Bank ifrs 06-e


MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ



Yüklə 1,61 Mb.
səhifə22/24
tarix14.09.2018
ölçüsü1,61 Mb.
#68456
1   ...   16   17   18   19   20   21   22   23   24

25.MALİYYƏ ALƏTLƏRİNİN ƏDALƏTLİ DƏYƏRİ

Ədalətli dəyər ləğvetmə və ya məcburi satış əməliyyatından fərqli olaraq tərəflərin öz istəyi və məlumatı ilə onlar arasında alətin birbaşa sövdələşmə yolu ilə mübadilə edilə bilkəcəyi məbləğ kimi müəyyən olunur.



Ədalətli dəyəri balans dəyərinə yaxın olan aktivlər

Qısa – müddətli ödəmə dövrü (3 aydan az) olan maliyyə aktivləri və öhdəliklər halında belə ehtimal edilir ki, onların balans dəyəri ədalətli dəyərinə yaxındır. Belə ehtimal tələb olunanadək depozitlərə və ödəniş müddəti müəyyən olunmamış əmanət hesablarına da qarşı tətbiq olunur.


Banklara və digər borc qiymətli kağızlarına verilmiş kreditlər və avanslar




Banklara və digər borc qiymətli kağızlarına verilmiş kredit və avansların ədalətli dəyəri aşağıda qiymətləndirmə üsullarında təsvir olunduğu kimi ədalətli dəyər üzrə hesablanan maliyyə alətləri üzrə eyni qiymətləndirmə üsulundan istifadə etməklə hesablanır.




Müştərilərə və digər borc qiymətli kağızlarına verilmiş kreditlər və avanslar

Fərdi müştərilərə kreditlər və avanslar həm dəyişən, həm da sabit faiz dərəcələri ilə təqdim olunur. Azərbaycan Respublikasında heç bir ikinci dərəcəli bazar fəaliyyət göstərmədiyindən, bu portfel üçün dəqiq bazar qiymətləri də mövcud deyil.




  1. Dəyişən dərəcə – Rəhbərlik hesab edir ki, cari dərəcə ədalətli dəyər kimi qəbul edilə bilər.

  2. Sabit dərəcə – Bəzi təminatlı kreditlər sabit dərəcə ilə verilir. Bu kreditlərin ədalətli dəyəri ödəniş müddəti sabit dövrün qalan hissəsinə bərabər olan bənzər kreditlər üzrə hesabat tarixinə mövcud olan bazar dərəcələrinə istinadən hesablanır.



Satıla bilən maliyyə alətləri

Qiymətləndirmə üsulu və ya qiymətləndirmə modelindən istifadə etməklə qiymətləndirilən satıla bilən maliyyə aktivləri qeydiyyatdan keçməmiş kapital və borc qiymətli kağızlarından ibarətdir.


Bu aktivlər müşahidə edilən və edilməyən məlumatlardan istifadə edən modellərdən istifadə etməklə qiymətləndirilir. Modellərə müşahidə edilməyən vasitələrə sərmayə edilənin gələcək maliyyə fəaliyyəti, risk profilinə dair təxminlər, onun fəaliyyət göstərdiyi sənaye və coğrafi mühitinə dair iqtisadi ehtimallar daxildir.
Aşağıdakılar istisna olmaqla, Qrup rəhbərliyi maliyyə aktiv və öhdəliklərinin ədalətli dəyərinin onların balans dəyərinə yaxın olmasını düşünür.
Kapital satıla bilən investisiyaların tərkibinə daxil edilmiş kapital qiymətli kağızlarının ədalətli dəyəri düzgün şəkildə hesablana bilmir. 31 dekabr 2011-ci və 2010-cu il tarixlərinə onların balans dəyəri müvafiq olaraq 190 min və 167 min manat təşkil etmişdir. Belə səhmlər açıq satışa verilmədiyindən və ədalətli dəyərin hesablanmasında tətbiq oluna biləcək çox saylı müxtəlif rəqəmlər ortaya çıxdığından, onların ədalətli dəyərinin hesablanması mümkün hesab edilmir.
Bankın qiymətləndirmə üsulu və uçotda ədalətli dəyərlə tanınmış satıla bilən investisiya üzrə ədalətli dəyərin kateqoriyalaşdırılması ierarxiyası müşahidə oluna bilən giriş məbləğlərin (səviyyə 2 ) qiymətləndirilməsi üsulundan ibarətdir. Müşahidə oluna bilən giriş məbləğlərdən istifadə edilməklə aparılan qiymətləndirmə üsulu (səviyyə 2) – bütün əsas giriş məbləğləri istər birbaşa, istərsə də dolayısı ilə müşahidə oluna bilən giriş məbləğlərə əsaslanan qiymətləndirmələrdən, habelə fəal hesab edilməyən bazarlarda adi sövdələşmələrin müəyyən olunmuş bir və yə bir neçə müşahidə olunan qiymətlərinə əsaslanan qiymətləndirmələrdən ibarətdir.


26.KAPİTAL ADEKVATLIĞI

Bank fəaliyyətinə xas olan riskləri ödəmək üçün fəal idarə edilən kapital bazasına malikdir. Bank kapitalının adekvatlığına ona nəzarətin digər üsulları arasında ARMB tərəfindən müəyyən edilmiş əmsallardan istifadə etməklə nəzarət edilir.


Bank kapitalını idarə edərkən rəhbərliyin əsas məqsədləri aşağıdakılardır: (i) ARMB tərəfindən müəyyən edilmiş kapital tələblərinə əməl etmək, (ii) Bankın fasiləsiz fəaliyyətini davam etdirməsi qabiliyyətini qoruyub saxlamaq və (iii) biznesini dəstəkləmək və səhmdar dəyərini artırmaq üçün güclü kredit səviyyəsi və sağlam kapital əmsalını saxlamaq. ARMB tərəfindən müəyyən edilmiş kapital adekvatlığı əmsallarına uyğunluğa tərkibindəki hesablamalara baxılmaqla hər ay nəzarət edilir və İdarə Heyətinin Sədri və Bankın Baş Mühasibi tərəfindən imza edilir. Kapitalın idarə edilməsinin digər məqsədləri illik qiymətləndirilir.
ARMB-nın kapital adekvatlığı əmsalı
ARMB hər bank və ya bank qrupundan aşağıdakıları tələb edir:
a) səhmdar kapitalını 10,000 min manat məbləğində minimum səviyyəsini saxlamaq (2010: 10,000 min manat);

b) risklə ölçülən aktivlərə ümumi tənzimləyici kapital əmsalını (‘ümumi kapital əmsalı’) müəyyən edilmiş minimum 12% və ya ondan yuxarı həddə saxlamaq (2010: 12%);

c) risklə ölçülən aktivlərə 1-ci dərəcəli əmsalı müəyyən edilmiş minimum 6% (2010:6%) və ya ondan yuxarı həddə saxlamaq.
Rəhbərlik Bankın 2011-ci il ərzində kapital adekvatlığı əmsalına əməl etməsini zənn edir.
31 dekabr 2011-ci və 2010-cu illər üzrə Bankın kapital adekvatlıq əmsalı aşağıdakı şəkildə olmuşdur:






2011





2010


1-ci dərəcəli kapital

52,792




20,780

2-ci dərəcəli kapital

7,241




19,847

Çıxılsın: kapitaldan tutma

(290)




(446)

Cəmi tənzimləyici kapital


59,743




40,181













Risk dərəcəsi ilə ölçülmüş aktivlər

283,680




198,705













1-ci dərəcəli kapital adekvatlıq əmsalı

18.51%




10.30%

Cəmi kapital adekvatlıq əmsalı

21.03%




20.20%




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə