Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   2   3   4   5   6   7   8   9   ...   25

"Prudensial"  -  bankın  təhlükəsiz  fəaliyyətinin  təmin  edilməsinə  istiqamətlənmiş 

normativlərə,  qaydalara,  tələblərə  və  göstərişlərə  əsaslanmış  düşünülmüş  davranış, 

idarəetmə və nəzarət üsuludur. 

Bankın  məcmu  kapitalı  (öz  vəsaiti)  -  prudensial  hesabatlıq  məqsədləri  üçün  istifadə 

olunan  kapital  olmaqla, 

Mərkəzi  Bank

ın  normativ  xarakterli  aktları  ilə  müəyyən  etdiyi  I 

dərəcəli (əsas) və II dərəcəli (əlavə) kapitala daxil olan komponentlərin (elementlərin) cəmi 

və onlardan tutulmaların fərqidir. 

M a d d ə   2 . Bank sistemi və onun hüquqi əsasları 

2.1.  Azərbaycan  Respublikasının  bank  sistemi  Azərbaycan  Respublikasının 

Mərkəzi 


Bank

ından (bundan sonra mətndə - 

Mərkəzi Bank

) və kredit təşkilatlarından ibarətdir. 

2.2.

 

Mərkəzi  Bank



  dövlətin  mərkəzi  bankıdır  və  onun  fəaliyyəti  Azərbaycan 

Respublikasının  Konstitusiyası,  "Azərbaycan  Respublikasının 

Mərkəzi  Bank

ı  haqqında" 

Azərbaycan  Respublikasının  Qanunu,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi,  bu 

Qanun  və  bunlara  müvafiq  olaraq  qəbul  edilmiş  digər  normativ  hüquqi  aktlar,  habelə 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. 

2.3.


 Azərbaycan  Respublikasında  kredit  təşkilatlarının  fəaliyyəti  Azərbaycan 

Respublikasının  Konstitusiyası,  bu  Qanun,  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi, 

“Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”  “Bank  olmayan  kredit  təşkilatlan 

haqqında”    və  “Kredit  İttifaqları  haqqında”  Azərbaycan  Respublikası  qanunları,  Mərkəzi 

Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının 

digər  normativ  hüquqi  aktları,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq müqavilələrlə tənzimlənir.

iii[3]


 

2.4.


 Cari  bank  fəaliyyəti  ilə  bağlı  qərarları  qəbul  edərkən  kredit  təşkilatları  dövlət 

hakimiyyəti  və  bələdiyyə  orqanlarından  asılı  deyildir  və  onlar  kredit  təşkilatlarının 

fəaliyyətinə  qarışa  bilməz.  Kredit  təşkilatları  qanunla  onların  fəaliyyət  növlərinə  aid 

edilməyən fəaliyyəti həyata keçirməyə məcbur edilə bilməz. 

2.5.

 Kredit təşkilatlarının və dövlətin müvafiq öhdəlik götürdüyü hallardan başqa, bütün 



digər  hallarda  kredit  təşkilatları  dövlətin,  dövlət  isə  kredit  təşkilatlarının  öhdəlikləri  üçün 

məsuliyyət daşımır. 

M a d d ə   3 . Bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar 

3.1.


 Azərbaycan Respublikasının ərazisində banklar və bank olmayan kredit təşkilatları 

bank  fəaliyyətini 

Mərkəzi  Bank

ın  verdiyi  xüsusi  razılıq  (lisenziya)  əsasında  həyata  keçirə 

bilər. 

3.2.


 Depozit əməliyyatları yalnız banklar və poçt" rabitəsinin milli operatoru tərəfindən 

həyata keçirilə bilər. 

iv[4]

 

3.3.



 Bu  Qanunun  3.1-ci,  3.4-cü  maddələri,  35.4-cü  maddənin  üçüncü  abzası  və  42-ci 

maddəsi  istisna  olmaqla  digər  müddəaları  “Bank  olmayan  kredit  təşkilatları  haqqında”  və 

“Kredit  İttifaqları  haqqında”  Azərbaycan  Respublikasının  qanunlarına  və  digər 

qanunvericiliyə  müvafiq  olaraq  lisenziyalaşdırılan  və  tənzimlənən  kredit  ittifaqlarına  və 

başqa bank olmayan kredit təşkilatlarına şamil olunmur. 

v[5]


 

3.4.


 Bu Qanunun 3.3-cü maddəsində göstərilən bank olmayan kredit təşkilatlarının bank 

fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi qüvvədə olan qanunvericilik və 

Mərkəzi 

Bank


ın  normativ  xarakterli  aktları  ilə  həyata  keçirilir.  Bank  olmayan  kredit  təşkilatlarına 

rəhbərlik  edən  işçilərin peşə  ixtisasına  və  təcrübəsinə  dair  tələblər 

Mərkəzi  Bank

  tərəfindən 

müəyyən edilir.

 vi[6]


 


3.5.

 

Mərkəzi  Bank



  hər  hansı  şəxsin  lisenziyası  olmadan  bu  Qanunun  3.1-ci  maddəsində 

göstərilən fəaliyyətlə məşğul olduğunu müəyyən etdikdə, həmin şəxsə bu fəaliyyətinə xitam 

verilməsi haqqında tələb göndərir və müvafiq dövlət orqanlarına bu barədə məlumat verir. 

M a d d ə   4 . Bankın adı 

4.1. Bankın  onun  nizamnaməsi  ilə  müəyyən  edilmiş  firma  adında  mütləq  qaydada 

"bank"  sözü  olmalıdır.  Heç  bir  bank  istənilən  sənəddə,  elanlarda  və  ya  reklamda  özünün 

nizamnaməsində göstərilən addan fərqli adla adlandırıla bilməz. 

4.2.


 "Bank" sözünün işlədildiyi mətndən bu sözün bank fəaliyyətinə aid edilmədiyi tam 

aydın  olduğu  hallardan  başqa,  bank  fəaliyyəti  ilə  məşğul  olmayan  hüquqi  şəxsin  adında 

"bank" sözünün ("bank" sözü olan söz birləşməsinin) istifadəsi qadağandır. 

4.3.


 Bankın  törəmə  banklarının  adında  əsas  bankın  adı  göstərilməlidir.  Bankların 

filiallarının,  şöbələrinin  və  ya  nümayəndəliklərinin  adında  bank  sözü  hüquqi  bağlılıq  və 

mənsubiyyət mənasında göstərilməlidir. 

4.4.


 Bank lisenziyası ləğv olunmuş bankların adına "ləğv prosesində olan" sözləri əlavə 

edilir. 


4.5.

 Bankın  adında  "Azərbaycan  Respublikası",  "dövlət",  "milli"  sözlərindən  istifadə 

edilməsinə yalnız qanunvericilikdə nəzərdə tutulduğu hallarda yol verilir. 

4.6.


 Banklar eyni addan istifadə edə bilməz. 

M a d d ə   5 . Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirakı 

5.1.

 Azərbaycan  Respublikasının  bank  sistemində  xarici  bank  kapitalının  iştirak  limiti 



Mərkəzi Bank

 tərəfindən müəyyən edilir. 

5.2.

 Xarici  bank  və  ya  xarici  bank  holdinq  şirkəti  istisna  olmaqla,  əcnəbilərin  və  xarici 



hüquqi şəxslərin yerli banklarda iştirakına 

Mərkəzi Bank

 tərəfindən limit müəyyən edilir. 

5.3.


 

Mərkəzi  Bank

  xarici  bankların  və  xarici  bank  holdinq  şirkətlərinin  yerli  törəmə 

banklarının, filiallarının və nümayəndəliklərinin, habelə yerli bankların xarici filiallarının və 

nümayəndəliklərinin  fəaliyyətinin  tənzimlənməsini  və  onlara  nəzarəti  həyata  keçirdikdə 

müvafiq  xarici  bank  tənzimləməsi  və  nəzarəti  orqanları  ilə  qarşılıqlılıq  əsasında  və 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayaraq  (o  cümlədən  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq  olaraq)  öz  nəzarət 

funksiyalarının  yerinə  yetirilməsi  üçün  zəruri  olan  məlumatı  ala  bilər. 

Mərkəzi  Bank

  xarici 

bank  tənzimlənməsi  və  nəzarəti  orqanları  ilə  məlumat  mübadiləsini  bu  məlumatın 

məxfiliyini  təmin  etməklə  həyata  keçirə  bilər.  Bu  məqsədlə 

Mərkəzi  Bank

  xarici  bank 

tənzimləməsi və nəzarəti orqanları ilə əməkdaşlıq haqqında sazişlər bağlaya bilər. 

5.4.

 Xarici  banklar  və  xarici  bank  holdinq  şirkətləri  də  daxil  olmaqla,  siyahısı 



Mərkəzi 

Bank


  tərəfindən  müəyyənləşdirilən  offşor  zonalarda  qeydə  alınmış  əcnəbilər  və  xarici 

hüquqi  şəxslər  yerli bankların təsisçiləri  və  ya  səhmdarları  ola bilməz, habelə  yerli  törəmə 

banklar təsis edə bilməz, yerli filiallar və ya nümayəndəliklər aça bilməzlər. 

 

II  fəsil 



BANK FƏALİYYƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜÇÜN  

LİSENZİYA VƏ İCAZƏLƏRİN VERİLMƏSİ 

 

M a d d ə   6 . Bank lisenziyaları və icazələr 



6.1.

 

Mərkəzi Bank



 bank lisenziyalarının verilməsində və ləğv edilməsində, habelə filiallar, 


Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə