Bank ifrs 06-e



Yüklə 1,61 Mb.
səhifə20/24
tarix14.09.2018
ölçüsü1,61 Mb.
#68456
1   ...   16   17   18   19   20   21   22   23   24

22.SƏHMDAR KAPİTALI

31 dekabr 2011-ci və 2010-cu il tarixlərinə Qrupun buraxılmasına icazəsi verilmiş, buraxılmış və tam ödənilmiş kapitalı müvafiq olaraq 26,180 min və 12,852 min manata bərabər olmuş və hər birinin nominal dəyəri müvafiq olaraq 7.70 manat və 3.78 manat olmaqla 3,400,000 adi səhmi təşkil etmişdir. Hər səhm səhmdara bir səs hüququ verir.


2011-ci il ərzində Qrupun səhmdar kapitalı 2010-cu il gəlir kapitalizasiyası vasitəsilə müvafiq olaraq 13,328 min manat məbləğində artmışdır (2010 – 2009-cu il gəlir kapitalizasiyası vasitəsilə 6,052 min manat).
2011-ci ildə 2009-cu və 2010-cu il gəlirlərindən 5,333 min manata bərabər adi səhmlər üzrə dividendləri bəyan etmişdir (2010 – 2008-ci il gəlirlərindən 6,000 min manat).


23.ŞƏRTİ AKTİV VƏ ÖHDƏLİKLƏR

Adi fəaliyyət gedişində Qrup müştərilərin ehtiyaclarını qarşılamaq üçün balansdan kənar riskləri olan maliyyə alətləri üzrə müqavilə tərəfi qismində çıxış edir. Dəyişən kredit riski dərəcəsini nəzərdə tutan bu alətlər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatında əks etdirilmir.


Qrup balansda qeyd edilən əməliyyatlar halında olduğu kimi, balansdan kənar təəhhüdlərini qəbul edərkən eyni kredit nəzarət və idarəetmə siyasətlərini tətbiq edir.


  1. dekabr 2011-ci və 2010-cu il tarixlərinə şərti öhdəliklər aşağıdakılardan ibarət olmuşdur:







31 dekabr

2011-ci il






31 dekabr

2010-cu il















Şərti öhdəliklər və kredit öhdəlikləri










Kreditlər və istifadə edilməmiş kredit xəttləri üzrə öhdəliklər

9,117




4,534

Zəmanətlər

2,510




4,223

Digər şərti öhdəliklər

1,244




1,187













Cəmi şərti öhdəliklər və kredit öhdəlikləri

12,871




9,944



Əməliyyat icarəsi öhdəlikləriQrupun icarəçi olduğu hallarda binaların ləğv edilməz əməliyyat icarəsi çərçivəsində gələcək minimum icarə ödənişləri aşağıdakı kimidir:





31 dekabr

2011-ci il






31 dekabr

2010-cu il


















Bir ildən az

83




63



















Cəmi əməliyyat icarəsi öhdəlikləri

83




63



















Öhdəliklər və şərti öhdəliklər (girovun çıxılmasından əvvəl)

12,954




10,007

Çıxılsın: Buraxılan zəmanətlərə qarşı təminat kimi saxlanılan nağd vəsait (19 saylı Qeyd)

(102)




(122)

Çıxılsın: Qaytarılmamış kredit imkanına qarşı saxlanılmış nağd vəsait (19 saylı Qeyd)

(1,006)




(2,535)













Öhdəliklər və şərti öhdəliklər

11,846




7,350



Məhkəmə prosesləri Qrup vaxtaşırı olaraq və adi fəaliyyəti müddətində müştərilər və müqavilə tərəflərinin irəli sürdüyü iddialarla üzləşir. Rəhbərlik belə düşünür ki, heç bir yığılmamış maddi itkilər baş verməyəcək və müvafiq olaraq bu konsolidə edilmiş maliyyə hesabatlarında ehtiyatlar nəzərdə tutulmamışdır.
Vergiqoyma – Azərbaycan Respublikasının ticarət, o cümlədən vergi qanunvericiliyi birdən çox təfsirlərə yol verir. Bundan başqa, biznes fəaliyyəti ilə əlaqədar olaraq vergi orqanlarının öz mülahizələrinə görə qərar vermələri riski də mövcuddur. Qrup rəhbərliyinin biznes fəaliyyəti ilə əlaqədar mülahizələrinə əsaslanan müəyyən mövqe vergi orqanları tərəfindən birmənalı qarşılanmamalıdırsa, Qrup üçün əlavə vergilər, cərimələr və faizlər hesablana bilər.
Belə qeyri-müəyyənlik halları maliyyə alətlərinin qiymətləndirilməsi, dəyərsizləşmə üzrə zərər üçün ehtiyatların qiymətləndirilməsi və sövdələşmələrin bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ola bilər. Bundan başqa, belə qeyri-müəyyənlik vergiyə cəlb olunan mənfəətin natamam hesablanması olaraq ehtiyat üzrə müvəqqəti fərqin qiymətləndirilməsi, habelə müştərilərə verilmiş kreditlər və debitor borcları ilə bağlı dəyərsizləşmə üzrə zərər üçün ehtiyatların geri qaytarılması ilə də bağlı ola bilər. Qrup rəhbərliyi ödəniləcək vergi məbləğlərinin hesablandığını düşünür və buna görə də, konsolidə edilmiş maliyyə hesabatlarında heç bir ehtiyat nəzərdə tutulmamışdır.
Ümumiyyətlə vergi ödəyiciləri audit ilinin ardınca üç təqvim ili ilə əlaqədar vergi auditindən keçməlidirlər. Lakin tamamlanmış auditlər tabeçiliyində olan vergi müfəttişliyinin vergi auditinin nəticələrini yoxlayan yuxarı səviyyəli vergi müfəttişləri tərəfindən əlavə vergi auditinin aparılma imkanını istisna etmirlər. Cinayət təhqiqatı olduğu təqdirdə məhdudiyyət müddəası məhkəmənin qərarına əsasən yeddi ilə qədər uzadıla bilər.
Fəaliyyət mühiti – Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin bazar mühitləri inkişaf etmiş ölkələrlə müqayisədə müxtəlif risklərə, o cümlədən iqtisadi, siyasi və sosial, habelə, hüquqi və qanunvericilik ilə bağlı risklərə daha çox məruzdurlar. Keçmiş təcrübəyə əsasən, faktiki yaxud düşünülmüş maliyyə problemləri və ya inkişaf edən ölkələrin iqtisadiyyatlarına investisiya qoyuluşu ilə bağlı düşünülmüş risklərin artması Azərbaycanın investisiya mühitinə və, bütövlüklə, Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Azərbaycanda biznes fəaliyyətinə təsir edən qanun və qaydalar sürətlə dəyişməyə davam edir. Azərbaycan ərazisində vergi, valyuta və gömrük qanunvericilikləri müxtəlif formada təfsir olunur; hüquq və maliyyə xarakterli digər maneələr isə, Azərbaycanda hazırda fəaliyyət göstərən müəssisələr üçün əlavə çətinliklər yaradır. Azərbaycanın gələcək iqtisadi kursu dövlət tərəfindən həyata keçirilən maliyyə, iqtisadi və monitar yönümlü tədbirlərdən, habelə, hüquq, hüquqi tənzimləmə və siyasət sahələrindəki inkişafdan çox asılıdır.
Qlobal maliyyə sistemi dərin böhran əlamətlərini göstərməkdə davam edir və dünyanın bir çox iqtisadi sistemlərində əvvəlki illərlə müqayisədə daha az və ya heç bir artım müşahidə olunmur. Bundan başqa, Avrozonada bəzi suveren dövlətlərinin və bu dövlətlərin kredit borclarına məruz qalmış maliyyə institutlarının kredit qabiliyyəti barədə qeyri müəyyənlik artmaqdadır. Belə vəziyyət Azərbaycan iqtisadiyyatını ləngidə və ya tənəzzülə uğrada, Bankın kapital vəsaitləri və onun dəyərinə çıxış imkanlarına, ümumilikdə isə, onun biznes fəaliyyəti, əməliyyat nəticələri, maliyyə vəziyyəti və gələcək perspektivlərinə mənfi təsir göstərə bilərdi.
Azərbaycan külli miqdarda neft və qaz məhsullarının istehsalçısı və ixracatçısı olduğuna görə, ölkə iqtisadiyyatı, xüsusi olaraq, 2011-ci və 2010-cu illərdə dünya bazarlarında əhəmiyyətli dərəcədə dəyişkən olmuş neft və qaz qiymətlərinə qarşı həssasdır.



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə