Bank ifrs 06-e



Yüklə 1,26 Mb.
səhifə4/24
tarix14.09.2018
ölçüsü1,26 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   24

Maliyyə aktivləri

Qrupun maliyyə aktivləri aşağıdakı xüsusi kateqoriyalar üzrə təsnif edilir: “ödəniş müddətinə qədər saxlanılan” investisiyalar, “satıla bilən” (SB) maliyyə investisiyalar və “kreditlər və debitor borcları”. Təsnifləşdirmə maliyyə alətinin mahiyyəti və məqsədindən asılıdır və ilkin tanınma anında müəyyən olunur.


Satıla bilən maliyyə aktivləri

Satıla bilən maliyyə aktivləri satıla bilməsinə görə müəyyən edilmiş yaxud da (a) verilmiş kreditlər və debitor borcları, (b) ödəmə müddətinə qədər saxlanılan investisiyalar və ya (c) mənfəət və zərər uçotunda ədalətli dəyərdə qeyd edilən maliyyə aktivləri kimi təsnif olunmayan qeyri-derivativlərdir.


Qrup tərəfindən saxlanılan Azərbaycan Respublikası Mərkəzi Bankının notları SB qismində təsnifləndirilərək fəal bazarda alqı satqı edilir və ədalətli dəyərdə qeyd olunur.
Fəal bazarda qiyməti bəyan edilməmiş və ədalətli dəyəri düzgün ölçülə bilməyən SB investisiya qiymətli kağızları hər hesabat dövrünün sonunda müəyyən olunmuş hər hansı ehtimal olunan zərər çıxılmaqla ilkin dəyərində ölçülür.

Kreditlər və debitor borcları

Sabit və ya müəyyən oluna bilən ödənişləri olan və fəal bazarda qiyməti bəyan edilməmiş ticarət debitor borcları, müştərilərə verilmiş kreditlər və digər debitor borcları “müştərilərə verilmiş kreditlər və debitor borcları” kimi təsnif edilir. Müştərilərə verilmiş kreditlər və debitor borcları effektiv faiz dərəcəsi metodundan istifadə etməklə dəyərsizləşmə çıxıldıqdan sonra amortizasiya olunmuş dəyərdə ölçülür. Faiz gəliri, faizin tanınması cüzi əhəmiyyət kəsb etdiyi qısa-müddətli kreditlər istisna edilməklə, effektiv faiz dərəcəsini tətbiq etməklə uçotda tanınır.


Digər borc qiymətli kağızları
Bu təsnifata sabit və ya müəyyən olunan ödənişlər və sabit ödəmə tarixinə malik borclara malik kvotasız qeyri-derivativ maliyyə aktivləri daxildir. Rəhbərlik ilkin tanınma zamanı digər borc qiymətli kağızların təsnifatını müəyyən edir və hər hesabat dövrünün sonunda həmin təsnifatın müvafiqliyini yenidən qiymətləndirir. Digər borc qiymətli kağızları amortizasiya edilmiş dəyərdə hesablanır və 39 saylı MUBS çərçivəsində kredit və debitor borcları kimi təsnifləndirilir.

Maliyyə aktivlərinin dəyərsizləşdirilməsi

Maliyyə aktivləri dəyərsizləşmənin müəyyən edilməsi məqsədilə hər hesabat dövrünün sonunda qiymətləndirilir. Maliyyə aktivinin ilkin tanınmasından sonra baş vermiş bir və ya bir neçə hadisə nəticəsində investisiyaların gələcək pul hərəkətinin təsirə məruz qaldığına sübut edən obyektiv sübut yaranarsa, maliyyə aktivləri dəyərsizləşmiş hesab edilir.


SB kimi təsnif edilən bazara çıxarılmamış investisiya qiymətli kağızlarına gəldikdə isə, belə qiymətli kağızın ədalətli dəyərinin uzun sürən müddət ərzində ilkin dəyərindən əhəmiyyətli dərəcədə aşağı düşməsi onun dəyərsiləşməsinə sübut edən obyektiv sübut hesab edilir.
Bütün digər maliyyə aktivləri halında, dəyərsizləşməni göstərən amillərə aşağıdakılar aiddir:


  • Emitent və ya qarşı tərəfinin əhəmiyyətli maliyyə çətinlikləri; yaxud

  • Əsas borc məbləği və ya faizlərin vaxtında ödənilməməsi və ya ödəmə öhdəliyinin yerinə yetirilməməsi halları kimi müqavilə şərtlərinin pozulması

  • Borcalanın müflisliyə uğrayacağı və ya maliyyə strukturunun yenidən təşkil edəcəyi güman olunduqda yaxud da

  • Maliyyə çətinlikləri səbəbindən qeyd olunan maliyyə aktivinin təqdim edildiyi fəal bazar məkanlarının yox olması.

Müştərilərə verilmiş kreditlər və debitor borcları kimi müəyyən maliyyə aktivi kateqoriyaları halında, ayrı-ayrılıqda dəyərsizləşməyəcəyi qiymətləndirilən aktivlər, əlavə olaraq, dəyərsizləşmənin müəyyən olunması məqsədilə kollektiv şəkildə təhlil edilir. Müştərilərə verilmiş kreditlər və debitor borcları portfelinin dəyərsizləşdiyini göstərən obyektiv sübutlara Qrupun ödənişlərin yığılması ilə bağlı keçmiş təcrübəsi, portfeldə vaxtı gecikdirilən ödəmələrin sayının artması, eləcə də borc öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqələndirilən yerli və ya ölkə iqtisadi şəraitlərdə müşahidə olunan dəyişikliklər aid edilə bilər.


Amortizasiya olunmuş dəyərlə qeyd edilən maliyyə aktivləri halında, hesabatda tanınmış ehtimal olunan zərərin məbləği aktivin balans dəyəri ilə maliyyə aktivinin ilkin effektiv faiz dərəcəsində diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaiti hərəkətinin cari dəyəri arasındakı fərqdən ibarətdir.
Alınma dəyəri ilə qeyd edilən maliyyə aktivləri halında isə, ehtimal olunan zərərin bütün məbləği aktivin balans dəyəri ilə bənzər maliyyə aktivləri üçün tətbiq olunan cari bazar gəlirlilik norması dərəcəsində diskontlaşdırılmış təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin cari dəyəri arasındakı fərqlə ölçülür. Belə ehtimal olunan zərəri sonrakı dövrlərdə əvəzləşdirilmir.
Maliyyə aktivinin balans dəyəri, belə dəyərin ehtiyatlar hesabına azalmasını nəzərdə tutulan verilmiş kreditlər və debitor borcları halı istisna edilməklə, bütün maliyyə aktivləri üçün birbaşa olaraq ehtimal olunan zərəri məbləğində azaldılır. Müştərilərə verilmiş kreditlər və ya debitor borcu yığıla bilməz hesab edildikdə, belə məbləğlər ehtiyatlar hesabına qarşı silinir. Ehtiyatlar hesabının balans məbləğindəki dəyişikliklər mənfəət və zərər müddəalarında tanınır. SB kimi təsnif edilən bazara çıxarılmamış investisiya qiymətli kağızlarının dəyərsizləşməsi zamanı digər məcmu gəlirdə əvvəl tanınan gəlir və ya xərclər müddət ərzində mənfəət və ya zərər kimi təkrar təsnifatlandırılır.
Amortizasiya olunmuş dəyərlə ölçülən aktivlər halında, sonrakı dövrdə ehtimal olunan zərəri azalarsa və bu azalmanın dəyərsizləşmənin uçotda tanındığı andan sonra baş vermiş hadisə ilə obyektiv şəkildə əlaqələndirilə bilərsə, bundan qabaq uçotda tanınmış ehtimal olunan zərəri mənfəət və zərər hesabına əvəzləşdirilir bu şərtlə ki, dəyərsizləşmənin əvəzləşdirildiyi tarixdə investisiyanın balans məbləği dəyərsizləşmə uçotda tanınmadığı təqdirdə amortizasiya dəyərindən artıq olmasın. SB kapital qiymətli kağızlarına gəldikdə, əvvəllər mənfəət və zərər müddəalarında tanınmış dəyərsizləşmə üzrə zərər mənfəət və zərər hesabında əvəzləşdirilmir.
Dəyərsizləşmə üzrə zərərdən sonra ədalətli dəyərdə baş vermiş hər hansı artım digər məcmu gəlirlər hesabatında tanınır və investisiyaların yenidən qiymətləndirilməsi üzrə ehtiyatlar başlığı altında toplanılır. SB borc qiymətli kağızlar halında isə, investisiyaların ədalətli dəyərindəki artım dəyərsizləşmənin tanındığı andan sonra baş vermiş hadisə ilə obyektiv şəkildə əlaqələndirildikdə, dəyərsizləşmə üzrə zərər mənfəət və zərər hesabına əvəzləşdirilir.

Şərtləri təkrar razılaşdırılmış kreditlər

Mümkün olan hallarda Qrup girovun mənimsənilməsi əvəzinə kredit şərtlərinin təkrar razılaşdırılması məqsədini güdür. Bu ödəniş müddətinin uzadılması və yeni kredit şərtlərinin razılaşdırılmasını nəzərdə tuta bilər. Şərtlər yenidən razılaşdırıldıqda, hər hansı dəyərsizləşmə şərtlərdə dəyişikliklərin edilməsindən əvvəl hesablanmış ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə ölçülür və kredit vaxtı ötmüş hesab edilmir. Rəhbərlik bütün kriteriyaların tələblərinin yerinə yetirildiyini və gələcək ödənişlərin baş tutacağını təmin etmək məqsədilə şərtləri təkrar razılaşdırılmış kreditləri nəzərdən keçirir. Kreditlərin ilkin effektiv faiz dərəcəsindən istifadə etməklə hesablanan fərdi və birgə dəyərsizləşmə qiymətləndirilməsinin obyekti olmaqda davam edir.



Kreditlərin və avansların silinməsi

Kreditlər və avanslar yığıla bilməz hesab edildikdə ehtimal olunan zərəri üçün ehtiyatlara qarşı hesabdan silinir. Rəhbərlik Qrupa ödənilməli olan borcların yığılması üçün bütün mümkün vasitələrdən istifadə etdikdən və Qrup saxladığı bütün girov vəsaitləri satdıqdan sonra kreditlər və avanslar hesabdan silinir. Əvvəllər hesabdan silinmiş məbləğlərin sonradan bərpa edilməsi ödənişlərin qaytarılması dövründə mənfəət və zərər haqqında konsolidə edilmiş hesabatda maliyyə aktivlərinin dəyərsizləşməsi məbləğinə qarşı əvəzləşdirilir. Qanunvericilik tələblərinə uyğun olaraq kreditlər yalnız Müşahidə Şurasının təsdiqindən sonra və müəyyən hallarda Məhkəmənin müvafiq qərarlarına əsasən hesabdan silinir.



Maliyyə aktivlərinin tanınmasının dayandırılması
Maliyyə aktivinin tanınması (və ya, müvafiq halda maliyyə aktivinin bir hissəsi və ya oxşar maliyyə aktivləri qrupunun bir hissəsi) aşağıdakı hallarda dayandırılır:


  • Aktivdən pul vəsaiti hərəkətini əldə etmək hüququnun müddəti başa çatdıqda;

  • Qrup aktivdən pul vəsaitini almaq hüququnu köçürmüş və ya saxlamış, lakin “köçürmə razılaşması” vasitəsilə üçüncü tərəfə maddi yubanma olmadan həmin vəsaitləri tam ödəmək öhdəliyini üzərinə götürmüşsə

  • Qrup aktivin bütün risk və mükafatlarını ya (a) köçürmüş, ya da köçürməmiş və ya saxlamamış olduğu, lakin akivin üzərində nəzarətini köçürmüş olduğu halda,

Maliyyə aktivinin tanınması ötürüldüyü və tanınmanın dayandırılmasına ötürmənin tətbiq edildiyi zaman dayandırılır. Köçürmə ilə a) Qrupun aktivin pul vəsaitini əldə etməsi üçün müqavilə hüquqlarını ötürməsi və ya b) aktivin pul vəsaitini alması hüququnu saxlaması, lakin həmin vəsaiti üçüncü tərəfə ödəməsi öhdəliyini daşıması tələb olunur. Köçürmədən sonra, Qrup köçürülmüş aktivə sahibliyin risk və mükafatlarını saxlaması səviyyəsini yenidən qiymətləndirir. Əgər bütün risk və mükafatlar əsaslı şəkildə saxlanılmışsa, aktiv balansda qalmış olur. Əgər bütün risk və mükafatlar əsaslı köçürülmüşsə, aktivin tanınması dayandırılır. Əgər bütün risk və mükafatlar əsaslı şəkildə nə saxlanılmış, nə də köçürülmüşsə, Qrup aktivin üzərində nəzarəti saxlayıb saxlamamasını qiymətləndirir. Əgər nəzarəti saxlamayıbsa, aktivin tanınması dayandırılır. Qrupun aktiv üzərində nəzarəti saxladığı hallarda, davamlı fəaliyyəti müddətində aktivin tanınmasını davam etdirir.




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə