Bank holdinq şirkəti – bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdi



Yüklə 78 Kb.
tarix31.08.2018
ölçüsü78 Kb.
#65758

  1. Bank nədir- fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.




  1. Bank holdinq şirkəti – bank lisenziyasına malik bir və ya bir neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkənin bank tənzimləməsi orqanları tərəfindən tənzimlənən və nəzarət olunan şirkətdi


  1. Törəmə bank – nizamnamə kapitalında səsvermə hüququ verən səhmlərin əllidən çox faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi banka və ya bank holdinq şirkətinə onun qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı verilir.




  1. Bank filialı- hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.




  1. Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.




  1. Bankın nümayəndəliyi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir.




  1. Bank olmayan kredit təşkilatı –öz vəsaiti və/və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan hüquqi şəxsdir.




  1. Bank lisenziyası - bu Qanunla müəyyən edilmiş qaydada verilən, fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək ilə bağlı fəaliyyəti, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirməyə müstəsna hüquq verən xüsusi razılıqdır.




  1. Bank sirri-Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.




  1. Bankların idarəetmə strukturu -Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur.




  1. Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə,təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pulvəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.




  1. Kreditin ümumi dəyəri - kreditin “qeyd olunmuş dəyər”i ilə bu kredit üzrə bütün hesablanıb alınmamış faizlər, komissiyon haqları və digər ödənişlər daxil olmaqla ödənilməmiş məbləğlərin cəmidir.

  2. Vaxtı keçmiş kredit - əsas məbləğ (və ya onun hissəsi), yaxud onlara hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə göstərilən tarixdən 30 təqvim gündən artıq gecikdirilən kreditdir.

  3. Tam təminatlı kredit – elə kreditdir ki, onun vaxtında və tam qaytarılmasını təmin etmək üçün həmin bankda yerləşdirilmiş depozitlərlə və ya bazar dəyəri bu kreditin ödənilməmiş məbləğinə bərabər və ya ondan artıq olan girovla (daşınmaz əmlakla təmin olunmuş kreditlər üzrə girovun bazar dəyəri kreditin minimum 150%-i həcmində) və ya digər təminatla təmin edilmişdir (bu Qaydalarda girov dedikdə ipotekalar da başa düşülür).

  4. Qismən təminatlı kredit - bazar dəyəri kreditin ödənilməmiş məbləğindən aşağı olan girovla və ya digər təminatla təmin edilmiş kreditdir.

  5. Təminatsız kredit - təminatı olmayan kreditdir və ya təmin edilən təqdirdə, bu təminatın bazar dəyəri yoxdur, etibarlı şəxs tərəfindən verilməmişdir, yaxud dəyərindən asılı olmayaraq qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməmişdir.

  6. Yüksək risklə təsnifləşdirilmiş aktiv - qeyri-qənaətbəxş, təhlükəli və ya ümidsiz təsnifləşdirmə kateqoriyasına aid edilmiş aktivdir.

Hesablama metodu ilə hesablanmayan aktiv - faizlərinin hesablanması dayandırılmış aktivdir.

İşlək kredit - qeyri-işlək kredit kateqoriyasına daxil edilməyən kreditdir.

  1. Depozit- müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.



İnzibatçı-Bankın Müşahidə Şurasının,Audit Komitəsinin və İdarə Heyətinin üzvləri,habelə bankın baç mehasibi (mehasibat xidmətiinin) daxili audit bölməsinin əməktaşları,bank filialları və şöbələrinin rəhbərləri və baş mühasibləri

Müştəri – bankın nağd pul üzrə xidmətlərindən istifadə edən hüquqi və fiziki şəxslər

  1. Azərbaycan Respublikasinin milli valyutasi

  1. Tədavüldə olan eləcədə Tədavüldən çxarılan lakin Tədavüldə olan pul niçanlarının dəyişdirilə bilən Azerbaycan Respublikasi Mərkəzi Bankının buraxdığı kağız və metal pul nişanlarıdı

  1. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri:-Heç bir bank topdansatış və ya pərakəndə ticarət , istehsal, nəqliyyat , kənd təsərrüfatı, yataqların işlənməsi ,tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş , şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz.




  1. Bank hesabları aşağıdakı növlərə bölünür:

  • Cari hesablar;

  • Cari subhesablar;

  • Ssuda hesabları;

  • Əmanət (depozit) hesabları;

  • Müxbir hesablar.




  1. Bank termininde Rezident ne demekdi ?




  1. Azerbaycan Respublikasinda daimi yasayis yeri olan o cumleden Azerbaycan Respublikasi hüdudlarından kənarda qalan FİZİKİ şəxslər

  2. Azerbaycan Respublikasi qanunvericiliyinə müvafiq sürətdə yaradılmış HÜQUQİ şəxslər

  3. Azerbaycan Respublikasinda yerləşən və Azerbaycan Respublikasinin qanunvericiliyinə müvafiq sürətdə yaradılmış lakin hüquqi şəxs olmayan müəssisə və təşkilatlar

Azerbaycan Respublikasi hüdudlarından kənarda yerləşən Azerbaycan Respublikasinin diplomatik və digər rəsmi nümayəndəliklər

  1. Prudensial”- bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.


  1. Bankın məcmu kapitalı (öz vəsaiti) – prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi I dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi və onlardan tutulmaların fərqidir.

  2. Kredit monitorinqi – kredit üzrə ödənişləri təhlükə altına ala biləcək mümkün risklərin öncədən aşkar edilməsi məqsədilə borcalanın təsərrüfat vəziyyətinin yoxlanılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsidir.

  3. Monitorinqlər aşağıdakı növlərə bölünür:

Planlı monitorinqlər

Fövqəladə monitorinqlər.





  1. Monitorinqlərin keçirilməsi zamanı, aşağıdakılar yoxlanılır:

�� Kreditin məqsədli istifadəsi

�� Borcalanın maliyyə vəziyyəti

�� Girovun vəziyyəti


  1. Məqsədli istifadənin monitorinqi

Dövriyyə vəsaitləri – kreditin verilməsindən 1 ay ərzində

Əsas vəsaitlər – kreditin verilməsindən 3-6 ay ərzində

İnvestisiya kreditləşməsi – rüblük

38.Maliyyə vəziyyətinin monitorinqi ildə 1 (bir) dəfə

39. Girov təminatının monitorinqi

Daşınmaz əmlak – ildə 1 dəfə

Daşınan əmlak – rübdə 1 dəfə

Əmtəə-material ehtiyatları – ayda 1 dəfə



  1. Hansı üsüllarla mümkün maliyyə böhranını proqnozlaşdırmaq olar?


a) Monitorinq

b) Bazarın təhlili

c) Müştəri ilə daim əlaqə

d) Əlavə hesabatların tələb edilməsi ilə


  1. Risklerin növləri

    • bazar riski

    • kredit riski

    • Likvidlik riski

    • Əməliyat riski




  1. Bazar riskinin növləri

    • Faiz dərəcəsi riski

    • Xarici valyuta riski

    • Kapital riski

    • Əmtəə-mal riski




  1. Devalvasiya nədir?

Milli valyutanın xarici valyutaya nəzərən məzənnəsinin ucuzlaşdırılmasıdır
Aktivlər standartqeyri-standart aktivlər qrupuna bölünürlər. Standart aktivlər qrupuna "qənaətbəxş aktivlər" və "nəzarət altında olan aktivlər", qeyri-standart aktivlər qrupuna "qeyri-qənaətbəxş aktivlər", "təhlükəli aktivlər" və "ümidsiz aktivlər" aiddir.
Yüklə 78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə