Bank olmayan kredit təŞKİlati “AZƏRİ star mikromaliYYƏ” mmc ağDAŞ FİLİali üCÜn aşAĞidaki vəZİFƏLƏRƏ İŞÇİ QƏbulu elan ediR



Yüklə 103,5 Kb.
tarix17.09.2018
ölçüsü103,5 Kb.
#68985



BANK OLMAYAN KREDİT TƏŞKİLATI “AZƏRİ STAR MİKROMALİYYƏ” MMC

AĞDAŞ FİLİALI ÜCÜN AŞAĞIDAKI VƏZİFƏLƏRƏ İŞÇİ QƏBULU ELAN EDİR.




  1. Filial Müdiri filialın fəaliyyətini idarə və şöbələrin işnə nəzarət edir, maliyyə və kredit əməliyyatlarının yüksək səviyyədə və şəffaf şəraitdə həyata keçirilməsinə, təşkilatın məram və məqsədlərinə nail olmaq üçün lazımi tədbirlərin görülməsinə, işçi heyətinin fəaliyətinin qiymətləndirilməsinə və fəaliyyət üçün sağlam və münbit iş şəraitinin yaradılmasına məsuliyyət daşıyır.



VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Bərdə filialının işçi heyətinə rəhbərlik etmək və dəstəkləmək, hər bir işçinin öz iş tapşırıqlarının tam başa düşməsini təmin etmək və işçilərdən gözlənilən nəticələri aydın başa salmaq;

  • İşçi heyətinin ehtiyaclarının müəyyən etmək, yeni kadırların seçilməsində köməklik etmək, qarşıya qoyulan hədəflərə çatmaq üçün baçarıqları inkişaf etdirilməsi üçün təlimləri təşkil etmək;

  • Kreditləri təsdiq etmək, və kreditləşmə barədə qərarlar vermək. Bərdənin və Baş ofisin maliyyə şöbəsi ilə birlikdə kredit kapitalının köçürülməsi, geri götürülməsi və paylanışını təmin etmək;

  • Xərçlərə nəzarət etmək, proqramın davamlılığı sahəsində əldə olunan nailiyyətə nəzarət etmək;

  • Baş ofisə aylıq Fəaliyyət Hesabatı təqdim etmək, Maliyyə meneceri ilə birlikdə Proqramın güclü və zəif tərəflərini müəyyən edən maliyyə hesbatlarını, metodoloji və inzibati problemlərin və onların həlli üçün məsləhətlərini təqdim etmək;

  • Baş ofislə birlikdə aylıq portfel və müştəri proqnozlarını və qiymətləndirilməsini təmin etmək və gecikmələrin idarə olunması üçün tədbirlər planını hazırlamaq;

  • Müştəri seçiminin düzgünlüyünü və müştərilərin razılığını təmin etmək üçün müştərilərin biznes sahələrinə səfər etmək və bundan başqa qrupların digər iclaslarında iştirak etmək;

  • Proqramın genişlənməsi və daha yaxşı xidmət göstərilməsi üçün ehtiyacları araşdırılması və analizlər aparmaq;

  • Ofisə və avadanlıqlara nəzarət etmək;

  • Əməkdaşlıq və ərazidə kreditləşmənin təsirini yaxşılaşdırmaq üçün Mikromaliyyə ilə əlaqədar olan yerli müəssisələr və hökümət orqanları ilə əlaqələr qurmaq;


TƏLƏB VƏ BACARIQLAR

  • Təşkilat və müştəri səviyyəsində yüksək ünsiyyət qabiliyyəti

  • Idarəçilik və komandada işləmək bacarığı

  • Vaxtdan səmərəli istifadə və təşkilatçılıq qabiliyyəti

  • Təşəbbüskarlıq, hədəflərə nail olma bacarığı

  • Maliyyə savadı və cətin şəraitdə işləmək qabiliyyəti

  • Müxtəlif çətinlik səviyyəli tapşırıqları vaxtında və dəqiq həll etmə bacarığı

  • Maliyyə institutları və kredit təşkilatlarında iş təcrübəsi

  • Liderlik və motivasiya bacarığı

  • Ali təhsil, xarici dil və kompyuter savadı



  1. Kredit Əməkdaşi qarşılıqlı zəmanət əsasında həmrəy qruplar yaradır, qrup üzvlərinə kreditlər verir və kreditin vaxtında qayıtmasını təmin edir.


VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Hədəf icmalarda AzəriStar Mikromaliyyənin (ASM) məhsullarini yaymaq;

  • Kredit qruplarında potensial müştəriləri müəyyən etmək;

  • Kredit qaydalarına və prosedurlarına əsasən qruplarla işləmək ;

  • Şəxsi keyfiyyətlərinə və iqtisadi imkanlarina uyğun qrup üzvlərinin düzgün seçiminə əsaslanan qruplar yaratmaq və təlimlər keçmək;

  • Kreditə müraciət formasının hazirlanmasında qruplara köməklik etmək;

  • Qrup üzvlərinin xarakterlərinə və iqtisadi imkanlarına əsaslanaraq hər bir qrupun geriödəniş qabiliyyətini araşdirmaq. Burada əsas məsuliyyəti qrup daşıyir lakin Kredit əməkdaşı qrupun geriödəniş qabiliyyətini araşdirmalı və yuksək riskli qrupları təsdiq etməməlidir;

  • Müntəzəm olaraq qruplarla görüşməli və onlarin davamlı həmrəyliyini möhkəmləndirməlidir ;

  • Gecikən geri ödənişlərə dərhal reaksiya verib, lazimi tədbirləri həyata kecirmli;

  • Portfelinin keyfiyyətinə cavabdeh olmlı;

  • Rəhbərliyin müəyyən etdiyi müştəri və portfel hədəflərinə nail olmaq, ASM-in və donorun məram və məqsədlərinin uyğunluğunu təmin etmək;

  • Müştərilər, ASM-in işçi heyəti ve iş zamani əlaqə saxladıqlari bütün şəxslər ilə münasibətlərdə professional və nəzakətli olmalıdir;

  • Qrupların geri ödənişlərinə tam cavabdeh olmaq;

  • Gecikmə yaradan qruplar üçün məsuliyyşt daşımaq;

  • Təhvil verilən qruplarla işləmək və idarə etmək;


TƏLƏB VƏ BACARIQLAR

  • Yaxşı ünsiyyət qabiliyyəti

  • Komandada işləmək bacarığı

  • Maliyyə savadı və cətin şəraitdə işləmək qabiliyyəti

  • Maliyyə institutları və kredit təşkilatlarında iş təcrübəsi

  • Başlanğıc səviyyədə kompyuter savadı



  1. Mühasib


VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Filialın Meneceri və Maliyyə Meneceri ilə əlaqəli mütamadi maliyyə hesabatlarının hazırlanması;

  • Kredit paylanışlarının, geri ödənişlərin, gecikmələrin və faiz ödənişlərinin qeydiyatını aparmaq;

  • Sənədlərin arxivləşdirilməsində və maliyyə hesablarının idarə olunmasına və qeydiyatına məsuliyyət daşımaq;.

  • Daxili maliyyə uçotu və nəğd pul uçotunun düzgünlüyünü yoxlamaq məqsədi ilə gündəlik, həftəlik və aylıq uzlaşma metodlarından istifadə etmək;

  • Bütün xərclərin büdcə ilə müqaisə etmək üçün aylıq büdcə analizini hazırlamaq və göznəliməz xərclərin araşdırmaq;

  • Müəssisənin xərclərini və gəlirlərini əks etdirən bütün maliyyə hesabatlarını hazırlamaq və ya hazırlanmasına rəhbərlik etmək ;

  • Müəssisənin xərcləri və gəlirləri barədə hesabat vermək və ya hesabat verilməsinə rəhbərlik etmək, gəlir və xərcləri büdcə ilə uyğunluğunu yoxlamaq;

  • Aylıq maliyyə hesabatlarını və digər menecment hesabatlarının analizlərini, faiz gəlirlərini, kredit portfelinin cədvəli və filial səviyyəsində olan digər materialları hazırlamaq və koordinasiya etmək;

  • Filiallarda maliyyə hesabatlarının düzgünlüyünü təmin etmək;

  • Ümumi idarəetmə və işçi heyətinə inzibati köməklik göstərmək ;

  • Tabeçiliyində olan işçilərin fəaliyyətini qiymətləndirmək;

  • Əmək funksiyasına aid olan digər işləri yerinə yetirmək


TƏLƏB VƏ BACARIQLAR

  • Mühasibat uçotu üzrə təhsil

  • Göstərilən vəzifə üzrə iş təcrübəsi

  • Komandada işləmək bacarığı

  • Maliyyə savadı və cətin şəraitdə işləmək qabiliyyəti

  • Maliyyə institutları və kredit təşkilatlarında iş təcrübəsi

  • Başlanğıc səviyyədə kompyuter savadı

  1. Xəzinədar


VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Bütün kredit paylanışını və geri ödənişləri nəzarətdə saxlamalı, əməliyyatlarda qeyri adi hallara yol verməmək ücün diqqətli olmalı;

  • Kassa kitabına bütün nəğd əməliyyatları və nəğd balansı daxil etməli;

  • Girovların bank və müştəri arasında dövriyyəsinin qeydini aparmaq ücün “Qeyd Kitabinin” iğlənməsi;

  • Gündəlik pul dövriyyəsinin idarə edilməsi və kassada təşkilatın fəaliyyəti üçün nəğd pulun saxlanmasını təmin etməli;

  • Kassa kitabının dəqiqliyini yoxlamaq üçün həftəlik və aylıq hesabatların hazırlanması, kassa kitabının bütün qeydlərini balansın yoxlanması üçün qarşılaşdırmanın aparılması;

  • Bütün kassanın nəğd ödənişlərinə cavabdeh olmalı, bütün kredit paylanışı və geri ödəmələri daxil etməli;

  • Geri ödənişləri almaqda müştərilərə xidmət etməli və əsas qaydalar haqda məlumat verməli, kassa kitabında qeyd aparmalı, qəbzləri möhürləməli, banka pul keçirməli;

  • Məbləği yoxlamaq üçün pulu saymalı və ödəniş qəbzi verməli;

  • MİS-ə geri ödənişləri daxil etməli;

  • Mal və xidmət haqqının qəbz qarşılığında işçilərə ödəmələrini etməlidir;

  • Banka hesablarına və zinyət əşyalarının depozit hesabına qoyulması və çıxarılmasına məsuliyyət daşıyır;

  • Daxil olan məbləğin qeydi və əməliyyat haqqında hesabat hazırlamalıdır;

  • Kredit pulunun paylanışı və müvafiq sənədlərin qeydiyyatı;

  • Əmək funksiyasına aid olan digər işləri yerinə yetirməli;


TƏLƏB VƏ BACARIQLAR

  • Yaxşı ünsiyyət qabiliyyəti

  • Komandada işləmək bacarığı

  • Maliyyə savadı və cətin şəraitdə işləmək qabiliyyəti

  • Maliyyə institutları və kredit təşkilatlarında iş təcrübəsi

  • Başlanğıc səviyyədə kompyuter savadı

 


  1. İnzibatçı/MİS mütəxəssisi


VƏZİFƏ ÖHDƏLİKLƏRİ

  • Qrup və müştəri, pul paylanışı və geri ödənişlər haqqında məlumatın informasiya bazasına daxil edilməsi, onun düzgünlüyünün yoxlanılması;

  • Ərizəçilərin adlarını qara siyahıda, və ya aktiv müştərilərin siyahısında olmamasını yoxlamaq;

  • Kredit, müştərilərinin pul paylanışı və geri ödənişlər haqqında müxtəlif hesabatların hazırlanmasında MİS Menecerinə kömək etmək;

  • Maliyyə və kredit şöbəsi ilə gündəlik yoxlama və hesabların uzlaşdirılmasını aparmaq;

  • MİS Meneceri ilə informasiya sisteminin effektiv və keyfiyyətli işləməsi üçün, informasiya sistemini davamlı yeniləmə;

  • Bütün növ təbliğat materialları, broşuralar və bukletlər daxil olmaqla, həmçinin, müştərilərin ödəniş kitabçalarını cap etmək;

  • Bütün texniki avadanlığı yoxlamaq, təmir etmək və ya təmiri təşkil etmək;

  • Ofisin idarə edilməsinə məsuliyyət daşımalı, ehtiyacların təmin olmasına əmin olmalı, ofis ləvazimatına və onların istifadəsinə nəzarət etməli, ehtiyacları araşdırmalı, lazımı avadanlıqlarla təmin etmək;

  • Rəhbərliyə işçi heyyətinin idarə edilməsində dəstək olmaq;

  • İşçilərin şəxsi işlərini tərtib etməl və məlumatları mütəmadi yeniləmək;

  • Məzuniyyətlərə nəzarət etmək, hesabatını hazırlamaq və Baş Mühasibə təqdim etmək;

  • Gözətçi, xadimə, aşpaz və sürücülərə rəhbərlik etmək;

  • Ofis binasının idarəedilməsinə məsuliyyət daşımaq

  • Ümumi alqı-satqıya məsuliyyət daşımaq;

  • Tabeliyində olan işçilərin fəaliyyətini qiymətləndirmək;

TƏLƏB VƏ BACARIQLAR

  • Yüksək səviyyədə kompyuter biliyi

  • SQL və proqramlaşdırma

  • Məlumat bazası və şəbəkə ilə iş təcrübəsi

  • Komandada işləmək bacarığı

  • Maliyyə savadı və cətin şəraitdə işləmək qabiliyyəti

  • Maliyyə institutları və kredit təşkilatlarında iş təcrübəsi



Maraqlanan şəxslər öz CV-lərini və doldurulmuş Ərizə formasını aşağıdakı ünvana təqdim edə bilər. Ərizə formasını buradan əldə edə bilərsiniz
Bərdə rayonu, Qarabağ kücəsi 22.

Email: hr@asm.az
Sənəd qəbulunun son tarixi 20 Fevral, 2008-ci ildir.

Ərizə forması olmayan müraciətlərə baxılmayacaq.


Yüklə 103,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə