Balıqçılıq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix30.12.2017
ölçüsü207,22 Kb.
#18669
1   2   3   4   5   6   7   8

Ovlanması  nəzərdə  tutulan  balıq  və  digər  su  bioresurslarının  növləri  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Balıq  və  digər  su  bioresurslarının  ovunun  ümumi  yol  verilən  miqdarı  (kvota) 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Balıq və digər su bioresurslarının ovuna aşağıdakı kvota növləri tətbiq edilir: 

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində 

balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar

başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye  ovu 

üçün kvotalar; 

elmi-tədqiqat  və  nəzarət  məqsədilə  balıq  və  digər  su  bioresurslarının  ovu  üçün 

kvotalar; 

təhsil və maarifləndirmə məqsədilə balıq və digər su bioresurslarının ovu üçün 

kvotalar; 

akvakultura məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar; 

balıq  və  digər  su  bioresurslarının  istifadəsi  və  mühafizəsi  üzrə  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrlə  tənzimlənən  su 

obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar. 

Balıq  və  digər  su  bioresurslarının  ovu  üçün  kvotaların  balıqçılıq  subyektləri 

arasında bölünmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

M a d d ə   1 0 .  Balıq və digər su bioresurslarının sənaye ovu 



Dövlət  mülkiyyətində  olan  balıqçılıq  su  obyektləri  və  ya  onların  bir  hissəsi, 

Azərbaycan  Respublikasının  Su  Məcəlləsində  və  su  obyeklərindən  istifadəyə  dair 

digər  normativ  hüquqi  aktlarda  nəzərdə  tutulmuş  qaydada  balıq  və  digər  su 

bioresurslarının sənaye ovu üçün istifadəyə verilir.  

Balıq  və  digər  su  bioresurslarının  sənaye  ovu  üçün  ayrılmış  dövlət 

mülkiyyətində  olan  balıqçılıq  su  obyektlərinin  sahili  boyu  ov  alətlərinin  təmiri  və 




qurulması, gəmilərin və qayıqların yan alması, habelə yaşayış və istehsalat təyinatlı 

binaların yerləşdirilməsi məqsədilə, su qanunvericiliyində müəyyən edilmiş qaydada 

quru zolaqlar (vətəgə sahələri) ayrılır.  

Balıq  və  digər  su  bioresurslarının  sənaye  ovu ilə məşğul  olan  hüquqi 

və fiziki şəxslərə müvafiq  icra  hakimiyyəti  orqanı tərəfindən  müqavilə ilə sərhədləri 

bilinən vətəgə sahələri ayrılır. 

Vətəgə  sahələrinin  ayrılması  haqqında  müqavilədə  ovlanan  balıq  və  digər  su 

bioresurslarının  miqdarı,  növləri  və  ölçüləri,  balıq  tutmaq üçün qadağan  olunan  ov 

alətləri, texniki vasitələr, digər qaydalar və şərtlər müəyyən edilir.  

Sənaye  balıq  ovu ödənişlidir  və müvafiq  icra  hakimiyyəti  orqanı tərəfindən 

verilmiş balıqovlama biletləri əsasında həyata keçirilir.  

Balıq  və  digər  su  bioresurslarının  sənaye  ovu üçün  ayrılmış balıqçılıq  su 

obyektlərindən  və  ya  onların  müəyyən  hissələrindən  istifadə  edən  hüquqi  və  fiziki 

şəxslər  vətəgə  sahələrini  çirklənmədən  və  zibillənmədən  qorumalı,  ov  alətlərinin 

qurulduğu yerləri lazımi sanitariya vəziyyətində saxlamalıdırlar.  

Balıq  və  digər  su  bioresurslarının  sənaye  ovu müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilir.  

 

M a d d ə   1 1 .  Balıq və digər su bioresurslarının idman və həvəskar ovu 



Balıq 

və 


digər 

su 


bioresurslarının 

idman 


və 

həvəskar 

ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi  istifadədə  olan  balıqçılıq  su 

obyektlərində sərbəst ov etməsini nəzərdə tutur.  

Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  və  balıqartırma  təsərrüfatları  istisna 

olmaqla,  digər  balıqçılıq  su  obyektlərindən  Azərbaycan  Respublikasının  Su 

Məcəlləsinə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun 

olaraq balıq  və  digər  su  bioresurslarının  idman  və  həvəskar  ovu üçün  istifadə  edilə 

bilər.  



Balıq  və  digər  su  bioresurslarının  idman  və  həvəskar  ovu üçün 

dövlət mülkiyyətində  olan  balıqçılıq  su  obyektlərinin və ya  onların  müəyyən 

hissəsinin ayrılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.  

Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə 

mülkiyyətində  və  ya  xüsusi  mülkiyyətdə  olan  balıqçılıq  su  obyektlərində  balıq  və 

digər  su  bioresurslarının  idman  və  həvəskar  ovu  su  obyektlərinin  istifadəçiləri  və 

mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir.  

İdman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su 

bioresurslarının  miqdarı  və  ölçüləri  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər. 

İdman  və  həvəskar  ov  nəticəsində  ovlanan  balıq  və  digər  su  bioresurslarının 

məskunlaşdığı  mühitə  qaytarılması  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilən qaydada həyata keçirilir. 

Balıq  və  digər  su  bioresurslarının  idman  və  həvəskar  ovu  üçün  ayrılmış 

balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb 

ola  bilən  zəhərli,  kimyəvi  və  partlayıcı  maddələrin,  habelə  qadağan  olunmuş  ov 

alətlərinin tətbiqi qadağan olunur.  

Dövlət  mülkiyyətində  olan  balıqçılıq  su  obyektlərində  balıq  və  digər  su 

bioresurslarının  idman  və  həvəskar  ovu  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilən qaydalar əsasında həyata keçirilir.  

  

Maddə 12. Akvakultura 



Akvakultura  balıqçılıq  su  obyektlərində  bioloji  və  texnoloji  əsaslandırma 

əsasında  həyata  keçirilir.  Akvakulturanın  həyata  keçirilməsi  qaydası  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Balıqçılıq su obyektlərində akvakulturanın həyata keçirilməsi üçün akvakultura 

subyektləri  tərəfindən  hazırlanan  bioloji  və  texnoloji  əsaslandırma  müvafiq  icra 



Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə