Bank ifrs 06-e


Maliyyə öhdəlikləri və buraxılmış kapital alətlər



Yüklə 1,61 Mb.
səhifə5/24
tarix14.09.2018
ölçüsü1,61 Mb.
#68456
1   2   3   4   5   6   7   8   9   ...   24

Maliyyə öhdəlikləri və buraxılmış kapital alətlər

Borc və ya kapital qismində təsnifləşdirmə

Borc və kapital alətləri müqavilə şərtləri, habelə maliyyə öhdəliyi və kapital alətlərinə verilmiş tərifə əsasən maliyyə öhdəlikləri yaxud da kapital müddəası kimi təsnif edilir.


Kapital aləti

Kapital aləti bütün öhdəliklər çıxıldıqdan sonra müəssisənin aktivlərinə qarşı qalan pay hüququnu təsdiqləyən hər hansı müqavilədir. Qrup tərəfindən buraxılmış kapital alətləri birbaşa buraxılış xərcləri çıxılmaqla əldə edilmiş vəsaitlər kimi tanınır.


Maliyyə öhdəlikləri

Maliyyə öhdəlikləri “digər maliyyə öhdəlikləri” kimi təsnif edilir.


Digər maliyyə öhdəlikləri

Digər maliyyə öhdəlikləri, banklar və digər maliyyə institutlarına verilən vəsaitlər daxil olmaqla, müştərilərə verilən vəsaitlər, digər öhdəliklər və subordinasiya borcları ilkin anda əməliyyat xərcləri çıxılmaqla ədalətli dəyərlə ölçülür.


Digər maliyyə öhdəlikləri sonradan effektiv faiz metodu istifadə edilməklə və faiz xərcləri effektiv gəlir əsasında tanınmaqla amortizasiya olunmuş dəyərlə ölçülür.
Effektiv faiz metodu maliyyə öhdəliyinin amortizasiya olunmuş dəyərinin hesablanması və faiz xərclərinin müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur. Effektiv faiz dərəcəsi təxmin edilən gələcək nağd pul ödəmələrini maliyyə öhdəliyinin güman edilən müddəti yaxud (məqsədəmüvafiq hallarda) daha qısa müddət ərzində ilkin tanınma zamanı xalis balans dəyərinə dəqiqliklə diskontlaşdıran dərəcədir.

Maliyə öhdəliklərinin tanınmasının dayandırılması


Qrup ödəniş öhdəliyini yerinə yetirərsə, belə öhdəlik ləğv olunarsa yaxud müddəti başa çatarsa və yalnız belə olan hallarda maliyyə öhdəliyinin tanınmasını dayandırır. Mövcud maliyyə öhdəliyi tam başqa şərtlərlə eyni kreditorun təqdim etdiyi digər öhdəliklə əvəzlənərsə, yaxud mövcud öhdəliyə əhəmiyyətli düzəlişlər edilərsə, belə əvəzləmə və ya düzəliş ilkin öhdəliyin tanınmasının dayandırılması və yeni öhdəliyin tanınması kimi qəbul edilir. Tanınması dayandırılmış maliyyə öhdəliyinin balans dəyəri və nəzəri olaraq ödənilmiş və ödəniləcək məbləğlər arasındakı fərq mənfəət və zərər uçotunda tanınır.

Maliyyə zəmanəti müqavilələri

Maliyyə zəmanəti müqaviləsi borc aləti üzrə şərtlərə əsasən ödənişin edilməli olduğu tarixdə müəyyən debitorun belə ödənişləri yerinə yetirə bilməməsi səbəbindən qiymətli kağızın sahibinə dəymiş zərərin əvəzinin ödənilməsini emitentdən tələb edən müqavilə formasıdır.


Qrup tərəfindən buraxılmış maliyyə zəmanəti müqavilələri ilkin olaraq ədalətli dəyərlə ölçülür və, ƏDMZ-də yer almadığı halda, sonradan aşağıdakı məbləğlərdən daha yüksəyi ilə ölçülür:


  • Ehtiyatlar, Şərti Öhdəliklər və Şərti Aktivlər adlı 37 saylı MUBS-a əsasən müəyyən olunduğu kimi müqavilə üzrə öhdəlik məbləğindən; və

  • Məqsədəmüvafiq hallarda gəlirlərin tanınması qaydalarına əsasən uçotda tanınmış yığılan amortizasiya çıxılmaqla İlkin tanınmış məbləğdən.

İcarə

İcarənin şərtləri sahibliyin bütün risk və mükafatlarını icarədara ötürdüyü zaman icarə maliyyə icarəsi kimi təsnifləndirilir. Bütün digər icarələr əməliyyat icarəsi kimi təsnifləndirilir.


Qrup icarədar qismində

Əməliyyat icarəsi ödənişləri icarə olunan əmlakdan iqtisadi faydanın istehlak edildiyi vaxt müddətində başqa sistematik əsasın daha məqsədəuyğun olduğu halı istisna etməklə icarə müddəti boyu birbaşa xərc kimi tanınır. Əməliyyat icarəsindən yaranan şərti icarə haqqları baş verdiyi müddətdə xərc kimi tanınır.


İcarə stimullarının əməliyyat haqqında daxil olduğu halda belə stimullar öhdəlik kimi tanınır. Stimulların ümumi faydası kirayə verilən əmlakdan iqtisadi faydanın istehlak edildiyi vaxt çərçivəsinə başqa sistematik əsasın daha məqsədəuyğun olduğu hal istisna olmaqla birbaşa icarə xərcinin azalması kimi tanınır.

Qrup icarəçi qismində

Maliyyə lizinqi üzrə icarəçidən alınan aktivlər Qrupun lizinqdə xalis investisiyasının məbləğində debitor borcları kimi uçota alınır. Maliyyə lizinqi üzrə gəlirlər lizinqlə bağlı Qrupun xalis investisiya üzrə gəlirin daimi dövrü dərəcəsini əks etdirmək üçün mühasibat dövrləri üzrə bölünür.


İcarə üzrə ödənişlər müvafiq lizinq müdəti üzrə düz xətt əsasında tanınır. Əməliyyat lizinqinin razılaşdırılması və təşkili zamanı çəkilmiş ilkin birbaşa xərclər icarəyə verilmiş aktivin balans dəyərinə əlavə edilir və lizinq müddəti üzrə düz xətt əsasında tanınır.

Əmlak və avadanlıq


Məhsulun istehsalı və təchizatı yaxud da inzibati məqsədlər üçün istismar edilən torpaq və binalar halında, sonrakı dövrlərin yığılmış köhnəlmə və yığılmış ehtimal olunan zərəri çıxılmaqla torpaq sahəsi ilkin dəyəri ilə, binalar isə, maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda yenidən qiymətləndirmə dəyərində qeyd edilirlər ki, bu dəyər də onların yenidən qiymətləndirmə tarixinə olan ədalətli dəyərini təşkil edir. Yenidən qiymətləndirmə balans məbləğinin hər hesabat dövrünün sonunda ədalətli dəyəri tətbiq etməklə müəyyən oluna biləcək balans dəyərindən əhəmiyyətli dərəcədə fərqlənməyəcəyini təmin etmək üçün kifayət qədər müntəzəm qaydada həyata keçirilir.
Binaların yenidən qiymətləndirilməsindən irəli gələn hər hansı yenidən qiymətləndirmə artımı digər məcmu gəlirlər hesabatında tanınır və kapitalda yığılır, hərçənd ki, belə artımın bundan əvvəl mənfəət və zərər uçotunda tanınmış eyni aktivin yenidən qiymətləndirmə azalmasını əvəzləşdirdiyi və nəticə etibarı ilə, öncədən xərclənmiş azalma həcmində mənfəət və zərər hesabının kreditinə yazıldığı hal istisna edilir. Binaların yenidən qiymətləndirilməsindən yaranan balans dəyərinin azalması, bu məbləğ həmin aktivin əvvəlki yenidən qiymətləndirilməsi ilə bağlı əmlakın yenidən qiymətləndirmə ehtiyatındakı qalıqdan, əgər varsa, artıq olduğu halda mənfəət və zərər uçotunda tanınır.

Yenidən qiymətləndirilmiş binalar üzrə köhnəlmə mənfəət və zərər uçotunda tanınır. Yenidən qiymətləndirilmiş əmlak satıldıqda yaxud istismardan çıxarıldıqda, bununla əlaqədar əmlakın yenidən qiymətləndirilməsi ehtiyatındakı qalıq yenidən qiymətləndirmə gəliri birbaşa bölüşdürülməmiş mənfəət hesabına köçürülür.


Azad mülkiyyət olan torpaq sahəsinə köhnəlmə hesablanmır.
Mebel və avadanlıq yığılmış köhnəlmə və yığılmış ehtimal olunan zərər çıxılmaqla ilkin dəyərdə uçotda qeyd edilir.
Köhnəlmə düz xətt metodundan istifadə etməklə aktivlərin faydalı istismar müddətində qalıq dəyəri çıxıldıqdan sonra ilkin dəyəri və ya qiymətləndirilməsinin (azad mülkiyyət təşkil edən torpaq sahəsi, habelə tikintisi başa çatmamış əmlak vasitələri istisna edilməklə) hesabdan silinməsi məqsədilə uçotda tanınır. Təxmin edilən faydalı istismar müddəti, qalıq dəyər və köhnəlmə metodu perspektiv əsaslarla uçotu aparılan hesablamalarda hər hansı dəyişikliklərin aşağıdakı illik dərəcələrlə təsiri nəzərə alınmaqla hər hesabat dövrünün sonunda təhlili edilir:









31 dekabr 2011-ci il

Binalar




5%

Mebel və avadanlıq




20%

Kompüterlər və kommunikasiya avadanlığı




25%

Avtomobillər




20%

Digər




20%

Əmlak və avadanlıq vasitələri hesabdan silindikdə və ya onların davamlı istifadəsi artıq iqtisadi fayda gətirmədikdə, belə aktivlərin tanınması dayandırılır. Əmlak və avadanlıq vəsaitlərinin satılaraq hesabdan silinməsi və ya istismardan çıxarılmasından irəli gələn hər hansı gəlir və ya zərərlər belə aktivlərin balans dəyəri ilə satışdan əldə olunmuş gəlirlər arasında fərq kimi müəyyən edilir və mənfəət və zərər hesabatında tanınır.




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə