Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə25/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   17   18   19   20   21   22   23   24   25

müvafiq qərar qəbul olunur. 

74.3.


 Bu  Qanunun 74.1-ci  maddəsinə  uyğun  icazə verilmiş  əməliyyatın  aparılması  üçün 

bankın  səhmdarlarının  və  ya  onun  hər  hansı  idarəetmə  orqanının  razılığı  tələb  edilmir. 

Öhdəliklərin köçürülməsi müvafiq bildirişin kütləvi informasiya vasitələrində dərc edildiyi 

gündən sonrakı günün əvvəlindən bütün maraqlı tərəflər üçün qüvvəyə minir. 

74.4.

 Bankın  iflas  proseduru  çərçivəsində  adi  qaydada  bank  aktivlərinin  satılmasına 



məhkəmənin qərarı tələb olunmur. 

M a d d ə   7 5. Əmlakın vəziyyətinə dair hesabat

 

75.1.  Bankın  müflis  elan  olunmasına  dair  məhkəmənin  qərar  qəbul  edildiyi  tarixdən  30 



təqvim günü müddətində bankın ləğvedicisi məhkəməyə əmlakın vəziyyətinə dair hesabat 

təqdim edir. Hesabatda aşağıdakılar göstərilir:

 

75.1.1.  bankın  aktivləri,  o  cümlədən  ödənilməmiş  bank  səhmləri  barəsində  bankın 



tələbləri,  verilmiş  kreditlər,  o  cümlədən  qarantiyalar  və  təminatlar  üzrə  öhdəliklər,  icra 

olunmamış alqı-satqı müqavilələri, habelə aktivlərin balans dəyəri və qiymətləndirilən satış 

(bazar) dəyəri;

 

75.1.2.



 bankın əmlakının başqa şəxslərin sahibliyində olmasına əsas vermiş müqavilələr, o 

cümlədən icarə, lizinq və girov (ipoteka) haqqında müqavilələr; 

75.1.3.

 banka xidmətlər göstərilməsi haqqında müqavilələr; 



75.1.4.

 bankın  müflis  elan  olunmasına  dair  qərarın  qəbul  edildiyi  gündən  əvvəlki  90 

təqvim günü ərzində, aidiyyətli şəxslərlə isə 1 il ərzində bankın bağladığı əqdlər; 

75.1.5.


 bankın  inzibatçıları  tərəfindən  bankın  qəsdən  müflisləşmə  vəziyyətinin 

yaradılması,  əmlakın  və  ya  əmlak  öhdəliklərinin,  habelə  onlar  haqqında  məlumatın 

gizlədilməsi,  məhv  edilməsi  və  digər  qanunsuz  hərəkətlər  barədə  aşkar  etdiyi  faktlar 

haqqında məlumat. 

75.2.  Hesabat  hər  rüb  tərtib  edilməlidir.  Ümumi  xarakter  daşıyan  məlumatlar  bu 

Qanunun  77-ci  maddəsinə  uyğun  hazırlanan  təsdiqli  tələblər  siyahısına  tələbləri  daxil 

edilmiş bank kreditorlarına tanışlıq üçün təqdim edilə bilər.

 

Maddə   7 6. Tələblərin qeydə alınması



 

76.1.


 Bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, 

müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi 

informasiya  vasitələrində  ilk  dəfə  dərc  edildiyi  gündən  60  təqvim  günü  ərzində  ləğvedici 

tərəfindən  yazılı  şəkildə  qeydə  alınmalıdır.  Məhkəmə  bu  müddəti  bütün  kreditorlar  üçün 

yalnız  bir  dəfə  30  təqvim  günü  müddətinə  uzada  bilər.  Kreditorların  sorğusu  üzrə  onlara 

tələblərinin qeydə alındığına dair qəbz verilir. 

76.2.

 Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən 



sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: 

 

76.2.1.



 kreditorun adı və ünvanı; 

76.2.2.


 tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; 

76.2.3.


 tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat. 

76.3. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı bankın mühasibat uçotu və 

hesabatı sənədlərində əks etdirilmiş depozitlərə aid tələblər üzrə iddia müddətinin axımım 

dayandırır.  Bütün  qalan  tələblər  üzrə  iddia  müddətinin  axımı  həmin  tələblər  qeydə 

alındıqda  dayandırılır.  Bütün  tələblər  üçün  iddia  müddətinin  axımı  həmin  tələblərin  bu 

Qanunun 87-ci maddəsinə uyğun bölgü cədvəlinə daxil edildiyi gün yenidən başlanır.

 



M a d d ə   7 7. Tələblərin qəbulu

 

77.1.



 Bankın  mühasibat  uçotu  və  hesabatı  sənədlərində  əks  etdirilmiş  depozitlərlə  bağlı 

tələblər  istisna  olmaqla, yalnız  bu  Qanunun  76-cı  maddəsinə  uyğun  qəbul  edilmiş  tələblər 

qeydə  almır.  Depozitlərlə  bağlı  tələblər  isə  mühasibat  uçotu  sənədlərində  əks  etdirilmiş 

məbləğlərdə qəbul edilir. 

77.2.

 Bank  tərəfindən  əks  etdirilmiş  məbləğdən  az  məbləğdə  irəli  sürülmüş  tələblər 



istisna  olmaqla,  bankın  mühasibat  uçotu  və  hesabatı  sənədlərində  əks  etdirilmiş  tələblər 

sənədlərdə  əks  olunmuş  məbləğdə  qəbul  edilir.  Az  məbləğdə  irəli  sürülmüş  tələblər  isə 

təqdim olunmuş miqdarda qəbul edilir. 

77.3.


 Tələbləri bank aktivlərinin girovu (ipotekası) ilə təmin edilmiş bank kreditorları öz 

tələblərini tələb məbləği ilə aktivin açıq hərracda ehtimal edilən satış dəyəri arasındakı fərq 

məbləğində  qeydə  aldıra  bilərlər.  Bu  şəkildə  qeydə  alınmış  hər  hansı  tələb  hərrac  başa 

çatanadək  və  ya  aktiv  bu  Qanunun  81-ci  maddəsinə  uyğun  digər  şəkildə  satılanadək  icra 

olunmur. 

77.4.


 Məbləği  müəyyənləşdirilməmiş  tələblər  ləğvedicinin  qiymətləndirdiyi  dəyər  üzrə 

qəbul edilə bilər. 

77.5.

 Qeydə  alınmış  tələblərin  təhlilindən  sonra  ləğvedici  qəbul  etdiyi  tələbləri  qəbul 



edilmiş tələblər siyahısına, etiraz etdiyi tələbləri isə etirazın səbəblərini göstərməklə, etiraz 

edilmiş tələblər siyahısına daxil edir. Qismən etiraz edilərək qeydə alınmış tələblər müvafiq 

olaraq qəbul edilmiş və etiraz edilmiş hissədə hər iki siyahıya daxil edilir. Hər iki siyahıda 

tələbi  olanın  adı  və  ünvanı,  tələblərin  məbləği  və  irəli  sürülən  tələblərin  təminatı  üçün 

sübutların  mövcudluğu  göstərilir.  Siyahılara  daxil  edilən  tələblər  kateqoriyalar  üzrə 

birləşdirilir və ödəniş növbəliyi qaydasında yerləşdirilir. 

77.6.

 Hər iki siyahı tələblərin qeydiyyatı müddətinin qurtardığı gündən 30 təqvim günü 



ərzində  tərtib  edilir  və  məhkəmənin  təsdiqinə  verilir.  Bundan  sonra  ləğvedici  hər  rüb 

təzələnən  siyahıları  məhkəmənin  təsdiqinə  verir.  Həmin  siyahıları  təsdiq  edənədək 

məhkəmə  ləğvedici  ilə  razılaşdırmaqla  tələbləri  bir  siyahıdan  digərinə  keçirə  bilər. 

Məhkəmə  etiraz  edilmiş  tələblərin  təsdiqlənməsi  üçün  hansı  sübutların  zəruri  olduğunu 

müəyyənləşdirə bilər. 

77.7.


 Məhkəmə  etiraz  edilmiş  tələblər  siyahısını  təqdim  olunduğu  tarixdən  etibarən  60 

təqvim  günündən  gec  olmayaraq  aydınlaşdırmaq  məqsədilə  dinləmələrin  keçirilməsi 

tarixini müəyyən edir. Tələblərinə etiraz edilmiş kreditorlar həmin dinləmələrdə ləğvediciyə 

və məhkəməyə öz tələblərini təsdiqləyən sübutlar təqdim edə bilərlər. Hər dinləmənin tarixi 

barəsində  kreditorlara  poçt  bildirişi  və  ləğvedicinin  kütləvi  informasiya  vasitələrində  dərc 

etdirdiyi  bildirişlə  məlumat  verilir.  Eyni  bir  tələb  barəsində  dinləmələrin  başlanılmasına 

dair  heç  bir  kreditora  bir  dəfədən  artıq  bildiriş  göndərilmir.  Dinləmələr  qurtardıqda 

məhkəmə  etiraz  edilmiş  tələblərin  təsdiq  və  ya  rədd  olunmasına  dair  qərar  qəbul  edir. 

Kreditor  qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  xəbərdar  edildiyi  dinləməyə  üzürlü 

səbəb  olmadan  gəlmədikdə,  onun  tələbləri  rədd  edilir.  Tələbləri  rədd  edilmiş  kreditorlara 

bu barədə ləğvedici tərəfindən yazılı bildiriş göndərilir. 

77.8.


 Məhkəmənin təsdiq etdiyi tələblər qəti xarakter daşıyır. Bu tələblər qəbul olunmuş 

tələblər  siyahısından  və  ya  etiraz  edilmiş  tələblər  siyahısından  çıxarılır  və  təsdiqlənmiş 

tələblər siyahısına daxil edilir. Həmin siyahı məhkəmədə və ləğvedicidə saxlanılır. Tələbləri 

məhkəmə tərəfindən təsdiqlənmiş kreditorlara bu barədə ləğvedici tərəfindən yazılı bildiriş 

göndərilir. 



77.9.

 Ləğvedici  məhkəmənin  rədd  etdiyi  tələblərin  hesabına  heç  bir  ödənişi  icra  etmir. 

Tələbi  məhkəmə  tərəfindən  rədd  edilmiş  kreditor  məhkəmənin  qərarından  həmin  qərara 

dair  bildirişi  aldığı  gündən  iki  həftə  ərzində  şikayət  verə  bilər.  Belə  şikayətlərə  ərizə 

məhkəməyə  daxil  olduğu  gündən  ən  geci  7  təqvim  günü  müddətində  baxılır  və  müvafiq 

qərar  qəbul  edilir.  Şikayətin  verilməsi  tələbin  rədd  edilməsi  barədə  məhkəmə  qərarının 

qüvvəsini dayandırmır. 

77.10. Bank  sirrinin  qorunması  məqsədilə  göstərilən  siyahılar  tanışlıq  üçün  kreditorlara 

təqdim olunmur.

 

M a d d ə   7 8. Əvəzləşdirmə və saldo çıxarma



 

78.1.


 Bu  Qanunun  82-ci  maddəsinin  tələblərinə  əməl  etmək  şərtilə  müflis  bankla  onun 

kreditorları arasında öhdəliklərin əvəzləşdirilməsi aparıla bilər. 

78.2.

 İflas  prosedurana  başlanılmasına  dair  məhkəmə  qərarı  qüvvəyə  minənədək 



qanunsuz yolla bankın qəbul etmiş olduğu borclar ləğvedici tərəfindən aşkara çıxarıldıqda 

onların  və  qərar  qəbul  edildikdən  sonra  bankın  əldə  etmiş  olduğu  tələblərin  və  yaratdığı 

öhdəliklərin əvəzləşdirilməsinə yol verilmir. 

M a d d ə   7 9. Cari müqavilələrin qüvvəsinə xitam verilməsi

 

79.1.


 Müflis bankın mallar göndərilməsinə və ya xidmətlər göstərilməsinə dair bütün cari 

müqavilələrin,  o  cümlədən  satış,  icarə  və  lizinq,  möhlətlə  satınalma  müqavilələrinin 

qüvvəsinə  ləğvedici  istənilən  vaxt  birtərəfli  qaydada  xitam  verə  bilər.  Bu  zaman  bankın 

kreditoru  müqavilənin  pozulması  nəticəsində  ona  dəymiş  zərərin  əvəzinin  ödənilməsi 

haqqında bankın müflis olunmasına dair qərar çıxarmış məhkəməyə iddia verə bilər. 

79.2.


 Ləğvedici  istənilən  vaxt  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  bankın 

işçilərinin bankla bağladıqları əmək müqavilələrinə xitam verə bilər. 

M a d d ə   8 0. Mübahisələrin danışıqlar yolu ilə həlli

 

Məhkəmənin qabaqcadan razılığını aldıqdan sonra bankın ləğvedicisi tələblərin nizama 



salınması məqsədilə bankın istənilən kreditoru və ya borclusu ilə danışıqlara başlaya bilər. 

Bu cür nizamasalmanın nəticələrinə etiraz edilə və ya bunlardan şikayət verilə bilməz.

 

M a d d ə   8 1. Girovla təmin edilmiş tələblər



 

81.1. Aşağıdakı hallar istisna olmaqla, kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin 

təminatı  və  bankın  öz  tələblərinin  təminatı  olan  bütün  aktivlər  ləğvedici  tərəfindən  açıq 

hərracda satılır:

 

81.1.1.


 qısa müddətdə bazarda satıla bilən qiymətli kağızların, xarici valyutanın və digər 

aktivlərin həmin aktiv növləri ilə ticarətin həyata keçirildiyi bazarlarda ləğvedici tərəfindən 

satılmasına yol verilir; 

81.1.2.


 bankın  borclarının  təminatı  olan  və  qısa  müddətdə  bazarda  satıla  bilən  qiymətli 

kağızların,  xarici  valyutanın  və  bankın  digər  aktivlərinin  həmin  aktivləri  öz  sərəncamında 

saxlayan  kreditorlar  tərəfindən  bu  aktiv  növləri  ilə  ticarətin  həyata  keçirildiyi  bazarlarda 

satılmasına yol verilir. 

 

81.2.


 Ləğvedici  bu  Qanunun  81.1-ci  maddəsində  nəzərdə  tutulmuş  aktivlərin  açıq 

hərracda  qənaətbəxş  qiymətlə  sata  bilməyəcəyini  müəyyənləşdirərsə,  məhkəmə  ona 

aktivləri məhkəmənin təsdiq etdiyi qiymətə digər üsullarla satmağa icazə verə bilər. 



81.3.

 

Bu Qanunun 81.1.2-ci maddəsində göstərilməyən aktivlər ləğvedicinin sorğusundan 



sonra kreditor tərəfindən dərhal ləğvedicinin sərəncamına verilməlidir. 

 

81.4.



 

Təminatlı  kreditorların  tələbləri  növbədənkənar  qaydada  təminatın  satılmasından 

əldə  edilən  vəsait  hesabına  ödənilir.  Təminat  kreditorların  tələbini  tam  ödəmədikdə, 

ödənilməmiş  məbləğ  təminatsız  kreditor  tələbi  kimi  bu  Qanunun  82-ci  maddəsində 

göstərilmiş növbəliliklə ödənilir.

 

M a d d ə   8 2. Ödənişlərin növbəliyi



 

82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik 

qaydasında bölüşdürülür:

 

82.1.1.



 fiziki şəxslərin borc qiymətli kağızları formasında olan əmanətləri istisna olmaqla, 

fiziki şəxsin 10 milyon manatadək əmanəti üzrə tələbi; 

82.1.2.

 fiziki  şəxslərin  əmanətlərinin  sığortalanması  Fondunun  reqres  hüququ  üzrə 



tələblər; 

82.1.3.


 iflas  prosedurunun  həyata  keçirilməsi  ilə  bağlı  müvəqqəti  inzibatçının  və 

ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə 

xərcləri  və  ləğvedicinin  bankın  ləğvetmə  tədbirlərinin  həyata  keçirilməsi  ilə  bağlı  qəbul 

etdiyi öhdəliklər; 

82.1.4.

 iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin 



tələbləri; 

82.1.5.


 bankın  müflis  elan  olunmasına  dair  məhkəmə  qərarının  qəbul  edildiyi  tarixdən 

əvvəlki  altı  aydan  çox  olmayan  dövr  üçün  ödənilməli  müavinətlərin,  əmək  haqlarının 

verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;  

xviii[18]

 

82.1.6.


 müvəqqəti  inzibatçının  idarəetmə  və  maliyyə  sağlamlaşdırması  prosedurları  ilə 

əlaqədar bankın öhdəlikləri; 

82.1.7.

 bankın  müflis  elan  olunmasına  dair  qərarın  qəbul  edildiyi  tarixdən  əvvəlki  bir 



ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət 

sosial sığortası üzrə ödənilməli məbləğlər; 

82.1.8.

 təminatsız kreditorların tələbləri. 



82.2. Qalan  aktivlər  bankın  səhmdarlarına  onların  paylarına  mütənasib  surətdə 

qanunvericiliyə uyğun qaydada ödənilir.

 

M a d d ə   8 3. Ləğv planı



 

83.1. Bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən ən 

geci 120 təqvim günü ərzində ləğvedici bankın ləğvinə dair müfəssəl planı hazırlayıb təsdiq 

olunması üçün məhkəməyə müraciət edir:

 

83.1.1.


 bankın  aktivlərini  və  passivlərini  onların  ehtimal  edilən  ləğv  dəyəri  ilə  göstərən 

cari  maliyyə  hesabatı,  cari  tarixdən  sonrakı  üç  ay  üçün  bankın  ehtimal  edilən  maliyyə 

hesabatı.  Balansın  passivində  kreditorlardan  qəbul  edilmiş  tələblər,  o  cümlədən  etiraz 

edilmiş tələblər göstərilir; 

83.1.2.

 bankın  keçmiş  və  proqnozlaşdırılan  gəlirləri  və  xərcləri  haqqında  rüblük 



hesabatlar; 

83.1.3.


 bankın əsas vəsaitlərinin və digər aktivlərinin satışı üzrə görülmüş işlər haqqında 

və satış planları haqqında hesabat; 

83.1.4.

 bankın  tələblərinin  ödənilməsinə  yönəldilən  məhkəmə  və  məhkəmədənkənar 



hərəkətlər  haqqında  hesabat,  o  cümlədən  qanunsuz  sazişlərin  və  köçürmələrin,  habelə  bu 


cür sazişlər və köçürmələr nəticəsində yaranmış hüquqların ləğvi üzrə hərəkətlər; 

83.1.5.


 bankın  inzibatçılarının  qanunsuz  hərəkətləri  və  bankın  xeyrinə  kompensasiya 

alınmasına yönəldilmiş hərəkətlər haqqında hesabat; 

83.1.6.

 sığorta,  şəxsi  muzd  müqavilələri  və  banka  xidmət  müqavilələri  kimi  cari 



kontraktların  qüvvəsinin  davam  etdirilməsi  və  ya  qüvvəsinə  xitam  verilməsi  haqqında 

hesabat, o cümlədən bank işçilərinin maliyyə təminatının müfəssəl təhlili; 

83.1.7.

 bankın öhdəlikləri haqqında hesabat və növbəti rüb ərzində bankın kreditorlarına 



nəzərdə tutulan ödənişlərin cədvəli; 

83.1.8.


 ləğvetməyə çəkilmiş və gələcək məsrəflər və xərclər haqqında hesabat. 

83.2.  Ləğv  planı  hər  rüb  təzələnir.  Məhkəmə  tərəfindən  təsdiq  edildikdən  sonra  ləğv 

planı  bank  sirri  məlumatları  istisna  olmaqla,  tanışlıq  üçün  tələbləri  bu  Qanunun  77-ci 

maddəsinə  uyğun  hazırlanan  təsdiqli  tələblər  siyahısına  daxil  edilmiş  bank  kreditorlarına 

təqdim edilə bilər.

 

M a d d ə   8 4. Müflis bankların maliyyə sağlamlaşdırılması



 

Bu  Qanunun  57-ci  maddəsi  ilə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  müflis  bank 

tamamilə və ya qismən maliyyə sağlamlaşdırılması proseduruna cəlb oluna bilməz.

 

M a d d ə   8 5. Kreditorlar ilə barışıq sazişinin yolverilməzliyi



 

Bank  və  kreditorlar  arasında  bankın  fəaliyyətinin  bərpasına  yönəldilən  ban-şıq 

sazişlərinin və ya başqa razılaşmaların bağlanmasına yol verilmir.

 

M a d d ə   8 6. Kreditorların ümumi yığıncağı və komitəsi



 

86.1.


 Kreditorların  müflis  bankın  ləğvi  ilə  əlaqədar  ümumi  yığıncağı  yalnız  o  halda 

keçirilə bilər ki, ləğvedicinin 

Mərkəzi  Bank

 tərəfindən dəstəklənmiş sorğusu üzrə məhkəmə 

belə  yığıncağın  keçirilməsinin  bankın  səmərəli  ləğvi  üçün  lüzumlu  olduğu  barədə  qərar 

qəbul etsin. 

86.2.

 Müflis bankın ləğvi məsələləri üzrə kreditorlar komitəsi yalnız o halda yaradıla bilər 



ki,  ləğvedicinin 

Mərkəzi  Bank

  tərəfindən  dəstəklənmiş  sorğusu  üzrə  məhkəmə  belə 

komitənin  yaradılmasını  kreditor  qruplarının  mühüm  mənafelərinin  təmsil  və  müdafiə 

edilməsi üçün lüzumlu olduğu barədə qərar qəbul etsin. 

86.3.


 Kreditorların  ümumi  yığıncağının  keçirilməsinə  və  ya  kreditorlar  komitəsinin 

yaradılmasına  icazə verən  məhkəmə qərarlarında  yığıncağın  və  ya  komitənin  vəzifələri  və 

səlahiyyət dairəsi müəyyənləşdirilir. 

M a d d ə   8 7. Tələblərin ödənilməsi

 

87.1.  Bu  Qanunun  82-ci  maddəsinə  uyğun  olaraq  təsdiq  edilmiş  tələblər  ödəniş 



növbəliyinə  müvafiq  surətdə  təsnifləşdirilərək  kateqoriyalar  üzrə  birləş-dirilir  və  bölgü 

cədvəlinə  daxil  edilir.  Hər  kateqoriya  üzrə  tələblər  əvvəlki  növbənin  tələbləri  tam 

ödənildikdən  sonra  ödənilir.  Növbə  daxilində  tələblərin  ödənilməsinə  vəsait  çatışmadıqda 

ödənişlər tələblərə proporsional faizlə bölüşdürülür.

 

87.2.


 Tələbləri  təsdiq  edilmiş  və  bölgü  cədvəlinə  daxil  edilmiş  bank  kreditorlarına 

ödənişlərin aparılması qrafiki ləğvedici tərəfindən məhkəməyə təsdiq olunmaq üçün təqdim 

edilir. 

87.3.


 Məhkəmə tərəfindən təsdiq edilmiş ödənişlərin aparılması qrafiki qətidir və ondan 

şikayət verilə bilməz. 




87.4.

 Ödənişlərin  aparılması  qrafiki  məhkəmə  tərəfindən  təsdiq  edildikdən  sonra 

ləğvedici dərhal həmin qrafikdə nəzərdə tutulan ödənişləri icra edir. Ödənişlərin aparılması 

qrafikinə  daxil  edilmiş  məbləğləri  kreditorlara  ödəmək  üçün  onlarla  əlaqə  yaratmaq 

mümkün  olmadığı  halda  ödənilməmiş  məbləğlər 

Mərkəzi  Bank

da  xüsusi  hesabda  depozitə 

qoyulur.  Ləğvedici  kütləvi  informasiya  vasitələrində  bildiriş  dərc  etdirərək  göstərilən 

kreditorlara vəsaiti almaq üçün müraciət etməyi təklif edir. Bu qaydada depozitə qoyulmuş 

vəsait  göstərilən  kreditorlar  və  ya  onların  hüquq  varisləri  tərəfindən  həmin  tələblər  üzrə 

iddia müddəti bitənədək alma bilər. İddia müddəti bitdikdən sonra ödənilməmiş məbləğlər 

dövlət büdcəsinə köçürülür.

 

                                                 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə