Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   2   3   4   5   6   7   8   9   ...   12

 

ver. 1.0.6. date 03.07.17 



2.3.2.

 

Hesabın açılması üçün Banka təqdim edilmiş sənədlərdəki məlumatlarda olan bütün dəyişikliklər 



haqqında Bankı 3 (üç) iş günü ərzində yazılı qaydada xəbərdar etmək. 

2.3.3.


 

Hesabın açılması üçün Banka təqdim olunan sənədlərdəki məlumatların dəqiqliyini təmin etmək. 

2.3.4.

 

Hesab kreditləşdiyi halda əməliyyatları müəyyən olunmuş limit həddində aparmaq.



 

2.3.5.


 

Bank tərəfindən Müqavilənin II.2.2.6. bəndinə uyğun olaraq əlavə sənədlər tələb edildikdə həmin 

sənədləri ona təqdim etmək. 

2.3.6.


 

Bank qarşısında hər hansı bir icra olunmamış öhdəliyi (kredit, ipoteka, girov və s.) yarandıqda, 

həmin borcun öz hesabından mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq vermək. 

2.4.

 

Müştərinin hüquqları: 

2.4.1.


 

Qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada hesabında olan pul vəsaitinə müstəqil 

olaraq sərəncam vermək. 

2.4.2.


 

Hesablaşma-kassa xidməti üzrə Banka tapşırıq vermək, məlumat istəmək, onun yerinə yetirdiyi 

tapşırıqlar üzrə hesabat tələb etmək. 

 

3.



 

Cari hesabın açılması və hesab üzrə əməliyyatların aparılması qaydaları 

3.1.


 

Hesabın açılması üçün Müştəri Banka qanunvericilik və bankdaxili qaydalarda nəzərdə tutulan 

sənədləri təqdim edir.  

3.2.


 

Sənədlər  Bank  qaydaları  ilə  müəyyənləşdirilmiş  şərtlərə  uyğun  olduqda  Bank  Müştəriyə  onun 

müraciətinə “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab 

açır. 


3.3.

 

Qanunla  müəyyən  edilmiş  hallar  istisna  olmaqla,  Müştərinin  hesabı  üzrə  sərəncam  vermək 



hüququ yalnız Banka təqdim edilmiş imza nümunəsi vərəqəsində qeyd edilmiş imza səlahiyyətinə 

malik olan şəxslərə məxsusdur. 

3.4.

 

Müştəri,  Banka  təqdim  etdiyi  tapşırıqlarda  düzəliş,  qeyri-dəqiq  və  ikimənalı  ifadələrə  yol 



verməməlidir. Belə halların baş verdiyi halda Bank həmin tapşırıqları icra etməməkdə haqlıdır. 

3.5.


 

Müştərinin hesabı üzrə əməliyyatlar onun həmin hesabda olan vəsait qalığı həddində aparılır. 

3.6.

 

Hesab  üzrə  minimum  qalıq  məbləği  (nəzərdə  tutulduğu  halda)  və  bütün  hesablaşma-kassa 



xidməti üzrə xidmət haqqı Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müəyyənləşdirilir. 

3.7.


 

Müştəri Banka təqdim etdiyi tapşırıqların qanunvericilik və bankdaxili qaydalara uyğun olmasına 

cavabdehdir.  Belə  uyğunsuzluğun  müəyyən  olunduğu  halların  nəticəsi  üçün  Bank  heç  bir 

məsuliyyət daşımır.  

3.8.

 

Müştərinin  tapşırıqlarının  yerinə  yetirilməsi  müqabilində  Bank  müvafiq  xidmət  haqqını 



Müştərinin hesabından silir. 

 

4.



 

Bank hesabı xidmətinin göstərilməsi ilə bağlı xüsusi şərt 

4.1.


 

Müştərinin  ABŞ  vətəndaşlığı  olduğu  təqdirdə,  həmçinin  Bankla  müqavilə  münasibətlərində 

olduğu  dövrdə  bu  hal  əmələ  gələrsə  bu  barədə  5  (beş)  iş  günü  ərzində  Banka  rəsmi  məlumat 

verməli və müvafiq sənədləri Banka təqdim etməlidir.

 Bu hal müəyyən olunarsa Müştəri ABŞ 

qanunvericiliyinin tələblərinə müvafiq olaraq ABŞ vergi rejiminin müvafiq subyekti hesab edilə 

bilər.  

4.2.


 

Müştəri ABŞ vergi rejiminin müvafiq subyekti hesab edilərsə, özünün hesabı və əməliyyatları 

barədə  bütün  məlumatların  Azərbaycan  Respublikası  Vergilər  Nazirliyi  vasitəsi  ilə  ABŞ-ın 

müvafiq  səlahiyyətli  orqanına  ötürülməsi,  həmçinin  ABŞ  qanunvericiliyinə  əsasən  hesabından 

müvafiq vergilərin tutulmasına tam razılıq verir. 

4.3.


 

Yuxarıda qeyd olunan hal müəyyən olunarsa, Müştəri Bankın yalnız agent funksiyası daşıdığını 

dərk edir və öz hesabından ABŞ-ın səlahiyyətli orqanlarına müvafiq vergilərin ödənilməsi üçün 

tutulan məbləğlərə və ötürülən məlumatlara dair Banka qarşı heç bir etiraz irəli sürmür. 



 

5.

 

Tərəflərin məsuliyyəti 


 

ver. 1.0.6. date 03.07.17 



5.1.

 

Müştəri bununla bəyan edir ki, Hesab(lar)dan kommersiya məqsədi ilə istifadə etməyəcək və belə 



hal baş verərsə yaranacaq vergi məsuliyyətindən xəbərdardır. 

5.2.


 

Bankın  xidmətlərinin  ödənilməsindən  imtina  etdikdə,  yaxud  Bankın  xidmətlərini  vaxtında 

ödəmədikdə Müştəri Banka hər ötən gün üçün cərimə ödəyir. 

5.3.


 

Müqavilənin II.5.1. və II.5.2. bəndlərində qeyd olunan cərimə faizlərinin miqdarı pul öhdəliyinin 

və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bankın təyin etdiyi uçot dərəcəsi 

ilə müəyyənləşdirilir. 

5.4.

 

Bank  Müştəriyə  xidmət  edərkən  (ödəniş  tapşırıqlarının  icrası  və  s.  əməliyyatlar  zamanı),  öz 



müxbir banklarının və ya digər üçüncü tərəflərin həmin ödənişin icrasını gecikdirilməsi və ya 

digər səbəblərdən məbləğlərin dondurulması üçün Müştəri qarşısında heç bir məsuliyyət daşımır. 

5.5.

 

Müştərinin  təqdim  etdiyi  əlaqə  vasitələri  (mobil  nömrə,  e-mail,  faks,  ünvan)  müvafiq  ərizə 



formalarında  düzgün  qeyd  edilməmişdirsə,  və  ya  dəyişikliklər  barədə  Banka  yazılı  məlumat 

verilməmişdirsə, bu zaman Bank, Hesab üzrə göstərilən xidmətlərlə və ya ondakı dəyişikliklərlə 

bağlı məlumatın vaxtında Müştəriyə çatdırılmamasına görə heç bir məsuliyyət daşımır.

 

5.6.



 

Müştəri,  Bank  hesabından  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 

leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məqsədlər üçün istifadə etməmək 

öhdəliyini öz üzərinə götürür və qanunvericilikdə nəzərdə tutulan müvafiq məsuliyyət daşıyır. 

5.7.

 

Bank,  tərəfindən  cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 



leqallaşdırılması  və  terrorçuluğun  maliyyələşdirilməsi  ilə  bağlı  halların  qarşısının  alınması 

məqsədilə Müştəridən heç bir izah verilmədən və hər hansı bir bank əməliyyatını icra etmədən 

əlavə sənədlər və məlumatlar tələb edə bilər. 

 

6.



 

İnternet bank xidməti 

6.1.


 

Müştərinin müraciətinə əsasən Bank, Müştərinin “İnternet Bank xidmətlərinin göstərilməsi üçün 

ərizə”sində qeyd olunmuş hesab(lar)ı üzrə (bu bənd çərçivəsində Hesab adlandırılacaq) İnternet 

bank  xidmətini  (bu  bənd  çərçivəsində  Xidmət  adlandırılacaq)  göstərir.  İnternet  bank  xidməti 

çərçivəsində,  Bank  Müştəriyə  İnternet  bank  sistemində  mövcud  olan  bank  əməliyyatlarından 

istifadə etmək imkanı yaradır. 

6.2.

 

Xidmət Müştəriyə qlobal İnternet şəbəkəsi vasitəsilə təqdim olunur. 



6.3.

 

Müştəri  Bank  tərəfindən  ona  təqdim  olunmuş  istifadəçi  adı,  PIN  kod  və  parollar  vasitəsi  ilə 



(bundan sonra Kodlar) öz Hesabına çıxış əldə edir və Bank Müştəri tərəfindən bu Hesab üzrə 

təqdim olunan tapşırıqlar əsasında Xidmət çərçivəsində bütün əməliyyatları həyata keçirir. 

6.4.

 

Müştəri  bəyan  və  təsdiq  edir  ki,  onun  Xidmət  vasitəsi  ilə  Banka  təqdim  etdiyi  Hesab  üzrə 



əməliyyat tapşırıqları onun öz təşəbbüsü ilə və özü tərəfindən verilmiş hesab olunacaq, həmçinin 

də  Azərbaycan  Respublikasının  normativ  hüquqi  aktlarına  uyğun  şəkildə  çap  versiyasında 

hazırlanmış tapşırıqlara bərabər tutulacaq. 

6.5.


 

Müştərinin Xidmət  vasitəsi  ilə əldə etdiyi  Hesabdan çıxarış onun  yazılı  sorğusuna  əsasən çap 

versiyasında  hazırlanmış  Hesabdan  çıxarışa  bərabər  tutulacaq.  Xidmətin  göstərilməsi  zamanı 

tapşırıqların icrası üzrə yaranacaq istənilən mübahisələrdə bu çıxarışlar Müştəri tərəfindən verilən 

tapşırıqların Bank tərəfindən icra olunduğunu təsdiqləyən sənəd kimi çıxış edəcəklər. 

 

6.6.



 

Müştəri aşağıdakıları öz öhdəsinə götürür: 

6.6.1.


 

Bank tərəfindən ona təqdim olunmuş kodların məxfiliyini təmin etmək və onları üçüncü tərəfə 

açıqlamamaq. 

6.6.2.


 

Xidmətdən istifadə üçün Bankın https://ib.pashabank.az internet səhifəsinə daxil olmaq. 

6.6.3.

 

Xidmətə ilkin qoşulma (giriş) zamanı PIN kodu dəyişmək. 



6.6.4.

 

Kodlar itirildiyi (və ya oğurlandığı) zaman dərhal bu barədə Bankı şifahi olaraq telefon vasitəsilə 



(Müştərinin identifikasiyası üçün zəruri olan məlumatları təqdim edərək), və ya Bankın Əlaqə 

Mərkəzinin  əməkdaşlarına  müraciət  edərək  məlumatlandırmaq  və  Xidmətdən  istifadəni 

bloklaşdırmağı  tələb  etmək.  Şifahi  müraciətdən  sonrakı  3  (üç)  iş  günü  ərzində  Müştəri  bu 



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə