Balıqçılıq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix30.12.2017
ölçüsü207,22 Kb.
#18669
1   2   3   4   5   6   7   8

hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyata alınır. Bioloji və texnoloji 

əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulur. 

Bioloji  və  texnoloji  əsaslandırmada  akvakultura  təsərrüfatının  məqsədi, 

yerləşmə  sxemi,  bu  fəaliyyəti  həyata  keçirmək  üçün  tələb  olunan  və  iqlimləşdirilən 

balıq  və  digər  su  bioresurslarının  növləri,  onların  bioloji  xüsusiyyətləri  və  əldə 

olunma  mənbəyi,  tətbiq  olunacaq  texnologiyalar  və  balıqçılıq  meliorasiyası  işləri, 

balıq  məhsulu  istehsalının  həcmi,  istifadə  ediləcək  su  obyektinin  xarakteristikası, 

obyektdəki  suyun  həcmi  və  balıq  tutumu,  enerji  sərfiyyatı,  istifadə  ediləcək  yem 

növləri,  tullantıların  növləri  və  miqdarı  əks  etdirilir.  Bioloji  və  texnoloji 

əsaslandırmanın  nümunəvi  forması  və  şərtləri  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 

Akvakultura  üçün  bioloji  və  texnoloji  əsaslandırma  nərəkimilərə  münasibətdə 

25 illik, başqa növ balıq və digər su bioresurslarına münasibətdə isə 10 illik müddətə 

hazırlanır. 

Akvakulturanın istiqaməti dəyişdirildikdə, təsərrüfat yenidən qurulduqda və ya 

genişləndirildikdə bioloji və texnoloji əsaslandırmaya müvafiq dəyişikliklər edilir və 

bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. 

Akvakultura  növlərinin,  obyektlərinin,  təsərrüfatlarının,  infrastrukturunun  və 

akvakulturanın  həyata  keçirilməsi  üçün  istifadə  olunan  xüsusi  qurğuların  və 

texnologiyaların  təsnifatı  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələrə  və  bu  Qanuna  əsasən  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

Akvakultura təsərrüfatında istehsal edilən balıq məhsulunun ümumi həcmindən 

asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada akvakultura 

subyektləri bioloji və texnoloji əsaslandırma hazırlamaqdan azad edilirlər. 



Əmtəə məhsulu istehsalı və rekreasiya məqsədilə törədici balıqların və onların 

sürülərinin  yaradılması,  saxlanması,  istifadəsi,  uçotu  akvakultura  subyektləri 

tərəfindən həyata keçirilir. 

Balıq  və  digər  su  bioresurslarının  bərpası  və  mühafizəsi  məqsədilə  törədici 

balıqların  və  onların  sürülərinin  yaradılması,  saxlanması  və  istifadəsi  üzrə  texniki 

normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. 

Balıq  və  digər  su  bioresurslarının  bərpası  və  mühafizəsi  məqsədilə  törədici 

balıqların  və  onların  sürülərinin  uçotu  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

aparılır. 

Akvakultura  üçün  endemik,  genetik  modifikasiya  olunmuş  və  toksik  balıq  və 

digər su bioresurslarından istifadəyə yol verilmir. 

Akvakultura  təsərrüfatlarına  məxsus  torpaqlar  aid  olduqları  torpaq 

kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 

  

M a d d ə   1 3 .  Balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi 



Azərbaycan  Respublikasında  keyfiyyəti  dövlət  standartlarının  və sanitariya 

qaydalarının  tələblərinə cavab  verən,  mənşəyi  və keyfiyyəti  barədə sənədləri  olan 

balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər. 

Ticarət 


dövriyyəsinə daxil 

edilmiş balıq 

məhsulları müvafiq 

qaydada 


qablaşdırılır 

və etiketləşdirilir, 

emal 

edilmiş və konservləşdirilmiş məhsullar 



sertifikatlaşdırılır. 

Ticarət  dövriyyəsinə  daxil  edilmiş  balıq  məhsullarının  satışı  kənd  təsərrüfatı 

məhsullarının  satışı  yerlərində,  o  cümlədən  müvafiq  avadanlıqlarla  təchiz  edilmiş 

baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir.



[34]

 

Müvafiq  icra  hakimiyyəti  orqanları  və  bələdiyyələr  şəhərlərdə  və  Xəzər 



dənizinin  sahillərində  balıq  məhsullarının  satışı  üzrə  ixtisaslaşdırılmış  bazarların 

təşkili üçün müvafiq torpaq sahələri ayırırlar. 




İxtisaslaşmış  balıq  məhsulları  satışı  bazarlarının  yerləşmə  sxemi  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Balıq 

məhsullarının 



idxal 

və ixracı Azərbaycan 

Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 


beynəlxalq 

müqavilələrdə başqa şərtlər  nəzərdə tutulmamışdırsa,  balıq  məhsullarının  idxal 

və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir.

[35]

 

  



M a d d ə   1 4 .  Balıq və digər su bioresurslarından istifadə hüququnun əldə 

edilməsi 

Balıq və digər su bioresurslarından istifadə hüququ Azərbaycan Respublikasının 

qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilir. 

Balıq və  digər  su  bioresurslarından istifadənin xüsusi icazə tələb  edən  növləri 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

  

M a d d ə   1 5 .  Balıqçılıq fəaliyyəti subyektlərinin hüquqları 



Balıqçılıq fəaliyyəti subyektləri aşağıdakı hüquqlara malikdirlər: 

sahibkarlıq fəaliyyətini müstəqil qurmaq; 

qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  ovlanmış  və  istehsal  edilmiş 

məhsullara sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək

əmtəə məqsədilə yetişdirmək üçün balıqartırma müəssisələrindən körpə balıqlar 

almaq;  


balıqmühafizə  orqanlarından  balıq  və  digər  su  bioresurslarının  ovu  üçün 

balıqovlama bileti və icazə vərəqələri tələb etmək;  

balıqçılıq  əhəmiyyətli  su  obyektlərinin  sahili  boyu  quru  zolaqlardan  istifadə 

etmək və onlara təhkim edilmiş vətəgə sahələrində balıq və digər su bioresurslarının 




Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə