Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix23.09.2018
ölçüsü1,22 Mb.
#70324
1   ...   4   5   6   7   8   9   10   11   12

 

15 


ver. 1.0.6. date 03.07.17 

göstərilmiş  bütün  faiz,  komissiya  haqları,  yaxud    digər  ödəniş  məbləğlərinə  heç  bir  mənbədə 

tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. 

3.12.


 

Birdəfəlik kredit üzrə, “Fərdi müştərilərin Maliyyələşdirilməsi üçün ərizə” formasında göstərilən 

ödəniş  tarixdən  sonra  7  (yeddi)  gün    ərzində  ödəniş  olmadığı  təqdirdə,  Müştəri  müvafiq  ərizə 

formasında müəyyənləşdirilən faiz həcmində gündəlik hesablanan cərimə ödəyir.  

3.13.

 

Birdəfəlik kredit üzrə, Müştəri tərəfindən Banka Kreditin əsas məbləği və ona hesablanmış faizlər 



üzrə aylıq ödəniş hər əmək haqqının köçürüldüyü gün əməkhaqqı hesabından avtomatik olaraq 

silinməsi  yolu ilə həyata keçirilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata 

keçirilir 

3.14.


 

Azərbaycan  manatının

,  Müqavilə  imzalandığı  günə  olan  Azərbaycan  Mərkəzi  Bankının 

məzənnəsinə  nisbətən, ABŞ dollarına qarşı məzənnəsinin hər 10% (on) faiz həcminədək aşağı 

düşməsi halında birtərəfli qaydada Kredit üzrə faiz dərəcəsi 2% (iki) faizədək artırılır

 



4.

 

Kreditin təminatı 

4.1.


 

Bu müqavilənin şərtlərinə əsasən Kredit təminatla və ya təminatsız verilə bilər. Kredit təminatla 

verilərkən  “Fərdi  müştərilərin  Maliyyələşdirilməsi  üçün  ərizə”  formasında  göstərilən  təminat 

predmeti ilə təmin olunur. 

4.2.

 

Təminatı müəyyənləşdirən sənəd bu Müqaviləyə əlavə kimi qəbul edilir və onun ayrılmaz hissəsi 



hesab edilir. 

4.3.


 

Qiymətləndirmə  keçirildiyi  təqdirdə,  Müştəri  “Əmlakın  qiymətləndirilməsi  xidməti”  formasını 

dolduraraq Banka təqdim edir.  

4.4.


 

Qiymətləndirmə üzrə yaranan xərclər Müştəri tərəfindən ödənilir. 

4.5.

 

Müqavilənin  IV.2.1.9.  bəndində  qeyd  olunan  hal  baş  verdikdə,  yenidən  qiymətləndirmə  üzrə 



yaranmış xərclər Müştəri tərəfindən ödənilir və ya hesabından akseptsiz qaydada tutulur.

 

 



5.

 

Kreditin müddəti, vaxtından əvvəl geri qaytarılması 

5.1.


 

Bu Müqavilə əsasında verilmiş Kredit üzrə 1 (bir) il 360 (üç yüz altmış), 1 (bir) ay isə 30 (otuz) 

təqvim günü kimi hesablanır. 

5.2.


 

Bu  Müqavilə  çərçivəsində  Bank  aşağıdakı  hallarda  Müştəriyə  verilən  Krediti  vaxtından  əvvəl 

ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər: 

5.2.1.


 

Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə

5.2.2.

 

Kreditdən  “Fərdi  müştərilərin  Maliyyələşdirilməsi  üçün  ərizə”  forması  ilə  müəyyən  olunan 



məqsədlər üçün istifadə edilmədikdə

5.2.3.


 

Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda; 

5.2.4.

 

Müqavilənin IV.2.4. bəndində göstərilən şərtlər Müştəri tərəfindən pozulduqda



5.2.5.

 

Qanunvericiliklə və bu Müqavilə ilə nəzərdə tutulan digər hallarda. 



 

 

 



 

V.

 

ÖDƏNİŞ KARTI  

1.

 

Ödəniş kartı barədə məlumat 

1.1.


 

Bank, Müştərinin müraciəti əsasında ona müxtəlif ödəniş kartları təqdim edə bilər. Bu kartlara 

Debet kartı, Depozitlə təmin edilmiş Kredit kartı  və digər kartlar aiddir.  

1.2.


 

Debet kartının şərtlərinə uyğun olaraq, Bank, əmək haqlarının nağdsız qaydada ödənilməsi üçün 

xüsusi kart hesabları açmağı və hesablardakı pul vəsaitinin ATM və POS terminalları vasitəsilə 

hesabdan çıxarmaq və ödənişlər etmək üçün “Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün 

ərizə” formasında göstərilən növdə və valyutada Debet kartını Müştəriyə verməyi, Müştəri isə bu 

xidmət  üzrə  nəzərdə  tutulan  haqları  Banka  ödəməyi  öhdəsinə  götürür. 

Debet  kart  növü  üzrə 

Müştəriyə overdraft da açıla bilər.

 



 

16 


ver. 1.0.6. date 03.07.17 

1.3.


 

Kredit kartı Müştəriyə Bank tərəfindən təyin olunmuş kredit xətti çərçivəsində vəsaiti xərcləmək 

imkanı verir. Kredit kartları ATM və POS terminalları vasitəsilə hesabdan çıxarmaq və ödənişlər 

etmək üçün  istifadə  edilir.  Kredit xəttinin bütün əsas  şərtləri “Ödəniş  kartları üzrə xidmətlərin 

göstərilməsi üçün ərizə”sində

 qeyd olunur.

 

1.4.


 

Bu  xidmət  çərçivəsində  V.1.1.-V.1.3.  bəndlərində  qeyd  olunan  kartlar  xüsusi  istisna  olmadığı 

halda ümumilikdə Kart adlandırılacaq. 

1.5.


 

Bank tərəfindən Kartların  istifadəsi barədə məlumat Müştəriyə ayrılıqda təqdim olunur. 

 

 

2.



 

Karta dair ümumi şərtlər 

2.1.


 

Bank tərəfindən buraxılmış Kart Bankın xüsusi mülkiyyətidir. 

2.2.

 

Kart üzrə əməliyyatlar, həmçinin digər xidmətlər üçün komissiyalar və haqlar Bankın qüvvədə 



olan müvafiq tariflərinə əsasən  tutulur. 

2.3.


 

Bankın  özünün və  digər bankların  quraşdırdığı  ATM-lərdən nağd pul  vəsaitinin  çıxarılmasına 

görə Bankın qüvvədə olan daxili tarifləri ilə müəyyən olunduğu halda xidmət haqqı tutulacaqdır. 

Depozitlə  təmin  edilmiş  Kredit

  kartından  istifadə  zamanı,  çıxarılan  vəsait  kredit  xəttinin 

valyutasından  fərqli  valyutada  olarsa,  əməliyyat  Bankın  həmin  tarixə  müəyyən  etdiyi 

məzənnəsinə uyğun həyata keçirilir.

 

2.4.



 

Müştəriyə  telefon  vasitəsilə  Kartla  bağlı  xidmət  göstərilməsi  üçün  Müştəri  tərəfindən  Banka 

müvafiq şifrə (bundan sonra “Şifrə” adlanacaq) təqdim olunur. 

2.5.


 

Kart itirildikdə Müştəriyə onun yazılı müraciəti əsasında Bankın qüvvədə olan daxili tarifləri ilə 

müəyyən olunan xidmət haqqını ödəməklə yeni Kart verilir. 

2.6.


 

Kartın PİN kodu Müştəri tərəfindən 3 (üç) dəfə düzgün yığılmadıqda Kart bloklaşdırılır. Müştəri 

Bankla  telefon  vasitəsi  ilə  əlaqə  saxlayaraq  identifikasiya  prosesini  uğurla  keçməklə  və  ya  öz 

şəxsiyyətini təsdiq edən sənədlə Banka müraciət etməklə Kartın 

PİN kodunu bərpa  

edə bilər.  

2.7.

 

Müştəri  Kartın  PIN  kodunu  tamamilə  unutduğu  halda,  Kartın  dəyişdirilməsi  barədə  ərizəni 



doldurur və Bankın qüvvədə olan daxili tarifləri ilə müəyyən olunan xidmət haqqını ödədikdən 

sonra ona təzə kart və təzə PIN kod verilir. Bu zaman yeni Kartın etibarlılıq müddəti əvvəlki ilə 

eyni qalır.  

2.8.


 

Kart üzrə  əməliyyat  hər-hansı  səbəbdən dayandırıldıqda (Kartın  müddəti  uzadılmadıqda və s.) 

hesabdakı  qalıq  Müştəriyə  verilir  və  ya  ən  geci  yeddi  təqvim  günü  ərzində  başqa  hesaba 

köçürülür.  Kart  üzrə  əməliyyatlar  dayandırıldıqdan  sonrakı  30  (otuz)  təqvim  günü  ərzində 

Müştəri Banka heç bir göstəriş vermədiyi, və ya iradəsini hər-hansı formada bildirmədiyi halda, 

hesabın  qalığı  Bankda  mövcud  olan  “Bağlanmış  müştəri  hesabları”  adlı  hesaba  köçürülür  və 

Müştəriyə bu barədə yazılı məlumat verilərək hesab bağlanır. 

2.9.


 

Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa 

keçməsi  halı  baş  verərsə,  bu  zaman,  bu  növdən olan  kart  üzrə  Bankın  mövcud  cərimə  faizləri 

tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş 

verdiyi gündən hesablanmağa başlayır. 

2.10.


 

Kartın  Müştərinin  faktiki  sahibliyində  olub-olmamasından  asılı  olmayaraq,  Kart  ilə  aparılan 

bütün əməliyyatların nəticələrinə görə Müştəri məsuliyyət daşıyır. 

2.11.


 

Bank Müştəri tərəfindən İnternetdə kart vasitəsilə ilə aparılan ödənişlərə görə Müştəri qarşısında 

heç bir məsuliyyət daşımır. 

2.12.


 

Kart  üzrə  hər-hansı  faiz  və  ya  nəzərdə  tutulan  komissiyalar  Kartın  hesab  valyutasında 

hesablanaraq tutulur. Kart çoxvalyutalı olduğu təqdirdə, müvafiq komissiya məbləği Kartın əsas 

hesabının valyutasında və ödəniş gününə Mərkəzi Bankın (və ya MasterCard/Visa-nın)  müəyyən 

etdiyi rəsmi məzənnə ilə tutulur.  

2.13.


 

Mobil  bankçılıq  xidməti  çərçivəsində  əməliyyatlar  Azərbaycan  manatından  başqa  digər 

valyutada həyata keçirildikdə, Müştəriyə SMS məlumatlandırma vasitəsi ilə bildirilən balansda 

konvertasiya məzənnəsi nəzərdə tutulmur. Konvertasiya məzənnəsinin də əks olunduğu balans 3 

(üç) iş gün ərzində Müştərinin hesabında öz əksini tapır. 



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə