Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə6/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   2   3   4   5   6   7   8   9   ...   12

 

11 


ver. 1.0.6. date 03.07.17 

5.

 

Əmanətlərin Sığortalanması Fondu, Bank və Müştəri 

5.1.


 

Bank  04  dekabr  2007-ci  il  tarixindən  Əmanətlərin  Sığortalanması  Fondunun  (bundan  sonra  – 

“Fond”)  iştirakçısı  olaraq  (37  saylı  Şəhadətnamə)  Fonda  sığorta  haqqı  ödəyir  (bu  haqq 

Əmanətçidən tutulmur). 

5.2.

 

Bank tərəfindən Müştəridən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən 



sığortalanır. 

5.3.


 

Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Müştəri qarşısında 

əmanət üzrə öhdəlikdərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi 

barədə  məhkəmə  qərarının  qüvvəyə  minməsi  və  Bankın  Müştəri  qarşısında  öz  öhdəliklərini 

yerinə  yetirə  bilməməsi  faktının  Azərbaycan  Respublikası  Mərkəzi  Bankı  tərəfindən  təsdiq 

edilməsidir. 

5.4.

 

Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitələrində Müştəriyə 



kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir: 

a) AzTV; b) İctimai TV; c) Azərbaycan qəzeti; d) Respublika qəzeti; e) Xalq qəzeti; f) 

AzərTAC informasiya agentliyi və g) APA informasiya agentliyi. 

5.5.


 

Fonddan kompensasiya almaq üçün Müştəri kütləvi informasiya vasitələrində göstərilən yerə 

yazılı ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 

a) Şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiqləyən digər sənəd;  

b) Əmanət kitabçası və ya əmanəti təsdiqləyən digər sənəd;  

c) Bank əmanəti müqaviləsi.  

5.6.

 

Ərizənin  verildiyi  tarixdən  etibarən  90  (doxsan)  gün  müddətində  Fond  tərəfindən  Müştəriyə 



kompensasiya  ödənilməlidir.  Fond  əmanətçilərin  ərizələrini  kompensasiya  ödənişi  haqqında 

bildirişin  ilk  dəfə  dərc  edildiyi  gündən  başlayaraq  bir  il  ərzində  qəbul  edir.  Müştərinin 

kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc 

etdiyi gündən 5 (beş) il müddətində saxlanılır. 

5.7.

 

Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:  



a) bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb 

olunmuş əmanətlər; 

b) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və 

terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində qanunvericiliyə 

müvafiq qaydada müəyyən edilmiş əmanətlər; 

c) cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər

d) üzərinə həbs qoyulmuş əmanətlər; 

e) Cəlb edildiyi günə “Əmanətlərin sığortalanması haqqında” AR Qanununun 8.1.20-ci 

maddəsində göstərilən qaydada əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddindən 

yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər; 

f) fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri

g) fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;. 

5.8.

 

Fond  sığorta  hadisəsi  baş  verdikdə  Müştəriyə  “Əmanətlərin  sığortalanması  haqqında”  və 



“Əmanətlərin tam sığortalanması haqqında” AR Qanunlarının tələblərinə kompensasiya ödəyir. 

5.9.


 

Fond kompensasiyanı  milli valyutada olan  əmanət  üzrə manatla, ABŞ dollarında olan  əmanət 

üzrə ABŞ dollarında, AVRO-da olan əmanət üzrə isə AVRO-da Müştəriyə ödəyir. Əmanət ABŞ 

dolları və ya AVRO-da olmadıqda kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş 

verdiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq valyutalar üzrə müəyyən etdiyi 

rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Fond əmanət 

üzrə faizləri sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə Müştəriyə ödəyir.  

5.10.


 

Müştərinin Bankda bir neçə əmanəti yaxud həmin əmanətlər müxtəlif valyutalarda olduğu zaman, 

Fond həmin əmanətləri toplayır və bir əmanət kimi kompensasiya olunur. Müştərinin Fondun hər 

hansı digər iştirakçı bankında olan əmanətinə isə ayrıca əmanət kimi baxılır və kompensasiya 

ödənilir.  



 

12 


ver. 1.0.6. date 03.07.17 

5.11.


 

Bank Müştərinin yazılı və ya şifahi sorğularına cavab olaraq, Bankın sığorta sistemində iştirakı, 

qorunan əmanətlər və kompensasiyalar barədə Müştəriyə məlumat verir.  

5.12.


 

Müştəri aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla 

əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40 ; əlaqə tel: (99412) 596 65 91, 

596 65 92, 596 65 93; Faks: (99412) 596 65 94; e-mail: adif@adif.az; sayt: 

www.adif.az

.

 

5.13.

 

Müqavilənin  qüvvədə  olduğu müddət  ərzində  “Əmanətlərin tam sığortalanması haqqında” AR 



Qanuna  və  ya  müvafiq  qanunvericilik  aktlarına  dəyişikliklər  edildiyi  təqdirdə,  həmin  aktların 

məcburi tələbləri bu Müqavilə üzrə Tərəflər arasında yaranmış münasibətlərə də şamil olunur. 

 

 

IV.



 

KREDİT (MALİYYƏLƏŞDİRMƏ)  

 

1.

 

Kredit barədə məlumat 

1.1.


 

Bank “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər 

əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik kredit və ya kredit xətti və s. kimi 

öhdəliklər)  üçün  (bundan  sonra  xüsusi  növə  istinad  edilmədiyi  halda,  ümumi  olaraq  “Kredit” 

adlandırılacaq)  Müştəriyə  “Fərdi  müştərilərin  Maliyyələşdirilməsi  üçün  ərizə”  formasında 

göstərilən şərtlərlə Kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası, istifadə 

və qüvvədə olma müddət, cərimə, məqsəd, Müştəriyə verilməsi qaydası və bu kimi şərtlər  “Fərdi 

müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” forması ilə müəyyən olunacaq və bu Müqaviləyə 

əlavə ediləcək.  

1.2.


 

Kreditdən yalnız müvafiq “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən məqsədlər üçün 

istifadə ediləcək. 

1.3.


 

“Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasına əsasən Müştəriyə  Kredit limiti  

ayrıldığı təqdirdə, o həmin Kredit limitindən 6 (altı) ay ərzində istifadə etmədiyi təqdirdə Kredit 

limitinin maksimal həddinə Bank tərəfindən yenidən baxılır. 

1.4.

 

Bu  Müqavilə  Bankın  Müştəriyə  Kredit  vermək  vədini  ifadə  etmir.  “Fərdi  müştərilərin 



Maliyyələşdirilməsi üçün  ərizə” formasında göstərilən məbləğ çərçivəsində  Müştərinin  hər bir 

Kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında 

müvafiq Kreditin şərtləri göstərilən “Maliyyələşmə üçün ərizə” imzalanır. 

1.5.


 

Müvafiq  Kredit  növü  üzrə  bu  Müqavilədə  qeyd  olunmayan  hər-hansı  xüsusi  şərtlər  və  hallar 

“Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında öz əksini tapır. 

Kreditlə  bağlı  hər  hansı  bir  tələb,  bildiriş,  xəbərdarlıq  və  s.  sənədlər  Müştərinin  müvafiq  ünvanına 

yazılı şəkildə bildirişli məktub ilə göndərildikdə və ya ona şəxsən təqdim edildikdə ona çatdırılmış hesab 

olunur.  

 

2.



 

Kreditlə bağlı tərəflərin hüquq və vəzifələri 

2.1.


 

Bankın hüquqları: 

2.1.1.


 

Müştərinin Kredit verilməsi üçün təqdim etdiyi sənədlər ona təqdim olunan sənədlər siyahısı, AR 

Mərkəzi  Bankının  və  Maliyyə  bazarlarına  nəzarət  orqanının  normativ  xarakterli  aktları  ilə 

müəyyən  olunan  tələblərə  uyğun  olmadıqda,  həmçinin    Müştərinin  əmlak  və/və  ya  maliyyə 

vəziyyəti  əhəmiyyətli  dərəcədə  pisləşdikdə  və  bu  pisləşmə  Kreditin  qaytarılmasını  real  olaraq 

təhlükə qarşısında qoyduqda Kreditin hamısını və ya bir hissəsini verməkdən imtina etmək; 

2.1.2.

 

Müqavilənin  III.2.4.  bəndi  ilə  üzərinə  götürdüyü  öhdəliklərin  vaxtında  və  lazımınca  icra 



edilməsini və onların pozulmasına yol verilməməsini Müştəridən tələb etmək

2.1.3.


 

Müştəri  Müqavilə  əsasında  əmələ  gəlmiş  pul  öhdəliklərini  icra  etmədiyi  halda  onun  Bankda 

açılmış hesablarından bu pul öhdəliyini Müqavilənin IV.3.8. bəndinə uyğun ardıcıllıqla akseptsiz 

qaydada silmək; 

2.1.4.

 

Müştəri  Müqavilə  şərtlərinə  uyğun  olaraq,  yaranmış  pul  öhdəliklərini  icra  etmədikdə  və  ya 



lazımınca  icra  etmədikdə,  həmçinin,  Müqavilənin  şərtlərinə  uyğun  olaraq  Kreditin  müddəti 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə