«Bank işi» kafedrasının inkişaf konsepsiyası



Yüklə 148,5 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü148,5 Kb.
#12226


 

«Bank işi»  kafedrasının inkişaf konsepsiyası 

«Bank  işi»  kafedrasının  inkişaf  konsepsiyasının  həyata  keçirilməsi 

mexanizmi dörd əsas istiqamətdən ibarətdir.  

1.

 

Bankçılıq  və  maliyyə  fənlərinin  öyrənilməsi  prosesində  pedaqoji 



texnologiyaların təkmilləşdirilməsi; 

2.

 



Tədris proqramlarının müasirləşdirilməsi; 

3.

 



Monetar  siyasət  və  Bank  iqtisadiyyatında  fundamental  biliklərin 

davamlı olaraq əldə edilməsi; 

4.

 

Ə



ldə edilən biliklərin tələbələrə yüksək səviyyədə çatdırılması və elmi 

nəşrlərdə yayınlanması. 

 

1.

   «Bank işi»  kafedrasının əsas məqsəd və vəzifələri 

Kafedranın məqsədləri: 

«Bank  işi»    kafedrası  -    Monetar  siyasət  və  bank  iqtisadiyyatı  sahəsində 

tədris,  metodiki,  elmi  tədqiqat,  elmi-pedaqoji  və  elmi  işçilərin  hazırlanması, 

yenidən hazırlanması, ixtisaslarının artırılmasını həyata keçirir.   

1.

 

bütün  təhsil  formaları  üçün  tədris  planlarında  nəzərdə  tutulmuş 



mühazirələrin,  laboratoriya  işlərinin,  praktiki  seminar  və  digər  dərslərin  yüksək 

elmi-nəzəri və metodiki səviyyədə aparılması; 

2.

 

kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının müasir dövrin 



tələblərinə uyğun hazırlanması;  

3.

 



Respublikanın  və  xarici  ölkələrin  ali  məktəblərinin  ayrı-ayrı 

kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və 

yayılması, gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi; 

4.

 



tədris  prosesində  müasir  texniki  vasitələrdən  istifadə  edilməsinə  dair 

tədbirlər hazırlanıb həyata keçirilməsi; 

5.

 

elmi-pedaqoji və elmi kadrların hazırlanması; 



6.

 

tədris  texnologiyaları  üzrə  qabaqcıl  təcrübənin  öyrənilməsi  və  onlara 



elmi-texniki  köməklik  göstərilməsi  məqsədi  ilə  müxtəlif  müəssisə  və  təşkilatlarla 

ə

laqələrin təşkil edilməsi; 




 

7.



 

maliyyə-  kredit  ixtisası  üzrə    diplomu  olmayan,  lakin  kredit 

təşkilatlarında çalışan   işçilərə ixtisaslarının artırılmasına köməklik göstərilməsi; 

8.

 



kafedranın  məzunları ilə daim əlaqənin təşkil edilməsi; 

9.

 



monetar  siyasət  və  bankçılıq  iqtisadiyyatı  üzrə  elmi  biliklərin  təbliğ 

edilməsi; 

10.

  monetar siyasət və bankçılıq iqtisadiyyatı sahəsində elmi-tədqiqat və 



metodiki təlim bazasının formalaşdırılması; 

11.


  Müəllimlərin,  tələbələrin  və  kafedranın  məzunlarının  innovativ 

pedaqoji fəaliyyətinin dəstəklənməsi və inkişafı.  



 

2.

  Kafedranın vəzifələri: 

 

1.



  Tələbələrə monetar -iqtisadi proseslərin idarə etmək, həm standart, həm də 

qeyri-ənənəvi  problemləri  müstəqil  həll  etmək,  innovativ  bank 

texnologiyalarından  istifadə  etmək,  bankçılıq  sektoruna  əhatəli  maraq 

yaratmaq,  ümümi  proseslərə  xüsusi  yanaşma  prinsiplərini  birləşdirmək 

üçün lazımi bilik və bacarıqların aşılanması; 

2.

  Abituriyentləri  cəlb  etmək  üçün  perspektivli  rəqabət  qabiliyyətli  təhsil 



proqramlarının  (bakalavr,  magistr  və  ixtisas  artırma  təhsil  prosesində) 

işlənib hazırlanması; 

3.

  əsas  maliyyə-kredit sferası  ilə  bağlı  elmi-tədqiqatların nəticələrinin  təlim 



prosesndə tətbiq edilməsi; 

4.

  pul  tədavülü  və  kredit  elminin  öyrənilməsində  elmi-təlim  prosesinin 



keyfiyyətinin idarə edilməsi sisteminin  inkişafının təmin edilməsi; 

5.

  Müasir  bankçılıq  və  maliyyə  sahəsində  perspektivli  elmi-tədqiqat 



istiqamətlərinin hazırlanması və həyata keçirilməsi; 

6.

  doktorantların dissertasiya işlərinin səmərəliliyinin artırılması; 



7.

  istedadlı  tələbələri  dəstəkləyərək  gənc  müəllimliyə  cəlb  edilməsi 

sisteminin təşkil edilməsi və onların doktoranturaya hazırlandırılması; 



 

8.



  kafedra  işçilərinin  sosial  müdafiəsinin  təkmilləşdirilməsi  üçün  həmkarlar 

ittifaqı ilə birgə proqramların hazırlanması; 

9.

  Tədris prosesinin təşkilində inkişaf etmiş ölkələrin təcrübəsindən və bank 



işi və maliyyə bazarı sferasında elmi təqdiqatlardan geniş istifadənin təmin 

edilməsi. 



 

3. “Bank işi” kafedrasının inkişaf konsepsiyasının tərtibi və həyata keçirilməsi 

prinsipləri 

1.

  “elmə əsaslanan təhsil”- yenilikçi düşüncə yaratmaq üçün müəllimlərin və 



tələbələrin  kafedranın  tədqiqat  fəaliyyətində,  maraqlı  və  çətin  məsələlərin 

həllində məcburi iştirakı; 

2.

  “Nəzəriyyə və təcrübənin vəhdəti”- müstəqil işləmək vərdişlərinin inkişaf 



etdirilməsi, eləcə də tədqiqat işlərində qoyulan problem və sualların həllinin 

araşdırılması metodlarına yiyələnmək; 

3.

  “Fənlərarası”- tələbələrin dar profildən kənara çıxmaları, hərtərəfli inkişafı 



və  yaradıcı  bilikləri  üçün  humanitar  fənlərə  və  idarə  etmə  təcrübələrinə 

inteqrasiya. 

4.

  “Fərdi  yanaşma”-  hər  bir  təhsilalanın  elmi-tədqiqat  fəaliyyətinə  nəzarət 



edən  və  düzgün  təhsil  trayektoriyası  qurmağa  kömək  edən  şəxsi  kuratora 

malik olmasına inkan verən kurator institutlarının formalaşdırılması. 

5.

  “Ömür  boyu  təhsil  ”-  bütün  məzunlara  müntəzəm  olaraq  biliklərini 



aktuallaşdırmaq,  inkişaf  etdirmək  və  öz  təcrübələrini  bölüşmək  üçün 

imkanların yaradılması. 



 

4. “Bank işi” kafedrasının məqsədli inkişaf istiqamətləri 

Monetar  və  bankçılıq  sahəsində  müasir  müətəxəssis  yetişdirmək,  mikro  və 

makrosəviyyədə  monetar  və  maliyyə  problemlərini,  cəmiyyətin  iqtisadi  inkişaf 

meyllərini  və  qanunauyğunluqlarını  müəyyən  etməyə  qadir  olan  fundamental 

bilikərə sahib olan kadrların hazırlanması vacib vəzifələrdən biridir.  



 

        Kafedranın məzunu peşəkar fəaliyyət sahəsində, yeni metod və maliyyə 



texnologiyalarının  olduğu  qeyri-stabil  iqtisadi  şəraitdə,  müvəqqəti  maliyyə 

böhranları və dəyişkən maliyyə bazarında problemlərin həlli üçün səmərəli yollar 

və üsullar təklif etməyi bacarmalıdır. 

 

Monetar  sahədə  fundamental  bilikər  olmadan  əldə  etmədən  müasir 



monetar  elminin  gələcək  inkişafı,  monetar  biliklərinin  artımı  və  müasir  iqtisadi 

şə

rtlərə uyğun istiqamətləndirilməsi qeyri mümkündür.  



Bank  işi  kafedrasının  inkişaf  konsepsiyasının  həyata  keçirilməsi  sonrakı 

maliyyə  idarə  edilməsi  prosesində  maliyyə  zərərlərin  azaldılmasına,  müasir 

iqtisadiyyatda 

maliyyə 


vəsaitlərinin 

idarə 


edilməsinin 

səmərəliliyinin 

yüksəldilməsinə,  maliyə  sahəsində  əsas  elmi  tədqiqatların  artırılmasına,  biliklərin 

keyfiyyətinin  yaxşılaşdırılması  və  monetar  -  maliyyə  elminin  öyrənilməsi 

prosesinin  optimallaşdırılmasına,  cəmiyyətin  keyfiyyətli  yeni  təhsil  səviyyəsinə 

çıxardılmasına və maliyyə savadlılığının artırılmasına imkan yaradır. 

 

5. 

Maliyyə və bank sektorunda fundamental biliklərin möhkəmləndirilməsi 

üzrə metodların genişləndirilməsinin vacibliyi 

“Bank işi” kafedrasının inkişaf konsepsiyasının səmərəli həyata keçirilməsi 

məqsədilə  çoxsəviyyəli  təlimə  keçid  nəzərə  alınaraq,  nəzəri  biliklərin 

möhkəmləndirilməsinə, 

təcrübə 

və 


nəzəriyyələrin 

ə

laqəsinin 



möhkəmləndirilməsinə,  bilik  əldə  etmə  imkanlarının  artırılmasına,  bilik  və 

bacarıqların  vəhdətinə  əsaslanan  kurs  işlərinin  və  yekun  buraxılış  üzrə  ixtisas 

işlərinin siyahısı təklif olunur (əlavə 1).  

Kurs işləri və yekun buraxılış üzrə ixtisas işləri özündə maliyyə fəaliyyətinin 

qanunauyğunluqlarını,  müasir  pul-kredit  sisteminin  inkişaf  meyllərini,  müasir 

monetar  siyasətin  tətbiq  edilməsinin  təhlilini,    Bank  fəaliyyətinə  aid  mövzuların 

tədqiqi,  özəlliklə  qlobal  maliyyə  böhranı  fonunda  Mərkəzi  Bankın  məqsəd  və 

vəzifələri;  elektron  ödəniş  sistemlərinin  fəaliyyətinin  təhlükəsizliyi;  Bank 

fəaliyyətinin    təşkili,    idarə  edilməsi,təşkilati  strukturu  və  reqlamenti;  bank 

öhdəliklərinin  formalaşması  və  onlann  strukturunun    optimallaşdırılması, 




 

öhdəliklərin mənbələrinin keyfıyyətcə səmərəli idarə olunması və bank kapitalının 



ölçülməsi qaydası; bank aktivlərin  təhlükəsizliyi; bankların kassa əməliyyatları və 

nağdsiz hesablaşmaların həyata keçirilməsi şərtləri; Banklarda kreditlərin verilməsi 

proseduru; bank sistemində risklərin idarə edilməsi prosesi; bank tərəfindən kredit 

sifarişlərinin  qiymətləndirməsi  meyarları;  Bankların  qiymətli  kağızlar  bazarında 

investisiya  fəaliyyəti;  Beynəlxalq  bank  işi  və    bankların    valyuta  əməliyyatları; 

Banklarda  marketinq planı və maliyyə internet xidmətlərinin  təkmilləşdirilməsi, 

Bank sistemində gəlirlərin formalaşması və onlardan istifadənin qiymətləndirilməsi 

kimi istiqamət və parametrləri özündə birləşdirəcək. 

“Bank  işi”  kafedrasının  elmi  istqamətlərinin  ümumi  mövzusu  Əlavə  2-də 

göstərilib. 

Bank  və  Maliyyə  sahəsində  biliklərin  genişləndirilməsi,  zənginləşdirilməsi 

və  möhkəmləndirilməsi  üçün  “Bank  işi”  kafedrasında  məqsədəuyğun  yaradılmış 

laborotriyasında işin əsas istiqamətlərinin siyahısı Əlavə 3-də göstərilmişdir. 

“Bank  işi”  kafedrasında  kafedranın  professor-müəllim  heyəti  tərəfindən 

buraxılan  dərsliklərin,  dərs  vəsaitlərinin,  monoqrafiyaların  elektron  formasından, 

həmçinin  təlim  prosesində  istifadə  olunan  kompyuter  proqramlarından  və 

informasiya texnologiyalarından ibarət elektron kitabxananın (əlavə 4) yaradılması 

ümumi mədəni inkişaf və peşəkar artım üçün imkan yaradacaq. 



 

6. “Bank işi” kafedrasının inkişaf konsepsiyasının həyata keçirilməsi 

mexanizmi 

6.1.  Bank  işi  kafedrasında  tədris  olunan  əsas  fənlərinin  öyrənilməsi 

prosesində pedaqoji texnologiyanın təkmilləşdirilməsi 

Pedaqoji  texnologiyanın  təkmilləşdirilməsi  pul  tədavülü,  kredit  və  maliyyə 

elmlərinin  öyrənilməsinin  ayrılmaz  hissəsidir.  Ali  təhsil  paradiqramının  əvəz 

olunması  və  çox  səviyyəli  sistemə  keçid  ümummədəni  və  peşəkar  sərişətinin 

mənimsənilməsini nəzərdə tutur. 

Pul tədavülü, kredit və maliyyə elmlərinin öyrənilməsi pul-kredit və maliyyə 

sisteminin  xüsusiyyətləri  ilə  bağlıdır.  Bu,  ilk  növbədə  monetar  nəzəriyyələr  və 



 

siyasətə  aiddir,  hansı  ki,  özündə  monetar  siyasətinin,  pul  böhranlarının 



öyrənilməsini,  qeyri  stabil  iqtisadi  şəraitdə  tətbiq  olunan  antiböhran  siyasət 

tədbirlərini  birləşdirir.  Elm  artıq  maliyyə  böhranları  ilə  mübarizədə,  pul 

vəsaitlərinin  hərəkətinin,  kapitalın  sturkturunun,  maliyyə  bazarının  alətlərinin 

səmərəli idarə edilməsində müəyyən təcrübə toplamışdır.  

Müasir dövrdə ixtisasın mənimsənilməsi prosesində “bank işi” kafedrasında 

tədris  olunan  əsas  fənlərin  xüsusiyyətləri  nəzərə  alınmaqla  fərdiləşdirilmiş  təlimə 

ə

saslanan kompleks yanaşmadan istifadə məqsədəuyğundur. 



6.2. Əsas maliyyə sahəsində təlim proqramının müasirləşdirilməsi. 

Konsepsiyanın  həyata  keçirilməsi  “Bank  işi”  kafedrası  üzrə  fənlərin  təlim 

proqramının müasirləşdirilməsini tələb edir.  Bu proses ibarətdir: təlim prosesində 

bank  və  maliyyə  sahəsindəki  elmi  tədqiqatların  nəticələrinin  tətbiqi;  metodiki 

problemlərin  və  layihə  üzrə  təlimin  üstünlüyü  ilə  innovativ  təlim  vasitələrinin 

inkişafı;  elektron  dərsliklərin,  dərs  vəsaitlərinin,  tələbələrin  auditoriya  və  sərbəst 

işlərinin keyfiyyətinin artırılması üçün elektron bazanın işlənib hazırlanması. 

Təlim proqramına baxış və onların müasirləşdirilməsi müasir və klassik pul 

nəzəriyyələri əsasında yerli və xarici təcrübənin sonrakı inkişafı da nəzərə alınaraq 

keçirilir. 

Ə

sas  pul  nəzəriyyəsi  və  monetar  siyasət  sferasında  təlim  proqramının 



müasirləşdirilməsi  ümummədəni  və  peşəkar  təcrübənin  məcburi  əksi  əsasında 

keçirilir. Təlim proqramının müasirləşdirilməsinə “Bank işi” kafedrası üzrə tədris 

olunan fənlərin təkmilləşdirilməsi daxildir. 

 

6.3. Maliyyə sahəsində əsas biliklərin əldə olunmasının davamlılığı və onların 

tətbiqi elm sahələrinə və istehsalata tətbiqi. 

 “Bank işi” kafedrasının inkişaf konsepsiyasının həyata keçirilməsi monetar 

və  maliyyə  sahəsindəki  biliklərin  davamlı  yenilənmə  imkanını,  həmçinin  əsas 

monetar nəzəriyyələri  və siyasətləri ilə əks olunan yeni yolları nəzərdə tutur.  

Monetar  sahədə  biliklərin  artırılması    və  maliyyə,  pul  tədavülü  və  kredit  

elminin  tədrisinin  yüksəldilməsi  məqsədilə  məşhur  ekspertlərin dəvəti ilə  master-



 

klasslar,  biznes-klasların  keçirirlməsi  nəzərdə  tutulur  (maliyyə  metodlarının, 



alətlərinin,  texnologiyalarının  istifadəsindəki  problemlərin    müzakirəsi,  fikir 

mübadiləsi, disskusiya). 

Bankçılııq  və  maliyyə  sahəsində  peşəkar  biliklərin  artırılması  məqsədilə 

“Bank işi” kafedrasında məzunlar, istehsalçılar,mütəxəssislər və maliyyə sahəsində 

ə

lavə  bilik  əldə  etmək  istəyənlər  üçün  elmi-təcrübi  konfranslar,  dəyirmi  masalar, 



master-klaslar, biznes-klaslar və Bank Tədris Mərkəzi təşkil olunacaqdır. 

6.4. Bakalavr və magistrların maliyyə sahəsi üzrə əsas biliklərin 

ə

ldə edilməsinin səmərəliliyinin artırılmasının əsas istiqamətləri 

Tədris prosesinin əsas prinsipləri də nəzərə alınmaqla qoyulmuş vəzifələrin 

həllinin  səmərəliliyi  və  göstərilmiş  məqsədlərin  həyata  keçirilməsi  üçün  onların 

müəyyən bloklar üzrə qruplaşdırılması təklif olunur: 

1.

 

Təlim-tərbiyə fəaliyyəti. 



2.

 

Metodiki iş. 



3.

 

Elmi-tədqiqat fəaliyyəti. 



Kafedranın  işçi  heyəti:  kafedra  müdiri,  kafedranın  professor  -  müəllim- 

heyəti və laborantlar. 

 

1.Təlim-tərbiyə fəaliyyəti. 

 

 

İ



stiqamət

 

Təklif olunan həlli yolları

 

1.

 

Tədrisin 



keyfiyyətinin və 

nailiyyətlərin 

artırılması.

 

•  tələbə  və  müəllimlərin  tədqiqat  fəaliyyətində  məcburi  iştirakı, 



mürəkkəb məsələlərin təhlili və həlli; 

•  İntellektual  və  təcrübi  bacarıqların  inkişafına  yönəldilmiş  fundamental 

biliklərin  üzvi  birləşməsinin  təmin  edilməsi  üçün  peşəkar  bilik  və 

bacarıqların “bank işi” fənni üzrə kurs işlərinin işlənib hazırlanması və 

müdafiəsinə tətbiqi; 

•  tələbələrin dar profildən kənara çıxmaları, hərtərəfli inkişafı və yaradıcı 

bilikləri  üçün  bank  işi  üzrə  nəzəri    və  praktiki  fənnlərin  tədris 

proqramında əks olunmasına nail olmaq. 




 

•  Bank  işi  kafedrası  üzrə  buraxılış  işi  hazırlayan  hər  bir    təhsilalanın  



elmi-tədqiqat  fəaliyyətinə  nəzarət  və  düzgün  təhsil  trayektoriyası 

qurmağa kömək edən şəxsi kuratora malik olmalıdır; 

 

2.

 

İ



xtisas artırma 

proqramının 

həyata 

keçirilməsi.

 

•  “Ömür  boyu  təhsil  ”  prinsipinin  həyata  keçirilməsi-  bütün  məzunlara 



müntəzəm  olaraq  biliklərini  aktuallaşdırmaq  və  öz  təcrübələrini 

bölüşmək üçün imkanlar yaradır; 

• 

Kafedranın  fəaliyyət  istiqamətləri  üzrə  ixtisaslaşmanın  yüksəldilməsi 



üçün  qısamüddətli  və  uzunmüddətli  proqramların  hazırlanması  və 

həyata keçirilməsi.

 

3.

 

Tərbiyəvi iş.

 

•  tələbələrin elmi yaradıcılığının inkişafı, o cümlədən monetar sektorun  



problemlərinə əsalanan elmi -təcrübi konfranslar; 

•  tələbələrin  vətənpərvərlik  hisslərinin  gücləndirilməsi,  o  cümlədən, 

məktəb-internat, uşaq evləri ilə xeyriyyə işlərinə cəlb etmək; 

•  tələbələrin 

idman 

fəaliyyətinin 



inkişafı,tələbənin 

və 


tələbə 

komandalarının idman tədbirlərində iştirakının təmin edilməsi; 

•  tələbələri özünüidarəetməsinin inkişafı, tələbə birliklərinin fəaliyyətinin 

təkmilləşdirilməsi; 

• 

məzunlar və kafedra arasında əlaqə yaradılması, onların nailiyyətləri ilə 



bağlı materialların yığımı, məzunlarla görüşlərin təşkili.

 

 



2.Metodiki iş. 

 

 

İ

stiqamət

 

Təklif olunan həlli yolları

 

1.

 

Təlim-metodiki fəaliyyət

 

•  kafedranın  bütün  fənləri  üzrə  təlim-metodiki  kompleks 



işlənib  hazırlanmalı,  hansı  ki,  daimi  olaraq  yenidən  işlənir 

və kafedranın proffesor- müəllim heyəti ilə tərəfindən daim 

təkmilləşdirilir; 

• 

müəllimlərin  ixtisasartırma  fakültələrində  iştirakı,  İKT-dən 



istifadə etməklə tədris proqramının təşkili.

 

2. 

 

Tədris-metodiki fəaliyyət

 

•  müəllim və tələbələr üçün elektrom dərsliklərin yaradılması; 



•  müasir tədris-metodiki komplekslərinin işlənib hazırlanması 

(2015-ci  ilədək  20%-dən  çoxu  elektron  formaya 




 

keçirilməlidir); 



• 

öz  elmi  tədqiqatları  əsasında  xüsusi  mühazirələrin, 

seminarların, master-klasların kazırlanması.

 

 

 

3. Elmi-tədqiqat fəaliyyəti. 

 

İ



stiqamət

 

Təkilf olunan həlli yolları

 

1.

 

Tələbələrin və 



aspirantların innovativ və 

elmi-tədqiqat işləri

 

•  Tələbələrin kafedranın tədqiqat işlərində məcburi iştirakı; 



•  hər  bir  birinci  kurs  tələbələri  üçün  elmi  rəhbər  təsbit 

edilməlidir; 

•  Tələbə  işləri  ilə  əlaqədar  bütün  müsabiqələrdə  kafedranı 

təmsil  etmək  üçün  tələbələrin  aktivləşdirilməsi  və 

dəstəklənməsi; 

• 

ə



n  yaxşı  elmi  iş  üzrə  hər  il  kafedradaxili  konkursun 

keçirilməsi.

 

2.

 

Elmi nəşrlər

 

•  elmlər,  fəlsəfə  və  magistr  dissertasiya  işlərinin  elmi 



monoqrafiya formatında nəşri; 

•  xaricdə 

nəşrlərdə 

elmi 


məqalələrin 

yayımını  

stimullaşdırmaq; 

•  tələbələrin, 

doktorantların 

və 


müəllimlərin 

elmi 


məqalələrinin məcmusunun illik nəşri; 

•  kafedra  professor-  müəllimlərinin  ən  yaxşı  məqalələrinin 

yenidən nəşri üçün məcmuənin yaradılması; 

• 

Kafedranın müəllimlərinin, doktorantların və magistrantların 



məqalələrinin kafedranın saytında yerləşdirilməsi.

 

3.

 

Elmi konfranslarda iştirak

 

•  müəllimlərin  və  doktorantların  kafedranın  profilinə  uyğun  



və  ya  monetar  və  bankçılıq  mövzularda  keçirilən  elmi 

konfranslarda iştirakını təmin etmək; 

•  xarici  ekspertlərin  dəvəti  ilə  müntəzəm  olaraq  elmi 

seminarların təşkili; 

•  müxtəlif  konfransların  proqram  komitələrinə  kafedranın 

müəllimlərinin daxil edilməsi; 

• 

kafedra müəllimlərinin müsabiqələrdə münsiflər  statusunda  



və ictimai tədbirlərdə iştirakı.

 

 




10 

 

 



7. Ortamüddətli gələcəkdə “Bank işi” kafedrasının inkişaf 

konsepsiyasının həyata keçisilməsinin səmərəliliyi və nəticələrinin 

proqnozu.  

   “Bank  işi”  kafedrasının  inkişaf  konsepsiyasının  həyata  keçirilməsinin 

inteqrasiya olunmuş nəticələri təmin edir: 

1.

  Monetar  və  maliyyə  sahəsində  peşəkarların  hazırlanması  və 



iqtisadiyyatın yüksək ixtisaslı kadrlara olan ehtiyacını təmin etmək; 

2.

  Bank  fəaliyyəti  haqqında  komleks  nəzəri  bilikləri  əhatə  edən 



ensiklopediyanı hazırlamaq; 

3.

  Bank riskləri, xidmət və məhsulları, bank marketinqi və menedcmenti, 



bank  fəaliyyətində  maliyyə  nəticələrinin  təhlili  qaydalarını    praktik  olaraq  

istifadəsini öyrətmək; 

4.

  Maliyyə 



prosesinin 

idarə 


edilməsinin 

təkmilləşdirilməsi, 

səmərəliliyinin artırılması və gələcək inkişafı. 

“Bank işi” kafedrasının inkişaf konsepsiyası təmin edir: 

Universitet üçün:  

1.

  Monetar  və  maliyyə  sahəsində  təhsil  xidmətlərinə  tələbin  daha 



səmərəli təmin  edilməsi  vasitəsilə  maliyyə  -  kredit    fakültəsinə  daxil 

olan tələbələrin bilik keyfiyyətinin artırılması; 

2.

  Bakıda    Beynəlxalq maliyyə  mərkəzinin formalaşdırılması şəraitində 



ə

halinin 


maliyyə 

savadlılığının 

artırılması 

üçün 


tədrisin 

gücləndirilməsi hesabına universitetin imicinin artırılması. 



“Bank işi” kafedrası üçün: 

1.

  Bank  işi  kafedrasında  tədris  olunan  fənnlərin    öyrənilməsi  prosesində 



tələbələrin müvəffəqiyyət dərəcəsinin artırılması; 

2.

  Kafedra üzrə tədris olunan fənnlərin, o cümlədən kurs işlərinin, yekun ixtisas 



üzrə buraxılış işlərinin keyfiyyətinin yüksəldilməsi; 


11 

 

3.



  təhsilə  və  biliyin  səmərəli  qiymətləndirilməsinə  marağın  yüksəlməsi 

hesabına təhsil alan tələbələrin iştirakının sayının atrması; 

4.

  bank və maliyyə sferasında elmi və tədris-metodiki bazanın gücləndirilməsi; 



5.

  təhsil prosesində innovasiyaya əsaslanan pedaqoji fəaliyyətin daha da inkişaf 

etdirilməsi . 

6.

  monetar və bankçılıq sahəsində baza biliklərinin,  makro və mikrosəviyyədə 



nəzəriyyələrin,  monetar  genezisi  və  maliyyə,  pul  tədavülü  elminin  müasir 

nəzəriyyələnin möhkəmləndirilməsi; 

7.

  bank  işi  kafedrasında  praktiki    fənlərin  tədrisində  məsələ-  misal  həllinə 



üstünlük tanımaq. 

Tələbələr və bütün təhsil alanlar üçün: 

1.

  təhsilin,  fundamental  baza  anlayışları  sferasında  əldə  olunan  biliklərin 



keyfiyyətinin yüksəldilməsi; 

2.

  bütün həyatı boyu maliyyə sahəsində əldə olunan bilikləri zənginləşdirmək, 



genişləndirmək və inkişaf etdirmək imkanının olması; 

3.

  elmi-tədqiqat  işləri  ilə  məşğul  olmaq,  öz  peşəkar  səviyyəsini  və  peşəkar 



erudisiyasını yüksəltmək; 

4.

  bankçılıq  və  maliyyə  sahəsində  səmərəli  idarə  etmə  bacarıqlarını  və 



biliklərini əldə etmək, bank və maliyyə sahəsində əldə olunan baza və tətbiqi 

biliklərin təcrübədə məharətlə işlədilməsi imkanına malik olmaq; 

5.

  müxtəlif  səviyyələrdə  maliyyə  sahəsində  iqtisadi-hesablama,  analitik, 



idarəetmə, pedaqoji fəaliyyətlə məşğul olma imkanına sahib olma. 

 

 



 

 

 



 

 

 




12 

 

ə



lavə 1. 

Kurs işləri və yekun buraxılış üzrə ixtisas işlərinin mövzuları 

 

1. Pul-kredit tənzimlənməsi problemləri. 



2. Azərbaycanda pul tədavülünün stabilləşdirilməsi istiqamətləri. 

3. Azərbaycanda makroiqtisadi proseslər: pul və məzənnə siyasəti. 

4. İnflyasiya və onun buxovlanması problеmləri. 

5.Azərbaycana kapital axını şəraitində monetar siyasəti  

6.İpoteka kreditləşməsi və onun inkişaf istiqamətləri. 

7.Bankın kredit siyasəti və onun təkmilləşdirilməsi istiqamətləri. 

8.Bank kreditinin geri qaytarılması mexanizmi və onun təkmilləşdirilməsi. 

9.Faktorinq bazarının inkişaf perspektivləri və dünya təcrübəsi. 

10.Kommersiya banklarının etibarlılığı və onun qiymətləndirilməsinin reytinq sistemi. 

11.Kommersiya bankları və onların maliyyə dayanıqlığının təmin olunması. 

12.Mərkəzi Bankın açıq bazarda əməliyyatları və onların təkmilləşdirilməsi. 

14.Kredit riskləri və onların idarə olunması. 

16.Kommersiya banklarının depozit siyasəti. 

17.Kommersiya banklarının maliyyə fəaliyyəti və onun optimallaşdırılması. 

18. İstehlak krediti, onun təşkili və inkişaf perspektivləri. 

19.Qiymətli kağızlar portfelinin formalaşması prinsipləri. 

20.Azərbaycan iqtisadiyyitında bank sektorunun səmərəliliyinin artırılması yolları. 

21.Azərbaycanda  nağdsız  hesablaşmalar  sistemi  və  onların  təkmilləşdirilməsi 

istiqamətləri. 

22.İqtisadiyyatın real sektorunun inkişafında bank sisteminin rolu və onun yüksəldilməsi 

istiqamətləri. 

23.Qiymətli kağızlar bazarı real sektorunun investisiya mənbəyi kimi. 

24. Qiymətli kağızlar bazarı iqtisadi artım amilləri kimi. 

25.Kommersiya banklarında kreditləşmə sisteminin təkmilləşdirilməsi. 

26. İnvestisiya bazarı, onun formalaşması və inkişaf probləmləri. 

27.Kommersiya banklarının likvidliliyi və gəlirliliyinin idarə olunması. 

28.Kommersiya banklarında istehlak kreditləşməsi riski və onun idarə edilməsi. 

29.İnvestisiya layihələri və onların maliyyəşdirilməsi və kreditləşdirilməsi 




13 

 

30.Qiymətli kağızlar bazarının müasir vəziyyəti və onun inkişaf istiqamətləri. 



31.Beynəlxalq valyuta sisteminin təkmilləşdirilməsi probləmləri. 

32.Müasir bank xidmətlərinin təşkili və inkişaf perspektivlri. 

33.İnvestisiya fəaliyyətinin inkişafı problemləri. 

34.Azərbaycanda makroiqtisadi proseslər: pul və məzənnə siyasəti. 

35.Mərkəzi Bank və onun pul-kredit tənzimlənməsində rolu. 

37.Kommersiya banklarının kreditləşmə əməliyyatlərı və onların təkmilləşdirilməsi. 

38.Kommersiya banklarının vasitəçilik əməliyyatları və onların inkişaf istiqamətləri. 

39. Kommersiya banklarının əsas əməliyyatları və onların təkmilləşdirilməsi. 

40. Bank likvidliyi və onun idarə edilməsi istiqamətləri. 

41.Kredit siyasəti və onun səmərəliliyinin yüksəldilməsi. 

42.Bank resursları və onun formalaşması problemləri. 

43.Bankın aktiv əməliyyatları və onların təkmilləşdirilməsi. 

44.Bank əməliyyatları və onların vergiyə cəlb olunmasının xüsusiyyətləri. 

45.Milli iqtisadiyyatın banklar tərəfindən maliyyələşdirilməsi. 

47.İpoteka münasibətlərinin inkişafı iqtisadi artım amili kimi. 

48.Azərbaycanda bankların fəaliyyətinin tənzimlənməsinin inkişaf qanunauyğunluqları. 

49.Banklarda korporativ idarəetmənin təkmilləşdirilməsi. 

50.Azərbaycanın tədiyyə balansının müasir vəziyyəti və probləmləri. 

51. Azərbaycanda makromaliyyə sabitliyinin təmin edilməsində pul siyasətinin rolu. 

52.Azərbaycanın valyuta bazarının inkişaf istiqamətləri. 

55.Pul siyasətinin transmissiya qabiliyyətinin qiymətləndirilməsi. 

56.Bank menecmenti və onun təkmilləşdirilməsi problemləri. 

59.Bank xidmətləri bazarında bank siyasətinin təkmilləşdirilməsi problemləri. 

60.Kommersiya banklarında kredit prosesinin təşkili və onun təkmilləşdirilməsi yolları. 

61.Qlobal  maliyyə  böhranı  və  Azərbaycan  Mərkəzi  Bankının  Makro-Prudensial 

İ

darəetmə Antikrizis Tədbirləri 



62.Bank sabitliyinin təminatında Mərkəzi Bankının pul siyasətinin rolu və əhəmiyyəti. 

63.Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş mühüm pul siyasəti 

və makro- prudensial idarəetmə qərarları. 

64.Azərbaycan  Milli  Ödəniş  Sisteminin  inkişaf  tendensiyası:  hüquqi  və  iqtisadi 

aspektlərin təhlili. 



14 

 

65.Qlobal maliyyə böhranı və Azərbaycanda antiböhran siyasət modeli. 



66.Bank nəzarəti : müasir vəziyyəti və perspektivləri 

67.Dövlətin kredit siyasəti: nəzəriyyə və praktika 

68. Bank menecmenti sistemində maliyyə dayanıqlığı konsepsiyası  

69. Maliyyə təhlükəsizliyinin təminatında monetar siyasətin rolu  

70. Milli iqtisadiyyatda xarici bank kapitalının rolu  

71. Müasir pul siyasəti: problemlər və perspektivlər  

72. İnflyasiyanın tənzimlənməsi: dünya təcrübəsi və Azərbaycan praktikası 

73. Bank riskləri və onların idarə olunması 

74. Müasir bank texnologiyası 

75. Valyuta siyasətinin nəzəri və əməli problemləri 

76. Pul siyasətinin nəzəri və əməli problemləri  

77. Qızıl bazarının müasir vəziyyəti: təhlil və qiymətləndirmə 

78. Beynəlxalq maliyyə institutlarının Azərbaycanda fəaliyyətinin əsas istiqamətləri 

79. Beynəlxalq kredit və dünya iqtisadiyyatında xarici borc durumu 

80. Beynəlxalq bankçılıqda nəzarət sistemləri 

 

 



 

 

 



 

 

 



ə

lavə 2. 


 

“Bank işi” kafedrasının elmi istiqamətlərinin mövzusu 

1.

  pul –kredit  sisteminin formalaşdırılmasının nəzəriyyəsi və metodologiyası. 

2.

  Monetarizm  elmi  məkətəbləri:  inkişafının  və  təkmilləşdirilməsinin  əsas 

istiqamətləri. 



3.

  Pul-kredit tənzimlənməsi problemləri. 


15 

 

4.



  Azərbaycanda makroiqtisadi proseslər: pul və məzənnə siyasəti. 

5.

  Bankın kredit siyasəti və onun təkmilləşdirilməsi istiqamətləri. 

6.

  Kommersiya banklarının depozit siyasəti. 

7.

  Kommersiya banklarının maliyyə fəaliyyəti və onun optimallaşdırılması yolları. 

8.

  Azərbaycan iqtisadiyyatında  bank sektorunun səmərəliliyinin artırılması yolları. 

9.

  Azərbaycanda  nağdsız  hesablaşmalar  sistemi  və  onların  təkmilləşdirilməsi 

istiqamətləri. 



10.

 İnvestisiya bazarı, onun formalaşması və inkişaf probləmləri. 

11.

 Qiymətli kağızlar bazarının müasir vəziyyəti və onun inkişaf istiqamətləri. 

12.

 Müasir bank xidmətlərinin təşkili və inkişaf perspektivlri. 

13.

 İnvestisiya fəaliyyətinin inkişafı problemləri. 

14.

 Azərbaycanda makroiqtisadi proseslər: pul və məzənnə siyasəti. 

15.

 Bank əməliyyatları və onların vergiyə cəlb olunmasının xüsusiyyətləri. 

16.

 Banklarda korporativ idarəetmə sisteminin  təkmilləşdirilməsi. 

17.

 Azərbaycanın  tədiyyə  balansının  müasir  vəziyyəti  və  onun  tənzimlənməsi 

probləmləri. 



18.

 Azərbaycanda makromaliyyə sabitliyinin təmin edilməsində pul siyasətinin rolu. 

19.

 Bank menecmenti və onun təkmilləşdirilməsi problemləri. 

20.

 Qlobal  maliyyə  böhranı  və  Azərbaycan  Mərkəzi  Bankının  Makro-Prudensial 

İ

darəetmə Antikrizis Tədbirləri 



21.

  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  tərəfindən  qəbul  edilmiş  mühüm  pul 

siyasəti və makro- prudensial idarəetmə qərarları. 



22.

 Azərbaycan  Milli  Ödəniş  Sisteminin  inkişaf  tendensiyası:  hüquqi  və  iqtisadi 

aspektlərin təhlili 



23.

 Qlobal maliyyə böhranı və Azərbaycanda antiböhran siyasət modeli. 

24.

 Bank nəzarəti : müasir vəziyyəti və perspektivləri 

25.

 Milli iqtisadiyyatda xarici bank kapitalının rolu  

26.

 Müasir pul siyasəti: problemlər və perspektivlər  

27.

  Valyuta siyasətinin nəzəri və əməli problemləri 

28.

  Pul siyasətinin nəzəri və əməli problemləri  

29.

 Beynəlxalq maliyyə institutlarının Azərbaycanda fəaliyyətinin əsas istiqamətləri 

 



16 

 

 



 

ə

lavə 3. 



“Bank işi” kafedrasının təlim laborotoriyasının işlərinin əsas istiqamətləri. 

1.

  Innovativ  təlim  texnologiyalarının  istifadə  əsasında  tədris  prosesinin 



təşkili; 

2.

  İnteraktiv(problemli  yanaşma,  disput,  müzakirə,  beyin  fırtınası  kimi 



oyunlar); 

3.

  Layihəyə əsaslanan təlimin texnologiyası(yaradıcı təlim layihələri); 



4.

  Kompyuter  texnologiyaları(təlim  sisteminin  avtomatlaşdırılması, 

komyuter proqramları, hipertekstlər) 

5.

  Tələbənin  şəxsi  yanaşmasına  əsasən  pedaqoji  texnologiyaların  tətbiqi 



ə

sasında təhsil prosesinin təşkili: 

6.

  Özünüinkişaf təliminin texnologiyası; 



7.

  Oyun texnologiyası; 

8.

  Fərdi təlim texnologiyaları. 



Ə

lavə 4. 


“Bank işi” kafedrasının elektron kitabxanası  

 

“Bank işi” kafedrasının elmi-tədqiqat fəaliyyəti 

 

“Bank  işi”  kafedrasının  inkişaf  konsepsiyasının  həyata  keçirilməsinin  əsas 



istiqamətlərindən  biri  elmi  fəaliyyətdir.  Kafedranın  məqsədləri  əsas  bank  və 

maliyyə sahəsində elmi-tədqiqat bazasının formalaşdırılmasını nəzərdə tutur. 

Qoyulmuş məqsədlərə nail olmaq üçün aşağıdakılar təklif olunur: 

 

I. monetar və bankçılıq sahəsində müsair elmi məktəbin yaradılması. 



 

Kafedrada  elmi  məktəbin  yaradılması  mütləqdir,  bununla  əlaqədar, 

kafedranın prioritet elmi istiqamətləri aşağıdakılardır: 



17 

 

1.



  Bank  sistemi  və  onun  struktur  elementlərinin  formalaşması  və  inkişafının 

nəzəriyyəsi və metodologiyasının genezisi; 

2.

  Müasir  monetar  nəzəriyyəsi  və  monetar  siyasətinin  formalaşdırılmasının 



metodologiyası. 

Monetar  və  bankçılıq  sahəsində  elmi  məktəbin  formalaşdırılması  məqsədilə 

aşağıdakı tədbirlər planlaşdırılır: 

1.

   “Müasir  Azərbaycanda  pul  –kredit  sisteminin  inkişaf  perspektivləri  və 



meylləri”  mövzusunda  elmi  metodiki  tədqiqat  işlərinin  aparılması. 

Gözlənilən  nəticələr:  Bank    sisteminin  müasir  vəziyyətinin  təhlili  və 

fəaliyyət  mexanizmi;  Azərbaycan  bank  sisteminin  inkişaf  meyllərinin 

aydınlaşdırılması; 

Azərbaycanda 

pul 


–kredit 

sisteminin 

inkişaf 

konsepsiyasının işlənib hazırlanması. 

2.

  Məqalələr  toplusunun  nəşri  ilə  elmi-praktiki  (beynəlxalq)  konfransların  və 



elmi seminarlarının keçirilməsi. 

3.

  “Müasir  maliyyə,    pul  tədavülü  və  kredit  elmlərinin  konseptual  vəziyyəti” 



mövzusunda dəyirmi masanın keçirilməsi . 

4.

  Mütəmadi  seçilmiş  mövzular  əsasında  kafedranın  professor-müəllim 



heyətinin elmi seminarının keçirilməsi.  

5.

  “Müasir  monetar  iqtisadiyyatın  nəzəriyyəsi  və  təcrübəsinin  qarşılıqlı 



ə

laqəsi” mövzusunda monoqrafiyanın hazırlanması.  

6.

  Dövri nəşrlərdə, o cümlədən elmi jurnallarda kafedranın professor-müəllim 



heyətinin elmi məqalələrinin yazılması və dərc edilməsi. 

7.

  doktorantların  və  onların  rəhbərlərinin  hesabatlar  ilə  dissertassiya  işlərinin 



yazılmasının kafedrada monitorinqi; 

8.

  Kafedranın  doktorantların  tədqiqatının  davamlılığı  məqsədilə  müdafiə 



olunmuş  dissertasiya  işlərinin,  elmi  məqalələrin,  monoqrafiyaların  və 

kafedranın  professor-müəllim  heyətinin  digər  növ  elmi  işlərinin  üzrə  bank 

fondunun yaradılması; 

9.

  Magistranlar,  Doktorantlara  dissertasiya  işlərinin  yazılmasında  metodiki, 



məsləhət, məlumat kitabçalarının hazırlanması. 


18 

 

10.



  Kafedra  üzrə  keçirilən  elmi  seminarlarda  aprobasiyaların  respublika 

səviyyəsində qəbulu və tanıtımı. 



II. Elmi tədqiqatların nəticələrinin təlim prosesinə tətbiqi. 

 

 

Kafedranın elmi tədqiqat işlərinin təhsil prosesinə tətbiq edilməsi vəzifəsinin 

həlli  üçün  elmi  laborotoriyalar  yaradılır,  burada  əsas  vəzifə  tələbələrin  elmi-

tədqiqat işlərinə cəlb olunmasıdır: 

1.

  Kafedranın  elmi  istiqamətləri  hesabına  “bank  işi”  fənni  üzrə  elmi  ağırlıqlı 



mühazirələrin işlənib hazırlanması; 

2.

   “Bankir” tələbə elmi dərnəyinin işinin təkmilləşdirilməsi. 



 

 

 



 

 

 



Ə

lavə 6 


Kafedranın elmi tədqiqat işləri (ETİ) 

Mövzu: “Müasir Azərbaycanda pul –kredit sisteminin inkişaf perspektivinin 

və meylinin tədqiqatı” 

 

ETİ-nin yerinə yetirilməsi mərhələlərinin 

adlandırılması

 

ETİ-nin yerinə 



yetirilməsi 

müddəti


 

Məsuliyyətli icraçılar

 

Qeyd


 

1. “İlkin” mərhələ 

Elmi-tədqiqat işinin aparılması üzrə 

tapşırığın alınması, informasiya, 

normativ materiallar, ədəbiyyatın 

toplanması 

Texniki tapşırıqlar əlavə edilir

 

Ay, il



 

 

 



2. “Əsas” mərhələ 

Işin yazılması, fəsillərin, təkliflərin, 

nəticənin formalaşdırılası

 

Ay, il



 

Kafedranın müəllimləri

   

3. “Nəticə”  mərhələsi 



Ay, il

 

Kafedranın 



Qurulmuş 


19 

 

ETİ üzrə hesabatın rəsmiləşdirilməsi



 

müəllimləri, kafedranın 

katibləri

 

qaydanın 



hesabatı

 

 

Ə

lavə 7. 


Dəyirmi masanın keçirilməsi. 

Mövzu: “Müasir maliyyə elminin konseptual vəziyyəti” 

Tədbirin adlandırılması

 

Tarix


 

Məsul


 

1. Məlumat məktubunun 

hazırlanması

 

Ay, il



 

 

2.Dəyrimi masanın 



keçirilməsinə hazırlıq: 

 - çıxış edənlərin icazəsinin 

olmasının yoxlanması; 

- slaydların translyasiyasının, 

yerləşdirilməsinin 

hazırlanması.

 

Ay, il


 

Kafedranın müəllimləri, aspirantlar, 

tələbələr

 

3. Dəyirmi masanın 



keçirilməsi

 

Ay, il



 

Kafedranın müəllimləri, aspirantlar, 

tələbələr

 

4. Dəyirmi masanın 



keçirilməsi üzrə hesabatın 

hazırlanması

 

Ay, il


 

 

5. Dəyirmi masanın nəticəsinə 



görə kafedranın toplusunun 

nəşri.


 

Ay, il


 

 

 



Dəyirmi masa 

“Müasir pul –kredit və maliyyə elminin konseptual vəziyyəti” 

Keçirilmə tarixi: ay, il 



Dəyirmi masanın proqramı 

•  Dəyirmi masanın açılışı 

•  Elmi məruzələr 

Mübahisəli məsələlər: 

•  Müasir maliyyə elmində maliyyə nzəzriyyələrinin mübahisəli məsələləri. 

• 

Azərbaycanda pul tədavülünün stabilləşdirilməsi istiqamətləri.



 

• 

Pul siyasəti və Azərbaycanda  makromaliyyə  sabitliyinin təmin edilməsində  onun 



rolu.

 

•  Müzakirə. 




20 

 

•  Yekunlaşdırma. 



Yüklə 148,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə