Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə5/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   2   3   4   5   6   7   8   9   ...   25

təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə; 

İnzibatçı  əcnəbi  olduqda,  rezidenti  olduğu  ölkənin  müvafiq  hakimiyyət  orqanları 

tərəfindən  onun  cinayət  məsuliyyətinə  cəlb  olunub-olunmadığı  barədə  verilmiş  və 

qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış; 

9.3.11. 

ilkin  müraciətə  baxılması  üçün  dövlət  rüsumunun  ödənildiyini  təsdiq  edən 

bank sənədi. 

9.4. Xarici bankların yerli filiallarına bank lisenziyasının alınması üçün təqdim etdikləri 

ilkin  və  yekun  müraciətlərə  baxılması  və  bank  lisenziyasının  verilməsi  bu  Qanunun  8-ci 

maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. 

M a d d ə   10. İnzibatçılara dair tələblər 

10.1.


 Bankların, onların filiallarının, şöbələrinin, nümayəndəliklərinin və xarici bankların 

yerli  filiallarının  və  nümayəndəliklərinin  inzibatçıları  məqbul  və  lazımi  keyfiyyətə  malik 

şəxslər olmalıdır. 

10.2.


 Aşağıdakı  şəxslər  bankların,  onların  filiallarının,  şöbələrinin  və  xarici  bankların 

yerli filiallarının inzibatçısı ola bilməzlər: 

10.2.1.

 maliyyə  vəziyyətinin  pisləşməsi  və  prudensial  tələbləri  pozmaqla  əlaqədar 



məcburi  ləğv  olunmuş, yaxud  müflis  elan  olunmuş  bankda  ləğvetmə  və  ya  iflas  haqqında 

qərarın  qəbul  edildiyi  tarixdən  əvvəlki  bir  il  ərzində  bankın  fəaliyyət  strategiyasının 

müəyyən edilməsi  və  qərarların qəbul edilməsi proseslərində  iştirak etmiş  inzibatçısı (belə 

şəxslər üç il ərzində başqa bankın inzibatçısı ola bilməzlər); 

10.2.2.

 üç  ildən  az  olmayan  müddət  ərzində  başqası  ilə  əvəz  edilməsi  barədə 



Mərkəzi 

Bank


ın tələbi ilə hər hansı bankın, filialın və ya şöbənin inzibatçısı vəzifəsindən azad edilmiş 

şəxs (işə bərpa olunması haqqında barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan 

şəxslər istisna olmaqla); 

10.2.3.


 bankın  inzibatçısı  hüququndan  qanunla  müəyyən  edilmiş  qaydada  məhrum 

edilmiş şəxslər; 

10.2.4.

 bankın digər idarəetmə orqanının (səhmdarların ümumi yığıncağı istisna olmaqla) 



üzvü olan şəxslər; 

10.2.5.


 İdarə heyətinin üzvləri istisna olmaqla, bankda digər vəzifə tutan şəxslər; 

10.2.6.


 Müşahidə Şurasının üzvü üçün - üçdən çox hüquqi şəxsin və ya digər hər hansı 

bir bankın idarəetmə orqanlarının üzvü olan şəxslər; 

10.2.7.

 bankın  İdarə  Heyətinin  üzvləri,  baş  mühasibi  (mühasibat  xidmətinin  rəhbəri), 



daxili  audit  bölməsinin  rəhbəri,  bank  filialının,  şöbəsinin  rəhbəri  və  baş  mühasibi  üçün  - 

başqa  banklarda,  xarici  bankların  yerli  filiallarında,  digər  hüquqi  şəxslərdə,  o  cümlədən 

banka  aidiyyəti  olan  hüquqi  şəxslərdə  vəzifə  tutan  şəxslər  (bankın  payçı  olduğu  digər 

banklarda və hüquqi şəxslərdə Müşahidə Şurasının üzvü olması halları istisna olmaqla); 

10.2.8.

 bankın  inzibatçısı  ilə  qohumluq  münasibətlərində  olan  şəxs  –  onun  əri/  arvadı, 



valideyni,  o  cümlədən  ərinin/arvadının  valideyni,  babası,  nənəsi,  övladı,  o  cümlədən 

övladlığa götürülən, qardaşı və bacısı (bank şöbəsinin inzibatçıları istisna olmaqla); 

10.2.9.

 dövlət  hakimiyyəti  və  ya  bələdiyyə  orqanında  qulluqda  olan  şəxslər 



(qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla). 

10.3. 


İnzibatçı vəzifəsinə təyin edilmək üçün aşağıdakı tələblər gözlənilməlidir: 

10.3.1.


 bankın Müşahidə Şurasının, Audit Komitəsinin sədri və üzvləri üçün - ali iqtisadi 

və  ya  hüquqi  təhsilin,  yaxud  təhsilindən  asılı  olmayaraq  maliyyə  idarələrində  fəaliyyət 

strategiyasının  müəyyən  edilməsi  və  qərarların  qəbul  edilməsi  proseslərində  iştirak  etmək 

imkanı verən iş təcrübəsinin olması; 




10.3.2.

 bankın İdarə Heyətinin sədri və üzvləri, habelə bankın daxili audit bölməsinin və 

filiallarının rəhbərləri üçün - ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik 

iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması; 

10.3.3.

 bankın və bank filialının baş mühasibi (mühasibat xidmətinin rəhbəri) üçün - ali 



iqtisadi təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas 

təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının, o cümlədən bank sistemində azı 2 illik 

iş stajının olması. Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir; 

10.3.4.


 bank şöbəsinin inzibatçısı üçün - ali və ya orta ixtisas təhsilinin və bank fəaliyyəti 

sahəsində 6 aylıq iş stajının olması. 

10.4. 

Bank  və  ya  yerli  filialı  olan  xarici  bank,  bankın  və  ya  xarici  bankın  yerli 



filialının  inzibatçısı  vəzifəsinə  nəzərdə  tutulan  bütün  təyinatlar  və  dəyişikliklər  barəsində 

Mərkəzi  Bank

a  yazılı  bildiriş  göndərməlidir.  Bildirişə  müvafiq  hallarda  Qanunun  8.2.8-ci, 

9.3.10-cu  və  11.3.5-ci  maddələrində  nəzərdə  tutulan  məlumatlar  və  sənədlər  əlavə  olunur. 

Mərkəzi Bank

 bildirişə dair öz münasibətini 30 təqvim günü müddətində banka və ya xarici 

bankın yerli filialına bildirməli, 

bu  maddədə  nəzərdə  tutulan  hallarda  isə  inzibatçıların  attestasiya  vaxtını  təyin  etməlidir. 

Bu  müddətdə  müraciətçiyə  bildiriş  göndərilməzsə,  inzibatçının  namizədliyinə  müsbət 

baxılmış hesab olunur. 

İnzibatçı vəzifəsinə nəzərdə tutulan təyinatlar qanımla müəyyən edilmiş tələblərə cavab 

vermədikdə 

Mərkəzi Bank

 onların dəyişdirilməsini tələb edə bilər. 

Bankın  İdarə  Heyətinin  üzvləri,  daxili  audit  bölməsinin  rəhbəri,  bankın  baş  mühasibi 

(mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici 

bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və 

onların imza hüququ olan müavinləri 

Mərkəzi Bank

da attestasiyadan keçirlər. Bu təyinatlara 

Mərkəzi  Bank

ın  müsbət  rəyi  alındıqdan  sonra  həmin  inzibatçılar  öz  vəzifələrinin  icrasına 

başlaya bilərlər. 

Attestasiyanın keçirilməsi qaydalarını 

Mərkəzi Bank

 müəyyən edir. 

10.5. Bu maddədə nəzərdə tutulan tələblər bankların və xarici bankların yerli filiallarının 

bütün fəaliyyət dövrünə şamil edilir. 

M  a  d  d  ə      11.  Yerli  bankların  filiallarının,  şöbələrinin  və  nümayəndəliklərinin 

açılmasına icazələrin alınması 

11.1.

 

Mərkəzi Bank



ın icazəsi olmadan yerli bank filial, şöbə və nümayəndəlik aça bilməz. 

11.2.


 Yerli  bankların  şöbələrinin  və  yerli      nümayəndəliklərinin  açılması  üçün  icazə 

alınması və icazənin ləğv edilməsi qaydaları, habelə onların fəaliyyəti ilə əlaqədar şərtlər və 

tələblər 

Mərkəzi Bank

ın normativ xarakterli aktları ilə müəyyən edilir. 

11.3.


 Yerli bank yerli və ya xarici filialını və nümayəndəliyini açmağa icazə almaq üçün 

Mərkəzi Bank

a yazılı müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir: 

11.3.1.


 bankın filial və ya nümayəndəlik açmaq barəsində səlahiyyətli idarəetmə orqanı 

tərəfindən qəbul edilmiş qərarın təsdiqlənmiş surəti; 

11.3.2.

 filialın və ya xarici nümayəndəliyin əsasnaməsi. Əsasnamədə digər məlumatlarla 



yanaşı filial və xarici nümayəndəliyin ünvanı, bank fəaliyyət növləri (yalnız filiallar üçün), 

inzibatçıların  səlahiyyətləri,  bank  tərəfindən  nəzarətin  həyata  keçirilməsi,  filial  və 

nümayəndəliyin ləğv edilməsi qaydası göstərilməlidir; 

11.3.3.


 filialın  kommersiya  strategiyasını,  nəzərdə  tutduğu  fəaliyyət  növlərini,  təşkilat 

strukturunu,  habelə  filialın  işinin  ilk  üç  ili  üçün  maliyyə  proqnozlarını  müəyyənləşdirən 

biznes-plan; 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə