Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

30.6.

 Banka  icazəni  verdikdə 

Mərkəzi  Bank

  iştirak  payının  əldə  edilməsinin  maksimum 

müddətini müəyyən edir. 

30.7.


 Bank icazəsi olmadan mühüm iştirak payı əldə etdikdə və ya iştirak payı əldə etmək 

üçün  müəyyən  edilmiş  müddətləri  gözləmədikdə, 

Mərkəzi  Bank

  həmin  banka  yazılı 

sərəncam göndərərək onun öz iştirak paymı sərəncamda göstərilən tarixədək ləğv etməyini 

və ya icazənin qüvvədən düşdüyünü bildirir. 

30.8.

 Xarici  bankın  yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  tərəfindən 



həmin  banka  lazımi  nəzarət  həyata  keçirilmədikdə  və  ya  bu  orqan 

Mərkəzi  Bank

la 

əməkdaşlıqdan imtina etdikdə 



Mərkəzi Bank

 banka hüquqi şəxsin kapitalında mühüm iştirak 

payının  müəyyən  etdiyi  müddətdə  özgəninkiləşdirilməsi  və  ya  geri  alınması  barədə  yazılı 

göstəriş verir. 

 

IV   fəsil



 

BANKLARIN FƏALİYYƏTİNƏ DAİR TƏLƏBLƏR 

 

 M a d d ə   3 1. Bankların etibarlı fəaliyyətinə dair tələblər



 

31.1.


 Banklar  idarəetməni  və  cari  fəaliyyəti  Azərbaycan  Respublikası  Konstitusiyasının, 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin 

və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı 

mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun, digər normativ hüquqi aktların, 

habelə bu Qanunun, 

Mərkəzi Bank

ın normativ xarakterli aktlarının, bankın nizamnaməsinin 

tələblərinə,  onlara  verilmiş  bank  lisenziyasında  və  ya  icazədə  göstərilən  bütün 

məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər. 

x[10]


 

31.2.


 Banklar  məcmu  kapitalmı  və  likvid  ehtiyatlarını  daimi  olaraq  müəyyən  olunmuş 

səviyyədə  saxlamalı,  öz  öhdəliklərini  yerinə  yetirmək  və  zərərə  yol  verməmək  üçün 

aktivlərin  qiymətdən  düşməsinə  qarşı  zəruri  tədbirlər  görməli,  mühasibat  sənədlərini  və 

digər  zəruri  sənədləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  tərtib  etməli,  bankın 

fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi 

riskini 


maksimal 

şəkildə 


azaltmaq 

məqsədi 


ilə 

aktivlərin 

diversifikasiyasını 

(bölüşdürülməsini) təmin etməlidirlər. 

M a d d ə   3 2.  Bankların fəaliyyət növləri

 

32.1.  Banklar, 



Mərkəzi  Bank

dan  aldığı  bank  lisenziyasında  qadağan  edilməmişdirsə, 

aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:

 

32.1.1.



 tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər  qaytarılan vəsaitlərin cəlb 

edilməsi; 

32.1.2.

 kreditlərin  (təminatlı  və/və  ya  təminatsız)  verilməsi,  o  cümlədən  istehlak  və 



ipoteka  kreditləşdirilməsi,  reqres  hüququ  ilə  və  ya  belə  hüquq  olmadan  faktorinq, 

forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri; 

32.1.3.

 fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının 



açılması və aparılması; 

32.1.4.


 klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş 

vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi; 

32.1.5.

 ödəniş  vasitələrinin  (o  cümlədən  kredit  və  debet  kartları,  yol  çekləri  və  bank 



köçürmə vekselləri) buraxılması; 

32.1.6.


 öz  hesabına  və  ya  müştərilərin  hesabına  maliyyə  vasitələrinin  (o  cümlədən 


çeklərin,  köçürmə  veksellərinin,  borc  öhdəliklərinin  və  depozit  sertifikatlarının),  xarici 

valyutanın qiymətli metalların və qiymətli daşların, valyuta və faiz vasitələrinin, səhmlərin 

və  digər  qiymətli  kağızların,  habelə  forvard  kontraktlarının,  svoplara  dair  sazişlərin, 

fyuçerslərin, opsionların və valyutalara, səhmlərə, istiqrazlara, qiymətli metallara və ya faiz 

dərəcələrinə aid digər törəmə vasitələrin satın alınması və satılması;

xi[11]


 

32.1.7.


 qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi; 

32.1.8.


 öhdəliklərin  icrasına  təminatların,  o  cümlədən  qarantiyaların  verilməsi  və  öz 

hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması; 

32.1.9.

 qiymətli kağızlar bazarında peşəkar fəaliyyət; 



 

32.1.10.


 maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi; 

32.1.11.


 kreditlərə  və  kredit  qabiliyyətinin  yoxlanılmasına  dair  informasiya  verilməsi  və 

xidmətlər göstərilməsi; 

32.1.12.

 sənədləri  və  qiymətliləri,  o  cümlədən  pul  vəsaitlərini  saxlanca  qəbul  etmək 

(xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq); 

32.1.13.


 qiymətlilərin,  o  cümlədən  banknotların  və  sikkələrin  inkasasiya  edilməsi  və 

göndərilməsi; 

 

32.2.


 Banklar bu Qanunun 32.1-ci maddəsində sadalanan fəaliyyət növlərindən başqa bu 

Qanunun  33-cü  maddəsində  göstərilən  fəaliyyət  növləri  istisna  olmaqla,  digər  qanunlarla 

nəzərdə tutulmuş fəaliyyət növlərini də həyata keçirə bilərlər. 

32.3.


 Bu  Qanunun  32.1-ci  maddəsində  göstərilmiş  hər  hansı  fəaliyyət  növü  üçün 

qanunvericiliyə əsasən əlavə olaraq xüsusi razılıq (lisenziya) tələb edildikdə banklar yalnız 

müvafiq xüsusi razılıq (lisenziya) aldıqdan sonra onları həyata keçirə bilərlər. 

M a d d ə   3 3. Banklar tərəfindən həyata keçirilməyən fəaliyyət növləri

 

33.1.


 Bu Qanunun 32-ci maddəsində icazə verilmiş fəaliyyət növləri istisna olmaqla, heç 

bir bank topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd təsərrüfatı, yataqların 

işlənilməsi,  tikinti  və  sığorta  fəaliyyəti  ilə  məşğul  ola  və  ya  sığorta  təşkilatları  istisna 

olmaqla tərəfdaş, şərik və ya payçı kimi bunlarda iştirak edə bilməz. 

33.2.

 Öhdəlik üzrə tələblərini ödəmək məqsədilə bank yalnız 



Mərkəzi Bank

ın icazəsi ilə və 

yalnız icazədə göstərilən müddət ərzində bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulan 

fəaliyyət  növlərini  həyata  keçirə  və  ya  həmin  fəaliyyət  növlərini  həyata  keçirən  hüquqi 

şəxslərdə tərəfdaş, şərik və ya payçı ki-mi iştirak edə bilər. 

M a d d ə   3 4. Prudensial normativlər və tələblər

 

34.1. Banklar  fəaliyyətləri  dövründə  öz  aktivləri,  balansarxası  öhdəlikləri  və  kapitalının 



miqdarı  ilə  bağlı 

Mərkəzi  Bank

ın  müəyyən  etdiyi  prudensial  normativlərə  və  tələblərə,  o 

cümlədən açıq valyuta mövqeyinə riayət etməlidirlər.

 

Mərkəzi  Bank



  tərəfindən  müəyyən  edilmiş  yeni  normativlər  və  tələblər,  onlarda 

dəyişikliklər banklara rəsmən bildirildikdən sonra bir aydan tez olmayaraq, nizamnamə və 

məcmu  kapitalın  minimum  miqdarına  aid  tələblərə  dəyişikliklər  isə  banklara  rəsmən 

bildirildikdən sonra altı aydan tez olmayaraq qüvvəyə minir. Yeni prudensial normativlərin 

və tələblərin geriyə qüvvəsi yoxdur.

 

34.2. 



Mərkəzi Bank

 bankların və xarici bankların yerli filiallarının maliyyə sabitliyini təmin 

etmək məqsədilə aşağıdakı prudensial normativləri və tələbləri müəyyən edir:

 

-  nizamnamə  kapitalının  (xarici  bankların  yerli  filialları  üçün  nizamnamə  kapitalına 



bərabər tutulmuş vəsaitin) minimum miqdarmı;

 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə