Bank ifrs 06-e



Yüklə 1,61 Mb.
səhifə2/24
tarix14.09.2018
ölçüsü1,61 Mb.
#68456
1   2   3   4   5   6   7   8   9   ...   24

1.ümumi məlumat

Bank of Baku ASC Qrupun ana müəssisəsidir. 18 fevral 2005-ci ildə “Bank of Baku” Açıq Səhmdar Kommersiya Bankı və Bank İlkbank Qapalı Səhmdar Kommersiya Bankı birləşmiş və Bank of Baku (“Bank”) Açıq Səhmdar Kommersiya Bankı adı altında yeni bankı təsis etdilər. Bank Azərbaycan Respublikası Mərkəzi Bankının (“ARMB”) 18 fevral 2005-ci il tarixli 247 saylı bank lisenziyası əsasında fəaliyyət göstərir. Bank 15 may 2006-cı ildə “Bank of Baku” Açıq Səhmdar Kommersiya Bankı adını “Bank of Baku” Açıq Səhmdar Cəmiyyəti adına dəyişmişdir.


Bank əhalidən depozitlər qəbul edir, kreditlər verir, Azərbaycanda və xaricdən ödənişlər köçürür, valyuta mübadilə edir və kommersiya və pərakəndə müştərilərə bank xidmətlərini göstərir. Əsas ofisi Bakı şəhərində yerləşməklə şəhərdə və Azərbaycanın digər şəhərlərində 18 (2005-ci il: 15) filiala (2010-cu il: 1 xidmət məntəqəsi) malikdir. Bankın qeydiyyatdan keçmiş hüquqi ünvanı belədir: Atatürk Prospekti 42, AZ 1069, Azərbaycan.
30 iyul 2007-ci il tarixindən etibarən Bank depozit sığorta sisteminin üzvüdür. Sistem Depozit Sığortası haqqında Qanun və digər qaydalar əsasında fəaliyyət göstərir və Azərbaycan Depozit Sığorta Fondu tərəfindən tənzimlənir.Sığorta biznes tənəzzülü və ARMB-nın bank lisenziyasının ləğv edildiyi təqdirdə hər fərdi hal üzrə 30 min Azərbaycan manatına qədər olan məbləğdə Bankın fərdi depozitorlara olan öhdəliyini ödəyir .
Bank konsolidə edilmiş bank qrupunun (“Qrup”) ana müəssisəsidir və qrupun konsolidə edilmiş maliyyə hesabatlarına aşağıdakı müəssisələr daxildir:








Təsisçi payı və ya hissəsi/ səsvermə hüquqları (%)




Adı

Fəaliyyət göstərdiyi ölkə

2011-ci il

2010-cu il

Fəaliyyətin növü
















Bank of Baku ASC

Azərbaycan Respublikası

Ana müəssisə

Bankçılıq
















BOB Broker MMC

Azərbaycan Respublikası

100

100

Broker xidmətləri

“BOB Broker” MMC (“Törəmə müəssisə”) Bankın tam sahib olduğu törəmə müəssisə olub Bankın maliyyə hesabatlarında konsolidasiya edilir. Törəmə müəssisə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında 28 fevral 2007-ci ildə məhdud məsuliyyətli cəmiyyət qismində təsis edilmişdir. Əsasən Azərbaycan fond birjasında qiymətli kağızların brokerliyi ilə məşğuldur. 15 may 2007-ci ildən Azərbaycan Respublikası Qiymətli Kağızlar Komitəsinin qiymətli kağızları ilə əməliyyatlar üzrə lisenziyanı buraxır.


31 dekabr 2011-ci və 2010-cu illər üzrə Bankın buraxılmış səhmlərinə aşağıdakı səhmdarlar sahib olmuşlar:





31 dekabr

2011-ci il, %






31 dekabr

2010-cu il, %















Səhmdar






















NAB Holding

40.00




40.00

Azpetrol Neft Şirkəti MMC

28.89




28.89

Rafiq Əliyev

11.22




11.22

Elçin İsayev

10.00




10.00

Azinvest MMC

9.89




9.89













Cəmi

100




100

NAB Holding Nader Mohagdegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaqregh Oromi tərəfindən nəzarət edilir. Azpetrol Neft Şirkəti MMC-nin son səhmdarı Məmmədov İbrahim, Azinvest MMC-dən Rafiq Əliyevdir. R. Əliyev Bankın səhmdar kapitalının 21.11%-nə sahibdir (birbaşa iştirak payının 11.22%-I və Azinvest MMC vasitəsilə 9.89%-i).


Bu konsolidə edilmiş maliyyə hesabatları buraxılması üçün 16 may 2012-ci il tarixində İdarə Heyəti tərəfindən təsdiq edilmişdir.


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə