Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə6/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   2   3   4   5   6   7   8   9   ...   25

11.3.4.

 filialın  və  ya  xarici  nümayəndəliyin  inzibatçılarını  (rəhbərlərini)  təyin  etmək 

haqqında bankın səlahiyyətli orqanının qərarının surəti; 

11.3.5.


 filialın  və  ya  xarici  nümayəndəliyin  hər  inzibatçısı  üçün  onun  bankda  və  digər 

hüquqi  şəxslərdə  mühüm  iştirak  paylan  göstərilməklə  siyahısı,  peşə  ixtisası  və  təcrübəsi 

haqqında  məlumatın  göstərildiyi  sənədlərin  (təhsil  və  əmək  fəaliyyəti  haqqında)  notariat 

qaydasında  təsdiqlənmiş  surətləri,  həmin  şəxslər  tərəfindən  doldurulmuş  anket,  onun 

tərəfindən 

imzalanmış 

və 

imzası 


notariat 

qaydasında 

təsdiqlənmiş 

vətəndaş 

qüsursuzluğuna dair ərizə;  

11.4.


 

Mərkəzi  Bank

  müraciətdə  və  ya  müraciətə  əlavə  edilən  sənədlərdə    səhvlər  və  ya 

çatışmazlıqlar müəyyən etdikdə, o, həmin səhvlər və ya çatışmazlıqlar haqqında 10 təqvim 

günü  müddətində  ərizəçiyə  yazılı  bildiriş  göndərir  və  bu  səhvləri  və  ya  çatışmazlıqları 

aradan qaldırmağı təklif edir. 

Mərkəzi  Bank

 müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə 

səhvlər  və  ya  çatışmazlıqlar  olmadığını  müəyyən  etdikdə,  banka  onun  müraciətinin  qəbul 

edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə 

Mərkəzi  Bank

  müraciət edənlərə  yazılı  bildiriş  göndərməzsə,  sənədlər baxılmaq  üçün  qəbul 

edilmiş hesab edilir. 

11.4.


 Yerli bankın filialının və ya xarici nümayəndəliyinin açılmasına icazə alınması üçün 

ərizənin  qəbul  edildiyi  barədə  bildirişin  göndərildiyi  gündən  ən  geci  90  təqvim  günü 

müddətində 

Mərkəzi  Bank

  müraciətə  bu  Qanunda  müəyyən  edilmiş  əsaslara  görə  baxır  və 

müvafiq  qərar  qəbul  edir.  Hər  bir  halda 

Mərkəzi  Bank

  qəbul  etdiyi  qərarı  banka  göndərir. 

Mərkəzi Bank

 müraciətə müsbət baxdığı halda, dərhal icazə verir. İcazədə filialın və ya xarici 

nümayəndəliyin  məşğul  ola  biləcəyi  fəaliyyətin  xarakteri  və  miqyası  haqqında  məlumat, 

habelə icazəyə daxil edilən bütün məhdudiyyətlərin siyahısı göstərilməlidir. İcazə alınması 

üçün  müraciətin  rədd  edilməsi  və  ya  icazəyə  məhdudiyyətlər  daxil  edilməsi  haqqında 

Mərkəzi Bank

ın qərarında onların əsasları göstərilməlidir. 

11.5.


 Yerli  bankın  xarici  filialının  və  ya  xarici  nümayəndəliyinin  açılmasına  icazə 

verildikdə  onların  fəaliyyət  göstərəcəyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanı  ilə 

müəyyən  edilmiş  qaydada  qarşılıqlı  əməkdaşlıq  əsasında  müvafiq  filialın  və  ya 

nümayəndəliyin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi imkanı da nəzərə alınır. 

11.6.

 Xarici  filialını  və  ya  nümayəndəliyini  açan  yerli  bank  onların  yerləşdiyi  ölkədə 



müvafiq  icazə  aldıqdan  sonra  bu  barədə 

Mərkəzi  Bank

a  5  təqvim  günü  müddətində  yazılı 

bildiriş göndərməlidir. 

M  a  d  d  ə      12.      Xarici  bankların  yerli  nümayəndəliklərinin  açılmasına  icazənin 

alınması 

12.1.

 

Mərkəzi  Bank



ın  icazəsi  olmadan  xarici  bank  Azərbaycan  Respublikasında 

nümayəndəliyini aça bilməz. 

12.2.

 Xarici bank yerli nümayəndəliyini açmağa icazə almaq üçün 



Mərkəzi Bank

a ərizə ilə 

müraciət etməlidir. Müraciətə leqallaşdırılmış aşağıdakı sənədlər əlavə edilməlidir: 

12.2.1.


 bankın nizamnaməsinin və nümayəndəlik açmaq barəsində səlahiyyətli orqanının 

qərarının surəti; 

12.2.2.

 nümayəndəliyin  yaradılması  və  ləğv  edilməsi  haqqında  qərarı  qəbul  edən 



səlahiyyətli  idarəetmə  orqanı  göstərilməklə,  bank,  onun  təşkilati  strukturu  və  idarəetmə 

orqanları haqqında məlumat; 

12.2.3.

 bankın  mühüm  iştirak  paylarının  sahiblərinin  onlara  məxsus  səsli  səhmlər  payı 



göstərilməklə siyahısı; 

12.2.4.


 bankın  son  maliyyə  ili üçün  auditor yoxlamasından  keçmiş maliyyə  hesabatı və 


auditor rəyi; 

12.2.5.


 nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə onun əsasnaməsi; 

12.2.6.


 nümayəndəliyin  inzibatçılarının  peşəkar  keyfiyyətləri  və  təcrübəsi,  habelə 

məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış; 

12.2.7.

 bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər. 



12.3.

 

Mərkəzi Bank



 müraciətdə və ya ona qoşulan sənədlərdə səhvlər və ya çatışmazlıqlar 

müəyyən  etdikdə,  onlar  haqqında  banka  10  təqvim  günü  müddətində  yazılı  bildiriş 

göndərir  və  bu  səhvləri  və  ya  çatışmazlıqları  aradan  qaldırmağı  təklif  edir. 

Mərkəzi  Bank

 

müraciətdə  və  ya  ona  əlavə  edilmiş  sənədlərdə  səhvlər  və  ya  çatışmazlıqlar  olmadığını 



müəyyən  etdikdə,  banka  onun  müraciətinin  qəbul  edildiyi  barədə  10  təqvim  günü 

müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə 

Mərkəzi Bank

 müraciət edənlərə 

yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir. 

12.4.


 Xarici  bankın  nümayəndəliyin  açılmasına  icazə  alınması  üçün  təqdim  edilmiş 

müraciətin  qəbul  edilməsi  barədə  bildirişin  göndərildiyi  gündən  ən  geci  60  təqvim  günü 

müddətində 

Mərkəzi  Bank

  bu  Qanuna  müvafiq  olaraq  müraciətə  baxır  və  müvafiq  qərar 

qəbul edir. Hər bir halda 

Mərkəzi Bank

 öz qərarının surətini müvafiq xarici banka göndərir. 

12.5.

 Xarici  bankın  nümayəndəliyi  dövlət  qeydiyyatına  alındıqdan      sonra  dövlət 



qeydiyyatı  haqqında  sənədin  surətini  və  ilkin  olaraq  təqdim  etdiyi  məlumatlarda 

əhəmiyyətli  dəyişikliklərin  olmadığı  barədə  yazılı  bəyanatı  təqdim etdikdən  sonra 

Mərkəzi 

Bank


 ona icazə verir. 

12.6.


 Xarici bankın yerli nümayəndəliyinə verilən icazədə nümayəndəliyin həyata keçirə 

biləcəyi  işlərin  xarakteri,  habelə  icazəyə  daxil  edilən  bütün  məhdudiyyətlərin  siyahısı 

göstərilməlidir. İcazə alınması üçün müraciətin rədd edilməsi və ya icazəyə məhdudiyyətlər 

daxil edilməsi haqqında qərarda bunun səbəbləri göstərilməlidir. 

M a d d ə 13. Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə banklarına, 

xarici  bankın  yerli  filiallarına  lisenziya  verilməsi  üçün  və  xarici  bankın  yerli 

nümayəndəliklərinin açılmasına icazə alınması üçün əlavə tələblər 

13.1.


 Xarici  bankın  və  ya  xarici  bank  holdinq  şirkətinin  yerli  törəmə  banklarına,  xarici 

bankın  yerli  filiallarına  bank  lisenziyaları  və  xarici  bankın  yerli  nümayəndəliklərinin 

açılmasına icazələr yalnız 

Mərkəzi Bank

 ilə xarici bankın və ya xarici bank holdinq şirkətinin 

bank  fəaliyyətini  tənzimləyən  və  ona  nəzarət  edən  xarici  səlahiyyətli  orqanlar  arasında 

məsləhətləşmələr  keçirildikdən  və  həmin  orqanlar  tərəfindən  banka  və  ya  bank  holdinq 

şirkətinə  konsolidasiya  edilmiş  əsasda  lazımi  nəzarətin  həyata  keçirilməsi  müəyyən 

edildikdən sonra verilə bilər. 

13.2.


 Xarici bankın və xarici bank holdinq şirkətinin yerli törəmə bankına, xarici bankın 

filialına  bank  lisenziyası  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin  açılmasına  icazə 

alınması  üçün  müraciətə  bu  Qanunun  8-ci  və  9-cu  maddələrində  göstərilən  sənədlərdən 

başqa aşağıdakı sənədlər də əlavə edilir: 

13.2.1.

  xarici bankın törəmə bankı, filialı və ya nümayəndəliyi üçün - təsisçi xarici 



bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə 

fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək üçün icazəsinin 

olması, habelə həmin tənzimləmə və nəzarət orqanının banka nəzarəti həyata keçirməsi 

barədə yazılı bildirişi və bu orqanın törəmə bankın təsis edilməsinə və ya filialın, 

nümayəndəliyin açılmasına yazılı icazəsi; 

13.2.1.


 xarici  bank  holdinq  şirkətinin  törəmə  bankı  üçün  -  bank  holdinq  şirkətinin 

yerləşdiyi  ölkənin  bank  tənzimləməsi  və  nəzarəti  orqanının  bu  şirkətə  nəzarəti  həyata 




Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə