarının  artırılması,  istifadəsi  və  mühafizəsinin 

hövzəçilik prinsipi əsasında idarə edilməsi

balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsi; 

balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi; 

balıqçılıq sahəsində idarəetmə funksiyaları ilə balıq və digər su bioresurslarının 

istifadəsi funksiyalarının ayrılması; 

balıq  və  digər  su  bioresurslarından  istifadənin  qanunla  müəyyən  edilən  hallar 

istisna olmaqla, ödənişli olması; 

balıq  və  digər  su  bioresurslarının  ov  həcmi  müəyyən  edilərkən  ekoloji,  sosial, 

iqtisadi  amillərin,  o  cümlədən  balıq  məhsulunun  istehsalı  və  satışı  haqqında 

məlumatların nəzərə alınması; 

qiymətli  balıq  və  digər  su  bioresursları  növlərinin  üstün  mühafizə  rejiminin 

müəyyən edilməsi, onların ovunun məhdudlaşdırılması və ya qadağan edilməsi; 

akvakulturanın  davamlı  inkişafı  məqsədi  ilə  ekoloji,  iqtisadi  və  sosial 

maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi; 



akvakultura  təsərrüfatının  layihələndirilməsi  və  tikintisində  balıqçılıq  su 

obyektləri  sahələrinin  qonşu  ərazilərin  təbii  və  sosial-iqtisadi  xüsusiyyətləri  ilə 

uzlaşdırılması; 

akvakultura təsərrüfatının yarada biləcəyi zərərli təsirlərin istisna edilməsi. 

 

Maddə 8. Balıqçılıq sahəsində dövlətin vəzifələri 



Balıqçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 

balıqçılıq sahəsində dövlət siyasətini həyata keçirmək; 

balıqçılıq sahəsində normativ hüquqi aktlar qəbul etmək; 

balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək

balıq  və  digər  su  bioresurslarının  artırılması,  bərpası,  mühafizəsi, 

iqlimləşdirilməsi,  balıqçılıq  su  obyektlərinin  balıqçılıq  təsərrüfatı  monitorinqi, 

kadastrı və meliorasiyası işlərini təşkil etmək; 

Azərbaycan  Respublikasının  Qırmızı  Kitabına  daxil  edilmiş  nadir  və  nəsli 

kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejimi və 

xüsusi mühafizə olunan su sahələrini (akvatoriyalarını) müəyyən etmək; 

balıqçılıq sahəsində texniki normativ hüquqi aktları, balıqçılığın inkişafının elmi 

əsaslarını hazırlamaq və təsdiq etmək

balıq və digər su bioresurslarının ovu və toplanmasının limitlərini (kvotalarını) 

müəyyən etmək və tənzimlənməsini həyata keçirmək; 

balıq  və  digər  su  bioresurslarının  vəziyyətinə  təsir  edən  müəssisələrin,  texniki 

qurğuların,  digər  su  təsərrüfatı  və  energetika  obyektlərinin  tikintisi,  yenidən 

qurulması  layihələrinin  dövlət  balıqçılıq  təsərrüfatı  ekspertizasının  keçirilməsini 

təşkil etmək; 

balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək. 

   


I I I   f ə s i l  


Balıq və digər su bioresurslarından istifadə 

 

Maddə 9. Balıq və digər su bioresurslarından istifadə formaları 



Balıq  və  digər  su  bioresurslarından  istifadə  aşağıdakı  formalarda  həyata 

keçirilir: 

balıq  və  digər  su  bioresurslarının  ovu  və  toplanması  (bundan  sonra  balıq  və 

digər su bioresurslarının ovu); 

akvakultura. 

Balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir: 

balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu

balıq və digər su bioresurslarının akvakultura üçün ovu; 

balıq  və  digər  su  bioresurslarının  elmi-tədqiqat,  təhsil,  maarifləndirmə  və 

nəzarət üçün ovu; 

balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu. 

İdman  və  həvəskar  ovu istisna olmaqla balıq və  digər  su bioresurslarının  ovu, 

forması  və  verilmə  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilən balıqovlama bileti əsasında həyata keçirilir. 

Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 

Bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə 

elmi-tədqiqat,  nəzarət,  idman  və  həvəskar  ovu  istisna  olmaqla  balıq  və  digər  su 

bioresurslarının ovu ödənişlidir. 

Balıq  və  digər  su  bioresurslarının  ovu  müvafiq  icra  hakimiyyəti  orqanının 

müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. 

Azərbaycan  Respublikasının  Qırmızı  Kitabına  daxil  edilmiş  balıq  və  digər  su 

bioresurslarının  ovuna  yalnız  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

edilən hallarda və qaydada icazə verilir. 



Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə