Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   ...   4   5   6   7   8   9   10   11   12

 

23 


ver. 1.0.6. date 03.07.17 

məbləğlərin düzgünlüyünü təsdiq edən sənədləri tələb etmək

b.

 

Kartın itirilməsi halında, onun yenisi ilə əvəz olunması barədə Banka yazılı ərizə ilə müraciət 



etmək; 

c.

 



İstifadə etmədiyi vəsaitlər hesabından silindiyi halda, yazılı sorğu əsasında müvafiq araşdırma 

aparılmasını və əsassız silinmiş məbləğin geri ödənilməsini Bankdan tələb etmək; 

d.

 

Özünün yazılı müraciətinə əsasən Bankın qüvvədə olan tariflərinə uyğun SMS məlumatlandırma 



xidmətindən istifadə etmək.

 

e.



 

Kart vasitəsi ilə kredit limitdən istifadə etmək;

 

f.

 



Mövcud  limiti  çərçivəsində  Kredit  xəttindən  onun  qüvvədə  olduğu  müddət  ərzində  yenidən 

istifadə etmək;

 

g.

 



Müqavilənin V.5.2. bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsini 

və onların pozulmasına yol verilməməsini Bankdan tələb etmək; 



5.3.4.

 

Müştərinin vəzifələri: 

a.

 



Kartın emissiya edilməsi üçün Bankın daxili qaydaları ilə müəyyən olunan minimum sənədləri 

Banka təqdim etmək; 

b.

 

Kart  Hesabının  açılması  və  Kartın  emissiyası  üçün  təqdim  edilən  sənədlərdə  baş  vermiş 



dəyişikliklər  barədə  bütün  məlumatları  3  (üç)  iş  günü  ərzində  müvafiq  təsdiqedici  sənədlər 

qoşulmaqla  dərhal  Banka  təqdim  etmək  və  zərurət  olduqda,  Kart  Hesabını  yenidən 

rəsmiləşdirmək; 

c.

 



Müştəriyə təqdim olunan Kartın PİN-zərfinin məxfiliyini qorumaq

d.

 



Kart itirildikdə dərhal bu fakt barədə Banka və ya Visa/MasterCard xidmət mərkəzinə yazılı, bu 

mümkün olmadıqda isə, şifahi məlumat vermək; 

e.

 

Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmək və onların 



pozulmasına yol verməmək; 

f.

 



Müqavilənin V.5.3.3.c. bəndində nəzərdə tutulmuş hallarda, Müştərinin dediklərinin əksi sübut 

olunduqda Bankın araşdırmalara sərf edilən bütün xərclərini ödəmək; 

g.

 

Bu Müqavilədə nəzərdə tutulan və Bankın daxili tariflərinə uyğun olaraq komisyon xərcləri hesab 



qalığından və ya əlavə vəsait ilə ödəmək

h.

 



Müqavilənin V.5.2.10. bəndində göstərilən halın baş verməməsinə nəzarət etmək və belə hal baş 

verərsə, yaranmış borcları dərhal Banka ödəmək. 

i.

 

Cari borc və Xidmət haqqını müəyyən olunan qaydada və şərtlərlə Banka ödəmək; 



j.

 

Müqavilə ilə müəyyən olunan və Banka Müqaviləni ləğv etmək hüququ verən hallardan hər hansı 



biri mövcud olduqda, onun tələbnaməsində göstərilən müddətdə Cari borcu Banka qaytarmaq və 

Xidmət haqqını ödəmək. 

k.

 

Bu  Müqavilə  üzrə  yaranmış  öhdəliklərinin  icrasına  təsir  edə  biləcək  və  ya  onunla  bağlı  olan, 



özünün  cəlb  olunduğu  məhkəmə  mübahisələri  və  icraatı  ilə  bağlı  bütün  sənəd  və/və  ya 

məlumatları dərhal Banka təqdim etmək. 

l.

 

Təminat predmetinin Bankın xeyrinə yüklü edilməsini təmin etmək. 



 

6.

 

Kreditin təminatı 

6.1.


 

Kredit  xətti  “Ödəniş  kartları  üzrə  xidmətlərin  göstərilməsi  üçün  Ərizə”  formasında  göstərilən 

təminat predmeti ilə təmin olunur. 

6.2.


 

Müştəri Müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə, Bank, Cari borc üzrə yaranmış öhdəliyi 

akseptsiz  qaydada  silinmək  üçün  “Ödəniş  kartları  üzrə  xidmətlərin  göstərilməsi  üçün  Ərizə” 

formasında qeyd olunan təminat predmetinə yönəldə bilər. 

6.3.

 

Təminat predmeti olan depozitə vaxtından əvvəl xitam verildikdə, həmçinin də, depozitin tarixi 



bitdikdə  və  müştəri  tərəfindən  uzadılmadığı  təqdirdə  Kredit  xətti  bloklaşdırılır  və  Cari  borc 

depozit məbləği hesabına ödənildikdən sonra, qalıq məbləğ Müştəriyə geri qaytarılır. 

 

7.

 

Müqavilənin müddəti və ləğv edilməsi qaydaları 



 

24 


ver. 1.0.6. date 03.07.17 

7.1.


 

Bu  Müqavilə,  Kteditin  təminatının  qalıq  müddətindən  çox  olmamaq  şərti  ilə,  “Ödəniş  kartları 

üzrə xidmətlərin göstərilməsi üçün Ərizə” formasında bəndində göstərilən müddətə bağlanılır. 

7.2.


 

Müqavilə üzrə 1 (bir) il 360 (üç yüz altmış), 1 (bir) ay isə 30 (otuz) təqvim günü hesablanır; 

7.3.

 

Bu Müqavilə Tərəflərin imzası və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə 



minir  və  Müştəri  tərəfindən  bütün  öhdəliklərin  Bank  qarşısında  tam  icra  olunduğu  anda  ləğv 

edilir; 


7.4.

 

Kredit xətti Bank tərəfindən birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər:



 

7.4.1.


 

Cari borcun ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə;

 

7.4.2.


 

Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda;

 

7.4.3.


 

Müştərinin əmlak və ya maliyyə vəziyyəti Müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, Banka 

isə bu hal yalnız Müqavilə bağlandıqdan sonra məlum olduqda

7.4.4.


 

Müştərinin  kredit  xəttinin  açılması  üçün  təqdim  etdiyi  sənədləri  və  həmin  sənədlərdəki 

məlumatların  həqiqətə  uyğun  olmadığı  aşkar  edildikdə  və  bu  halların  mövcudluğu 

Müştərinin Bank qarşısında mövcud borc pul öhdəliklərinin icrasını qeyri-mümkün etdikdə; 

7.4.5.

 

Müştəri V.5.3.4.k. bəndində göstərilən şərtlər 



Müştəri 

tərəfindən pozulduqda; 

7.4.6.

 

Qanunvericiliklə və bu Müqavilə ilə nəzərdə tutulan digər hallarda. 



7.5.

 

Müqavilənin V.7.4. bəndinə əsasən, Kredit xəttinin ləğvi Müqavilənin ləğvi üçün əsasdır. 



7.6.

 

Müştəriyə  Kredit  xətti  Bankın  kreditləşməsi  üzrə  daxili  qaydalarında  müəyyən  olunan  kredit 



sənədləri Banka təqdim olunduqdan sonra verilir. 

 

 

VI.

 

DEPOZİT QUTUSU 

 

1.



 

Depozit qutusu barədə məlumat 

1.1.


 

Müştərinin “Depozit qutusunun kirayəsi ərizəsi”nə əsasən, Bank həmin ərizədə göstərilən depozit 

qutusunu  həmin  ərizə  hər  iki  Tərəfin  imza  və  möhürü  ilə  təsdiq  olunduqdan  sonra  qeyd  olunan 

müvəqqəti istifadə üçün Müştəriyə kirayəyə verir. 

1.2.

 

Depozit qutusunun kirayəyə verilməsi Müştərinin “Depozit qutusunun kirayəsi ərizəsi” və Tərəflər 



arasında təhvil-təslim aktı ilə rəsmiləşdirilir. Təhvil-təslim aktı bu müqavilənin ayrılmaz hissəsini 

təşkil edir. Depozit qutusu kirayəyə verildiyi zaman qiymətləndirmə, siyahıya alınma aparılmır. 

1.3.

 

Müştəri depozit qutusundan istifadəyə görə Banka 



Bankın qüvvədə olan tariflərinə uyğun olaraq 

müvafiq 


  kirayə haqqı ödəyir. 

1.4.


 

Kirayə haqqı Müştəri tərəfindən nağd və ya köçürmə yolu ilə qabaqcadan ödənilir. 

1.5.

 

Müddətdən  asılı  olmayaraq  kirayə  haqqı  “Depozit  qutusunun  kirayəsi  ərizəsi”  hər  iki  Tərəfdən 



imzalandığı tarixdən ödənilir. Depozit qutusu vaxtından əvvəl boşaldıqda istifadə olunmamış dövrə 

görə tutulmuş məbləğ Müştəriyə geri qaytarılmır. 

 

2.

 

Depozit qutuları ilə bağlı xidmətə dair tərəflərin hüquq və vəzifələri 

2.1.

 

Bankın vəzifələri: 

2.1.1.


 

Müştərinin  müvəqqəti  istifadəsinə  verilmiş  Depozit  qutusunun  mühafizəsini  və  kirayə 

müqaviləsinin məxfiliyini təmin etmək; 

2.1.2.


 

Depozit qutusunda saxlanılanların anonimliyini və məxfiliyini təmin etmək; 

2.1.3.

 

Bu Müqavilə üzrə kommersiya və bank sirrini qorumaq. 



2.2.

 

Bankın hüquqları: 

2.2.1.


 

Kirayəyə  götürülən  depozit  qutusu  Müştərinin  təqsiri  üzündən  qəsdən  və  ya  onun  ehtiyatsız 

hərəkətləri  nəticəsində  zədələndikdə  onun  Müştəri  hesabına  təmir  edilməsini  və  ya  vurulmuş 

zərərin ödənilməsini tələb etmək

2.2.2.

 

Müştəri kirayəyə  götürdüyü depozit qutusunun açarını itirdikdə bununla  bağlı bütün  xərclərin 



onun hesabına ödənilməsini tələb etmək; 


 

25 


ver. 1.0.6. date 03.07.17 

2.2.3.


 

Müştəri depozit qutusunda silah, narkotik vasitələr və ya psixotrop maddələr, partlayıcı maddələr, 

radioaktiv, kimyəvi aktiv və zəhərləyici maddələr, həmçinin tez xarab ola bilən və ya qoxu verən 

məhsullar saxladıqda Müqaviləni birtərəfli qaydada ləğv etmək və belə halların qarşısını almaq 

məqsədilə  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  tədbirləri  həyata 

keçirmək; 

2.2.4.

 

Depozit  qutusunun  kirayə  müddəti  bitdikdə  (Müştəri  tərəfindən  müvafiq  kirayə  haqqı 



ödənilmədikdə) xidmətin göstərilməsini birtərəfli qaydada dayandırmaq və bu barədə Müştəriyə 

məlumat vermək; 

2.2.5.

 

Depozit qutusunda saxlanılan əşyalara görə məsuliyyət daşımamaq. 



2.2.6.

 

Kirayə  haqqı  ödəmədiyi  təqdirdə  hesablanmış  haqları  Müştərinin  Bankda  mövcud  olan  bütün 



hesablarından akseptsiz qaydada silmək. 

2.3.      Müştərinin vəzifələri: 

2.3.1.


 

Depozit qutusundan məqsədyönlü istifadə etmək; 

2.3.2.

 

Kirayə haqqını nağd və ya köçürmə yolu ilə qabaqcadan ödəmək; 



2.3.3.

 

Müqaviləyə  və  ya  “Depozit  qutusunun  kirayəsi  ərizəsi”nə  xitam  verdikdən  sonra  depozit 



qutusunu ilkin halında Banka təhvil vermək; 

2.3.4.


 

Depozit qutusunu kirayə etdiyi zaman saxladığı əşyaların tərkibinə, istifadəsinə, üçüncü şəxslərə 

verilməsinə və ya həmin şəxslər tərəfindən istifadəsinə görə bilavasitə məsuliyyət daşımaq; 

2.3.5.


 

İcarəyə götürdüyü depozit qutusunun açarını itirdikdə “Depozit qutusunun kirayəsi ərizəsi”ndə 

göstərilən məbləğdə vəsaiti Banka ödəmək

2.3.6.


 

Bu müqavilə üzrə kommersiya və bank sirrini qorumaq; 

2.3.7.

 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  qadağan  olunan  əşyaları  depozit  qutusunda 



saxlamamaq. 

2.4.      Müştərinin hüquqları: 

2.4.1.


 

Depozit  qutusunda  qiymətlilər,  sənədlər  və    pul  vəsaitləri  və  bu  qəbildən  olan  digər  əşyaları 

saxlamaq; 

2.4.2.


 

“Depozit qutusunun kirayəsi ərizəsi”ndə göstərilən vaxtda Depozit qutusundan maneəsiz istifadə 

etmək. 

2.4.3.


 

Depozit  qutusundan  istifadə  hüququnu  notarial  qaydada  təsdiq  edilmiş  etibarnamə  əsasında 

üçüncü şəxslərə vermək. 

 

3.



 

Depozit qutusundan istifadə qaydaları 

3.1.


 

Depozit qutusu “Depozit qutusunun kirayəsi ərizəsi”ndə göstərilən vaxtlarda Müştəri tərəfindən 

maneəsiz istifadə oluna bilər. 

3.2.


 

Müştəri  depozit  qutusunun  kirayəsi  müddəti  bitənədək,  müddətin  uzadılması  ilə  bağlı  Bankı 

xəbərdar edərək müvafiq əlavə imzalayarsa, depozit qutusunun kirayəsi yeni müddətə uzadılmış 

sayılır. 

3.3.

 

Depozit  qutusu  Bankın  və  Müştərinin  iştirakı  ilə  açılır.  Bu  müqavilənin  VI.2.2.3.  bəndində 



göstərilən  hallar  istisna  olmaqla,  müştərinin  iştirakı  olmadan  depozit  qutusuın  açılmasına  yol 

verilmir. 

3.4.

 

Depozit qutusu iki açar vasitəsilə açılır. Bu açarların biri Bankın xəzinəsində, ikinci isə Müştəridə 



saxlanılır. 

3.5.


 

Müştəri ona verilmiş açarın saxlanmasına cavabdehdir və açar itirildikdə dərhal Banka məlumat 

verməlidir. Belə hallarda Depozit qutusunun qıfılı Müştərinin iştirakı ilə dəyişdirilir. 

3.6.


 

Depozit  qutusundan  istifadə  etmək  məqsədilə  Banka  müraciət  edən  Müştəri  mütləq  öz 

səxsiyyətini təsdiq edən sənədi Bankın məsul işçisinə təqdim etməlidir. 

3.7.


 

Depozit qutusunun geri qaytarılması Müştərinin “Depozit qutusunun kirayəsi ərizəsi” əsasında 

rəsmiləşdirilir. 



 

26 


ver. 1.0.6. date 03.07.17 

3.8.


 

Kirayə Müddəti bitdikdən sonra Müştərinin Bankdakı hesablarında vəsait olmadığı təqdirdə və 

Müştəri  ilə  əlaqə  yaratmaq  mümkün  olmadıqda  Müştəri  Banka  “Depozit  qutusunun  kirayəsi 

ərizəsi”ndə göstərilən cərimə faizlərini ödəyir.    



 

VII.

 

ELEKTRON İMZA VƏ ELEKTRON MÜNASİBƏTLƏRİN TƏNZİMLƏNMƏSİ 

 

1.

 

Ümumi tələblər 

1.1.


 

Tərəflər  bu  Müqavilə  üzrə  Bank  tərəfindən  təqdim  olunan  xidmətlərin  gələcəkdə  Müştərinin 

Banka  gəlmədən,  öz  şəxsiyyətinin  sertifikatlaşdırılmış  imza  vasitələri  ilə  müəyyən  olunaraq 

sifariş olunmasının mümkünlüyü barədə razılığa gəlirlər. 

1.2.

 

Tərəflər qəbul edirlər ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, həmçinin,  



“Elektron imza və elektron sənəd haqqında” AR Qanununa əsasən, Müştəriyə sertifikat xidmətləri 

Mərkəzi tərəfindən veriləcək elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. 

1.3.

 

Müştəri, elektron imza yaratma məlumatlarının və imza vasitələrinin qorunmasına cavabdehdir 



və onların digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir. Bunlar üzərində nəzarət itirildikdə 

və ya buna təhlükə yarandıqda imza sahibi müvafiq Mərkəzə və Banka dərhal xəbər verməli və 

sertifikatın qüvvəsinin dayandırılmasını tələb etməlidir. 

1.4.


 

Bank,  Müştərinin  elektron  imza  yaratma  məlumatlarının  və  imza  vasitələrinin  üçüncü  şəxslər 

tərəfindən istifadəsi və ya oğurlanması halında yarana biləcək itkilərə görə Müştəri qarşısında heç 

bir məsuliyyət daşımır. 

1.5.

 

Hazırki  bölüm,  Tərəflər  arasında  münasibətlərin  elektron  qaydada  tənzimlənməsi  üzrə  ümumi 



şərtləri  əks  etdirməklə,  gələcəkdə  bu  münasibətlər  üzrə  şərtlərin  hazırki  Müqaviləyə  Əlavə 

edilməsini nəzərdə tutur. 

1.6.

 

Tərəflər qəbul edirlər ki, elektron münasibətlər çərçivəsində, Müştərinin elektron imzasının onun 



əl imzası ilə bərabər hüquqi qüvvəyə malik olmasından irəli gələrək, hazırki Müqaviləyə ediləcək 

əlavə və dəyişiklikləri Müştərinin elektron imzası ilə təsdiq olunduğu halda qəbul olunmuş hesab 

olunacaq və həmin andan qüvvəyə minəcək. 

 

VIII.

 

DİGƏR ŞƏRTLƏR 

 

1.

 

Müqavilənin qüvvədə olma müddəti və onun vaxtından əvvəl ləğv edilməsi 

1.1.


 

Bu Müqavilə Tərəflərin imza və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan qüvvəyə 

minir. 

1.2.


 

Bu Müqavilə qeyri-müəyyən müddətə bağlanır. 

1.3.

 

Bu  Müqavilənin  ləğv  olunduğu  halda  tərəflər  bir-birləri  qarşısında  Müqavilə  üzrə  bütün 



öhdəliklərini icra etmiş olmalıdırlar. 

1.4.


 

Müqaviləyə aşağıdakı hallarda və qaydada xitam verilə bilər: 

1.4.1.

 

Tərəflərin qarşılıqlı yazılı razılığına əsasən; 



1.4.2.

 

Müştəri tərəfindən - onun “Bank hesabının bağlanması üçün ərizə”si üzrə istənilən vaxt, bir şərtlə 



ki,  Müştərinin  Bank  qarşısında  hazırki  Müqavilə  üzrə  təqdim  olunan  xidmətlər  üzrə  heç  bir 

öhdəliyi olmasın; 

1.4.3.

 

Bank  tərəfindən  -  Müştəri  hazırki  Müqavilə  üzrə  ona  təqdim  olunan  xidmətlərin  heç  birindən 



istifadə etmədiyi halda, sonuncunu 15 (on beş) gün qabaqcadan yazılı formada xəbərdar etmək 

şərti ilə; 

1.4.4.

 

Bank tərəfindən – Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda



1.4.5.

 

Bank tərəfindən - Müştəri vəfat etdikdə; 



1.5.

 

Bank tərəfindən – Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan 



digər  hallarda  və  ya  Bankın  komplayns  siyasətinin  tələblərinə  əsasən  daxili  qərar  əsasında 

birtərəfli qaydada; 




 

27 


ver. 1.0.6. date 03.07.17 

1.6.


 

Bank  tərəfindən  Müqavilənin  II.4.  bəndində  qeyd  olunan  halların  müəyyənləşdirilməsi  üçün 

Müştəri 15 (on beş) təqvim günü ərzində özünün mülkiyyət strukturunu təsdiq edən sənədlərin 

qüvvədə olmasını təsdiq edən məlumatları və ABŞ əlamətlərinin müəyyən olunmasına aid tələb 

olunan formaları və digər sənədləri (W8 və W9 formaları daxil) Banka təqdim etmədiyi təqdirdə 

birtərəfli qaydada . 

  

2.

 

Fors-major hallar 

Fors-major (daşqın, uçqun, sel, yanğın, yer sürüşməsi, silahlı iğtişaşlar və s.) hallarında tərəflər müqavilə 

şərtlərinin  tam  və  ya  qismən  yerinə  yetirilməməsinə  görə  bir-biri  qarşısında  heç  bir  maddi  və  digər 

məsuliyyət  daşımırlar.  Həmin  halların  mövcud  olduğu  müddət  ərzində  müqavilənin  icrası  mümkün 

olmadıqda onun icrası həmin müddətə dayandırılır. 

 

3.



 

Mübahisələrin həlli 

3.1.


 

Bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll 

edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan 

qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq məhkəmələri vasitəsilə 

həll ediləcəkdir. 

3.2.


 

Bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və 

digər normativ-hüquqi aktlar ilə tənzimlənir. 

 

4.

 

Müraciətlərə baxılması 

4.1.


 

Müştəri Banka öz müraciətlərini (şikayət, ərizə və təklif) yazılı və şifahi şəkildə edə bilər. 

4.2.

 

Yazılı müraciətlər Bankın internet səhifəsindən, elektron poçt və ya məktub vasitəsilə edilə bilər.  



4.3.

 

Bank xidmətləri üzrə müraciətlər aşağıda qeyd olunan rekvizitlər üzrə qəbul olunur: 



 

Müştərilərin şikayətlərinin araşdırılması funksiyasını həyata keçirən struktur bölmə 

qısa nömrə: *9123 

tel.: (+994 12) 496 50 00 

faks: (+994 12) 496 50 10 

e-poçt: customer.care@pashabank.az  

http://www.pashabank.az/customer_care/lang,az/ 

ünvan: Yusif Məmmədəliyev küç.13, Bakı, AZ1005, Azərbaycan  



 

5.

 

Yekun şərtlər 

5.1.


 

Bank Müştərinin hesabdakı pul vəsaitindən istifadə edilməsinə və/və ya onun hesabda olmasına 

görə Müştəriyə faiz ödəmir.  

5.2.


 

Tərəflər təsdiq edirlər ki, müvafiq xidmətin göstərilməsi üçün lazım olan bütün sənədlər müvafiq 

Ərizə forması ilə birlikdə Banka təqdim edilmişdir. 

5.3.


 

Müqavilədə xüsusi olaraq qeyd olunmuş hallar istisna olmaqla, bu Müqaviləyə bütün əlavələr və 

dəyişikliklər  Tərəflərin  qarşılıqlı  razılığına  əsasən  həyata  keçirilir  və  hər  iki  tərəfin  imza  və 

möhürü olan tərəfin möhürü ilə təsdiq edildikdən sonra qüvvəyə minir. 

5.4.

 

Bu Müqavilə üzrə nəzərdə tutulan xidmətlər çərçivəsində Müştəri Banka Azərbaycan manatından 



digər valyutada hər hansı bir faiz, komissiya və ya digər xidmət haqqı ödəməli olduğu təqdirdə: 

a.

 



Müştərinin hər-hansı yazılı göstərişi olmadığı müddətcə, onun müvafiq valyuta hesabında 

yetərli məbləğ olduğu təqdirdə həmin hesabdan akseptsiz qaydada tutulur; 

b.

 

 Müştərinin  müvafiq  valyuta  hesabında  yetərli  məbləğ  olmadığı  təqdirdə,  onun  manat 



hesabından  həmin  günə  Mərkəzi  Bankın  müvafiq  valyuta  üzrə  müəyyən  etdiyi  rəsmi 

məzənnə ilə tutulur;  




 

28 


ver. 1.0.6. date 03.07.17 

c.

 



Öhdəliyin yarandığı gün Müştərinin heç bir hesabında yetərli məbləğ olmadığı təqdirdə, 

vəsait  hesaba  daxil  olduqdan  sonra  ödəniş  VIII.5.4.a  və  ya  VIII.5.4.b  bəndlərində 

müəyyən olunan qaydada icra olunur.  

5.5.


 

Bu müqaviləyə edilən bütün əlavə və dəyişikliklər onun ayrılmaz tərkib hissəsini təşkil edir. 

5.6.

 

Hazırki Müqavilə hər tərəf üçün bir nüsxə olmaqla, iki eyni qüvvədə olan nüsxədə hazırlanmışdır. 



5.7.

 

Bank tərəfindən Müştəridən cinayət  yolu ilə əldə edilmiş pul vəsaitlərinin və  ya digər əmlakın 



leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmaların aşkar edilməsi 

və  qarşısının  alınması  məqsədilə  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  hesab  üzrə 

əməliyyatlara dair məhdudiyyətlər və ya xüsusi tələblər müəyyən edilə bilər. 

5.8.


 

Müştəri aşağıda imza etməklə bu Müqaviləni oxuduğunu, şərtlərini başa düşdüyünü təsdiq edir 

və bu şərtlərə razı  olduğunu bildirir. 

5.9.


 

Bu Müqavilənin hər hansı bir bəndinin etibarsız hesab edilməsi müqavilənin bütövlükdə etibarsız 

hesab edilməsinə səbəb olmur. 

 

 



 

 

 



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə