Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 0,69 Mb.

səhifə1/25
tarix31.08.2018
ölçüsü0,69 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   25


Banklar haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

Bu Qanun Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam 

uyğunlaşdırılması,  iqtisadiyyatda  bank  xidmətlərinin  rolunun  artırılması,  bank 

əmanətçilərinin  və  kreditorlarının  müdafiəsinin  gücləndirilməsi  və  bütövlükdə  bank 

sisteminin  stabil  və  təhlükəsiz  fəaliyyətinin  təmin  edilməsi  məqsədilə  bankların  təşkili, 

daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını 

və normalarını müəyyən edir. 

 

I   fəsil 



ÜMUMİ MÜDDƏALAR

i[1]


 

 

 M a d d ə   1 . Əsas anlayışlar 



Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 

Bank  -  fiziki  və  hüquqi  şəxslərdən  depozitlərin  və  ya  digər  qaytarılan  vəsaitlərin  cəlb 

edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə 

köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. 

Bank  holdinq  şirkəti  -  bank  lisenziyasına  malik  bir  və  ya  bir  neçə  törəmə  bankı  olan, 

fəaliyyəti  baş  ofisinin  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  orqanları  tərəfindən 

tənzimlənən və nəzarət olunan şirkətdir. 

Törəmə  bank  -  nizamnamə  kapitalında  səsvermə  hüququ  verən  səhmlərin  əllidən  çox 

faizi təsisçi banka və ya bank holdinq şirkətinə məxsus olan bankdır, yaxud elə bankdır ki, 

onunla təsisçi bank və ya bank holdinq şirkəti arasında bağlanmış müqaviləyə əsasən təsisçi 

banka  və  ya  bank  holdinq  şirkətinə  onun  qərarlarının  qəbul  edilməsinə  mühüm  təsir 

göstərmək imkanı verilir. 

Bankın  filialı  -  hüquqi  şəxs  olmayan,  bankın  olduğu  yerdən  kənarda  yerləşən, 

öhdəlikləri  üçün  bankın  özünün  məsuliyyət  daşıdığı,  banka  icazə  verilmiş  bank 

fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir. 

Bankın  şöbəsi  -  hüquqi  şəxs  olmayan,  bankın  olduğu  yerdən  kənarda  yerləşən, 

öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər 

cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir. 

Bankın nümayəndəliyi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, 

bank  fəaliyyəti  ilə  məşğul  olmağa  hüququ  olmayan,  yalnız  onun  mənafelərini  təmsil  və 

müdafiə edən bankın ayrıca bölməsidir. 

Bank olmayan  kredit təşkilatı - qanunla bank olmayan  kredit təşkilatı statusuna malik 

olan hüquqi şəxs.

ii[2]


 

Bank  lisenziyası  -  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  verilən,  fiziki  və  hüquqi 

şəxslərdən depozitlər və ya digər qaytanlan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına 

kreditlər  vermək  ilə  bağlı  fəaliyyəti,  habelə  müştərilərin  tapşırığı  ilə  köçürmə  və 

hesablaşma-kassa  əməliyyatlarını  məcmu  halda  həyata  keçirməyə  müstəsna  hüquq  verən 

xüsusi razılıqdır. 

Bank krediti (bundan sonra kredit) - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, 

müəyyən  müddətə  (müddətin  uzadılması  hüququ  ilə)  və  faizlər  (komisyon  haqqlar) 

ödənilmək  şərti  ilə,  təminatla  və  ya  təminatsız  müəyyən  məbləğdə  borc  verilən  pul 



vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, 

qarantiya,  zəmanət,  borc  qiymətli  kağızlarının  diskontla  və  ya  faizlər  alınmaqla  satın 

alınması  və  müqaviləyə  əsasən  hər  hansı  formada  verilmiş  vəsaitin  qaytarılmasını  tələb 

etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. 

Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və 

ya  ödənilmədən  müştərilərin  (əmanətçilərin)  tələbi  ilə  qaytarılmasını  və  ya  başqa  hesaba 

köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər 

hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir. 

Mühüm  iştirak  payı  -  səhmdar  kapitalının  və  ya  səsvermə  hüququnun  10  və  ya  daha 

çox  faizini  təşkil  edən,  yaxud  müqavilə  əsasında  iştirakçısı  olduğu  hüquqi  şəxsin 

qərarlarının  qəbul  edilməsinə  mühüm  təsir  göstərməyə  imkan  verən  paya  birbaşa  və  ya 

dolayı yolla sahiblikdir. 

İnzibatçı  -  bankın  Müşahidə  Şurasının,  Audit  Komitəsinin  və  İdarə  Heyətinin  üzvləri, 

habelə  bankın  baş  mühasibi  (mühasibat  xidmətinin  rəhbəri),  daxili  audit  bölməsinin 

əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri. 

Banka  aidiyyəti  olan  şəxslər  -  bankın  inzibatçıları,  struktur  bölmələrinin  rəhbərləri, 

qərarların  qəbul  edilməsində  iştirak  edən  digər  əməkdaşları  və  onlarla  yaxın  qohumluq 

münasibətlərində olan şəxslər (əri/arvadı, valideyni, o cümlədən ərinin/ arvadının valideyni, 

babası, nənəsi, övladı, o cümlədən övladlığa götürülən, qardaşı və bacısı); bankda mühüm 

iştirak payı olan hər hansı şəxs və ya bankın mühüm iştirak payı olan hüquqi şəxs və həmin 

hüquqi şəxsdə mühüm iştirak payı olan hər hansı şəxs, habelə bu cür mühüm iştirak payına 

malik olan hüquqi şəxslərin icra orqanlarının rəhbərləri. 

Banka  aidiyyəti  olan  şəxs  adından  hərəkət  edən  şəxslər  -  aralarında  bağladıqları 

müqavilə  əsasında  banka  aidiyyəti  olan  şəxs  adından  hərəkət  etməyə  hüququ  olan  şəxs; 

banka  aidiyyatı  olan  şəxsin  mühüm  təsir  göstərə  bildiyi hüquqi  şəxs;  banka  aidiyyəti  olan 

şəxsin nümayəndəsi. 

Klirinq - hesablaşmalar sisteminin bir və ya bir neçə iştirakçısının həmin sistemin bir və 

ya bir neçə digər iştirakçısına verdiyi və ya onlardan aldığı ödəniş məbləğləri üzrə yaranan 

tələblərin və öhdəliklərin, onların fərqi olan bir xalis tələb və ya bir xalis öhdəliyə çevrilməsi 

prosesidir. 

"Yerli"  sözü  banka,  filiala  və  ya  nümayəndəliyə  aid  edildikdə  əsas  fəaliyyət  yeri 

Azərbaycan Respublikasında olan bank, filial və ya nümayəndəlik başa düşülür. 

"Xarici"  sözü  banka,  filiala  və  ya  nümayəndəliyə  aid  edildikdə  əsas  fəaliyyət  yeri 

Azərbaycan Respublikasından kənarda olan bank, filial və ya nümayəndəlik başa düşülür. 

"Kredit təşkilatı" - bank, xarici bankın yerli filialı və ya bank olmayan kredit təşkilatdır. 

"Məqbul  və  lazımi  keyfiyyətlərə  malik  şəxs"  -  vətəndaş  qüsursuzluğuna  malik  olan, 

habelə  ictimai  mövqeyinə  görə  vicdanlı  və  etimada  layiq  sayılan  və  peşəkar  keyfiyyətləri, 

təcrübəsi,  işgüzar  mənafeləri  ona  bankın  mühüm  iştirak  payının  sahibi,  inzibatçısı, 

müvəqqəti inzibatçısı və ləğvedicisi olmaq imkanı verən fiziki şəxsdir; 

"Vətəndaş  qüsursuzluğu"  dedikdə,  mühüm  iştirak  payının  sahibləri,  o,  hüquqi  şəxs 

olduqda  onun  icra  orqanının  rəhbərləri,  habelə  bankın  törəmə  strukturlarının  rəhbərləri 

üçün  qəsdən  törədilmiş  cinayətə  görə  məhkumluğun  olmaması;  inzibatçı,  müvəqqəti 

inzibatçı  və  ləğvedici  üçün  məhkumluğunun  olmaması,  keçmişdə  mülkiyyət  əleyhinə  və 

iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb 

edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması 

üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis 

elan edilməsi faktının olmaması başa düşülür. 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə