Bank ifrs 06-e



Yüklə 1,61 Mb.
səhifə7/24
tarix14.09.2018
ölçüsü1,61 Mb.
#68456
1   2   3   4   5   6   7   8   9   10   ...   24

Ehtiyatlar


Ehtiyatlar Qrupun keçmişdə baş vermiş hadisənin nəticəsi olaraq hazırda öhdəliyi (hüquqi yaxud konstruktiv) olduqda tanınır; bu zaman Qrupdan öhdəliyin yerinə yetirilməsinin tələb olunacağı ehtimal edilir və öhdəlik məbləği etibarlı şəkildə hesablana bilir.
Ehtiyatlar kimi tanınan məbləğ öhdəliklə bağlı risk və qeyri-müəyyənlikləri nəzərə almaqla hesabat dövrünün sonunda cari öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar tələb olunan məbləğlərin ən düzgün hesablanmasıdır. Ehtiyat ayırmaları hazırkı öhdəliyin yerinə yetirilməsi üçün hesablanmış pul vəsaitləri hərəkətinə istinad etməklə ölçülərsə, onun balans dəyəri (pulun vaxt üzrə dəyərinin təsiri əhəmiyyətli olduqda) həmin pul vəsaitlərinin cari dəyərinə bərabər olur.
Ehtiyatların yerləşdirilməsi üçün tələb olunan müəyyən və ya bütün iqtisadi mənfəətin kənar qurum tərəfindən bərpa ediləcəyi gözlənilirsə, bu vəsaitin qaytarılması və alınacaq belə vəsaitlərin düzgün qiymətləndirilməsi barədə qəti əminlik olduqda alınacaq məbləğ uçotda aktiv kimi tanınır.

Şərti aktiv və öhdəliklər

Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınmır, lakin, onların yerinə yetirilməsi ilə bağlı xərclərin yaranmasına ehtimallar reallıqdan uzaq olmayana qədər belə öhdəliklər açıqlanmalıdır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatlarda tanınmır, lakin, onlarla bağlı iqtisadi mənfəətin əldə olunacağı ehtimal edildikdə açıqlanmalıdır.



Xarici valyutalar

Qrupun hər fərdi müəssisəsinin maliyyə hesabatları hazırlanarkən, müəssisənin əməliyyat valyutasından başqa digər valyuta (xarici valyutalar) ilə aparılan əməliyyatlar belə əməliyyatların aparıldığı tarixdə üstünlük təşkil edən mübadilə məzənnələri ilə qeydə alınır. Hər hesabat dövrünün sonunda, xarici valyuta ilə ifadə olunmuş monetar müddəaların valyuta mövqeyi ədalətli dəyərin müəyyən olunduğu tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. Xarici valyutada ədalətli dəyər ilə uçota alınmış qeyri-monetar müddəalarin valyuta mövqeyi ədalətli dəyərin müəyyənləşdirildiyi tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. İlkin dəyərlə xarici valyutada ölçülmüş qeyri-monetar müddəaların valyuta mövqeyi təkrar qiymətləndirilmir. Monetar müddəalar üzrə mübadilə fərqləri mənfəət və ya zərərdə tanınır.


Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında Qrupun ilin sonunda tətbiq etdiyi valyuta mübadiləsi məzənnələri aşağıdakı kimi olmuşdur:





31 dekabr

2011-ci il






31 dekabr

2010-cu il















1 ABŞ dolları/ AZN

0.7865




0.7979

1 Avro /AZN

1.0178




1.0560














Girov

Qrup məqsədəmüvafiq hesab edildiyi hallarda müştərilərin öhdəlikləri müqabilində girov alır. Girov adətən müştəri əmlakının həbs olunmasını nəzərdə tutur və Qrupa müştərinin həm cari, həm də gələcək öhdəlikləri ilə əlaqədar əmlaka qarşı iddianın irəli sürülməsi üçün əsas yaradır.


Müsadirə edilmiş girov ya balans dəyəri, yaxud da ədalətli dəyərindən satış üçün olan xərclər çıxılmaqla ölçülür.
Kapital ehtiyatı
Qrupun maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatında kapital daxilində qeyd edilən ehtiyatlar binaların ədalətli dəyərində dəyişikliklərdən ibarət olan yenidən qiymətləndirmə ehtiyatını əks etdirir.

Mühüm mühasibat uçotu mülahizələri və qeyri-müəyyən təxminlərin əsas mənbələri
Qrupun mühasibat qaydalarını tətbiq edərkən, direktorlardan digər mənbələrdən əldə edilməsi üçün hazır olmayan aktiv və öhdəliklərin balans dəyərinə dair mülahizələr, hesablamalar və təxminlərin irəli sürülməsi tələb olunur. Hesablamalar və əlaqədar təxminlər keçmiş təcrübəyə və müvafiq hesab edilən digər amillərə əsaslanır. Faktiki nəticələr həmin təxminlərdən fərqli ola bilər.
Təxminlər və əsas götürülən fərziyyələr davamlı qaydada təhlil edilir. Mühasibat təxminlərinə olan düzəlişlər, belə düzəliş yalnız onun baş verdiyi dövrə təsir göstərdikdə həmin dövrdə, cari və gələcək dövrlərə təsir göstərdikdə isə, düzəlişin baş verdiyi və gələcək dövrdə tanınır.

Qeyri-müəyyən təxminlərin əsas mənbələri

Aşağıda gələcək dövrlərə aid əsas fərziyyələr və hesabat dövrünün sonuna qeyri-müəyyən təxminlərin əsas mənbələri göstərilir ki, bu da növbəti maliyyə ili ərzində aktiv və öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsi riskini daşıyır.



Müştərilərə verilmiş kreditlər və debitor borclarının dəyərsizləşməsi

Qrup dəyərsizləşməni müəyyən etmək məqsədilə müştərilərə verilmiş kreditlər və debitor borclarını mütəmmadi olaraq nəzərdən keçirir. Qrupun müştərilərə verilmiş kreditlər və debitor borcları portfelində baş vermiş dəyərsizləşmə üzrə zərərin tanınması üçün kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatlar yaradılır. Qrup müştərilərə verilmiş kredit və debitor borclarının dəyərsizləşməsi üzrə ehtiyatlara dair mühasibat təxminlərini qeyri-müəyyən hesab edir, ona görə ki, (i) onlar gələcək defolt dərəcələri barədə fərziyyələrin, eləcə də dəyərsizləşmiş kreditlər və debitor borcları ilə bağlı potensial itkilərin yaxın keçmişdəki fəaliyyət nəticələrinə əsaslanması səbəbindən dəyişikliklərə çox məruz qalır və (ii) Qrupun hesabladığı zərər ilə faktiki zərər arasında hər hansı əhəmiyyətli fərq müqabilində ondan gələcək dövrlərdə maliyyə hesabatlarına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək ehtiyatların qeyd edilməsi tələb oluna bilər.


Borcalanlar maliyyə çətinlikləri ilə üzləşdikdə və belə borcalanlara dair tarixi məlumat mənbələri az sayda olduqda, Qrup hər hansı dəyərsizləşmə üzrə zərərin məbləğini hesablamaq üçün rəhbərliyin mülahizələrindən istifadə edir. Eyni ilə, Qrup keçmiş fəaliyyət nəticələri, keçmiş müştəri davranışı, qrup daxilində borcalanın ödəniş etmə vəziyyətindəki mənfi dəyişiklikləri göstərən müşahidə oluna bilən məlumatlar, eləcə də qrup daxilində aktiv üzrə öhdəliyin yerinə yetirilməməsi halları ilə əlaqəli olan ölkə və yerli iqtisadi şəraitlərinə əsaslanmaqla gələcək pul hərəkətində dəyişiklikləri hesablayır. Rəhbərlik kredit riski ilə səciyyələnən aktivlər halında əvvəllər baş vermiş zərər üzrə keçmiş təcrübəyə və kreditlər qrupunda olduğu kimi dəyərsizləşməyə sübut edən obyektiv sübutlara əsaslanan təxminlərdən istifadə edir. Bank tarixi məlumatlarda əksini tapmamış hazırkı şəraitlərin qeyd edilməsi məqsədilə kreditlər qrupu üzrə müşahidə oluna bilən məlumatlara düzəliş etmək üçün rəhbərliyin mülahizələrindən istifadə edir.
Maliyyə hesabatlarına maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyat müddəasının daxil edilməsi mövcud iqtisadi və siyasi şəraitlərə əsasən müəyyən olunmuşdur. Qrup Azərbaycan Respublikasında belə şəraitlərdə hansı dəyişikliklərin baş verəcəyini və belə dəyişikliklərin gələcək dövrlərdə maliyyə aktivlərinin dəyərsizləşməsi üzrə ehtiyatlara necə təsir göstərəcəyini qabaqcadan söyləmək iqtidarında deyil.
31 dekabr 2011 və 2010-cu il tarixlərinə müştərilərə verilmiş kreditlərin ümumi məbləği müvafiq olaraq 265,674 min manat və 186,638 min manat, ehtimal olunan zərərin məbləği isə müvafiq olaraq 8,094 min manat və 8,462 min manat təşkil etmişdir.

Maliyyə alətlərinin qiymətləndirilməsi

25 saylı qeyddə izah edildiyi kimi, Qrup müəyyən növlü maliyyə alətlərinin ədalətli dəyərini hesablamaq üçün müşahidə oluna bilən bazar məlumatlarına əsaslanmayan giriş məlumatlardan ibarət qiymətləndirmə üsullarından istifadə edir. 25 saylı qeyddə maliyyə alətlərinin ədalətli dəyərinin müəyyənləşdirilməsində tətbiq edilən əsas fərziyyələrə dair müfəssəl məlumat, eləcə də belə fərziyyələr üzrə həssaslıq təhlilinin təfərrüatları göstərilir. Rəhbərlik hesab edir ki, tətbiq olunan seçilmiş qiymətləndirmə üsulları və fərziyyələr maliyyə alətlərinin ədalətli dəyərinin müəyyən edilməsi üçün məqsədə uyğundur.


Əmlak və avadanlığın faydalı istismar müddəti

Yuxarıda qeyd olunduğu kimi, Qrup hər hesabat ilinin sonunda əmlak və avadanlığın hesablanmış faydalı istismar ömrünü nəzərdən keçirir.



Təkrar qiymətləndirilmiş məbləğdə uçotda əks etdirilən əmlak və avadanlıq

Müəyyən əmlak vasitələri (binalar) uçotda yenidən qiymətləndirilmiş məbləğlərdə ölçülür. Sonuncu belə qiymətləndirmə 31 dekabr 2009-cu il tarixinə təsadüf etmişdir. Növbəti yenidən qiymətləndirmənin əsas etibarı ilə 31 dekabr 2012-ci il tarixində həyata keçiriləcəyi planlaşdırılır. Yenidən qiymətləndirilmiş əmlakın 31 dekabr 2011 və 2010-cu il tarixlərinə balans dəyəri müvafiq olaraq 6,867 min manat və 6,977 min manat təşkil etmişdir.





Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə