Balıqçılıq haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 207,22 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix30.12.2017
ölçüsü207,22 Kb.
#18669
1   2   3   4   5   6   7   8

fiziki  şəxslər  tərəfindən  bioloji  və  texnoloji  əsaslandırmaya  uyğun  olaraq  həyata 

keçirilir. 

Balıqçılıq  təsərrüfatı  meliorasiyası  balıqçılıq  su  obyektlərinin  hidroloji  və 

hidrokimyəvi rejimlərinin optimallaşdırılması, süni kürüləmə yerlərinin salınması və 

qurulması, ötürücü kanalların və balıq buraxılışı qurğularının tikilməsi, əhəmiyyətsiz 

növlərin  sayının  azaldılması,  eləcə  də  balıq  və  digər  su  bioresurslarının  xammal 

bazasının formalaşdırılması üçün əlverişli şəraiti təmin edən digər tədbirlər sayəsində 

həyata keçirilir. 

Balıqçılıq  təsərrüfatı  meliorasiyası  akvakultura  subyektinin  vəsaiti  hesabına 

aparılır. 

Təbii balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası müvafiq icra 

hakimiyyəti orqanın nəzarəti altında həyata keçirilir. 

Balıq  və  digər  su  bioresurslarının  iqlimləşdirilməsindən  əvvəl  iqlimləşdirilən 

növlərin bioloji xarakteristikasını, balıqçılıq su obyektinin balıq qəbulu tutumunu və 

iqlimləşdirilmənin  iqtisadi  səmərəsini  əks  etdirən  göstəricilər  bioloji  və  texnoloji 

əsaslandırmaya daxil edilir. 

Balıq  və  digər  su  bioresursları  genofondunun  mühafizəsi  məqsədilə  təbii 

balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid 

formalarının buraxılması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 

hallarda və qaydada həyata keçirilə bilər. 

Balıq  və  digər  su  bioresurslarının  yeni  növlərinin  və  hibrid  formalarının 

akvakultura  məqsədilə  istifadəsi  bioloji  və  texnoloji  əsaslandırmaya  uyğun  həyata 

keçirilir. 

Balıq  və  digər  su  bioresurslarının  iqlimləşdirilməsi  və  iqlimləşdirilmə 

obyektlərinin daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən 

qaydalara uyğun olaraq aparılır. 




Balıq  və  digər  su  bioresurslarının  iqlimləşdirilməsinə  nəzarət  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

Balıqçılıq  təsərrüfatı  meliorasiyası,  balıq  və  digər  su  bioresurslarının 

iqlimləşdirilməsi işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi 

texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. 

 

M a d d ə   2 0 .  Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri 



Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri aşağıdakılardır: 

balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini 

təmin etmək; 

balıq  və  digər  su  bioresurslarının  artırılması,  bərpası,  istifadəsi,  mühafizəsi  və 

qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq; 

akvakulturanın  inkişafını  təmin  edən  dövlət,  regional  və  yerli  proqramlar 

hazırlamaq; 

akvakultura subyektlərinin bu Qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə 

köməklik etmək; 

balıq  və  digər  su  bioresurslarının  ovunun,  habelə  akvakultura  subyektinin 

fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi hallarını 

və qaydasını müəyyən etmək. 

Təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, 

onların  ovunun  tənzimlənməsinə,  bərpasına  və  balıqçılıq  təsərrüfatı  meliorasiyası 

işlərinə,  habelə  akvakultura  qaydalarına  riayət  olunmasına  nəzarəti  müvafiq  icra 

hakimiyyəti orqanı həyata keçirir. 

 

M a d d ə   2 1 .  Dövlət balıqmühafizə xidmətinin hüquq və vəzifələri 



 

Dövlət balıqmühafizə xidmətinin aşağıdakı hüquqları vardır: 




balıqçılıq  subyektlərinin  balıq  və  digər  su  bioresurslarının  ovu  üçün  verilmiş 

balıqovlama  biletini,  onların  fəaliyyətinin  balıqovlama  biletində  müəyyən  edilən 

şərtlərə  uyğunluğunu  yoxlamaq,  balıqovlama  biletində  müəyyən  edilən  şərtlərin 

pozulması  və  ya  balıqovlama  bileti  olmadan  fəaliyyət  göstərilməsi  hallarında  bu 

Qanunda nəzərdə tutulmuş tədbirlər görmək;

[67]

 

Azərbaycan  Respublikasının  daxili  sularında,  Xəzər  dənizinin  (gölünün) 



Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsində,  sərhəd  su  obyektlərində balıq 

və  digər  su  bioresurslarını qeyri-qanuni  balıq  ovlayan,  o  cümlədən  xarici 

dövlətlərə məxsus 

gəmiləri, 

qayıqları, 

başqa üzən 

qurğuları saxlamaq 

və yoxlamaq;



[68]

 

Azərbaycan  Respublikasının tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrin 



tələblərinin pozulması ilə balıq və  digər  su  bioresurslarının ovunu  həyata  keçirən 

gəmiləri  müvəqqəti  saxlamaq  və onlar  barədəqanunvericilikdə və beynəlxalq 

hüquqda nəzərdə tutulmuş tədbirlər görmək;

[69]

 

balıq və digər su bioresurslarının qeyri-qanuni balıq ovu ilə məşğul olan hüquqi 



və fiziki şəxslərin su nəqliyyatı vasitələrini saxlamaq;

[70]

 

balıq və 



digər 

su 


bioresurslarının artırılması, 

barpası və istifadə sahəsində inzibati xətalar barədə müəyyən 

edilmiş qaydada 

protokollar tərtib etmək, cərimələmək, digər tədbirlər görmək;



[71]

 

balıq  ehtiyatlarının  istifadəsi  və mühafizəsi  sahəsində cinayət  və ya  inzibati 



hüquqpozma  törətmiş şəxsləri  saxlamaq,  onları hüquq  və mühafizə orqanlarının 

sərəncamına vermək;



[72]

 

qanunvericiliyə uyğun  olaraq balıqçılıq su obyektlərində nəqliyyat  vasitələrini 



saxlamaq, 

yoxlamaq, 

zəruri 

hallarda 



saxlanılanların şəxsiyyətini 

müəyyənləşdirmək;



[73]

 

qanunvericiliklə müəyyən 



edilmiş qaydada 

xidmət 


etdikləri ərazidə yerləşən balıq 

və 


digər 

su 



Yüklə 207,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə