Banklar haqqında azərbaycan respublikasinin qanunu



Yüklə 473,72 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix31.08.2018
ölçüsü473,72 Kb.
#65763
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

16.1.3.

 bank müflis elan edildikdə; 

16.1.4.

 lisenziya  alınması  üçün  ərizə  verilərkən  təqdim  edilmiş  məlumatların  yanlış 



olduğu müəyyən edildikdə; 

16.1.5.


 bank və ya xarici bankın yerli filialı bank lisenziyasının qüvvəyə mindiyi gündən 

on  iki  ay  müddətində  bank  lisenziyasına  müvafiq  olaraq  fəaliyyətə  başlamadıqda  və  ya 

Mərkəzi  Bank

  tərəfindən  bankın  və  ya  xarici  bankın  yerli  filialının  altı  ay  müddətində 

depozitlər  və  ya  digər  qaytarılan  vəsait  cəlb  etmədiyi  və  ya  kreditlər  vermədiyi  müəyyən 

edildikdə; 

16.1.6.

 bankın nizamnamə kapitalının və ya məcmu kapitalının miqdarı və xarici bankın 



yerli  filialının nizamnamə  kapitalına bərabər  tutulmuş  vəsaitinin  və  ya  məcmu  kapitalının 

(xarici  bankın  yerli  filialının  məcmu  kapitalına  bərabər  tutulmuş  vəsaitinin)  miqdarı 

müvafiq olaraq 

Mərkəzi  Bank

ın banklar üçün müəyyən etdiyi nizamnamə kapitalının və ya 

məcmu kapitalın minimum miqdarından az olduqda; 

16.1.7.

 bankın  məcmu  kapitalının  və  ya  xarici  bankın  yerli  filialının  məcmu  kapitala 



bərabər tutulmuş vəsaitinin adekvatlıq əmsalı 3 faizdən az olduqda; 

16.1.8.


 bank  və  ya  xarici  bankın  yerli  filialı  kreditorları  qarşısında  öhdəliklərini  yerinə 

yetirə  bilmədikdə,  0  cümlədən  ona  həvalə  olunmuş  aktivlərin  təhlükəsizliyini  təmin  edə 

bilmədikdə; 

16.1.9. bank və ya xarici bankın yerli filialı idarəetməni və ya cari fəaliyyətini etibarlı və 

prudensial qaydada həyata keçirmədikdə və ya bu Qanunun, Cinayət yolu ilə əldə edilmiş 

pul 


vəsaitlərinin 

və 


ya 

digər 


əmlakın 

leqallaşdırılmasına 

və 

terrorçuluğun 



maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikası  Qanununun, 

Mərkəzi Bank

ın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda; 

 

16.1.10.



 bank lisenziyasında və ya icazədə nəzərdə tutulmayan fəaliyyət növlərini həyata 

keçirdikdə; 

16.1.11.

 bu Qanunun 14.1.2-14.1,4-cü maddələrində göstərilən faktlar müəyyən edildikdə 

və 14.1.5-14.1.7-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə; 

16.1.12.


 

Mərkəzi Bank

ın icazəsi olmadan bank başqa bankın törəmə bankına çevrildikdə; 

16.1.13.


 yerli  törəmə  bankı  və  ya  filialı  olan  xarici  bank  və  ya  xarici  bank  holdinq 

şirkətinin lisenziyası ləğv edildikdə; 

16.1.14.

 bankın yenidən təşkili 

Mərkəzi Bank

ın icazəsi olmadan həyata keçirildikdə; 

16.1.15.

 xarici bank və xarici bank holdinq şirkətinə, habelə şirkətlər qrupunun üzvü olan 

banka  yerləşdiyi  ölkənin  bank  tənzimlənməsi  və  nəzarəti  orqanı  tərəfindən  lazımınca 

nəzarətin  təmin  edilməməsi  səbəbindən 

Mərkəzi  Bank

  onların  törəmə  banklarına  nəzarəti 

həyata keçirə bilmədikdə; 

16.1.16.


 bilərəkdən 

Mərkəzi  Bank

a  yanlış  hesabat  və  məlumat  verildiyi  faktları 

müəyyənləşdirildikdə; 

16.1.17.

 sonuncu üç hesabat tarixinə 

Mərkəzi Bank

a aylıq hesabat təqdim edilmədikdə; 

16.1.18.

 bank  və  ya  xarici  bankın  yerli  filialı  bu  Qanuna  və 

Mərkəzi  Bank

ın  normativ 

xarakterli aktlarına uyğun olaraq 

Mərkəzi Bank

ın ona verdiyi sərəncamları və ya digər yazılı 

göstərişləri yerinə yetirmədikdə. 

16.2.  Yerli  bankın  filiallarına  və  nümayəndəliklərinə,  o  cümlədən  xarici  bankın  yerli 

nümayəndəliklərinə  verilmiş  icazə  yalnız 

Mərkəzi  Bank

  tərəfindən  aşağıdakı  bir  və  ya  bir 

neçə əsas olduqda ləğv edilə bilər:

 

16.2.1.



 icazə  almaq  üçün  ərizə  verilərkən  təqdim  edilmiş  məlumatların  yanlış  olduğu 

müəyyənləşdirildikdə; 




16.2.2.

 bankın lisenziyası ləğv edildikdə; 

16.2.3.

 bank müflis elan olunduqda; 



16.2.4.

 bank ləğv edildikdə; 

16.2.5.

 icazəni aldıqdan sonra on iki ay ərzində fəaliyyətə başlamadıqda, yaxud 



Mərkəzi 

Bank


 yerli bankın filialının altı ay ərzində fəaliyyətinin dayandırıldığını müəyyən etdikdə; 

16.2.6.


 bu  Qanunun  14.2.1-14.2.5-ci  maddələrində  göstərilmiş  hər  hansı  şərt  yerinə 

yetirilmədikdə; 

16.2.7.

 icazəni  almış  bank,  filial  və  ya  nümayəndəlik  idarəetməni  və  ya  cari  fəaliyyətini 



etibarlı  və  prudensial  qaydada  həyata  keçirmədikdə  və  ya  bu  Qanunun,  Cinayət  yolu  ilə 

əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  leqallaşdırılmasına  və  terrorçuluğun 

maliyyələşdirilməsinə  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikası  Qanununun, 

Mərkəzi  Bank

ın normativ xarakterli aktlarının tələblərini iki dəfədən artıq halda pozduqda;

 

 



vii[7]

 

16.2.8.



 

bank  lisenziyasında  və  ya  icazədə  nəzərdə  tutulmayan  fəaliyyət  növlərini  həyata 

keçirdikdə;

 

16.2.9.



 

filialın və ya nümayəndəliyin bağlanması haqqında qərar qəbul edildikdə;

 

16.2.10. yerli  bankın  xarici  filialının  və  ya  nümayəndəliyinin  yerləşdiyi  ölkədə  bank 



tənzimləməsi və nəzarəti orqanı onların fəaliyyətinə lazımi nəzarəti həyata keçirmədikdə.

 

16.3.  Bank  lisenziyasının  və  ya  icazənin  ləğv  edilməsi  qərarı  haqqında  banka 



Mərkəzi 

Bank


 tərəfindən əsaslar göstərilməklə yazılı məlumat verilir.

 

M a d d ə   17. Bank lisenziyasının  və ya icazənin bankın öz müraciəti ilə ləğvi



 

17.1.


 Bank ona verilmiş bank lisenziyasının və ya filialın və nümayəndəliyin açılmasına 

verilmiş icazənin ləğv edilməsi haqqında 

Mərkəzi Bank

a müraciət edir. 

17.2.

 Bank ona verilmiş lisenziyanın ləğvi barədə ərizəyə bank tərəfindən təsdiq edilmiş 



ləğvetmə  planını,  ərizənin  verildiyi  gündən  etibarən  üç  ay  əvvəlki  tarixə  kənar  auditor 

tərəfindən  təsdiqlənmiş  maliyyə  hesabatını  əlavə  etməlidir. 

Mərkəzi  Bank

  ərizənin  təqdim 

edildiyi gündən ən geci  90  təqvim günü müddətində bankın müraciətinə dair qərar qəbul 

etməlidir. 

Bankların filiallarına verilmiş icazələrin ləğvi barədə müraciətə və əlavə edilmiş ləğvetmə 

planına 


Mərkəzi  Bank

  ərizənin  təqdim  edildiyi  gündən  etibarən  ən  geci  30  təqvim  günü 

müddətində baxaraq bankın müraciətinə dair qərar qəbul etməlidir.

 

17.3.



 Bankın  və  ya  xarici  bankın  yerli  filialının  ləğvetmə  planı  və  ödəniş  qabiliyyəti 

məqbul  hesab  edildikdə,  habelə  bank  lisenziyası  ləğv  edildikdən  sonra  onların  öz 

öhdəliklərini ödəmək üçün yetərli miqdarda likvid vəsaiti olduqda 

Mərkəzi Bank

 tərəfindən 

ərizəyə dair müvafiq qərar qəbul edilir və bank və ya xarici bankın yerli filialı bu Qanunun 

58-ci maddəsinin müddəalarına uyğun ləğv edilir. 

17.4.


 Bank  lisenziyasının  və  ya  icazənin  ləğv  edilməsi  barədə  ərizənin  rədd  edilməsi 

haqqında  əsaslandırılmış  qərar 

Mərkəzi  Bank

  tərəfindən  dərhal  banka  və  ya  təsisçi  xarici 

banka və onun yerli filialına göndərilməlidir. 

M a d d ə   18. Bank lisenziyasının və ya icazənin ləğvi haqqında qərarın dərc edilməsi 

və qüvvəyə minməsi

 

18.1.



 

Mərkəzi  Bank

  bank  lisenziyasının  və  ya  xarici  bankın  yerli  nümayəndəliyinin 

icazəsinin ləğv edilməsi haqqında qərarını onu qəbul etdiyi gündən etibarən 5 təqvim günü 

müddətində dövlət qeydiyyatı və vergi orqanlarına ləğvetmə haqqında bildiriş göndərməli 



Yüklə 473,72 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə