Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə4/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   2   3   4   5   6   7   8   9   ...   25

8.3.

 

Mərkəzi  Bank



  baxılmaq  üçün  ona  təqdim  edilmiş  ilkin  müraciətdə  və  ya  müraciətə 

əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət 

edənlərə  15  təqvim  günü  müddətində  bildiriş  göndərir  və  onlara  bu  səhvləri  və  ya 

çatışmazlıqları  aradan  qaldırmağı  təklif  edir.  Həmin  müddətdə 

Mərkəzi  Bank

  müraciət 

edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir. 

8.4.


 

Mərkəzi  Bank

  ilkin  müraciəti  bu  Qanunun  8.3-cü  maddəsində  göstərilən  bildirişin 

göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin iştirakı olduğu 

halda isə ən geci 180 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Hər bir 

halda 


Mərkəzi Bank

 qəbul etdiyi qərarı müraciət edənlərə göndərir. 

8.5.

 

Mərkəzi  Bank



ın  ilkin  müraciətə  müsbət  baxılması  haqqında  qərarında  aşağıdakılar 

göstərilir: 

8.5.1.

 bankın  biznes-planı  və  təqdim  edilmiş  sənədlərdə  göstərilən  bank  fəaliyyəti 



növlərini nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı. 

8.5.2.


 bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması; 

8.5.3. ərizəçilərin bank lisenziyası verilənədək yerinə yetirməli olduqları şərtlər və onlara 

dair tədbirlər; 

8.6.


 

Mərkəzi Bank

 bank lisenziyası almaq üçün ilkin müraciəti rədd etdikdə, öz qərarında 

bunun səbəblərini göstərməlidir. 

8.7.

 İlkin  müraciət  rədd  edildikdə  bank  lisenziyasının  alınması  üçün  müraciət 



Mərkəzi 

Bank


a təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır. 

8.8.


 

Mərkəzi Bank

 bank lisenziyası alınması üçün ilkin müraciətə müsbət baxdıqda, ilkin 

nizamnamə  kapitalının  minimum  miqdarının  köçürülməsi  üçün  öz  balansında  həmin 

bankın müraciəti ilə onun adına hesab açır. 

8.9.


 Təsis  edilən  bank  ilkin  müraciətinin  müsbət  baxılması  haqqında  qərarın  qəbul 

olunduğu  gündən  180  təqvim  günü  müddətində  ilkin  nizamnamə  kapitalının  minimum 

miqdarını ödəməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ona müvafiq olaraq 

qəbul  edilmiş  digər  qanunvericilik  aktlarına  uyğun  dövlət  qeydiyyatından  keçməlidir.  Bu 

müddət  ərzində  təsis  edilən  bank  korporativ  idarəetmə  sistemlərini  təşkil  etməli  (bu 

Qanunun  tələblərinə  uyğun  idarəetmə  orqanlarını  yaratmalı,  təşkilati  strukturu 

formalaşdırmalı,  informasiya  texnologiya  sistemini  tətbiq  etməyə  hazır  olmalı,  mühasibat 

uçotu  və  hesabatı  siyasətini  müəyyən  etməli,  reqlament  hazırlamalı,  müvafiq  rəhbər  və 

minimum  işçi  heyəti  müəyyən  etməli),  texniki-təchizat  və  təhlükəsizlik  tədbirlərini 

tamamlamalıdır. 

8.10. Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir: 

8.10.1.


 dövlət  qeydiyyatı  haqqında  sənədin  və  nizamnamənin  surəti,  habelə  bankın 

reqlamenti; 

8.10.2.

 bankın  yaradılması  və  inzibatçıların  təyin  edilməsi  haqqında  səhmdarların 



ümumi yığıncağının qərarının surəti; 

8.10.3.


 bank  lisenziyasının  alınması  üçün  ilkin  müraciətə  müsbət  baxılması  haqqında 

Mərkəzi  Bank

ın  qərarı  ilə  müəyyən  edilmiş  şərtlər  qoyulduqda,  həmin  şərtlərin  yerinə 

yetirildiyini təsdiqləyən sənəd (sənədlər); 

8.10.4.

 ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda 



həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat; 

8.10.5.


 bankın  korporativ  idarəetmə  sistemlərinin,  0  cümlədən  idarəetmə  orqanlarının 

formalaşdırılması,  texniki-təchizat  və  təhlükəsizlik  tədbirlərinin  həyata  keçirilməsini 

təsdiqləyən sənədlər; 

8.10.6.


 bank  lisenziyasının  verilməsi  üçün  dövlət  rüsumunun  ödənildiyini  təsdiqləyən 


bank sənədi. 

8.11. Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü 

müddətində baxılır. Yekun müraciətdə və/və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya 

çatışmazlıqlar müəyyən edildikdə, onların aradan qaldırılması üçün 

Mərkəzi Bank

 müraciət 

edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə 

Mərkəzi Bank

 ən 

geci 15 təqvim günü müddətində baxmalıdır. 



Mərkəzi Bank

 sənədlərin bu Qanunun 8.10-cu 

maddəsinin  tələblərinə  cavab  verdiyini,  ilkin  nizamnamə  kapitalının  minimum  miqdarı 

üzrə  ödənişlərin 

Mərkəzi  Bank

a  daxil  olduğunu  müəyyən  etdikdə  bank  lisenziyasının 

verilməsi  haqqında  qərar  qəbul  edir  və  bu  barədə  müraciət  edənlərə  5  təqvim  günü 

müddətində yazılı bildiriş göndərir. 

M a d d ə   9 . Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması 

9.1.


 

Mərkəzi  Bank

ın  verdiyi  bank  lisenziyası  olmadan  heç  bir  xarici  bank  Azərbaycan 

Respublikasında filiallar aça bilməz. 

9.2.

 Xarici  bankın  yerli  filialının  açılmasına  bank  lisenziyasının  alınması  üçün 



müraciətlərə baxılması iki mərhələdən ibarətdir: 

9.2.1.


 bank  lisenziyası  almaq  üçün  ilkin  müraciətin  edilməsi  və  ona  baxılması  (birinci 

mərhələ) və 

9.2.2.

 dövlət  qeydiyyatına  alındıqdan  sonra  bank  lisenziyası  almaq  üçün  yekun 



müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ). 

9.3. Xarici  bank  tərəfindən  Azərbaycan  Respublikasında  filial  açılmasına  dair  ilkin 

müraciətə  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  leqallaşdırılmış  aşağıdakı  sənədlər 

əlavə edilir: 

9.3.1.

 bankın  nizamnaməsi  və  filialın  yaradılması  barədə  səlahiyyətli  idarəetmə 



orqanının qərarının surəti; 

9.3.2.


 bankın  mühüm  iştirak  paylarına  malik  olan  sahiblərinin  payı  göstərilməklə 

siyahısı; 

9.3.3.

 əgər  bank  şirkətlər  qrupuna  daxildirsə,  həmin  qrup  haqqında  məlumat,  o 



cümlədən  qrupa  daxil  olan  digər  təşkilatlarda  mühüm  iştirak  payına  malik  şəxslər,  bu 

şəxslərin inzibatçıları haqda məlumatlar; 

9.3.4.

 təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı 



haqqında məlumat; 

9.3.5.


 bankın  ən  azı  son  üç  maliyyə  ili  üçün  auditor  yoxlamasından  keçmiş  maliyyə 

hesabatı və auditor rəyi; 

9.3.6.

 filialın  əsasnaməsi.  Əsasnamədə  filialın  fəaliyyəti  ilə  bağlı  digər  məlumatlarla 



yanaşı  bank  fəaliyyəti  növləri,  bank  tərəfindən  filial  üzərində  nəzarətin  həyata  keçirilməsi 

və ləğv edilməsi qaydası göstərilməlidir; 

9.3.7.

 filialın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilati 



strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə 

proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı; 

9.3.8.

 bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər; 



9.3.9.

 filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd; 

9.3.10. 

filiala  təyin  edilməsi  təklif  edilən  inzibatçıların  siyahısı,  habelə  onların  hər 

biri  üçün  peşə  ixtisası  və  təcrübəsi  haqqında  məlumatın  göstərildiyi  sənədlərin  (təhsil  və 

əmək  fəaliyyəti  haqqında)  notariat  qaydasında  təsdiqlənmiş  surətləri,  həmin  şəxslər 

tərəfindən  doldurulmuş  anket,  bankda  və  digər  hüquqi  şəxslərdə  onların  mühüm  iştirak 

paylarının  miqdarı  və  siyahısı,  tərəflərindən  imzalanmış  və  imzası  notariat  qaydasında 




Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə