Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   2   3   4   5   6   7   8   9   ...   12

 

ver. 1.0.6. date 03.07.17 



2.2.6.

 

Əmanətin  müqavilə  ilə  müəyyən  olunan  şərtlərlə  və  qaydada  Müştəriyə  qaytarılmasını  təmin 



etmək; 

2.2.7.


 

Əmanətçinin müraciəti əsasında ona müvafiq Əmanət növü üzrə nəzərdə tutulan əlavə imtiyazları 

təqdim etmək; 

2.2.8.


 

Müqavilə  ilə  üzərinə  götürdüyü  vəzifələrin  vaxtında  və  lazımi  qaydada  icra  etmək  və  onların 

pozulmasına yol verməmək. 

2.3.

 

Müştərinin hüquqları: 

2.3.1.


 

Mövcud  qanunvericilikdə  nəzərdə  tutulduğu  kimi,  etibarnamə  əsasında  öz  əmanəti  üzrə 

hüquqlarını başqa şəxsə həvalə etmək; 

2.3.2.


 

Müvafiq Əmanət növü üzrə nəzərdə tutulan əlavə imtiyazlardan yararlanmaq; 

2.3.3.

 

 Bu Müqavilənin III.2.2. bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra 



edilməsini və onların pozulmasına yol verilməməsini Bankdan tələb etmək. 

2.4.

 

Müştərinin vəzifələri: 

2.4.1.


 

Qanunvericiliyin və Bankın daxili qaydaları ilə müəyyən olunan sənədlərin təqdim olunmasını 

və “Depozitlərin yerləşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunan məbləğin Banka nağd 

və ya köçürmə yolu ilə verilməsini təmin etmək

2.4.2.

 

Adı, soyadı və atasının adı, 



qeydiyyat ünvanı və/və ya rekvizitlərində dəyişikliklər olduqda Bankı 

bu barədə 3 (üç) iş günü ərzində yazılı qaydada məlumatlandırmaq, müvafiq təsdiqedici sənədləri 

təqdim etmək və zərurət olduqda

 əmanət hesabını yenidən rəsmiləşdirmək

2.4.3.


 

Müqavilə  ilə  üzərinə  götürdüyü  vəzifələri  vaxtında  və  lazımi  qaydada  icra  etmək  və  onların 

pozulmasına yol verməmək. 

 

3.



 

Əmanət üzrə faizlər  

3.1.Bu müqaviləyə əsasən Bank qəbul etdiyi əmanət üçün Müştəriyə “Depozitlərin yerləşdirilməsi 

üçün ərizə” formasında göstərilən illik faizi ödəyir.  



3.2.Faizlər bir il ərzində (360 gün hesabı ilə) Əmanət məbləğinin əmanət hesabına

 

daxil olduğu gün 



istisna olmaqla hər gün hesablanır. 

3.3.Əmanət  məbləğinə  faizlər  bu  məbləğin  Banka  daxil  olduğu  günün  ertəsi  günündən  məbləğin 

Müştəriyə qaytarılmasından və ya başqa əsaslarla əmanətin Müştərinin hesabından silinməsindən 

əvvəlki günədək hesablanır və “Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında göstərilən 

tarixdə Müştərinin cari hesabına (və ya kart hesabına) köçürülür. 



3.4.Əmanətin müddətinin bitməsi qeyri iş gününə təsadüf edərsə, Əmanət və ona hesablanmış faizlər 

Müştəriyə növbəti iş günündə qaytarılır (müvafiq hesaba köçürülür) və bu müddət üçün Əmanət 

məbləğinə heç bir faiz hesablanmır. 

3.5.Əmanət  üzrə  faizlər  qanunvericilikdə  müəyyən  olunan  qaydada  vergiyə  cəlb  edildikdən  sonra 

Müştəriyə ödənilir və bu ödəniş şərti pul məbləğinin depozitdə olduğu müddət ərzində dəyişdirilə 

bilməz. 

3.6.Yığım  əmanəti  növündə  - 

Əmanətin  qüvvədə  olduğu  müddət  ərzində 

“Depozitlərin 

yerləşdirilməsi üçün ərizə” formasında

 qeyd olunan Əmanət məbləği Müştəri tərəfindən artırıla 

bilər. Artırılan məbləğə ilkin məbləğlə eyni faiz dərəcəsi tətbiq edilir. 

 

3.7.Bank bu Müqavilə üzrə faizləri birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Bank faizlərin 

miqdarını  birtərəfli  qaydada  dəyişdikdə  1  (ay)  qabaqcadan  Müştəriyə  yazılı  məlumat  verir. 

Müştəriyə məlumat verilənədək qoyulmuş əmanətlərə yeni faizlər tətbiq olunmur. Yeni faizlər 

yalnız Müştəriyə məlumat verildikdən sonra Əmanət müddəti yeniləndiyi və ya uzadıldığı halda 

tətbiq olunmağa başlayır. Yazılı məlumata məktub, elektron əlaqə vasitəsi (e-mail) və ya SMS 

məlumatlandırma aiddir. 



3.8.Bankın  fəaliyyəti  ilə  bağlı  əmanətlər  üzrə  faizlər  dəyişdirildikdə,  yeni  faiz  dərəcələri  III.3.8. 

bəndində göstərilən haldan başqa, III.4.4. bəndinə uyğun olaraq əmanətin qalığına yeni müqavilə 

bağlandıqda tətbiq edilir.  



 

10 


ver. 1.0.6. date 03.07.17 

3.9.Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, əmanətlər üzrə ödənilən faizlərdən, 

nəzərdə  tutulduğu  halda,    ödəmə  mənbəyində  gəlir  vergisi  tutularaq  müvafiq  vergi  orqanına 

köçürülür. 

 

4.



 

Əmanətin və hesablanmış faizlərin qaytarılması  

4.1.


 

Bank,  Müştərinin  ilk  tələbi  ilə  Əmanət  məbləğinin  ən  azı  dörddə  bir  hissəsini  dərhal,  qalan 

hissəsini isə 

ən geci beş bank iş günü müddətində 

ona geri qaytarmalıdır.  

4.2.


 

Müştəri “Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında göstərilən müddət sona çatanadək 

əmanət məbləğini və ya onun bir hissəsini geri götürə bilər. Bu zaman əmanətin növündən asılı 

olaraq fərqli hesablamalar aparılır. 

4.2.1.

 

Əmanətçi, 



Müddətli  və  Yığım  əmanət  növləri  üzrə 

müqavilənin  müddəti  sona  çatanadək,

 

Azərbaycan manatı istisna olmaqla, 



ABŞ Dolları

, Avro və ya digər valyutada əmanət qoyduğu 

pul məbləğini və ya onun bir hissəsini geri götürdükdə, geri götürülən əmanət məbləğinə heç bir 

faiz hesablanmır.

 

4.2.2.


 

Müddətli əmanət növü üzrə 

-  Müştəri, əmanətin müddəti sona çatanadək Azərbaycan manatında 

olan əmanət qoyduğu pul məbləğini və ya onun bir hissəsini geri götürdükdə əmanət üzrə faizlər 

Müqavilənin 

III.


4.2.4. bəndi ilə müəyyən olunan qaydada yenidən hesablanır. 

 

4.2.3.



 

Yığım  əmanəti  növü  üzrə 

-    Müştərinin  geri  istədiyi  Azərbaycan  manatında  olan  məbləğin 

ödənilməsi  nəticəsində  depozitin  ilkin  məbləği  azalarsa,  bu  xidmətə  xitam  verilir  və  faizlər 

yenidən hesablanır.

 

4.2.4.



 

Müddətli əmanət və Yığım əmanəti növü üzrə faizlərin yenidən hesablanması aşağıdakı qaydada 

həyata keçirilir:  

 



Əmanət məbləğinin Banka yerləşdirildiyi faktiki günlərin sayı (bundan sonra Faktiki yerləşdirmə 

müddəti) müəyyən olunur. 

 

Faktiki  yerləşdirmə  müddəti  Bankın 



180  (yüz  səksən)  gün

    müddətindən  az  olduğu  təqdirdə 

Əmanət məbləğinə heç bir faiz hesablanmır. 

 



Faktiki yerləşdirmə müddəti 

180 (yüz səksən) gün və ya daha çox

 olduqda isə, Əmanət

 məbləğinə 

“Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında

 qeyd olunan 

 faiz dərəcəsi tətbiq olunur.  

 



Əmanət  məbləği  üzrə  faizlər  tətbiq  olunan  faiz  dərəcəsi  ilə  faktiki  yerləşdirmə  dövrünə  görə 

hesablanır (əmanətin daxil olduğu gün və qaytarıldığı gün qeyri-iş gününə təsadüf etdiyi hallar 

istisna olmaqla). 

 



Bundan sonra yenidən hesablanmış faizlər Müqavilənin III.4.1. bəndinə uyğun olaraq Müştəriyə 

geri qaytarılır. 

4.3.

 

Müştəri “Depozitlərin yerləşdirilməsi üçün ərizə” formasında göstərilən müddət sona çatanadək 



Əmanət  məbləğinin  bir  hissəsini  geri  götürdükdə,  Müştəri  “Depozitlərin  yerləşdirilməsi  üçün 

ərizə” ni yenidən təqdim etməklə qalan pul məbləğini Bankda yeni əmanət kimi yerləşdirə bilər. 

4.4.

 

Əmanətin  qaytarılması  Bankın  bütün  aktivləri  ilə  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  başqa 



üsullarla təmin edilir. 

4.5.


 

Depozit xidmətinə xitam verilməsi müvafiq depozit hesabının bağlanması üçün əsasdır.

 

4.6.


 

Əmanət hesabı üzrə bütün əməliyyatlar müştərinin cari hesabı vasitəsilə aparılır. 

4.7.

 

“Depozitlərin  yerləşdirilməsi üçün ərizə” formasında göstərilən Əmanət  müddətinin bitməsinə 



bir həftə qalmış Müştəri əmanətin qaytarılması üçün Banka müraciət etməzsə və ya Bank əmanət 

müddətinin  uzadılmaması  barədə  Müştəriyə  yazılı  bildiriş  göndərməzsə,  Əmanət  Müqavilənin 

III.3.8. bəndində qeyd olunan hal nəzərə alınmaqla, eyni müddətə yenidən yerləşdirilmiş sayılır. 

Bu zaman Müştərinin  yenidən “Depozitlərin  yerləşdirilməsi üçün ərizə”  formasını imzalaması 

tələb olunmur. 

4.8.


 

Əmanət  müddətinin  uzadılmasına  razı  olmadıqda,  Bank  Əmanət  məbləğini  Müştərinin  cari 

hesabına köçürür və həmin müddətdən sonrakı dövr üçün Əmanət məbləğinə faiz hesablamır və 

məbləğin geri qaytarılması barədə Müştəriyə yazılı bildiriş göndərir.  



 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə