Bank Respublika



Yüklə 9,03 Kb.

tarix01.09.2018
ölçüsü9,03 Kb.

background image
Valyuta risklərinin tənzimlənmə alətləri 

 

Valyuta  risklərinin  tənzimlənməsi  “Bank  Respublika”  ASC-də  (Bank)  diqqət 



mərkəzində saxlanılır. Valyuta risklərinin Bankın məcmu kapitalına mümkün mənfi 

təsirlərinin minimallaşdırılması məqsədi ilə müxtəlif alətlərdən istifadə olunur: 

-

 

Valyuta mövqeynin tənzimlənməsi;  



-

 

Valyuta SWAP-u; 

-

 

Forward müqaviləsi; 



-

 

Opsion müqaviləsi.  



 

Valyuta mövqeyinin tənzimlənməsi 

Valyuta  mövqeyinin  tənzimlənməsi  açıq  valyuta  mövqeləri  (AVM)  üzrə  limitlərin 

requlyativ  tələblər  çərçivəsində  idarə  olunmasından  ibarətdir.  Bankın  valyuta 

mövqeyinin  müəyyən  edilmiş  tələblər  çərçivəsində  olmasına  nəzarət  Bankın 

Xəzinədarlıq və Risklərin İdarə Edilməsi departamentləri tərəfindən həyata keçirilir. 

Bankın  açıq  valyuta  mövqeyi  barədə  məlumat  nəzarət  qurumuna  Maliyyə 

departamenti tərəfindən təqdim olunur.  

 

Valyuta SWAP-u 

Valyuta  SWAP-u  bir  valyutanın  digər  valyutaya  nəzərən  alış/satışı  və  sonradan 

satış/alışını  nəzərdə  tutan  valyuta  əqdidir.  Valyuta  SWAP-u  əməliyyatı  valyuta 

bazarında  geniş  istifadə  olunan  alətlərdən  biridir.  Valyuta  SWAP-u  əməliyyatı 

həmçinin mərkəzi bank və kommersiya bankları arasında da istifadə olunur. 

 

Forward müqaviləsi 

Forward  müqaviləsi  –  törəmə  maliyyə  alətidir.  Valyuta  riskləri  ilə  bağlı  bağlanan 

forward  müqavilələri  adətən  valyuta  və  faiz  dərəcələrini  ehtiva  edir.  Forward 

müqaviləsi    əvvəlcədən  müəyyən  edilmiş  tarixdə  və  qiymətlə  gələcəkdə  hər  hansı 

aktivi almaq və ya satmaq hüququ verən maliyyə alətidir.  

 

Opsion müqaviləsi 

Opsion müqaviləsi –  törəmə  maliyyə alətidir. Bu müqavilə üzrə opsion sahibi tərəf 

gələcəkdə razılaşdırılmış qiymətə baza aktivini (valyuta, qiymətli kağız və s.) almaq 

və  ya  satmaq  hüququ  (öhdəlik  yox)  əldə  edir.    Opsion  müqaviləsi  tərəflər  arasında 

birjadan kənar bağlanan müqavilədir.  

Opsion  müqaviləsi  bankları  və  onların  müştərilərini  potensial  valyuta  risklərindən 

qorumaq və ya riskləri minimallaşdırmaq məqsədi daşıyır. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə