Bank ifrs 06-e



Yüklə 1,61 Mb.
səhifə12/24
tarix14.09.2018
ölçüsü1,61 Mb.
#68456
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

9.MƏNFƏƏT VERGİSİ

Qrup ödəniləcək cari mənfəət vergisi və vergi bazalarını özü və törəmə müəssisələrinin fəaliyyət göstərdiyi Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən aktiv və öhdəliklərinin tərkibində hesablayır və qeyd edir ki, bu da MHBS-an fərqli ola bilər.


Qrup müəyyən xərclərdən verginin tutulmaması ilə əlaqədar və müəyyən gəlirlərinin vergi məqsədləri üçün vergiyə tutulmama rejiminə görə müəyyən daimi vergi fərqləri ilə üzləşir.
Təxirə salınmış vergilər maliyyə hesabatları məqsədləri üçün uçota alınan aktiv və öhdəliklərin balans dəyəri ilə verginin hesablanması məqsədilə istifadə edilən məbləğlər arasındakı müvəqqəti fərqlər üzrə xalis vergi təsirini əks etdirir. 31 dekabr 2011-ci və 2010-cu il tarixlərinə olan müvəqqəti fərqlər əsasən gəlir və xərclərin tanınması üzrə müxtəlif metodlar/zaman müddətləri, eləcə də müəyyən aktivlər üzrə vergi uçot əsaslı fərqlərin yaratdığı müvəqqəti fərqlər ilə əlaqəlidir.
Aşağıdakı məbləğlərin üzləşdirilməsində tətbiq edilən vergi dərəcəsi Azərbaycan Respublikasında ölkənin vergi qanunvericiliyinə əsasən (müəyyən edildiyi kimi) hüquqi şəxslər tərəfindən vergiyə cəlb olunan mənfəət üzrə ödəniləcək illik 20 % (2010-cu ildə: 20 %) mənfəət vergisi dərəcəsidir.
31 dekabr 2011-ci və 2010-cu il tarixinə müvəqqəti fərqlər aşağıdakı şəkildədir:





31 dekabr

2011-ci il






31 dekabr

2010-cu il















Vergiyə tutulan müvəqqəti fərqlərin vergi təsiri:










Müştərilərə verilmiş kreditlər

261




-

Digər öhdəliklər

4




-













Təxirə salınmış vergi aktivləri

265




-













Vergiyə tutulan müvəqqəti fərqlər üzrə vergi təsiri:










Əmlak və avadanlıq

(973)




(1,433)

Təxirə salımmış vergi öhdəlikləri


(973)




(1,433)













Xalis təxirə salınmış vergi öhdəliyi

(708)




(1,433)

31 dekabr 2011-ci və 2010-cu il tarixlərinə bitən illər üzrə səmərəli vergi dərəcəsi tutuşdurması aşağıdakı şəkildədir:







31 dekabr

2011-ci il


tarixinə bitən il üzrə




31 dekabr

2010-cu il tarixinə bitən il üzrə















Mənfəət vergisindən əvvəl gəlir

25,723




11,683













Müəyyən edilmiş 20% vergi dərəcəsində vergi (2010: 20%)

(5,145)




(2,337)

Gəlirin kapitalizasiyası nəticəsində ödənilməyən cari mənfəət vergisi öhdəliyi (*)

5,695




2,684

Əvvəlki illərdə mənfəət vergisi üzrə düzəliş

44




-

Çıxılmayan xərclər

(73)




(433)













Mənfəət vergisi güzəşti/(xərci)

521




(86)













Cari mənfəət vergisi xərci

(160)




(86)

Əvvəlki illər üzrə mənfəət vergisnin düzəliş

(44)




-

Təxirə salınmış vergi öhdəliklərində dəyişiklik

725




-













Mənfəət vergisi güzəşti/(xərci)

521




(86)

(*) - Azərbaycan Respublikası Hökuməti 28 oktyabr 2008-ci ildə “Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında” qanun qəbul etdi. Qanuna əsasən bankların mənfəətinin səhmdar kapitalının artırılmasına yönəldilmiş hissəsi 1 yanvar 2009-cu il tarixindən başlayaraq növbəti üç il ərzində mənfəət vergisinə cəlb olunmur.




Təxirə salınmış vergi öhdəlikləri

2011




2010













1 yanvar tarixinə - təxirə salınmış vergi öhdəlikləri

(1,433)




(1,433)













Mənfəət və zərər hesabatında tanınmış təxirə salınmış mənfəət vergisi qalıqlarında dəyişiklik

725




-













31 dekabr tarixinə - təxirə salınmış vergi öhdəlikləri

(708)




(1,433)

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə